Lənkəranda rüşvəti artıq qaranlıq otaqlarda alırlar... - İDDİA
Tarix: 28-02-2020, 11:43 |
Çap et
DİA.AZ: - Redaksiyamıza yazan bir qrup Lənkəran sakini yerli icra başçısı Taleh Qaraşovun əməllərindən cana doyduqlarını bildirirlər. Sakinlər DİA.AZ-a yazır:
"Taleh Qaraşovun hansı yollarla pullar mənimsədiyini bu yaxınlarda mətbuatda fakt şəklində təqdim etdilər. Amma başçının səsi də çıxmadı. Bizi narahat edən təkcə maaş kartlarnı cibinə qoyaraq büdcə pullarının yeyilməsi faktına Taleh Qaraşovun susması deyil, bizi o da narahat edir ki, nədən dövlətin müvafiq qurumları Ağstafada, Neftçalada DTX-nin keçirdiyi əməliyyatların Lənkəranda da təkrarlanmasına göstəriş verimirlər".
Sakinlər iddia edir ki, bu gün Lənkəranda başçıya haqq verməyən məmur yoxdur: "İndi son günlər əl-ayağa düşüblər. Ayrı-ayrı yerlərdə görüşüb "iş müzakirə edirlər". İcra hakimiyyətinə getsəniz, nə müavinləri yerlərində tapa bilərsiniz, nə də başçını... Hamısı işini kafe və restoranlarda həll edir. Hamısı Lənkərandakı obyektlərə səpələnib rüşvəti də qaranlıq otaqlarda alırlar. Bunu Lənkəranda hamı bilir. Amma dövlətin qurumları nədən susurlar?".
Qeyd edək ki, diaaz.space-a müraciətlərində Lənkəran sakinləri əlavə ağır ittihamlar da səsləndiriblər. Bu barədə müəyyən dəqiqləşdirmə apardıqdan sonra daha geniş bilgiləri təqdim edəcəyik. Bizi izləməkdə davam edin.
diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...