Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri? .....                     Dövlət qurumu 10 min nəfər üçün .....                     İcra başçıları ilə bağlı yeni vəziyyət .....                     İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib .....                     “102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib .....                     44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! .....                     Zelenskiyə qarşı koalisiya yaradılır? .....                     Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? .....                     3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir .....                     Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI .....                     Burda təhsildən savayı hər şey var... .....                     Burda müştəri məmnuniyyəti SIFIR... .....                     İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... .....                     DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib .....                     Sülh buğdası və əngəlləri olmayan Qafqaz .....                     “Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” .....                     Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb .....                     Kreml yandı: hələ ki, futbol stadionunda... .....                     Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... .....                     Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb .....                     Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub .....                     Azərbaycan təhsili hara gedir? .....                     “Lukoil”də ancaq nağd ödəniş alınır .....                     Dana əti adı ilə at əti satırlar .....                     “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb .....                     Ələsgər sənətdən nakam getdi... .....                     Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə .....                     “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu .....                     Ağdərədə mina partlayışı: Xəsarət alan var .....                     Ukrayna strateji məğlubiyyətə doğru gedir .....                     Zelenski Putinə qoyduğu qadağanı ləğv edir? .....                     Putin-Tramp görüşü hələlik təxirə salınıb .....                     "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" .....                     Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                 

Astarada sitrus meyvələrinin kartofdan ucuz olmasından şikayətlənirlər
Tarix: 6-01-2014, 13:42 | Çap et
Astarada sitrus meyvələrinin kartofdan ucuz olmasından
Astarada bir çox ailələrin qazancı sitrus və subtropik meyvələrindən gəlir. Lakin ötən il məhsul bol olsa da, qazanc çox olmadı. Məhsul yığımının qaynar vaxtında qiymət çox aşağı düşdü. Alıcıların az olması nəticəsində feyxoa və naringi məhsulların müəyyən hissəsi zay oldu. Limon isə indi də ağaclardadır. Yerli bazarlarda limonun 10 ədədi 1 manata satılır. Bu qiymət də çoxlarına sərf etmir. Qış aylarında limon ağaclarını poletilenlə örtürlər. Lakin bir çox fermerlər limonun ucuz satılmasını əsas gətirərək ağacları örtməyiblər. Bu o deməkdir ki, limon ağacları sıradan çıxacaq.

PENSƏR KƏNDİ

Sitrusçuların problemləri ilə yaxından tanış olmaq üçün rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Pensər kəndindəyik. Kənd özünün sitrus meyvələri ilə tanınır. Elə bir həyətyanı təsərrüfat yoxdur ki, orda naringi, limon, portağal və digər meyvə ağacları olmasın. Bu meyvələrin hesabına kənddə tikilmiş yeni evlər də çoxdur. Azərbaycanın müxtəlif yerlərindən buraya meyvə alanlar gəlir. Meyvə yüklənmiş maşınlar da diqqəti cəlb edir. Naringi satanlar hasara üstündə meyvəsi olan budaq bağlayıb. Demək olar ki, əksər evlərin hasarlarında belə meyvə budaqları gördük. Bir kənd sakini bizə bildirdi ki, ilin bu vaxtlarında şaxta olduğundan sitrus meyvələri dərilib satılardı. İndi isə meyvə ağaclarda qalıb. Meyvə dərilsə yarısı çürüyəcək.

“YANANDA DÖVLƏT KÖMƏK ETMİR”

Pensər kənd sakini, sahibkar Mirzəmməd Ağayev həyətyanı sahəsində naringi və portağal yetişdirir. Limon ağaclarını isə ləğv edib:

“Bu portağal ağaclarını görürsünüz, bunlar 80-cı illərdə əkilib. 3 cərgə limon ağacları idi, təxminən 40 ağac idi. Kökünə qədər yandı. Bərpa edə bilmədik. Onun əziyyəti çoxdur, soyuqdan qorumaq olmur. Görürsən külək əsir, üstündən poletileni götürüb aparır. Poletilen də baha. Məhsulun özü də ucuz olur. İqtisadi cəhətdən sərf eləmir. Portağal da yanıb. Təzə əkmişəm. O tərəfdə naringidir. Onların da çoxu yanıb. Yananda da dövlət kömək eləmir. Möhkəm qar oldu, şaxta oldu. Dedilər sığorta edilməli idi. Maşını sığorta edirsən, onun pulunu ala bilmirsən. Hansı sığorta pulunu ala bilirsən? Dövlət də kömək eləmir”.

“CAMAATIN MƏHSULU ƏLLƏRDƏ QALDI”

Mirzəmməd Ağayev deyir ki, sitrus ağaclarını yetişdirməyin əziyyəti çoxdur. Əkilən ağaclar 7-8 ildən sonra meyvə verir. Bu illər ərzində ağacı körpə kimi bəsləməlisən. Şaxtadan, quraqlıqdan qorumalısan. O deyir ki, bir naringi ağacını meyvə gətirənə qədər bəsləmək 200-300 manata yaxın xərc istəyir. Buna görə də yeni bağların salınmasına maraq azdır. Köhnə 80-cı illərdə əkilmiş ağaclara üstnlük verilir. Qocalmış ağaclar da ildən ilə məhsuldarlıqdan düşür:

“Bu il məhsul bol oldu. Qiymət çox ucuz idi, 30 qəpik, 35 qəpik, 20 qəpik. Bu tərəfdən də yol bağlandı. Miqrantlarla bağlı yolları bağladılar. Camaatın məhsulu hamısı əllərdə qaldı, sata bilmədilər. Vəziyyət pis oldu. Kartof yüz faiz artıb, 60 qəpiyə idi, indi olub 1 manat 20 qəpiyə. Görürsən naringi artmır. Bizim zona az torpaqlı yerdir. Kəndimiz az torpaqlıdır. Sərf eləyərdi. Dövlət səviyyəsində bir kömək olsaydı. Qəbul məntəqələri olaydı. Emal müəssisələri var. Elə ucuz götürürlər ki, heç cürə sərf eləmir. İldə 3-4 dəfə bunu dərmanlamaq lazımdır. Dərman da yoxdur, İrandan gətirəndə də tutub alırlar əlindən”.

“MANEƏLƏR OLMASA...”

Mirzəmməd Ağayev deyir ki, yetişdirdiyi sitrus meyvələrin çoxunu yaxınlarına, dostlarına pay verib. Ucuz qiymətə satmağa əli gəlməyib. O deyir ki, məhsul azaldıqca qiyməti də qalxır. İndi naringinin bir kiloqramı 45-50 qəpiyə satılır. Onun sözlərinə görə, naringinin az bir hissəsini yerli şəraitdə gələn ilin mart ayına kimi saxlamaq olur. Meyvənin saxlanması üçün də xüsusi yer olmalıdır. Onun bildirdiyinə görə kəndin 6 mindən yuxarı əhalisi var. Onların da əsas iş yerləri sitrus bağlarıdır:

“Şərait yaratsalar xeyirli sahədir. Maneələr olmasa, tutaq ki, emal eləsələr, yaxşı qiymətə alsalar yaxşı olar. Zəhmət tələb edən bir sahədir. Dövlət dəstəyi lazımdır”.

Kənd sakini Yədulla Mirzəyev müəllimdir. Onun da meyvə bağları var. Bağa özü və ailə üzvləri xidmət edirlər. Sitrus və suptropik meyvə ağaclarından başqa satmaq üçün də tinglər yetişdirir. Həyətində çoxlu dekortaiv ağaclar gördük. Onun dediyinə görə, indiki şəraitdə sitrusçuluq o qədər də xeyirli deyil:

“Sovet dövründə sitrusçular pis yaşamırdı. O vaxtları SSRİ məkanında idilər, gedib sata bilirdilər. İndi əslində bizim imkanlarımız məhdudlaşıb”.

“ZƏHMƏTİNƏ DƏYMİR”

O da dərmanların olmamasından şikayət etdi. Lazımi gübrələrin tapılmadığını bildirdi. Onun deməsinə görə, fosfor və kalium gübrəsi yoxdur. Bunlar məhsuldarlığın azalmasına təsir edir. Məhsul azalırsa gəlir də azalır. Nəticədə sitrusçuluqdan uzaqlaşan adamların sayı çoxalır, işsizlik meydana gəlir:

“Zəhmətinə dəymir. Gübrə verilməlidir, dərmanlanmalıdır. Satanda görürsən heç nədir. Heç nəyə nail ola bilmirik. Hər 5-10 ildən bir havalarla bağlı sitrus tamamilə yanır. 1990-cı ildən bu yana sitrus ağacları10 dəfə kökünə qədər yanıb. Təzədən məcbur oluruq ki, bərpa edək. 5-10 il bərpa edirk. Təzədən yenə təbii fəlakət olur. Dövlət tərəfindən heç bir kömək yoxdur”.

Yədulla Mirzəyevin fikrincə çayçılıq necə məhv olubsa, sitrusçuluğu da bu aqibət gözləyir.

Aqronom Yusif Əliyev deyir ki, cənub rayonlarında dövlətin çayçılıq və sitrusçuluğa dəstək verməsi yaxşı olardı. Onun sözlərinə görə, sovet dövründə təkcə Astara rayonunda 7-8 min tondan çox yaşıl çay yarpağı istehsal olunardı. İndi isə sahələrdən çətinliklə 400-450 ton yaşıl çay yarpağı yığılır. İndi növbə sitrusçuluğundur. Aqronomun fikrincə bütün bu sahələrlə bağlı hökumətin aydın proqramı olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri? - Şahruddin uğursuzluğu belə izah etdi
Bu gün, 09:11
Dövlət qurumu 10 min nəfər üçün - YEMƏK ALIR
Bu gün, 09:05
İcra başçıları ilə bağlı yeni vəziyyət - Bunları etməsələr…
Bu gün, 09:02
İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib - Axios
Bu gün, 08:45
“102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 07:54
44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! – Beqoyan
Bu gün, 07:52
Zelenskiyə qarşı koalisiya yaradılır? - "Strana.ua"
Bu gün, 07:51
Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? - Qoy, bu barədə ELM ALƏMİ düşünsün...
Bu gün, 07:47
3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI - AXI NİYƏ?..
Bu gün, 07:39
Burda təhsildən savayı hər şey var... - İTTİHAM
Bu gün, 07:36
Burda müştəri məmnuniyyəti SIFIR... - GİLEY
Bu gün, 07:05
İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... - DİQQƏT
Bu gün, 06:57
DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib - QƏRAR
Bu gün, 06:48
Sülh buğdası və əngəlləri olmayan Qafqaz - İNCƏLƏMƏ
Bu gün, 06:46
“Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” - Dubravski
Bu gün, 06:43
Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb - TƏFƏRRÜAT
Bu gün, 06:36
Kreml yandı: hələ ki, futbol stadionunda... - SKANDAL FOTO
Bu gün, 06:35
Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... REAL GÖRÜNMÜR
Bu gün, 06:31
Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb - “Bloomberg”
Bu gün, 06:27
Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub
Dünən, 23:16
Azərbaycan təhsili hara gedir? - Rəqəmsal çağın tələbləri və real vəziyyət
Dünən, 23:12
“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Dünən, 23:07
Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Dünən, 23:04
“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Dünən, 18:40
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Dünən, 18:38
Ələsgər sənətdən nakam getdi... - ANIM
Dünən, 15:01
Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Dünən, 14:59
“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Dünən, 14:52
Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Dünən, 14:30
Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Dünən, 14:28
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Dünən, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Dünən, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Dünən, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Dünən, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Dünən, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Dünən, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Dünən, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Dünən, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Dünən, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Dünən, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Dünən, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Dünən, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Dünən, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Dünən, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Dünən, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Dünən, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Dünən, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Dünən, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru