Sumqayıtda bağçanın işçiləri iki aydır pullarını ala bilmirlər - GİLEY
Tarix: 30-12-2021, 15:43 | Çap et
 Sumqayıtda 30 saylı bağçanın koronavirusa yoluxmuş əməkdaşları iki aydır ki, bülleten pullarını ala bilmirlər. DİA.AZ xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a bağçanın bir qrup işçisi məlumat verib. Bağçanın işçiləri Mələk Hüseynova, Əfsanə Cümşüdova, Gülxanım Allahverdiyeva, Şəfiqə Abbasova, Günay Hüseynova Sputnik Azərbaycan-a ünvanladıqları şikayət məktubunda bildiriblər ki, onlar iki ay bundan öncə koronavirusa yoluxsalar da, bülleten pulları müxtəlif bəhanələr gətirilərək indiyədək ödənmir. Şikayətçilərin sözlərinə görə, bağçada iki nəfər sentyabrda koronavirusa yoluxub. Onlar bülleten pullarının iki həftəsini alsalar da, bir həftəsi indiyədək ödənilməyib. Oktyabr ayında isə 6 bağça işçisi koronavirusa yoluxub. Üzərindən iki ay müddət keçsə də, bu günədək onlara bülleten pulları verilməyib. Şikayətçilər bildirirlər ki, hər dəfə bülleten pullarını tələb etdikdə bağça rəhbərliyi və mühasib bütün sənədlərin hazırlanaraq aidiyyəti üzrə göndərildiyini söyləyirlər: "İndi də il tamam olmaq üzrə olsa da, deyirlər ki, büdcədə pul yoxdur. Bizə COVID-19-a görə birdəfəlik ödəniləcək məbləğ də verilməyib. İlin başa çatmasına bir gün qalıb, amma biz iki ay əvvəl almalı olduğumuz bülleten pulunu hələ də ala bilməmişik". Sputnik Azərbaycan məsələni araşdırmaq üçün bağça rəhbərliyi ilə əlaqə saxlayıb. Bağçanın rəhbərliyindən Bəsirə Həsənova bildirib ki, bütün dövlət qurumlarında pandemiya dövründə virusa yoluxmuş işcilərin sayı çox olduğundan xəstəliklə bağlı bülletenlərin sayı da çoxdur. Bu isə bülleten pullarının köçürülməsini gecikdirir: "Biz bütün sənədləri hazırlamışıq. Bu, maliyyə ilə bağlı məsələdir". Bağçanın Rəfiqə adlı mühasibi də məsələnin maliyyə ilə bağlı olduğunu bildirdi. Dedi ki, ilin sonu olduğundan Sumqayıt İcra Hakimiyyətinin Maliyyə İdarəsinin büdcəsində pul qalmayıb: "Büdcədə pul yoxdur. Biz bütün sənədləri hazırlayıb təqdim etmişik. Gələn ilin yanvar ayına büdcəyə pul köçdükdən sonra bülleten pulları da ödəniləcək". Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə məsələnin araşdırıldığını söylədi. Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətinin Mühasibatlıq şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı bildirdi ki, yaranmış problemə səbəb bu il həmin bağçada çox sayda işçinin koronavirusa yoluxmasıdır. Bülleten pulu isə maaşa bərabər olduğundan bu məbləğin ödənilməsi xeyli vəsait tələb edir. Ona görə də bu il bütün bülleten pullarını köçürmək mümkün olmayıb. Mühasibatlıqdan onu da bildirdilər ki, bu vəsaitin gələn ilin ilk ayında işçilərə ödənilməsi nəzərdə tutulub. Təhsil Nazirliyindən isə hələ ki, bağçaların maliyyə təminatının icra hakimiyyətləri tərəfindən aparıldığını, təhvil-təslim işlərinin davam etdiyini bildirdilər. Qeyd edək ki, dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Bu gün, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
Bu gün, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Bu gün, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Bu gün, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Bu gün, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Bu gün, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
Bu gün, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38 |
|
|
|
• Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28 |
|
|
|
• Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11 |
|
|
|
• Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03 |
|
|
|
• Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00 |
|
|
|
• "Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58 |
|
|
|
• “Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55 |
|
|
|
• Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52 |
|
|
|
• Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27 |
|
|
|
• Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16 |
|
|
|
• "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09 |
|
|
|
• Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06 |
|
|
|
• “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01 |
|
|
|
• Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59 |
|
|
|
• Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57 |
|
|
|
• İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54 |
|
|
|
• "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51 |
|
|
|
• İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47 |
|
|
|
• Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43 |
|
|
|
• Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43 |
|
|
|
• İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41 |
|
|
|
|