Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                 

PROFESSOR-REKTOR DAVASI PİK NÖQTƏDƏ
Tarix: 29-05-2012, 14:50 | Çap et
PROFESSOR-REKTOR DAVASI PİK NÖQTƏDƏ

«MƏNƏ QARŞI FAŞİST JARQONU İLƏ MÜBARİZƏ APARIRLAR…»

Professor, İqtisad elmlər doktoru Bədirxan Musayev: «Cənab Hacıyev, baldızınız qızı Milana Rəsulovanı necə baş mühasib təyin etmisiniz? Bu «Korrupsiya haqqında» qanuna necə uyğundur? Bəlkə kürəkəniniz, qudanızın kürəkəni haqqında danışasınız? O zaman cəsarətiniz varsa, universitetdə oxumayan bir gəncə hərbi xidmətdən yayınmaq üçün saxta arayış verən və buna görə məhkəmə qərarı ilə barəsində hökm çıxarılmış şəxsi necə vəzifədə saxladığınızı açıqlayın…».

-----------------------------
“Əmin olun ki, hakimlərlə yolumuz kəsəcəyinizi düşünməniz, sonda sizin özünüzü uçuruma aparacaq. Hakimlər yolumu kəssə də, dilimi, qələmimi, savadımı, mübarizliyimi kəsə bilməz”

----------------------------

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) professoru, Dövlət Mükafatı Laureatı, Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, ölkə və xarici dövlətlər üzrə 60-dan çox elmlər doktoru və namizədi yetişdirmiş iqtisad elmləri doktoru Bədirxan Musayev DİA.AZ-a çox maraqlı məktub göndərib. Prezident İlham Əliyevə müraciətində professor ömrünün 60 ilini həsr etdiyi ADİU-dan rektor Şəmsəddin Hacıyev tərəfindən qanunsuz işdən azad olunmasından tutmuş, professor olaraq bu günədək universitetə buraxılmamasına qədər, həmçinin, məhkəmə hakimiyyətindəki özbaşınalıqlarına və universitetdə baş verən digər faktlardan söz açıb:

- Yəqin 28 may «Respublika günü» ilə bağlı cənab prezidentimizin çıxışına diqqət etdiniz. O, çıxışında xüsusi vurğuladı ki, bugünki Azərbaycanın elmi əsasını sovet dövrünün elm adamları qoyublar və qoymaqdadırlar. Amma təəssüf ki, bu gün Şəmsəddin Hacıyev prezidentin bu sözündə olan hikməti, mesajı da anlamaq istəmir. O, ömrünün 60 ilini İqtisad universitetində keçirən Bədirxan Musayevə qarşı faşist jarqonu ilə mübarizə aparır. Hətta mandatı, şəxsi əlaqələri və pulunu da mənə qarşı haqsız hərəkət və əməllərinə sərf etməkdədir. Təsəvvür edin ki, universitetin bu gün də professoruyam, amma məni girişdən içəri də buraxmırlar. Üstəlik, Ş.Hacıyev bu gün məhkəmələri də oyuncaq vəziyyətinə gətirib. Səbail Rayon Məhkəməsinin hakimləri qeyri-rəsmi söhbətlərində açıq etiraf edirlər ki, deputata qarşı qərar çıxara bilməzlər. Hazırda Səbail məhkəməsinin işə bərpa və digər əsassız qətnamələri ilə bağlı apellyasiya şikayəti vermişəm. Mayın 30-da işə bərpa ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə şikayətimə baxılacaq. Ümid edirəm ki, rektorun əli bu məhkəməyə çatmayacaq və hakim Kəmaləddin Bədəlov, nəhayət, ədaləti bərpa edəcək. Əks halda, Ali Məhkəmə mərhələsini də aşıb, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağam.

Rektorun ona qarşı belə aqressivliyinin səbəbini professor belə izah edib: «Bilirsiniz, mən, rektordan başqa əksər yüksək vəzifələrdə işləmişəm. 7 ay əvvələ qədər isə rektorun müşaviri və «İqtisadi Kibernetika» kafedrasının müdiri vəzifələrində işləmişəm. Konkret sualınıza gəlincə, mən universitetdə baş verən bəzi qanunsuzluqlara açıq etiraz etdiyim üçün indiki vəziyyətlə üzləşmişəm. Rektorun müşaviri işlədiyim dövrlərdə onun bütün göstərişlərini qeyd-şərtsiz yerinə yetirmişəm. Amma sonuncu göstərişi cinayət tərkibli olduğundan imtina etdim. Və cənab prezidentə açıq məktub yazdım. Eyni zamanda, rektora 14 maddəlik təklilərimi yazıb, ondan rüşvətxorluğu, tayfabazlığı, yerlipərəstliyi yığışdırmasını istədim. Hər şey də bundan sonra başladı».

Kafedra müdiri vəzifəsindən qanunsuz azad olunmasını Təhsil Nazirliyinin 09 mart 2011-ci il tarixli 400 saylı əmrinin müvafiq bəndləri ilə əsaslandıran professor qeyd edir ki, rektor qanunlara burada da məhəl qoymayıb: «Rektor əvvəlcə nazirliyin adıçəkilən əmrinin 1.8 bəndinin tələblərini də kobud şəkildə pozdu. Belə ki, mən həmin bəndin (“Kafedra müdirliyinə iddiaçı ərizəsini rektor tərəfindən təyin olunma haqqında əmr verilənədək istənilən vaxt geri götürə bilər») tələbinə əsasən kafedra müdiri olmamaq haqda, digər kafedralar üzrə 10 nəfər namizədlə birlikdə rektora ərizə verdim. Amma o, 9 nəfərinin ərizəsini qəbul etsə də, mənimkini rədd etdi. Bundan sonra rektor 400 saylı əmrin 2.2 və 2.3 maddələrinə də açıq hörmətsizlik nümayiş elətdirdi. Beləliklə, kafedra müdiri olmamaq üçün ərizə yazmağımla bərabər, mənim hesabatım seçki komissiyasında dinlənilməmiş və müzakirə olunmayıb. Bundan əlavə, idarəetmə sahəsində qabiliyyət və bacarığımı müəyyənləşdirmək üçün anket sorğusu da aparılmayıb. Rektorun digər bir qanunsuzluğu isə ekspert və müvafiq kafedraların rəyinin öyrənilməməsidir. Beləliklə, Şəmsəddin Hacıyevin yaratdığı və barmaq işarəsi ilə oturub-duran komissiya da öz üzərinə düşən ağır məsuliyyətə xəyanət etmişdir. Universitetin faşizm fəlsəfəsi ilə idarə olunmasının daha bir sübutu isə odur ki, 26 oktyabr 2011-ci ildə kafedra müdirliyi seçkisində məni tərifləyənlər cəmi 5 gün sonra «top atəşi»nə tutublar. Sizcə, bu, necə ola bilərdi? Nədən tapşırıqla sonradan mənim seçkimi gizli səsverməyə çıxarıb, orada məni təhqir etdirdi? Bütün bunlar universitetin faşist üsul-idarəsilə idarə olunması deyil, bəs nədir?».

Mövcud qanunlara görə, boş kafedra müdiri vəzifələrinə bir ay müddətində elan verilib, seçki keçirilməsi vurğulansa da, İqtisad Universitetində bu qanuna da əməl olunmur. Professor deyir ki, rektorun rəhbərlik etdiyi kafedra başda olmaqla, 7 belə kafedra üzrə indiyədək elan verilməyib: «Amma mənə qarşı çoxbaşlı kombinasiya hazırlayıb, kafedra müdirliyindən də qanunsuz azad etdi.

Daha sonra müşavirlik vəzifəsindən azad olunmasına toxunan professor yazır ki, rektor onu çox gülünc və əsassız bəhanələrlə bu vəzifəsindən də azad edib: «Yazıb ki, əmək funksiyasını yerinə yetirə bilmədiyinə və səhhətinə görə vəzifələrindən azad olunur. Şübhəsiz ki, o, «əmək funksiyası» deyəndə, rüşvət mexanizmində bir neçə «Fatı qalx, fatı otur» prinsipi ilə işləyənlər, bir tikə çörəyə görə 5-6 gün içində 180 dərəcə mövqeyini dəyişən və üzə duranlar kimi işləyə bilmədiyimi nəzərdə tutub. Belədirsə, düz yazıb. Amma konkret qanuni səlahiyyətlərimlə bağlı yazıbsa, belə çıxır ki, onda Maştağadakı Ruhi Dispanserdə onun ciddi müalicəyə böyük ehtiyacı vardır.

Səhhətimlə bağlı məsələyə gəldikdə isə, rektor məni işdən azad etdikdən 14 gün sonra Mərkəzi Klinik Xəstəxanadan arayış aldırıb. Diqqət edin aradakı tarix fərqinə, buna hansı qanuni donu geyindirmək olar?

O arayışa gəldikdə isə deyim ki, orada Mərkəzi Kliniki Xəstəxanaya müraciətlərimin tarixləri qeyd olunub. Bütün bunları isə vaxtilə özüm universitetin mühasibatlığına vermişəm. Digər tərəfdən, işlədiyim müddətdə bir dəfə də olsun, xəstəliklə bağlı işə getməməyimi təsdiqləyən bir sənəd də yoxdur. Üstəlik, mənə buna görə nə bir irad, nə bir xəbərdarlıq olunub. Tam əksinə, həmişə təriflənmiş, maaşımı da tam almışam. Ancaq məhkəmə işinə görə, həm də onun bu bəhanəsini də əlindən almaq üçün sağlamlıq arayışı da almışam. Amma təəssüf ki, bu qədər əsas olmasına rəğmən, Səbail məhkəməsi açıq dedi ki, universitet bu rayonda yerləşdiyi və o, deputat olduğu üçün ədalətli qərar verə bilmirlər. Ancaq mən şübhə etmirəm ki, ortada rüşvət də rol oynadı. Çünki uzun illər bir yerdə işləmiş şəxs kimi, onun qanunsuz metodlarını da dəqiq bilirəm».

Professor hazırda universitetdə yaşı 80-dən yuxarı olan 18 nəfərin çalışdığını da sözlərinə əlavə edərək, bildirib ki, rektorun yaşlı alimlərə qarşı «allergiyası» var: «Rektor hər zaman yaşlıları təhqir edib. Onları alçaltmaqdan sanki ləzzət alıb. Bəzi dairələrə deyib ki, məni guya yaşımla bağlı azad edib. Amma məndən yaşlı universitetdə xeyli adam çalışır. 80-dən yuxarı 18 nəfər, 75-80 yaşında 22 nəfərdir. Eyni zamanda, 70 nəfərdən çox xüsusi büdcə hesabına işə götürülüb. Bəs, görəsən mən niyə azad olunmalıydım ki? Bundan başqa, 30-dan çox məsləhətçi vəzifəsinə, özü də bəzilərinin fiziki və zehni imkanları məhdud olmasına rəğmən, işə adam götürüb. 2-3 il xəstə yatanlar, elmi dərəcəsi olmayanlar məsləhətçi vəzifəsinə əmrlə qəbul edildiyi halda, mənə niyə bu şans tanınmır? Nədir Şəmsəddin Hacıyevin bu kinin səbəbi?».

Bədirxan Musayev onu da məktubuna əlavə edib ki, qarşıdakı aylarda Şəmsəddin Hacıyev nüfuzlu bir neçə alimə qarşı da ona qarşı qurduğu planı tətbiq edəcək: «Mən bilirəm ki, o, bir neçə kafedra müdiri və professora qarşı da analoji addımı atmağa hazırlaşır. Çünki həmin professorlar və bir neçə alimlər sözlərini açıq və üzə dediklərindən, Şəmsəddin Hacıyevin hər zaman qorxulu röyası sayılırlar».

Sonda professor Şəmsəddin Hacıyevin özünəməxsus idarəçiliyində önəmli yer tutanların kimliyini də açıqlayıb: «Vaxti ilə akademik Cəlal Əliyev Ş.Hacıyev haqqında Ayaz Mütəllibovun skripkaçalanı demişdir. İndi bu skripkaçalan universiteti şəxsi ansamblına döndərib, dirijor çubuğu ilə bir ovuc yerliləri və məddahların vasitəsiylə korrupsiya yuvasını genişləndirməkdədir. Özü rektor, millət vəkili, komitə sədri və kafedra müdiri olmaqla bərabər, həm də doktoranturaya rəhbərlik edir. Gedin işləri qaldırın, görəcəksiniz ki, o, ildə qanunsuz olaraq ən azı 20 nəfərə elmi rəhbərlik edib. İl ərzində bu qədər doktoranta rəhbərlik etmək, hansı qanunla tənzimlənir, Cənab Hacıyev? Bəlkə jurnalistlərə bunu açıqlayasınız? Və yaxud baldızınız qızı Milana Rəsulovanı necə baş mühasib təyin etmisiniz? Bu «Korrupsiya haqqında» qanuna necə uyğundur? Bəlkə kürəkəniniz, qudanızın kürəkəni haqqında danışasınız? Əlbəttə, bunlardan danışa bilməsiniz. Heç köməkçiniz Zəfər Bayramovun keçmişindən də danışmağa cəsarətiniz çatmaz. O zaman cəsarətiniz varsa, universitetdə oxumayan bir gəncə hərbi xidmətdən yayınmaq üçün saxta arayış verən və buna görə məhkəmə qərarı ilə barəsində hökm çıxarılmış şəxsi necə vəzifədə saxladığınızı açıqlayın. Budurmu, Sizin vətənpərvərliyiniz, milliliyiniz? Bu, milli xəyanət deyil, bəs nədir? Xoşunuza gəlməyənləri və qanunsuz əməllərinizə şəriklikdən imtina edənləri yuxudan nakam qalxan məxluqlar kimi milli xəyanətdə və digər sərsəm fikirlərlə ittiham edirsiniz. Faktdan danışın, Hacıyev. Müraciətlərimlə bağlı barəmdə ora-bura əsassız məlumatlar verirsiniz. Ətrafınıza da deyin, özlərini yığışdırsınlar. Onsuz da bilirəm ki, bu və ya digər faktlardan danışmayacaqsınız. Həmişəki kimi, Siz və ətrafınız susacaq və pusquda durub, hakimlərin əli ilə guya qələbə çaldığınızı göstərməyə çalışacaqsınız. Bunlar mənə keçməz. Mən sizin kimilərini çox görmüşəm. Unutmayın ki, pulunuzun gücü ilə hakimlər əleyhimə qərar çıxara bilər, amma bununla dünyanın sonu gəlməyəcək. Əmin olun ki, hakimlərlə yolumuz kəsəcəyinizi düşünməniz, sonda sizin özünüzü uçuruma aparacaq. Hakimlər yolumu kəssə də, dilimi, qələmimi, savadımı, mübarizliyimi kəsə bilməz. Eynən siz və ətrafınız kimi, onların da buna nə cəsarətləri, nə də qüdrətləri çata bilər. Bu məktubla diqqətinizə çatdırıram ki, əgər mənə qarşı faşist siyasətinizi dəyişməzsəniz, o zaman bu gün mələk donuna girərək, özünüzü qanunların qoruyucusu kimi necə göstərdiyinizi və yuxarıda sadaladığım və sadalamadığım bütün gizlinlərinizi açmaqda davam edəcəyəm. Qoy, ictimaiyyət də, ölkə rəhbərliyi də İqtisad Universitetini hansı vəziyyətə gətirməyinizdən, kimlərin nə işlə məşğul olmalarından və alimləri necə durumlara saldığınızdan xəbərdar olsunlar!».

Professor sonda onu bildirib ki, əgər vəziyyətə tezliklə müdaxilə edilməzsə, o zaman İqtisad universitetində durum həqiqətən də kritik nöqtəyə yetişəcək: «Onu da deyim ki, mənə bir necə xarici elmi mətbuatdan üzləşdiyim vəziyyətlə bağlı müraciətlər olunub. Hələki Azərbaycan məhkəmələrini gözləyirəm, ondan sonra atacağım addımları çox dəqiq hesablamışam, İnşallah, şahidi olacaqsınız!».

P.S. Xatırladaq ki, professor Bədirxan Musayevin bu fikirləri Prezident İlham Əliyevə yazılmış məktubdan götürülüb. Professor bu məktubu bizə təqdim edərkən, dediklərinin sübutu kimi əlavə məlumatlar və sənədlər də verib. Redaksiya olaraq, bu məlumatları araşdıracağıq. Eyni zamanda, əgər qarşı tərəf konkret ittihamlarla bağlı mövqe bildirmək istəyərlərsə, onların da münasibətini dərc etməyə hazır olduğumuzu bildiririk.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru