"O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb..." .....                     “Avropada iş” adı ilə 171 nəfərin xeyli pulunu aldı .....                     “Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib” .....                     Zülfiyyə Xanbabayevadan ilin ilk layihəsi! .....                     Mərkəz Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə .....                     Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib .....                     Ermənistan sülh əleyhinə silahlanır .....                     ABB-nin cəngindən qurtulmaq asan məsələ deyil... .....                     Azərbaycan İdman Akademiyası deputata məxsus olduğu bildirilən şirkətdən avadanlıq alır .....                     Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb .....                     SOCAR-da ALAÇİY KADR İSLAHATLARI... .....                     Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib .....                     Yardımlının “mer”i dövlət büdcəsini şəxsi hesabı bilir .....                     Ermənistanda məhbus dilini kəsib .....                     Mollalardan daha bir təxribat: .....                     Bakı və İrəvan razılığa gələ bilər, amma... .....                     “Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...” .....                     Sabiq nazir müavininə ağır itki .....                     Laçın istiqamətindəki erməni təxribatının ŞOK SƏBƏBİ: .....                     Müzəffər Pirizadənin TROL DƏSTƏSİ... .....                     Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib .....                     Ülvin Əliyev və Fuad İsayev yüksək vəzifəyə TƏYİN OLUNDULAR .....                     Paşinyan xalqını hələ də inandıra bilmir .....                     Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək .....                     `Azercell`də işlənmiş nömrəni təzə adı ilə sırıyırlar... .....                     “Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçi yenidən .....                     Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ... .....                     İşçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur... .....                     Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır .....                     Şəhid qardaşını buna görə İŞDƏN QOVDULAR .....                     Su müharibələri genişlənir: ilk qalib Bakıdır! .....                     Döşək üstündə bayraq qaldıranların "lotu"luğu... .....                     Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? .....                     Qəzadan sonrakı iki dezinformasiya… .....                     AZAL-ın təyyarəsinin “qara qutu”ları DEŞİFRƏ OLUNDU .....                     Daha bir qazi adam bıçaqladı .....                     Hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var .....                     İcra başçısının qalmaqallı sabiq müavini seçkiyə qatılıb .....                     "Azərbaycan Dəmir Yolları"nda qanunsuzluq, yoxsa... .....                     “Ermənistan kartı”, Makronun “cığallığı” və “qaz savaşı” .....                 

AZƏRBAYCANIN «ÜMİD» BİABIRÇILIĞI
Tarix: 17-10-2011, 11:45 | Çap et
AZƏRBAYCANIN «ÜMİD» BİABIRÇILIĞI

RÖVNƏQ ABDULLAYEV QAZMA RƏİSİNİ DƏNİZDƏ GİROV SAXLAYIR

Azərbaycan neft-qaz ölkəsinə çevrilə bilmədi, kəşf olunan «Ümid» yatağındakı quyular çöküb, bərpası mümkünsüzdür

«Rövnəq Abdullayevin durumu çox gərgindir. Prezidentə söylənilən yalan onu bitirə bilər. Hətta bu hadisənin beynəlxalq skandala da səbəb olma ehtimalları yüksəkdir» - Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki mötəbər qaynaqlar “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildiriblər.

Bildirək ki, redaksiyamıza sözügedən qaynaq tərəfindən açıqlanan faktlar həqiqətən də çox mühümdür və hətta çox biabırçı bir vəziyyətin ifşası deməkdir. Əldə etdiyimiz məlumatlarda söhbət bir il əvvəl Azərbaycan hakimiyyətinin dünyaya bəh-bəhlə barəsində danışdığı ölkəmizin qaz ehtiyatlarından gedir. Və aydın olur ki, əslində Azərbaycanın bu sərvətdən istifadəsi nəinki bir-iki ilə və yaxud da prezidentin bu günlərdə «Əl-Cəzirə» telekanalına müsahibəsində qeyd etdiyi kimi 7-10 ilə, ümumiyyətlə 20-30 ilə də mümkün deyil.

İlk olaraq Azərbaycan iqtidarını qazlandıran «Ümid» yatağı barədə

Bildirək ki, «Ümid» yatağı hələ sovetlər dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Bu yataq Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşir. 1953-cü ildə burada birinci dəfə, 1972-ci ildə isə yenidən bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. Sonra 1977-ci ildən 1992-ci ilədək burada 9 quyu qazılıb. Lakin onların heç biri bu horizonta gedib çatmayıb və yatağın mənimsənilməsi mümkün olmayıb.

Nəhayət, qərara alınıb ki, yenidən sözügedən ərazidə quyu qazılsın. Və bu dəfə sırf olaraq ARDNŞ-nin imkanlarından istifadə olunub və bütün prosesə məhz yerli mütəxəssislər rəhbərlik edib. İlk dəfə idi ki, heç bir xaici investisiya cəlb olunmadan və xaricdən texniki dəstək alınmadan bu iş həyata keçirilib.

Bu barədə elə «Ümid» eyforiyası yaranan ilk günlərdə prezident İlham Əliyevə hesabat verən ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə də AZƏRBAYCAN MƏHSULU olan «Ümid» yatağından bəh-bəhlə danışmışdı: «Dövlət Neft Şirkəti 1994-cü ildəki şirkət deyil. İndi Dövlət Neft Şirkətinin maliyyə vəsaiti də, texniki, texnoloji imkanları da var. Bununla belə, yeni texnikanı qavramaq məsələsi də ortada idi. Ona görə bu, böyük bir risk idi. Burada iki məqamı qeyd etmək istəyirəm. Ümumiyyətlə, kəşfiyyat quyusunu platformadan qazmırlar. Dünyada belə təcrübə yoxdur. Platformadan quyuları yalnız açılmış yatağın sərhədlərini təyin etmək üçün qazırlar. Amma tamam açılmamış yataqda platformadan kəşfiyyat quyusu qazmırlar. Buradakı bütün quyular “Xəzər” tipli üzən qazma qurğuları ilə qazılmışdır. Bunlar 60-70 metr dərinlikdə iş görə bilirlər”.

Xoşbəxt Yusifzadə onu da bildirmişdi ki, ARDNŞ əvvəlcə üzən qazma qurğularından istifadə etmək niyyətində olub. Lakin sonradan hesablanıb ki, platformadan qazılsa, daha ucuz olar. Lakin təxminən iki dəfə baha alınıb: “Ona görə, bu platforma riskdir. Burada bizim ikinci böyük bir işimiz oldu ki, bu platformanı 6 quyu üçün layihələndirdik. Bunun müsbət cəhəti onda oldu ki, quyunu üzən qazma qurğusundan qazandan sonra çıxıb gedirsən. Amma burada platforma olduğu üçün, indi bir quyudan yaxşı nəticə almaq o deməkdir ki, biz bundan başqa daha 5 quyu qaza bilərik. Qazma prosesi mürəkkəb şəraitdə çətinliklə başa gəldi. Ancaq məqsədə çatdıq, 5-ci horizontu aça bildik. Beşinci horizontun olması o deməkdir ki, burada mütləq 6-cı, 7-ci, 8-ci horizontlar da var. Əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsasən yüz faiz əminliklə deyə bilərik ki, biz burada böyük yataq açmışıq».

Onu da xatırladaq ki, ARDNŞ-nin birinci vitse-prezidentinin ehtimallarına görə, təkcə «Ümid» yatağında 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı var. Hələlik bu quyudan əldə olunmuş məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir.

Xoşbəxt Yusifzadə onu da bildirmişdi ki, indi qarşıda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Onun sözlərinə görə, bu quyunun perspektivli olması sübut edir ki, “Babək” yatağı “Ümid”dən iki dəfə böyükdür: ““Ümid”də yaxşı nəticə almağımız o deməkdir ki, “Babək”in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda “Babək” aşağıda yerləşdiyi üçün onun ehtiyatı iki dəfə çoxdur. Yəni, “Ümid”də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr olacaq, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi “Ümid” yatağında bizim bir quyumuz var. Bu quyu dənizdə suyun dərinliyi 170 metr olan sahədə qazılıb. Hesab edirəm ki, yaxşı nəticələrə nail olsaq, həm təcrübəmiz artacaq, həm də “Babək”də də işləri özümüz görəcəyik”.

Xoşbəxt Yusifzadə bəyan edib ki, əgər Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.

Onu da qeyd edək ki, sonradan verilən açıqlamalarda Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatlarının təxminən 2,6 trilyon kubmetr olduğu elan edildi və bu rəqəmlər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Dənizə gömülən neft milyonları

İndi isə artıq Azərbaycan hakimiyyətinin həm yerli və həm də dünya ictimaiyyəti qarşısında çətin durumda qaldığı söylənilir. Çünki elan olunan rəqəmlərlə qazın əldə olunması və elan edilən vaxta yetişdirilməsi qeyri-mümkündür. Çünki ortaya çox ciddi problemlər çıxıb. Xoşbəxt Yusifzadənin ehtimal etdiyi çətinliklər imkan verməyib ki, Azərbaycan neft ölkəsi olmaqla yanaşı, həm də qaz ölkəsi olsun.

Yeri gəlmişkən, xatırlayırsınızsa, həmin «Ümid» yatağının qaz ehtiyatları barədə dünyaya hay salınanda bildirilirdi ki, iki ilə, yəni 2012-ci ildən etibarən artıq Azərbaycan Avropaya belə təbii qazı nəql edə biləcək. Amma indi bu tarix bir qədər də uzaca atılıb. Yuxarıda da xatırlatdığımız kimi, İlham Əliyev artıq «Əl-Cəzirə» telekanalına müsahibəsində 7-10 illik müddətdən danışıb. Amma ona problemin mahiyyəti ilə bağlı tam olaraq məlumat verilməyib. Bunu da redaksiyamıza mötəbər mənbə bildirib.

Əldə etdiyimiz faktlara görə, «Ümid» yatağındaı platformada qazılan quyu Azərbaycanın dövlət rəsmilərinin hüdudsuz qaz ehtiyatlarımızla bağlı səs-küy saldığı ərəfədəcə dənizin dibinə batıb.

Bu barədə mənbənin söylədikləri: «Elan olunandan bir ay sonra quyunun özülləri dənizdəki boşluğa gedib. Hələ də quyunun dirəkləri sementlənir, amma yenə də bir nəticəyə varıla bilmir». Sırf olaraq Azərbaycanın yerli işi olması səbəbindən yox, həm də «Ümid» yatağındakı platformada quyunun saxlanmasının ümumiyyətlə, mümkünsüzlüyü ilə əlaqələndirən mənbəmiz vurğuladı ki, zamanında həmin yataq BP-yə də təklif edilibmiş: «Lakin xarici mütəxəssislər həmin yataqda apardıqları kəşfiyyat işlərindən sonra ortaya konkret nəticələrin çıxarılmasının mümkünsüzlüyü haqda rəy verdilər. Hətta həmin rəydə vurğulanırdı ki, «Ümid» yatağının istismarına sərf ediləcək maliyyə vəsaitinin külli miqdarda olması həmin yatağa olan marağı azaldır».

Xatırladaq ki, bu barədə Xoşbəxt Yusifzadə də etiraf edib və o da bildirib ki, yatağın istismarı üçün kəsə yoldan getməyə çalışıblar və daha az məsrəflə, nəticəyə nail olmaq istəyiblər: «Amma yekunda gözləniləndən qat-qat artıq pul xərclənib».

«Ümid» yatağına bu vaxta qədər 1 milyard ABŞ dollarına yaxın vəsaitin xərcləndyini bildirən mənbəmiz vurğuladı ki, artıq həmin pullar havaya sovruşlumş, dənizə gömülmüş hesab oluna bilər.

Prezident Rövnəq Abdullayevi, Rövnəq Abdullayev də aşağıları sıxır

Təbii ki, bu durumun daha çox Rövnəq Abdullayevə baha başa oturduğu bildirilir. Mənbəmizə görə, artıq bir ildir ki, gərgin anlarını yaşayan ADRNŞ prezidentinə gələn ilin yanvar ayına qədər son vaxt verilib: «Doğrudur, Rövnəq Abdullayev ARDNŞ-də rəhbər olsa da, onun qazma işlərindən ümumiyyətlə, anlayışı yoxdur və o, hələ də Xoşbəxt Yusifzadəni «günah keçisi» kimi irəli verməyə çalışır. Çünki həqiqətdə də bütün məsuliyyət yükü məhz 1-ci vitse-prezidentin çiyinlərindədir. Yəni o, «dobro» verməsəydi, bu pullar xərclənməyəcəkdi. Amma buna rəğmən, yenə də əsas hədəf Rövnəq Abdullayevin özüdür və günlərin birində həmin pulların hesabatı məhz ARDNŞ prezidentindən istəniləcək».

Məhz uğursuz qazma işləri səbəbindən iki «TREST» müdirinin bu vaxta qədər görəvindən uzaqlaşdırıldığını bildirən mənbəmiz vurğuladı ki, hətta hazırda İsgəndər adlı qazma idarəsinin rəhbəri və eləcə də ARDNŞ-nin neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov ən çətin günlərini yaşamaqdadır: «Onlar demək olar ki, 10 aydır ailə-uşaq üzü görmürlər. İsgəndər müəllim isə ümumiyyətlə, platformadan evə gəlmək ixtiyarında deyil və uğursuz qazma işlərinin bütün məsuliyyəti onun üzərinə qoyulub. Bir nəticəyə varılına qədər, o, dənizdən dönə bilməyəcək».

Bir sözlə, «Ümid» yatağındakı iflas səbəbindən prezidentin Rövnəq Abdullayevi, Rövnəq Abdullayevin də öz növbəsində əlinin altındakı işçilərini sıxdığı bildirilir.

NABUCCO-nun da qarnının ağrısı «Ümid» imiş…

Bu arada əldə etdiyimiz bir başqa məlumatda isə vurğulanır ki, əslində NABUCCO ilə bağlı Azərbaycan tərəfinin ləngidici mövqedə dayanmasının bir səbəbi də ölkəmizin həmin layihədə sırf olaraq tranzit ünvan kimi iştirak etməmək niyyətiylə bağlıdır. Yəni Azərbaycan hakimiyyəti «Ümid» yatağında ehtimal olunan qaz ehtiyatı ilə həmin projedə iştirakda maraqlı olsa da, bu yatağın istismarının yaxın 20 il üçün də xəyal olması səbəbindən NABUCCO-yə daha çox əngəl yaradan bir tərəfə çevrilmişik.

Mənbəyə görə, artıq bu barədə real izahatlar Qərbin müvafiq dairələrinin diqqətinə çatdırılıb: «Əslində bu məlumatlandırmaya elə bir ehtiyac da yoxdur. Çünki Azərbaycana NABUCCO-da daha ço tranzit ölkə statusu tanınır. Amma buna baxmayaraq, Azərbaycan həm də nəql edən ölkə kimi layihədə iştirak payı əldə etmək niyyətindədir və ilkin sənədləşmədə ölkəmizin tranzit məkan kimi rəsmiləşdirilməsi, sonradan nəql edən ölkə statusunun rəsmiləşdirməsi üçün sanki problem yaradacağından, rəsmi Bakı NABUCCO-nun sürətli şəkildə icrasının əleyhinədir».

Mənbəmizin sözlərinə görə, «Ümid» yatağı ilə bağlı ABŞ tərəfindən kosmosdan da kəşfiyyat işləri həyata keçirilib və Azərbaycana müvafiq sənədlər təqdim olunub: «Həmin sənədlər də hələ 1953-cü ildə SSRİ-nin vaz keçdiyi bu işin boşuna enerji və pul sərf olunması anlamını daşıdığını sübutlayır». Mütəxəssislər bildirir ki, «Ümid» yatağının ucuz başa gələn üsullarla istismarı üçün müvafiq texniki avadanlıq və üsulların daha bir nəsillik inkişafına ehtiyac var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb..." - Sosial yardımı isə...
Bu gün, 11:20
“Avropada iş” adı ilə 171 nəfərin xeyli pulunu aldı - MƏHKƏMƏ BAŞLADI
Bu gün, 11:17
“Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib” - ŞƏHİD ATASI GİLEYLƏNİR
Bu gün, 11:15
Zülfiyyə Xanbabayevadan ilin ilk layihəsi! - VİDEO
Bu gün, 11:06
Mərkəz Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib
Bu gün, 11:04
Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 11:03
Ermənistan sülh əleyhinə silahlanır - Prezidentdən 2025 XƏBƏRDARLIĞI!
Bu gün, 11:02
ABB-nin cəngindən qurtulmaq asan məsələ deyil... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:55
Azərbaycan İdman Akademiyası deputata məxsus olduğu bildirilən şirkətdən avadanlıq alır - 250 min xərcləyəcək
Bu gün, 10:49
Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb
Bu gün, 10:48
SOCAR-da ALAÇİY KADR İSLAHATLARI... - Araşdırma aparıldığı deyilsə də...
Bu gün, 10:45
Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:38
Yardımlının “mer”i dövlət büdcəsini şəxsi hesabı bilir - İLGİNC FAKTLAR...
Bu gün, 10:35
Ermənistanda məhbus dilini kəsib
Bu gün, 10:32
Mollalardan daha bir təxribat: - Bu dəfə də Bakı və Ankara “hədəf” alınıb
Bu gün, 10:30
Bakı və İrəvan razılığa gələ bilər, amma... – “Qaranlıq” sülh perspektivi
Bu gün, 10:27
“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Bu gün, 10:23
Sabiq nazir müavininə ağır itki
Bu gün, 10:16
Laçın istiqamətindəki erməni təxribatının ŞOK SƏBƏBİ: - 5-ci kolon...
Bu gün, 10:14
Müzəffər Pirizadənin TROL DƏSTƏSİ... ONA KÖMƏK OLA BİLƏCƏKMİ?
Bu gün, 10:09
Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib - TƏFƏRRÜAT
Bu gün, 09:51
Ülvin Əliyev və Fuad İsayev yüksək vəzifəyə TƏYİN OLUNDULAR - ƏMR
Bu gün, 09:49
Paşinyan xalqını hələ də inandıra bilmir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:38
Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək – Avetisyan
Bu gün, 09:34
`Azercell`də işlənmiş nömrəni təzə adı ilə sırıyırlar... - ETİRAZ
Bu gün, 09:31
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçi yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:23
Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ... - ƏMƏKHAQQI DAVASI...
Bu gün, 09:20
İşçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur... - Ekspert danışır...
Bu gün, 09:10
Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır - Başqa yolu yoxdur...
Bu gün, 09:06
Şəhid qardaşını buna görə İŞDƏN QOVDULAR - MÜRACİƏT
Bu gün, 08:58
Su müharibələri genişlənir: ilk qalib Bakıdır! – Növbəti döyüş burada başladı
Bu gün, 08:53
Döşək üstündə bayraq qaldıranların "lotu"luğu... - AXI NİYƏ?..
Bu gün, 08:51
Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? – Nikolun qisası
Bu gün, 08:50
Qəzadan sonrakı iki dezinformasiya… - elə bir həssas dönəmdəyik ki...
Bu gün, 08:47
AZAL-ın təyyarəsinin “qara qutu”ları DEŞİFRƏ OLUNDU - “G1”
Bu gün, 08:45
Daha bir qazi adam bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:42
Hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var - NƏ ETMƏLİ?
Bu gün, 08:37
İcra başçısının qalmaqallı sabiq müavini seçkiyə qatılıb - Məktəblini döydüyü üçün vəzifədən çıxarılmışdı
Bu gün, 07:38
"Azərbaycan Dəmir Yolları"nda qanunsuzluq, yoxsa... - Departament rəhbəri məhkəməyə üz tutub
Bu gün, 07:35
“Ermənistan kartı”, Makronun “cığallığı” və “qaz savaşı” - İNCƏLƏMƏ
Bu gün, 07:17
Trampın hakimiyyəti müharibələr və xaos gətirəcək? - Yeni dünya xəritəsi cızılır
Bu gün, 07:14
Petrosyan etirafı ilə Sarkisyan və Köçəryanın qəbrini qazmış oldu - FAKT BUDUR!
Bu gün, 07:11
"Dəmir Cargo" vətəndaşı niyə narazı salıb? - GİLEY
Bu gün, 07:08
Paşinyanın real Ermənistanı: “Onu Qafqazda yox, Hindistanda axtarsın” - GƏLİŞMƏ
Bu gün, 07:05
Bu, Azərbaycan xalqına nifrətin izharıdır - Mixaylov
Bu gün, 07:03
Qubada bələdiyyə seçkisi TƏLAŞI... - İTTİHAM VAR...
Bu gün, 07:01
Yeni ildən dollarla bağlı YENİLİK: BAHALAŞACAQ? - AKTUAL
Bu gün, 06:56
"Olduqca ciddi, cavabsız suallar mövcuddur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:52
Yevlaxda görünməmiş YAŞIL TERROR... - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"2025-ci ildə hansı gözlənilməz hadisələr baş verə bilər?" - "Politico" nəşri
Bu gün, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru