Bu qanunsuzluq aradan qalxmasa... .....                     Təhsil problemini həll etməli olanlar... .....                     Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... .....                     Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? .....                     "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" .....                     Bahalı geyimi ilə xalqa qarışmaq istədi... .....                     Barışa vurulacaq MÖHÜR... .....                     "Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" .....                     Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram .....                     Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                 

"Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər, amma..." - Novella Cəfəroğlu
Tarix: 2-03-2023, 08:31 | Çap et
"Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər, amma..."
Əfv Komissiyasının iclasları intensivləşib. Yayılan məlumatlara görə, artıq 1000-dən çox müraciətə baxılıb. Bəzi təcrübələri yada salsaq, mümkündür ki, Novruz bayramı ərəfəsində Prezidentin əfv sərəncamı imzalansın. İlham Əliyevin bir imzası ilə yüzlərlə dustağın azadlığa çıxması və normal həyata qayıtması gözlənilir. Bəs bu dəfə də bir çox siyasi-ictimai fəalların, o cümlədən ömürlük iş alan OMON-çuların da azadlığa çıxacağı gözlənilirmi?

Bu arada Avropada yaşayan bəzi hüquq müdafiəçiləri Azərbaycandakı siyasi dustaqların siyahısını yayıblar. Leyla Yunusun tərtib etdiyi həmin siyahıya görə Azərbaycan həbsxanalarında 96 siyasi dustaq var. Bir zamanlar sayları barədə yüzlər rəqəmləri yazılan siyasi dustaqlar hər zaman əfv və amnistiya mövzularının mərkəzində olublar.

Yerli hüquq müdafiəçiləri isə Leyla Yunusun siyahısındakı şəxslərin əksərinin siyasi məhbus olmadığını bildirirlər.

DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, verilməsi gözlənilən əfv fərmanı öncəsi 30 nəfər şəxsin adı olan siyahı hazırlayıblar:

“Dünən Avropa İttifaqının səfiri ilə görüşümüz oldu. Ondan da xahiş etdik ki, prezidentlə görüşləri zamanı siyahımızda adları olan şəxslərin əfv olunmasını xahiş etsin. Siyahıda OMON-çular, inanclı insanlar, "Qaranquş" dəstəsi üzvləri, keçmiş deputat Hüseyn Abdullayev, sabiq baş prokuror Eldar Həsənov və digərləri var. Siyahıda olanların bir çoxu xəstə insanlardır, əksəriyyəti uzun illərdir ki, həbsdədir. İstərdik ki, humanizm göstərilərək bu insanlar əfv olunsunlar. Məsələn, cavan biznesmen var, “İdeal” mağazalar şəbəkəsinin rəhbəri İlqar İsmayılov. Onun işi düzgün aparılmayıb. İstərdik ki, o da əfv olunsun".

Bu arada “Xural TV”nin baş redaktoru Əvəz Zeynallının azadlığa buraxılması üçün petisiya imzalanır. Artıq petisiyanı 200-ə yaxın vətəndaş imzalayıb.

Hüquq müdafiəçisi deyib ki, “Xural TV” rəhbəri Əvəz Zeynallının azad olunması üçün mütəmadi olaraq müraciətlər olunur: “Əlbəttə ki, çox istərdik ki, Əvəz Zeynallı azad olunsun. Onun fəaliyyəti ümumilikdə cəmiyyətin xeyrinə idi. "Xural TV" bir pəncərə idi və hər kəsin üzənə açıq idi. Kim istəyirdisə sözünü ölkə rəhbərliyinə çatdırsın, Prezident Administrasiyasının qarşısına getmirdi, “Xural TV”yə gəlib çıxış edirdi. Bu baxımdan, Əvəz Zeynallı cəmiyyət üçün faydalı idi. İndiki mərhələdə onun istintaq, məhkəmə dövründə azad olunmasını istəyirik. Ümid edirik ki, bu yöndə çağırışlarımıza humanism prinsiplərindən çıxış etməklə reaksiya veriləcək. Bu gün Azərbaycanda stabillik var və bu stabilliyi qorumaq lazımdır. Bu gün internet TV-lərdə iqtidar-müxalifət dartışmaları aparılır. Bunun özü cəmiyyətin inkişafı üçün çox müsbətdir. Bu baxımdan, belə ictimai fəaliyyətə töhfə verən Əvəz Zeynallının da azad edilməsi işin xeyrinə olar".

Hüquq müdafiəçisi deyib ki, Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər: “Bu siyahı hansı kriteriyalara əsaslanaraq yazılıb? Bunu bilmirəm. Bizim hazırladığımız siyahıda 30 nəfərin adı var. Bəli, siyahıda Gəncə hadisələrində həbs olunanlar, dindarlar, siyasi partiyaların üzvləri var. Lakin qeyd edim ki, Gəncə işi ilə bağlı araşdırmalar gedir və onlardan bəziləri artıq azadlığa buraxılıblar. Bəziləri də aktiv iştirak edənlər, ölümlərdə suçu olanlardır. Lakin qeyd etdiyim kimi, elələri var ki, tədricən azadlığa buraxılacaqlar. "Tərtər işi"ndə də azadlığa buraxılanlar var və bu proses tədricən davam edir. Onları biz niyə siyahıya salmalıyıq?"

DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a deyib ki, veriləcək əfv fərmanından gözləntiləri böyükdür: “Xeyli insanın azadlığa çıxmasını istəyirik. Söhbət təkcə siyasi motovlərlə, blogerliyə, aktiv faəliyyətinə görə tutulanlardan getmir. Ortaya atılan 96 nəfərlik siyahı ilə də maraqlanmışıq. Müəyyən kateqoriyadan olan insanların azadlığa çıxması üçün o siyahıya adları salınıb.

Həmin siyahılarda olan bəzi şəxslərin azad edilməsini biz də istəyirik. Amma bir şəxsin xaricdə oturub belə siyahılar tərtib etməsini də düzgün hesab etmirəm".

Hüquq müdafiəçisi deyib ki, Əfv Komissiyasına, Prezidentə özlərinin tərtib etdikləri siyahını təqdim ediblər: “Gözləyirik ki, siyahımız nəzərə alınacaq. Əvəz Zeynallıya gəlincə, onun işini daim diqqətdə saxlayırıq, onun azadlığa çıxmasını istəyirik. Məsələ budur ki, hazırda Əvəz Zeynallının məhkəməsi olmayıb. Biz hazırda Əvəz Zeynallının məhkəməyə qədər ev dustaqlığına buraxılmasını istəyirik. Ümumiyyətlə isə belə praktika da var ki, Əfv Komissiyasının təqdim etdiyi siyahıda olmayan insanları da Prezident əfv edə bilər. Biz də çox istərdik ki, cəmiyətin diqqət mərkəzində olan belə şəxslər əfv olunsunlar”.

Xatırladaq ki, “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi fevralın 27-də Azərbaycanda siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Xaricdə yaşayan Leyla Yunusun da hazırladığı yenilənmiş siyahıya görə, Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var. Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.

1-ci qrupa jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa müxalifət partiya və hərəkatların üzvləri (6 nəfər), 3-cü qrupa Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa dindarlar (29 nəfər), 5-ci qrupa Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir. Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb. “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirir ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb. Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və onları qərəzli baxış hesab edir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32
"Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27
Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski
Bu gün, 06:19
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Dünən, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Dünən, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Dünən, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Dünən, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Dünən, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Dünən, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Dünən, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Dünən, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Dünən, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Dünən, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Dünən, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Dünən, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Dünən, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Dünən, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Dünən, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Dünən, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Dünən, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Dünən, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Dünən, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Dünən, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Dünən, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Dünən, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru