Rusiya dost olmayan ölkələrə dəvət göndərdi .....                     Ermənistanda etirazçılar Lavrovu İranın müdafiə naziri ilə səhv saldılar .....                     Ermənistan “müsəlman” oldu: Sasunyanı qəzəbləndirən görüntü .....                     Serj Sarkisyanın tərəfdarlarından Paşinyana JEST .....                     AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş .....                     "Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" .....                     Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir .....                     Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... .....                     Yükü “ağır” olan Azərbaycan .....                     “Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası .....                     Dövlətlər də insanlar kimidir... .....                     Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... .....                     "Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı .....                     Nəhayətdə Köçəryan da cavab verəcək .....                     Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi .....                     "Bu çox mənfi bir presedent yaradacaq" .....                     Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur .....                     “Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? .....                     Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında .....                     Kimlər əfvə düşə bilməz? .....                     Budapeştdə mühüm masa qurulur .....                     Həsənovun SON SƏFƏRİ... .....                     Sərhədlərin açılması oyunu dəyişdirəcək .....                     Deputatdan həmkarına ETİRAZ .....                     Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? .....                     Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` .....                     Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi .....                     Prorektor rüşvətə görə işdən çıxarılıb? .....                     Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR .....                     Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                 

Qarabağda tam qələbəmiz üçün Ukraynanın yanında olmalıyıq - ÇAĞIRIŞ
Tarix: 20-06-2022, 09:07 | Çap et
Qarabağda tam qələbəmiz üçün Ukraynanın yanında olmalıyıq
DİA.AZ Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbərin hafta.az-a müsahibəsini təqdim edirik:

-Sülhəddin bəy, Rusiyanın torpaqlarımızın ermənilərin məskunlaşdığı hissəsini nəzarətdə saxlamasından bir il 7 ay keçən rəsmən “sülhməramlı” adlanan kontingentinin fəaliyyəti haqda gəldiyiniz yekun nəticələr nədən ibarətdir?

-Əgər xatırlayırsınızsa, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat-razılaşmanın elan olunduğu günün ertəsi mətbuatda ilkin dəyərləndirmə ilə çıxış etdim. O zaman da bildirdiyim kimi, əvvəla, Rusiya imperiyasının və Rusiya-Azərbaycan münasibətlərinin tarixindən məlumatlı olanlar heç vaxt həmin ölkənin ordusunun sülh məramıyla gəlişini qəbul edə bilməz. Yəni mən ilk gündən Rusiyanın Azərbaycana növbəti “sülhməramlı” gəlişinə bu qiyməti vermişəm. Hesab edirəm ki, artıq bu haqda geniş danışmağa ehtiyac yoxdur. Azərbaycanın orta əsrlə bağlı, yeni və ən yeni tarixi də deyilənləri təsdiqləyir. Bircə onu demək kifayətdir ki, xatırlatdığınız kimi, 1721-ci ildə bu gün Putinin özünü bənzətməyə çalışdığı I Pyotrun başçılığıyla yaranmış Rusiya imperiyasının ilk işğalçı yürüşü(1722-1723) Azərbaycana -Bakı istiqamətində olub… Sonrakı mərhələlərdə torpaqlarımızın tam işğalıyla yanaşı, ərazilərimizə ermənilərin köçürülməsi və onlar üçün qondarma dövlətin yaradılması və daha sonra həmin dövlətin ərazilərinin genişləndirilməsi faktları da bəllidir. Və hazırkı Qarabağ məsələsi də süni erməni dövlətinin genişləndirilməsi prosesinin bir elementi və tərkib hissəsidir. Təəssüf ki, bu gün hələ də biz bu problemlə üz-üzəyik...

Mən hər zaman deyirdim ki, Qarabağla bağlanan bu hərbi münaqişə sünidir. Və əslində bu, Rusiyanın 1991-ci ildən bəri Azərbaycana qarşı apardığı bir vəkalət müharibəsidir. Eləcə də bizim Rusiyadan – metropoliyadan öz müstəqilliyimizi elan etməyimizin bədəlidir. Burada Ermənistan Respublikası və dırnaqarası “DQR” vəkil kimi iştirak edir. Və Azərbaycan həmin vəkillərin başını əzən kimi Rusiya – “yerin sahibi” meydana çıxdı. Bu gün də faktiki olaraq Azərbaycanın qarşısında nə Ermənistan, nə də qondarma “DQR” var, qarşımızda neoimperialist Putin Rusiyası, onun silahlı qüvvələri dayanıb. Mənim fundamental yanaşmam bundan ibərətdir. Odur ki, Rusiyanın Azərbaycanın suveren ərazisi olan Qarabağda yerləşmiş ordusunun “sülhməramlı” fəaliyyətindən danışmağı yersiz hesab edirəm...

Nə qədər ki, Rusiya imperiyası çökməyib və yaxud Rusiya Federasiyası adlanan bugünkü dövlət imperiya siyasətindən əl çəkməyib, Azərbaycan Qarabağ problemini yaşamaqda davam edəcək... Ona görə də biz hazırda çalışmalıyıq ki, Ukrayna savaşında Rusiyanın tam məğlub olmasına mümkün olan dəstəyi verək. Bu mənada biz azad dünya ilə, qardaş Türkiyənin də NATO üzvü olaraq qatıldığı kollektiv Qərblə bir yerdə olmalıyıq. Və biz nəzərə almalıyıq ki, birincisi, bu savaşda Rusiya məğlub olmayanadək o, öz imperiya siyasətindən vaz keçməyəcək. Bu halda isə biz Qarabağ problemini tam və qəti olaraq həll edə bilməyəcəyik. İkincisi, Rusiya-Ukrayna savaşı strateji bir savaşdır və bu savaşda resursları çox olan qalib gələcək. Kollektiv Qərbin resurslarıyla isə Rusiyanın resurslarını müqayisə etməyə dəyməz... Üçüncüsü, Yeni Dünya Düzəni qurulur. Və I və II Cahan savaşlarından sonra da, “soyuq müharibə”dən sonra da Yeni Dünya Düzənini qaliblər müəyyən edib. Və bu gün Rusiya soyuq müharibə”dən sonrakı Yeni Düzənə qarşı çıxdığına görə bu savaş başlayıb. Bilirsiz, dünyada iki fikir var idi. Birinicilər düşünürdülər ki, böyük müharibə olmadan da Yeni Dünya Nizamını qurmaq mümkündür. İkincilər isə deyirdi ki, böyük müharibə olmayanadək bu Nizamı qurmaq qeyri-mümkündür. Mən də belə düşünürdüm. Və Rusiyanın Ukraynaya təcavüzü göstərdi ki, ikincilər haqlıymış – müharibə olmalıydı. Düzdür, heç kəs müharibə olmasını istəmir. Uzun illər müharibə görmüş və onun acı və ağrılı fəsadlarını yaşamış bir ölkənin vətəndaşı olaraq biz də bunu istəməzdik. Lakin təəssüf ki, bu qaçılmazdır. İndi isə, öncə dediyim kimi, biz Rusiyanın bu savaşda məğlub olmasına çalışan tərəfdə olmalıyıq. Və Ukraynaya mümkün qədər dəstək verməliyik. Rusiya imperiyası, ən azı, zəifləməlidir ki, biz Qarabağda tam və qəti qələbə edə bilək. Biz buna hazırlaşmalıyıq və hesab edirəm ki, inşallah, belə bir şansımız da yetişəcək...

-Allah eləməmiş, Rusiya Ukraynada, müvəqqəti də olsa, qalib gəlsə, Azərbaycan 44 günlük savaşda şəhid və qazilərimizin canı-qanı hesabına qazandıqlarımızı itirmək təhlükəsiyilə üz-üzə qala bilməz ki?

-Əvvəla, mən inanıram ki, öncə dediyim kimi, mövcud və strateji resursları Rusiyanınkından yetərincə böyük olan kollektiv Qərb Ukraynanın bu ədalətsiz savaşda məğlub olmasına imkan verməyəcək. Yalnız ona görə yox ki, Rusiya Yeni Dünya Düzəninə qarşı çıxır, beynəlxalq hüquqa meydan oxuyur. Həm də ona görə ki, əgər Moskva bu savaşda, dediyiniz kimi, qalib çıxacaqsa, bu Çini də Tayvana təcavüzə həvəsləndirəcək. Və əgər Ukrayna müharibəsi Avropa təhlükəsizlik sistemini birbaşa təhdid edirsə, Çinin Tayvanı işğal etməyə girişməsi də Hind-Pasifik zonasında təhlükəsizliyi təhdid edəcək. ABŞ-ın da qlobal liderlik iddiasını nəzərə alsaq, həm Avroatlantik, həm də Hind-Pasifik zonasında təhlükəsizliyin təhdid olunması Vaşinqton üçün yolverilməzdir. Ona görə də mən düşünmürəm ki, ABŞ, xüsusən də anqlosaksonlar, yəni Birləşmiş Ştatlarla yanaşı, Böyük Britaniya da Rusiyanın qalib gəlməsinə imkan versin. Burada yeganə incə bir nüans ondan ibarətdir ki, necə edək, Rusiya çıxılmaz vəziyyətə düşərək operativ taktiki və ya taktiki nüvə başlıqlarından istifadə etməsin. Hazırda kollektiv Qərbin strateqlərinin, o cümlədən anqlosaksonların baş sındırdığı əsas məsələ budur. Ona görə də biz Ukraynanın qələbəsini istədiyimiz tezlikdə görməyə bilərik. Yəni bu uzadılma məqsədyönlüdür və burada o strateji məqam nəzərə alınır ki, Ukrayna ildırım sürəti ilə qalib gələrsə, bu, Putin Rusiyasını birdən-birə çıxılmaz vəziyyətə sala və özünü çıxılmaz durumda hiss edən Putin də belə bir addıma yol verə bilər. Başqa problemlər də var. Bu baxımdan hesab edirəm ki, bir qədər zamana yayılan bir müharibə olacaq. Amma çox uzun müddət çəkəcəyini də güman etmirəm. Ciddi ekspertlərin hesablamalarına görə, Ukrayna savaşının bitəcəyi ən yaxın tarix bu ilin oktyabr-noyabr ayları ola bilər. Ən geci isə il yarımdan sonra, yəni 2024-cü ilin yanvarınadək hesablanır. Bütövlükdə isə məsələnin 2024-cü ilin sonunadək bitəcəyi proqnozlaşdırılır. Düşünürəm ki, qarşıdakı il yarım həlledicidir və biz hər üç varianta hazır olmalıyıq... Və Ukrayna savaşının sonucunda Rusiya elə bir duruma düşəcək ki, bizim Qarabağda məsələni tam və qəti şəkildə həll etməyimizə qarşı çıxmaq gücündə olmayacaq. Və biz o məqamı tutmalıyıq...

-Yəni hesab edirsiz ki, bu halda Rusiya, ümumiyyətlə, “sülhməramlı” adlanan kontingentini torpaqlarımızdan çıxarmağa məcbur olacaq?

-Əlimizdə olan son məlumatlara görə, Ukraynaya təcavüzə başlayandan sonra Rusiya artıq Qarabağdakı kontingentinin bir hissəsini oradan çıxarıb...

-Bu dəqiq məlumatdır, sizcə? Axı deyilənə görə, sadəcə, Ermənistandakı 104-cü bazadan çağırışçıları Qarabağa gətirib buradakı peşəkar hərbçiləri Ukraynaya aparırlar?

-Düzdü, bu şəkildə rotasiya da var. Amma bilirsiz, razılaşmaya görə, Laçın dəhlizində və Yuxarı Qarabağda Rusiyanın cəmi 1960 nəfər hərbçisi olmalıydı. Amma bilirik ki, Ukraynada savaş başlananadək Azərbaycanın həmin ərazilərində deyiləndən qat-qat artıq qüvvə yerləşdirilib. Ona görə də Rusiya torpaqlarımızdakı qüvvələrindən nə qədər çıxarsa da, yenə orada qalan həbçilərin sayı 1960-dan çox olur...

-Tutaq ki, Rusiya Ukraynada uduzdu və tamamilə Qarabağdan – Azərbaycan ərazilərindən uzaqlaşdı, əlini çəkdi, Qərb, xüsusilə də, ABŞ və Fransanın “ermənilərə status” və s. tələb edən hazırkı ikibaşlı mövqelərini nəzərə alsaq, məsələnin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllinə dərhal imkan yaradacaqmı, yoxsa məsələnin yenə uzanma ehtimalı var?

-Məhz bu baxımdan bir daha təkrar edirəm ki, Azərbaycan Rusiyanın Ukraynaya davam edən təcavüzü fonunda strateji seçimi düz etməlidir. Rəsmi Bakı strateji resursları yetərincə olan və qalib gəlməsi gözlənilən kollektiv Qərbin yanında olmalıdır. Qardaş Türkiyə haradadırsa, biz də orada olmalıyıq. Çünki təhlillər göstərir ki, rəsmi Bakının düzgün seçim edəcəyi və proseslərin deyilən məcrada inkişaf edəcəyi halda elə bir an gələcək ki, Rusiyanın Qarabağda bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə bu mövzuda bizə deməyə sözü olmayacaq... Və bizim də zamanımız çox az olacaq və məsələni ildırım sürətiylə həll etməli olacağıq. Fikrimcə, həmin situasiyada 72-96 saat, başqa sözlə 3-4 sutka ərzində biz Qarabağdakı yarımçıq işlərimizi həll edə biləcəyik...

-Yəni Rusiya Güney Qafqazdan, xüsusən Qarabağdan əlini üzəndən sonra çox güman ki, Ermənistan artıq Qərbə, ABŞ-a geostrateji baxımdan o qədər də gərək olmayacaq...

-Hazırda bir çox konkret suala cavab vermək bir qədər erkəndir. Nəyə görə? Əgər Yeni Dünya Nizamı quruculuğunda Amerika ilə anqlosakslar birgə hərəkət edəcəklərsə, bu, hadisələrin inkişafının bir variantı olacaq. Böyük Britaniya və ABŞ fərqli yollar seçəcəksə, bu da başqa bir variant kimi qarşıya çıxacaq. Hər halda biz bu günə baxsaq, rəsmi Bakının həm Londonla, həm Təl-Əvivlə yüksək səviyyəli əlaqələri var. Bu da bizə imkan verir ki, nisbətən soyuq münasibətlərimiz olan Birləşmiş Ştatlarla hər iki yöndən iş aparaq. Üstəlik, bilirsiz ki, bu saat Türkiyə ilə ABŞ arasında həm siyasi, həm də hərbi müstəvidə intensiv dialoq gedir. Bu da müsbət bir haldır. Digər tərəfdən isə Təl-Əvivlə Ankara arasında da bir sıra sahələr üzrə intensiv dialoq aparılır. Bu baxımdan düşünürəm ki, istər London “qlobal Britaniya” şüarıyla fərqli hərəkət etsin, istərsə də ABŞ-la birgə, Avropa Birliyi ilə də münasibətlərimizin bugünkü səviyyəsini nəzərə alsaq, mənə elə gəlir ki, biz strateji seçimimizi düzgün edəriksə, bir daha təkrar edirəm, Rusiyanın həmin anda Qarabağda bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə bu mövzuda bizə deməyə sözü olmayacaq...

-Bəs Qarabağdakı işlərimiz Türkiyədə gözlənilən ictimai-siyasi proseslərdən nə dərəcədə asılıdır? Yəni o baxımdan ki, qardaş ölkədə qarşıdan prezident və parlament seçkiləri gəlir. Və bəzən cəmiyyətdə sual yaranır ki, görəsən, Ərdoğanın seçkilərdə uduzacağı halda, yəqin ki, sırf Qərbə bağlı yeni iqtidar Azərbaycana, xüsusən Qarabağ məsələsində hazırkı hakimiyyət kimi münasibət bəsləyəcəkmi?

-Bu sualınızın da cavabı əslində əvvəlki sualınızın içindədir. Hipotetik olaraq deyək ki, Ərdoğan seçkilərdə uduzacaq və Türkiyədə indi deyildiyi kimi, Qərbin dəstəklədiyi qüvvələr hakimiyyətə gələcək. Əgər biz strateji seçimimizi düzgün edərək Qərblə düzgün münasibətlər quracağıqsa, deməli, Türkiyədəki yeni iqtidarla da bir problemimiz olmayacaq. İkincisi də bəllidir ki, artıq Türkiyə və Azərbaycan arasında dövlətlərarası münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Yəni hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq o məcburdur ki, Azərbaycanla həmin müttəfiqlik münasibətlərinə və onlardan irəli gələn öhdəliklərə əməl etsin. Ona görə də bu mövzuda qayğılanmağa, narahatçılıq keçirməyə ehtiyac yoxdur...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya dost olmayan ölkələrə dəvət göndərdi - Şoyqunun planı nədir?
Bu gün, 06:20
Ermənistanda etirazçılar Lavrovu İranın müdafiə naziri ilə səhv saldılar - KİV
Bu gün, 06:07
Ermənistan “müsəlman” oldu: Sasunyanı qəzəbləndirən görüntü - İLGİNC
Bu gün, 06:05
Serj Sarkisyanın tərəfdarlarından Paşinyana JEST - İLGİNC
Bu gün, 01:04
AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Bu gün, 01:01
"Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" - SAKİNLƏR BƏLƏDİYYƏDƏN NARAZILIQ EDİR
Bu gün, 00:53
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:46
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Bu gün, 00:22
Yükü “ağır” olan Azərbaycan - ARAŞDIRMA
Bu gün, 00:17
“Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası - NƏ BAŞ VERİR?
Bu gün, 00:12
Dövlətlər də insanlar kimidir... - Bahəddin Həzi yazır...
Dünən, 23:59
Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... - Putinin şəkli və “qatil” sözləri olan pankart asıldı...
Dünən, 23:54
"Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı AB sahiblənir...
Dünən, 23:48
Nəhayətdə Köçəryan da cavab verəcək - ŞƏRH
Dünən, 20:36
Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi - KİV
Dünən, 20:32
"Bu çox mənfi bir presedent yaradacaq" - Etibar Məmmədov
Dünən, 19:46
Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur - DİQQƏT
Dünən, 19:42
“Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? – RƏSMİ
Dünən, 19:40
Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ
Dünən, 19:37
Kimlər əfvə düşə bilməz? - AKTUAL
Dünən, 18:06
Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Dünən, 18:03
Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Dünən, 18:00
Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Dünən, 17:59
Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Dünən, 17:57
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 17:50
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Dünən, 17:47
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Dünən, 17:45
Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Dünən, 17:41
Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Dünən, 17:38
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Dünən, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Dünən, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Dünən, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Dünən, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Dünən, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Dünən, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Dünən, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Dünən, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Dünən, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Dünən, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Dünən, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Dünən, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Dünən, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Dünən, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Dünən, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Dünən, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Dünən, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Dünən, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Dünən, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru