Teymur Musayev işdən çıxdı .....                     Oruçoğlu Zakir Həsənovun müşaviri TƏYİN EDİLİB .....                     Qreta Tunberqi həbsxanaya salmaq təklif olunur .....                     Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır: Amma şəhər heç dəyişmir… .....                     Yeganə Ramazanova nazirlikdən ayrıldı, yeni vəzifəyə təyin olundu .....                     “25 il keçib onların ideologiyası və prinsipləri demək olar ki, yoxdur” .....                     Azərbaycanlı iş adamının 25,5 milyard dollar sərvəti var .....                     Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək .....                     "Universitetə sənədlərimi də təqdim edə bilməmişəm... .....                     Həbsdəki hakimə yenidən cinayət işi açıldı .....                     Kürəkənini ilə mübahisə edən qayınata onu döydü .....                     Onlar bu gündən iş başında olacaqlar .....                     Durov səkkiz aya 4 milyard dollardan çox qazandı .....                     DSMF avtomobil parkını yeniləyir .....                     "FINCA Azerbaijan"ın İcraçı Direktoru Timoti Tarrant .....                     “Baku Distribution”un təsisçisi şirkətdən çıxıb .....                     "Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır" .....                     İctimai nəqliyyatda gedişhaqqı bir manata qalxacaq? .....                     Pezeşkiandan münaqişələrin həlli üçün təklif .....                     Missiyası başa çatan Fransa səfiri Azərbaycanı tərk edib .....                     FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub .....                     BU NƏDİ BELƏ: Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb .....                     “Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar” .....                     "Vətəndaşı it yerinə də qoyan yoxdur..." .....                     Pezeşkianla Paşinyanın söhbəti sərt keçib .....                     BU DA BİZİM ALİM: Cümşüd Nuriyevin ABSURD MƏNTİQİ... .....                     MİDA bu qəsəbədə yeni güzəştli mənzillərin inşasına başlayır .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                     Yerüstü nəqliyyatın BİTMƏYƏN DƏRDİ... .....                     Günün fotosu: .....                     "15 manatı açıq-aşkar OĞURLADILAR" .....                     AZƏRİQAZ gerçəkliyi: Savadı yoxdur... RƏİS TƏYİN EDİN! .....                     Tramp Ukrayna ilə bağlı sülh çalışmalarını dayandırmağı düşünür .....                     “Təbrik” şadlıq sarayı insanları necə zəhərləyir? .....                     Bakıda taksilər kəskin bahalaşdı .....                     Rusiyanı iflic etmə planı .....                     Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib .....                     "Biz aldandıq, siz aldanmayın" .....                     Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb .....                     Üçüncü Dünya müharibəsi təhlükəsi? .....                 

“Xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz” - DƏYƏRLƏNDİRMƏ
Tarix: 2-09-2024, 14:05 | Çap et
“Xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz”
Ötən gün Azərbaycanda növbədənkənar parlament seçkisinin səsverməsi həyata keçirildi. Yeddinci çağırış Milli Məclisə seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıdı. 990 namizədin 308 nəfəri 25 siyasi partiyanın nümayəndələri idi. Seçkini 112 min 749 yerli, 604 nəfər isə beynəlxalq müşahidəçi izləmiş oldu.

Səsvermə prosesi səhər saat 08:00-dan etibarən başladı və axşam saat 07:00-da seçki məntəqələri bağlandı. Seçkilər bitdikdən bir neçə saat sonra seçkilərdə “exit poll” aparan təşkilatlar nəticələri elan etdilər. Gecə saatlarında isə Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin ilkin nəticələrini açıqladı, dairələr üzrə lider namizədlər bəlli oldu. İlkin nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri daha çox mandat qazanıblar.

MSK-nın açıqladığı rəqəmdə qeyd edilir ki, 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. Azərbaycanda seçicilərin ümumi sayı isə 6 milyon 421 min 960 nəfərdir. Bu o deməkdir ki, növbədənkənar parlament seçkilərində seçici aktivliyi aşağı olub. Səsvermə hüququ olan vətəndaşların yarısı belə səsverməyə qatılmayıb.

Bununla yanaşı, dünən gün ərzində seçki məntəqələrində qanun pozuntuları ilə bağlı videomateriallar namizədlər, onların vəkilləri, səlahiyyətli nümayəndələri tərəfindən paylaşılıb. Bəzi namizədlər seçkilərdə qanun pozuntularının baş verdiyini, qutulara topa bülletenlər atıldığını, “karusel” – yəni bir nəfərin bir neçə məntəqədə səs verdiyini iddia edirlər.

Ümumi seçki prosesi və qanun pozuntuları iddiaları ilə bağlı AYNA-nın suallarını YAP-ın namizədi olmuş və MSK-nın açıqladığı nəticəyə əsasən, yenidən mandat qazanmış Hikmət Məmmədov cavablandırıb. Köhnə və yeni deputat olan H.Məmmədov deyib ki, Azərbaycan xalqı bu seçkilərlə mühüm bir demokratiya səhifəsi açmağı bacardı:

- Seçkiqabağı vəziyyət, namizədlərə bərabər təbliğat kampaniyasının yaradılması yüksək səviyyədə təşkil olundu. Səsvermə günü də seçkilərin nəticəsinə təsir edəcək demək olar ki, insident baş vermədi, qanun pozuntuları müşahidə olunmadı. İlk dəfədir ki, Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Xankəndidə, Şuşada insanlarımız səs verdi, deputatını seçdi ki, bu vacib məsələdir. Demək olar ki, seçkilər yüksək səviyyədə keçdi və demokratik inkişaf yolunda daha bir addım atıldı.

Mənim də təmsil olunduğum hakim YAP bu seçkilərin mütləq qalibidir. Xalqımız yenidən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi kursuna dəstək verdi və qalib liderin rəhbəri olduğu siyasi partiyanı qalib etdi. Buna görə partiyadaşlarımı da, YAP tərəfdarlarını da təbrik edirəm. İnanıram ki, yeni çağırış Milli Məclis Azərbaycanın inkişafına öz müsbət töhfəsini verəcək.

- Amma seçici fəallığı o qədər də yüksək olmadı. Cəmi 37 faiz seçici aktivliyi müşahidə edilib ki, bu, az deyilmi?

- Demokratik proseslərdə bir tendensiya var ki, prezident seçkiləri daha canlı olur, seçicilər bu seçkilərdə daha fəal iştirak edirlər. Parlament seççkiləri bir qədər prezident seçkilərinin kölgəsində qalır. Çünki xarakter etibarı ilə Prezident ölkənin siyasətini təyin edir. Biz fevral ayında keçirilən prezident seçkilərindəki aktivliyi indi keçirilən parlament seçkilərində də gözləməli deyildik.

Mənə elə gəlir ki, parlament seçkilərində 37 faiz ətrafındakı seçici fəallığı olduqca mühümdür. Biz bilirik ki, oturuşmuş demokratiyalarda seçici fəallığı 20-30 faiz ətrafında olur. Həmin faizlərə nisbətən bizdə parlament seçkilərindəki fəallıq təqdir olunmalıdır. Bəli, daha yaxşı, daha yüksək fəallıq ola bilərdi. Amma bu, seçicilərin, xalqın mövqeyi ilə bağlı olan məsələdir. Əsas olan odur ki, növbədənkənar parlament seçkiləri baş tutmuş sayılır.

- Sosial şəbəkələrdə yayılan görüntülər var ki, orada müxtəlif seçki pozuntularına, namizədlərə, onların nümayəndələrinə qarşı təzyiqlərin şahidi oluruq. Bunu necə qiymətləndirmək olar?

- Mən əvvəldə dedim, müəyyən pozuntular ola bilər və istisna deyil. Amma bunlar seçkinin ümumi nəticəsinə təsir edəcək hallar deyil. Belə xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz, kölgə salmamalıdır. Seçkiləri müşahidə edən beynəlxalq və yerli qurumların hesabatından da görünür ki, seçki prosesini kölgəyə salan qanun pozuntuları müşahidə edilməyib. Hər halda bu məsələlər MSK tərəfindən araşdırılacaq, lazımi tədbirlər görüləcək. Məncə, həmin namizədlər, onların vəkilləri MSK-ya müraciətlər edəcəklər və müvafiq, ədalətli qərar veriləcək.

- Ötən parlament seçkilərində belə hallar səbəbindən 4 seçki dairəsində nəticələr ləğv edildi. İddialar var ki, bu dəfə də bir neçə seçki dairəsində nəticələr ləğv edilə bilər. Bu mümkündürmü?

- Mənə elə gəlir ki, budəfəki seçkilərdəki qanun pozuntuları ilə bağlı şikayətlər az olacaq, minimum şikayətlər ediləcək. Bunun ölkəmizdəki yeni reallıqlarla əlaqələndirirəm. Bu gün Azərbaycanda kiminsə daha radikal mövqe tutması üçün ciddi əsas yoxdur. Azərbaycan xalqının siyasi proseslərə cəlb olmasının əsas səbəbi Qarabağ problemi idi. Həddən artıq siyasi fəallıq yaradan amil də məhz torpaqlarımızın işğalda olması idi. Eyni zamanda, sosial-iqtisadi problemlər də bəzi insanları radikal siyasi qurumlara üz tutmağa sövq edirdi. Radikallar da bununla az da olsa müəyyən elektorat toplayıdrılar. İndi nə Qarabağ problemi var, nə də ciddi sosial-iqtisadi problem. Azərbaycan lideri İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Eyni zamanda, Azərbaycan Prezidentinin iqtisadiyyatın inkişafı ilə bağlı atdığı addımlar insanlarımızın sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb. Xalq da bunu görür, cənab Prezidentin siyasi kursunu bir daha dəstəkləyərək YAP-ı parlamentin lider partiyası kimi saxladı.

Bəli, bir-iki dairəni çıxmaq şərti ilə, digər dairələrdə insidentlərin olmadığının şahidiyik. Ciddi olmayan insident yaşanan, yaxud qanun pozulan məntəqələrlə bağlı şikayət MSK-ya ediləcək, MSK da lazımi tədbir görəcək. Ümumi tendensiya isə ondan ibarətdir ki, bu seçkilər demokratiyamızın inkişafında daha bir addım oldu.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Teymur Musayev işdən çıxdı - Yerinə təyinat
Bu gün, 11:05
Oruçoğlu Zakir Həsənovun müşaviri TƏYİN EDİLİB - FOTO
Bu gün, 11:03
Qreta Tunberqi həbsxanaya salmaq təklif olunur
Bu gün, 11:00
Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır: Amma şəhər heç dəyişmir… - İcazə verin, şübhələnək...
Bu gün, 10:56
Yeganə Ramazanova nazirlikdən ayrıldı, yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA
Bu gün, 10:53
“25 il keçib onların ideologiyası və prinsipləri demək olar ki, yoxdur” - Elçibəyin köməkçisi müxalifətdən şikayətləndi
Bu gün, 10:47
Azərbaycanlı iş adamının 25,5 milyard dollar sərvəti var
Bu gün, 10:36
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 10:32
"Universitetə sənədlərimi də təqdim edə bilməmişəm... - Hələ qalmaq üçün yer də tapmalıyam"
Bu gün, 10:31
Həbsdəki hakimə yenidən cinayət işi açıldı - BU DƏFƏ...
Bu gün, 10:28
Kürəkənini ilə mübahisə edən qayınata onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:20
Onlar bu gündən iş başında olacaqlar
Bu gün, 10:17
Durov səkkiz aya 4 milyard dollardan çox qazandı - “Blumberq”
Bu gün, 10:13
DSMF avtomobil parkını yeniləyir - 1 milyon ayrılacaq
Bu gün, 10:05
"FINCA Azerbaijan"ın İcraçı Direktoru Timoti Tarrant 12 illik CEO fəaliyyətini başa çatdırır
Bu gün, 10:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 10:02
"Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır" - REPLİKA
Bu gün, 09:59
İctimai nəqliyyatda gedişhaqqı bir manata qalxacaq? -Ekspertlər AÇIQLADI
Bu gün, 09:54
Pezeşkiandan münaqişələrin həlli üçün təklif - KİV
Bu gün, 09:50
Missiyası başa çatan Fransa səfiri Azərbaycanı tərk edib
Bu gün, 09:48
FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub - 16 mərtəbəli binada böyük cinayət
Bu gün, 09:43
BU NƏDİ BELƏ: Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə
Bu gün, 09:33
“Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar” - Təvəkkül Səlimov
Bu gün, 09:29
"Vətəndaşı it yerinə də qoyan yoxdur..." - ETİRAZ!
Bu gün, 09:24
Pezeşkianla Paşinyanın söhbəti sərt keçib – “İran lideri deyib ki…”
Bu gün, 09:10
BU DA BİZİM ALİM: Cümşüd Nuriyevin ABSURD MƏNTİQİ... - Rusiyanı müdafiə etməyə elə söz tapdı ki...
Bu gün, 09:05
MİDA bu qəsəbədə yeni güzəştli mənzillərin inşasına başlayır - TƏFƏRRÜAT
Bu gün, 08:59
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 08:58
Yerüstü nəqliyyatın BİTMƏYƏN DƏRDİ... - AXI NİYƏ?
Bu gün, 08:49
Günün fotosu: - BİZDƏN YOXDUR...
Bu gün, 08:46
"15 manatı açıq-aşkar OĞURLADILAR" - ETİRAZ
Bu gün, 08:35
AZƏRİQAZ gerçəkliyi: Savadı yoxdur... RƏİS TƏYİN EDİN! - BU NƏDİ BELƏ?
Bu gün, 08:25
Tramp Ukrayna ilə bağlı sülh çalışmalarını dayandırmağı düşünür - Axios
Bu gün, 08:17
“Təbrik” şadlıq sarayı insanları necə zəhərləyir? - VİDEO
Bu gün, 08:11
Bakıda taksilər kəskin bahalaşdı – Yeni qiymətlər
Bu gün, 07:04
Rusiyanı iflic etmə planı - Zelenski anonsunu verdi
Bu gün, 07:01
Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib
Bu gün, 06:58
"Biz aldandıq, siz aldanmayın" - NARAZILIQ VAR...
Bu gün, 06:54
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
Bu gün, 06:44
Üçüncü Dünya müharibəsi təhlükəsi? – Yaxın 5 ildə 5 böyük münaqişə...
Bu gün, 06:40
Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 06:23
NAXTEL LƏĞV OLUNUR - DİQQƏT
Bu gün, 02:00
Susuz qalan Türkiyə: böhran dərinləşir - AKTUAL
Bu gün, 00:46
"İsrail dronları Azərbaycan sərhədindən keçib" - YALANÇI TEHRAN
Bu gün, 00:43
Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı – 2019-da nə deyilmişdi?
Dünən, 23:15
"Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" - Ölkəmiz yenə təhdid olundu
Dünən, 23:12
Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə – yeni format doğulurmu?
Dünən, 23:10
KTMT Belarusda təlimlərə başladı
Dünən, 15:04
"Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" - Nadir Qafarzadə ruslara HAQQ QAZANDIRDI
Dünən, 14:29
ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... - Prezidenti də ALDADIR?
Dünən, 14:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru