Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                 

"Bütün dünya gördü ki, əsl vəhşi məhz Ermənistandır" - deputat
Tarix: 21-06-2022, 09:06 | Çap et
"Bütün dünya gördü ki, əsl vəhşi məhz Ermənistandır"
İyunun 19-da Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxışı” mövzusunda panel keçirildi. Bununla azad Şuşamız - Mədəniyyət paytaxtımız daha bir önəmli tədbirə ev sahibliyi etmiş oldu.

İllərdir ki, keçirilməsi ənənə halını alan Qlobal Bakı Forumunda iştirak edən dünyanın aparıcı isimləri bu dəfə Qarabağın gözü olan qala şəhərimizə toplaşdılar. Azərbaycan həqiqətlərinin Şuşa ucalığından növbəti dəfə bəyan olunması, erməni vandalizminin çatdırılması baxımından da çox önəmli bir tədbir keçirilib desək, yanılmarıq. Rəsmi məlumata görə, forumun moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin olub. Paneldə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşada 2 mindən çox tarixi abidə var və erməni işğalı dövründə həmin abidələrin bir çoxu dağıdılıb. Aydın Kərimov bu abidələrin bir hissəsinin bərpa edilməkdə olduğunu nəzərə çatdırıb. Şəhərdə aparılan yenidənqurma işlərindən danışan xüsusi nümayəndə qeyd edib ki, Şuşa elektrik enerjisi ilə tam təchiz olunub: “Şəhərin su təchizatının yaxşılaşdırılması, yeni su mənbələrinin tapılması istiqamətində işlər davam edir. Həmçinin şəhərin kanalizasiya sistemləri yenilənir. Şuşada yeni yollar və küçələr salınacaq”. O bildirib ki, Şuşada keçmiş məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir. “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edilib. Müharibə başa çatdıqdan dərhal sonra Şuşa şəhərində bərpa və yenidənqurma işlərinə başlanılıb. Şuşada müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, şəhərə elektrik enerjisi verilib. Yeddi qazanxana tikilən şəhər istiliklə təmin olunub”, - deyə Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, hazırda azad olunmuş ərazilərin minalardan təmizlənməsi davam edir. Emin Hüseynov azad olunmuş ərazilərdə ötən dövrdə aparılan quruculuq işlərindən danışıb. O qeyd edib ki, Qarabağda 2764 şagird yerlik 4 məktəb inşa edilir. “Müharibənin başa çatmasından dərhal sonra işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə proseslərinə başlanılıb. Otuz il ərzində bu ərazilərdə yerləşdirilən minalar yenidənqurma işləri üçün çətinlik yaradır. Belə ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyannamənin imzalanmasından sonra 224 şəxs mina hadisələri nəticəsində həlak olub və ya xəsarət alıb”, - deyə Prezidentin xüsusi nümayəndəsi bildirib. O qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazilərindəki tarixi abidələr dağıdılıb, ekosistem zədələnib. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması hazırda ölkəmizin gündəmində yer alan prioritet vəzifələrdən biridir.

Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev isə qeyd edib ki, işğaldan əvvəl Zəngilanda 31330 insan yaşayıb, 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərib. İşğal dövründə Zəngilanın ekosisteminə də böyük zərbə vurulub. Onun sözlərinə görə, rayon günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir: “Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi də başa çatdırılacaq”.

Azərbaycanın qısa müddətdə bu qədər ağır yaraları sağaltmaq istiqamətində gördüyü işlər şübhəsiz ki, iştirakçıları heyrətləndirib, dövlətimizin qüdrətinə, qətiyyətinə yaxından şahidlik ediblər, eyni zamanda Ermənistanın vandal sifətini yaxından izləmək imkanı qazanıblar darmadağın şəhər və kəndlərə baxarkən.

Azərbaycanla Bosniya və Herseqovinanın tarixlərində bir çox oxşarlıq var. Hətta Azərbaycan Bosniya və Herseqovinadan fərqli olaraq bəzi məsələləri artıq həll edə bilib. AZƏRTAC xəbər verir ki, bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində Şuşada təşkil edilmiş panel iclasda iştirak edən Bosniya və Herseqovinanın sabiq müdafiə nazirinin müavini Emir Sulyagic jurnalistlərə açıqlamasında söyləyib. “Tarixində Xocalı və Srebrenitsa faciələrini yaşamış ölkələr olaraq biz bir-birimizə kömək etməli və arxalanmalıyıq. Bu baxımdan, Avropa ölkələrindən kömək gözləməməliyik. Tarixə baxanda görürük ki, başımıza fəlakətlər gəldikdə nəinki Avropa, dünyada heç kim bizim köməyimizə çatmadı”, - deyə E.Sulyagic qeyd edib.

Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlamışdı.

Ermənistanın danışıqları və gələcəkdə Cənubi Qafqazda əldə olunacaq sülhün təməlinə haram qatmağa çalışdığı bir vaxtda Azərbaycan dövləti 29 il ermənilərin işğalında qalmış və qismən dağıdılmış Şuşanı dialoq və sülh şəhərinə çevirmək üçün əlindən gələni edir. Dövlət təkcə Şuşanı qurmur, yenidən tikmir, abadlaşdırmır, həm də Şuşa üzərindən bütün dünyaya dialoq, sülh, əməkdaşlıq təklif edir. Şuşanın işğal şəhərindən mədəniyyət paytaxtına çevrilməsi bu istiqamətdə Azərbaycan dövlətinin atdığı ən ciddi addımlardandır. İşğaldan azad edilən hər kənddə, qəsəbədə, rayon və şəhərdə bu işin əlamətləri görünməkdədir. Azərbaycanın iradəsi ilə azad edilən Şuşada keçirilən tədbirlərin əhəmiyyəti və təsir gücü daha artıqdır. Müharibədən keçən 1 il 8 aya yaxın müddətdə savaşın ən qaynar nöqtəsi, xalqın ən yaralı yeri olan Şuşanın obrazını dəyişmək Azərbaycan tərəfinin sülhə necə həssas yanaşdığını bir daha ortaya qoymuş olur. Bu tədbirin önəmi barədə nələri demək olar? Azərbaycanın nəinki Bakısı, artıq azad Şuşası da beynəlxalq tədbirlərə ev sahibliyini yüksək səviyyədə həyata keçirir, bu, qürurlandırıcı faktdır. Həm də Ermənistan və Azərbaycan arasında müqayisə aparmaq imkanı yaradan fakt... diaaz.space-ın məlumatına görə, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki. Azərbaycanın Şuşada beynəlxalq tədbirləri keçirməkdə bir neçə məqsəd və hədəfi var: “Bu gün ölkəmiz belə tədbirləri Şuşada keçirməklə dünyaya özünü ”yazıq" millət kimi təqdim edən Ermənistanı ifşa edir. 30 il Ermənistan dünyanı inandırmağa çalışdı ki, guya azərbaycanlılar vəhşidir, onlarla birgə yaşamaq mümkün deyil. Ancaq Vətən müharibəsində qələbədən sonra bütün dünya gördü ki, əsl vəhşi məhz Ermənistandır. Artıq bu tədbirlərlə Ermənistanın həqiqi siması ifşa olunub, biabırçı vəziyyətə düşüb. Digər hədəf və məqsəd Şuşanın Azərbaycan şəhəri olması barədə dünyaya mesaj verməkdir. Qonaqlar həm ermənilərin törətdikləri vəhşilikləri gözləri ilə görür, həm də bu torpaqların Azərbaycana məxsus olduğuna bir daha əmin olurlar. Onlar həm də Şuşada quruculuq və abadlıq işlərinin hansı sürətlə aparıldığının şahidi olurlar". Deputat təsdiqləyir ki, bütün bunlar eyni zamanda, qələbəmizin daha da möhkəmlənməsinə töhfə verir: “Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində ”Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxışı" mövzusunda panelin keçirilməsinə gəldikdə isə hesab edirəm bu çox doğru qərar və addımdır. Bu paneldə Azərbaycanın bölgəyə sülh, təhlükəsizlik və inkişafın gəlməsini istədiyi, Ermənistanın isə bu prosesə mane olduğu açıq şəkildə qeyd olundu. Eyni zamanda Ermənistanın sülhə məcbur edilməsi üçün səylərin artırılmasının əhəmiyyəti vurğulandı. Hesab edirəm bu addımlar Ermənistanı siyasətini dəyişməyə məcbur edəcək. Ermənistan dirəniş göstərdikcə daha da ifşa olunur və daha da ağır duruma düşür".

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirdədir ki, Şuşa artıq təkcə mədəniyyət tədbirlərinə deyil, həm də beynəlxalq statuslu siyasi, iqtisadi, humanitar forum və konfranslara ev sahibi edir və bölgənin dialoq, əməkdaşlıq platformalarından birinə çevrilir: “Detallarına varmaq istəmirəm, amma bununla bağlı dövlətimizin Cənubi Qafqazda və daha geniş ərazidə, subregionda yaşayan xalqların sülh, əmin-amanlıq və qarşılıqlı faydalı əməkdaşlıq içərisində yaşamaları üçün strateji hədəflərinin olduğunu düşünürəm. Bu baxımdan, hesab edirəm ki, Şuşa yaxın gələcəkdə Qafqazın Davosuna çevrilə və hətta ondan daha üstün statusa yiyələnə bilər IX Qlobal Bakı Forumu çərçivəsində. Şuşada ”Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxışı" mövzusunda panelin keçirilməsinə gəldikdə isə, qənaətimə görə, müzakirə edilən məsələnin özü də sülhü, əməkdaşlığı təbliğ edir". E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycan təkcə işğaldan azad etdiyi əraziləri deyil, bütövlükdə Cənubi Qafqazı yeni bir müstəviyə daşımaq, Şuşanı bölgənin inkişafına, sülhə, əmin-amanlığa töhfə verən azadlıq adasına çevirmək istəyir: “Şuşa hətta indiki görkəmi ilə də müharibədən sülhə və əməkdaşlığa qısa müddət ərzində transformasiya olunmağın mümkünlüyünü ifadə edir. Bu, çox vacib məqamdır və geosiyasi nağıllar üzərindən bəşəriyyəti ciddi cağırışlar qarşısında qoyanlar üçün unikal nümunədir”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov isə qeyd etdi ki, Şuşa şəhəri hazırda bir çox potensialı ilə Azərbaycan dövləti tərəfindən təşviq edilir: “Şuşada təkcə böyük abadlıq və quruculuq işləri aparılmır. Şuşa eyni zamanda həm ölkəmizin, həm də regionun ən önəmli mərkəzlərindən biri halına gəlir. “Şuşa ili” çərçivəsində Şuşada həm yerli, həm beynəlxalq səviyyədə vacib konfranslar ərsəyə gətirilir. Şuşada BMT-nin dünya səviyyəli iclasları baş tutdu. Eyni zamanda dəfələrlə lokal, regional və qlobal siyasi əhəmiyyətə malik tədbirlərə də Şuşa ev sahibliyi edir. Təkcə siyasi deyil, həm də humanitar, mədəni, iqtisadi tədbirlər də Şuşada keçirilir və bu proses artıq davamlı hal alıb. Şuşa hazırda iki kontekstdə diqqəti çəkir: birincisi, işğaldan azad edildikdən sonra öz tarixi missiyası ilə Azərbaycanın ən önəmli iqtisadi, ticari və turizm mərkəzlərindən biri kimi inkişaf etdirilir. İkincisi, dünyanın önəmli beyin fırtınalarının və siyasi gündəminin formalaşdırıldığı mərkəz halına gəlir. Qlobal Bakı Forumu iştirakçıları ilə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kontekstində dünyada nə qədər önəmli siyasi nüfuz qazandığını bir daha nümayiş etdirdi. Bu tədbirə qatılan 400-dən artıq siyasi xadim, dövlət başçıları, eks diplomatlar bütün dünyanı narahat edən vacib məqamlara toxundular. Şuşa gələcəkdə də beyin mərkəzlərinin vacib məkanlarından biri olmağa davam edəcək”.

Bəs “Bakı Forumunun iştirakçıları Şuşa tədbirindən sonra öz ölkələrində Azərbaycanın haqq işini müdafiə edəcəklərmi? Gözləntilər necədir? T.İsmayılov: ”Fikrimcə, bunu edəcəklər. Forum iştirakçıları Azərbaycanın qanuni haqları mövzusunda ədalətli mövqe qoyacaqlar. Eyni zamanda bu məsələdə bizim təbliğat imkanlarını genişləndirmiş olacaqlar".

Beləcə, azad olunduğu müddət ərzində bir çox mədəniyyət tədbirlərinə ev sahibliyini uğurlu şəkildə həyata keçirən Şuşamız növbəti beynəlxalq tədbirə qucaq açdı. Şuşamız mədəniyyət mərkəzi statusundan siyasi polemikaların mərkəzi statusuna doğru inamlı status qazanmaq yolundadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Bu gün, 13:00
Kərim məhkəmədən narazıdır
Bu gün, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Bu gün, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Bu gün, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Bu gün, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Bu gün, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Bu gün, 12:24
"Elçin mənim mükafatımdır"
Bu gün, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru