BRAVO, ZAUR, BRAVO... - Əhməzadə getdi... yerində elə Əhmədzadə qaldı...
Tarix: 13-01-2022, 14:44 | Çap et
 DİA.AZ: - Azərbaycanın Qarabağ və ətraf rayonlarının erməni işğalından azadlığı hökumətin və millətin üzərinə yeni, böyük və çağdaş məsuliyyət yükü qoyur. Prezident İlham Əliyevin rəhbərliyi, şəhid və qazilərimizin qanları hesabına işğal altındakı torpaqlarımızın azad edilməsindən bir ildən artıq vaxt ötür. 44 günlük Vətən müharibəsi gedişində şəhər və kəndlərimizin düşməndən təmizlənməsi ilə bağlı xoş müjdələr indi də düşmənin 30 il ərzində viran qoyduğu əzəli-əbədi yurdlarımızın, hər bir kəndimizin belə dirçəlişi yönündə görüləcək tədbirlərin sevinci ilə davam edir.
Qeyd edək ki, özünün inzibati ərazi böyüklüyünə görə Azərbaycanda birinci olan, təbii sərvətlərilə və zəngin təbiətilə seçilən, kənd təsərrüfatının inkişafı üçün mühüm perspektivlərə sahib olan Kəlbəcər rayonu da böyük diqqət və qayğıya ehtiyac duyur. Ölkə rəhbərinin xüsusi tapşırığı ilə hökumət rəsmilərinin Kəlbəcərə səfərlər etmələri, Kəlbəcərli məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıtmaları istiqamətində plan və təhlillər aparmaları da nəzərə çarpır. Lakin, Kəlbəcərə səfərlərin heç də hamısı prezidentin etimad etdiyi iri dövlət məmurları tərəfindən uğurlu və səmimi alınmır. DİA.AZ bildirir ki, yerli KİV-də yayılan məlumata görə, keçən ilin ortalarında Baş nazirimizin müavini Şahin Mustafayevin, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılovun və sonuncunun müavini Rafiq Aslanovun Kəlbəcərə səfər proqramı rəzilliklə yadda qalıb. Belə ki, heyətə başçılıq edən nazir müavini Şahin Mustafayev və qeyriləri protokol qaydalarının pozulmasına yol açan hərəkət və hərəkətsizlik ediblər. Məlumata görə, 2021-ci ilin may ayının 18-də Bakıdan Kəlbəcərə səfər edən işçi heyəti gözlənilmədən Rafiq Aslanovun təkidli tələbilə birbaş Kəlbəcərə deyil, Göygöl Suvarma Sistemləri İdarəsinə təşrif buyurublar. İdarənin rəisi İlqar Məhərrəmovu yeni sədr Zaur Mikayılovun da hüzurunda xeyli tərifi mədhiyyələrdən sonra heyət "xüsusi qonaq" qismində yaxşıca yeyib-içiblər, standartlardankənar memarlıq üslubunda tikilmiş "akvarium" idarədə doyunca gərdiş edib Gəncədəki otellərin birində də gecələyiblər. Boşuna vaxt itirdikdən sonra, yalnız mayın 19-da isə Kəlbəcərdə görüləcək işlərə və nümayəndə heyətinin siyahısına heç bir aidiyyatı olmayan həmin "səxavətli" idarə müdirini də özlərilə götürüb Kəlbəcərə aparıblar.
Məlumatlı mənbənin bildirdiyinə görə, səfərin ardından dımbılıboy meliorator nümayəndə heyətinin ardınca danışaraq xeyli xərcə düşdüyünü, təkcə Göygöldə və Gəncədə deyil, "dostlarının" bütün maddi xərclərini Kəlbəcərdə də qarşıladığını dilə gətirib.
DİA.AZ qeyd edir ki, əslində, cəmiyyət və lə həm də ən ali siyasi iradə dövləti ən üst səviyyədə təmsil edən Şahin Mustafayevi və qeyrilərini belə bayağı, ələbaxan davranışlarından dolayı şiddətlə qınayır. Subardinasiya qaydaları üzrə Meliorasiya ASC-nin tabeliyindəki bir korrupsioneri özlərinə "pul cüzdanı" edənlər görəsən anlayırlarmı ki, etdikləri dövlət ərkanına, prezidentin onlara etimadına açıq-aydın xəyanətdir? Öz vəzifə öhdəliklərilə Kəlbəcərə gedibən yolu burulub da "bulanıq çay suyundan" özlərinə dost tutmaq, hansısa melioratora pul xərclətdirmək də nə demək?! Gecə-gündüz Qarabağ və ətraf rayonların abadlığını düşünən, Şuşaya, Ağdama səfər edəndə nəfəsini belə dərməyən, bu yolda canını cəfa edən prezidentdən fərqli olaraq bəziləri Kəlbəcərə getməyi iki günlük turistik səfərə, adi əyləncəyəmi çevirməlidir? Hələ gedişlərinin hökumətə hansı mənada faydası toxundu, nə yazıb-pozublar, heç onu da bilmirik. Təəssüf...
Qoy Prezident Administrasiyası, baş nazir Əli Əsədov, hüquq mühafizə orqanları da araşdırsın görək, maddi maraqdan savayı axı hansı əhəmiyyətli səbəb Şahin Mustafayevi və ətrafını bir gün Kəlbəcərdən 80 km uzaqda saxlayıb, desinlər bilək, bəlkə 3 saat yol gəlib, Göygölə çatıb yorulmuşdular? Bir də, İlqar Məhərrəmovun "şotu"na Kəlbəcərə gedib-gələnlər üçün büdcədən ayrılan və xərcləmədikləri ezamiyyə pulları əllərindən alınsa, özlərinə də töhmət verilsə digər məmurlara da görk üçün çox yaxşı olar...
Onu da xatırladaq ki, Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmov ölkənin meliorasiya sahəsində ən korrupsioner və qalmaqallı məmurlarından biri kimi tanınır. Amma görünür Rafiq Aslanov, Şahin Mustafayev və baş meliorator Zaur Mikayılov üçün o sadəcə "şedriy oğlan"dır...
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54 |
|
|
|
• Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49 |
|
|
|
• Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45 |
|
|
|
• Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35 |
|
|
|
• “Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19 |
|
|
|
• Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• "Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03 |
|
|
|
• Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01 |
|
|
|
• Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44 |
|
|
|
• “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41 |
|
|
|
• Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31 |
|
|
|
• "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25 |
|
|
|
• Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07 |
|
|
|
• Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58 |
|
|
|
• Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50 |
|
|
|
• Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39 |
|
|
|
• “Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22 |
|
|
|
• Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20 |
|
|
|
• Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07 |
|
|
|
• Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06 |
|
|
|
• Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03 |
|
|
|
• Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
• Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36 |
|
|
|
• Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28 |
|
|
|
• Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26 |
|
|
|
• “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22 |
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57 |
|
|
|
• Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55 |
|
|
|
• Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54 |
|
|
|
• Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41 |
|
|
|
• Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24 |
|
|
|
• Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20 |
|
|
|
• Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17 |
|
|
|
• Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11 |
|
|
|
• Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06 |
|
|
|
• Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05 |
|
|
|
• Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01 |
|
|
|
• Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22 |
|
|
|
• Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14 |
|
|
|
• “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09 |
|
|
|
• Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06 |
|
|
|
|