BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib .....                     Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür .....                     Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                     "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır" .....                     Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                 

"Avropa İttifaqı keçmiş münaqişənin tənzimlənməsində səmimidir" - deputat
Tarix: 24-05-2022, 08:52 | Çap et
"Avropa İttifaqı keçmiş münaqişənin tənzimlənməsində səmimidir"
Brüsseldə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında daha bir görüş baş tutdu. Bundan əvvəlki görüşlərin ardınca Ermənistan rəhbərliyinin tutduğu destruktiv mövqe səbəbindən irəliyə doğru addım atmaq mümkün olmamışdı. Həmçinin rəsmi İrəvanın Rusiyadan aldığı mesajlara uyğun şəkildə davranması, üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınması, Ermənistan daxilində bir aydan artıqdır revanşistlərin sülh prosesinə qarşı çıxışlarına hakimiyyətin loyal davranışları da tormozlayıcı funksiya yerinə yetirib. Odur ki, bu dəfə nə baş verəcək, sualı aktualdır.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bəzi detalları açıqlayıb. Cənab Mişel Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşə sayca üçüncü dəfə ev sahibliyi etdiyini, Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqət yönəltdiklərini söyləyib. Aİ rəsmisi deyib ki, müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik: “Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və itkin düşmüş insanların taleyinə də toxunduq. Biz aşağıdakı nəticələrə nail olduq. Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq”.

Ş.Mişelin sözlərinə görə, tərəflər kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılıq əldə ediblər: “Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər”.

Sülh sazişinə gəlincə, cənab Mişel deyib ki, liderlər Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər: “Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir”. Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı Şurasının Prezidenti deyib: “Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır”.

Ş.Mişel sonda anons edib ki, “biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”.

Maraqlıdır, bir sıra müşahidəçilərin uğurlu, irəliyə doğru addım saydığı Brüssel görüşünün ardınca Paşinyan yenə də Rusiyaya, Putinin hüzuruna çağırılacaqmı və ona status-kvonun uzadılmasına yönəlik davranışların “yol xəritəsi” veriləcəkmi, yaxud Moskvanın moderatorluğu ilə keçirilmiş üçtərəfli razılaşmalara əsasən davranış sərgiləməsi tələbi qoyulacaqmı? Qeyd edək ki, Azərbaycan üçün kimin vasitəçi olmasının önəmi yoxdur, əsas qarşıya qoyulan hədəflərə çatılmasıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev latviyalı həmkarı ilə görüşdə də Azərbaycanın şərtlərinin yerinə yetirilməsi zərurətindən bəhs etmişdi. Azərbaycan kiminsə vasitəçiliyi olmadan da hədəflərinə çata bilər, 44 günlük savaşda olduğu kimi. Amma göründüyü kimi, hər iki formatda aparılan danışıqlarda, əldə olunan razılaşmalarda Azərbaycanın üstün mövqelərdə olması, prosesdə diqtəedici funksiyaya sahiblənməsi faktdır. Ermənistanın 10 noyabr sazişinə əməl etməsi, mina mövzusu və 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyi ilə bağlı məsələlərə nə zaman əməl edəcəyi də suallar sırasındadır. Görüşü təşkil edən Avropa İttifaqının əlində Ermənistanı konstruktiv mövqeyə cəlb etmək üçün hansısa mexanizm varmı? Danışıqların Brüssellə Moskvanın nəzarətində, moderatorluğunda aparılması bizi əsas hədəfdən yayındırmağamı hesablanıb? Sülhə çatma prosesi hansı mərkəz tərəfdən aparılsa, effektiv olar: Brüssel, yoxsa Moskva?

Bütün bu suallara ekspertlərimizin maraqlı cavabları oldu.

Deputat Ceyhun Məmmədov hesab edir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti dəfə Brüssel görüşündə mövqeyini gücləndirdi: “Azərbaycanın mövqeyi aydındır və Prezident Əliyev 5 şərti, mina, kommunikasiya, delimitasiya və demarkasiya məsələlərini növbəti dəfə qaldırdı və Avropa İttifaqı bu məsləyə növbəti dəfə dəstəyini bildirdi. Prosesin təhlili göstərir ki, Avropa İttifaqı keçmiş münaqişənin tənzimlənməsində səmimidir. Bizə də belə dəstək lazımdır. Azərbaycan prosesin uğurla yekunlaşmasına töhfə verə biləcək bütün tərəflərin səylərini yüksək qiymətləndirir”. Bu baxımdan C.Məmmədov hesab edir ki, Brüssel prosesə müəyyən töhfə verə bilər: “Heç şübhəsiz ki, burada regional faktorlar da var. Ancaq biz yenidən 30 il gözləyə bilmərik. Bizə prosesin tezliklə başlaması lazımdır. Amma qarşımızda hələ çox işlər var. Onların həlli üçün regiona sülhün gəlməsi, bölgədə təhlükəsizliyin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Azərbaycan zamanla bütün məqsədlərinə nail olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu fikirdədir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən sayca üçüncü görüş ötən dəfəkilərin təkrarı əsasında keçib: “Sərhədlərin və kommunikasiya xətlərinin açılması, sülh sazişi üzərində çalışmaların sürətləndirilməsinin vacibliyi yenə vurğulanıb”.

Ancaq politoloqun fikrincə, son görüşdə Şarl Mişelin yekun açıqlamasında bir neçə yeni detal diqqətiçəkəndir: “Birincisi, Şarl Mişel Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibliyini bildirib. Bu, yəqin Azərbaycana mesajdır ki, rəsmi Bakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin həlli məqsədilə onlara nəsə təklif etməlidir. Şarl Mişel bununla həm də Nikol Paşinyanı sakitləşdirmək, radikal müxalifətin ona qarşı təzyiqini neytrallaşdırmaq istəyir. Çünki radikal müxalifət Paşinyana ona görə təzyiq edir ki, baş nazir Qarabağı ”unudub". Paşinyan isə Brüssel görüşünün nəticəsini əlində rəhbər tutaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığına istinad edəcək. Bizə gəldikdə, əgər Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşayacaqlarsa, separatçılıqldan vaz keçib pasportlarımızı daşıyacaqlarsa, bələdiyyə və digər buna bənzər hüquqlara malik ola bilərlər". E.Şahinoğlu ikinci mühüm məqama da toxunur: “Şarl Mişel Avropa İttifaqının hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirib. Şarl Mişel bu mexanizmin nədən ibarət olacağını və necə işləyəcəyini sonrakı cümlələrində izah etməyib. Ancaq böyük ehtimalla Avropa İttifaqı Şurasının Prezidenti onu nəzərdə tutub ki, Brüssel iqtisadi zəmində Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlığa maraq göstərir, ancaq bunun üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Biz buna hazırıq, yetər ki, Ermənistan Azərbaycanın sərhədlərini tanısın, sülh sazişi imzalasın və dəhlizin açılması ilə kommunkasiya xətlərinin çalışmasına şərait yaratsın”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılovun fikrincə, çox yaxşı tendensiyadır ki, Rusiyanın uzun illər bizim bölgəmizdə bütün təşəbbüslərdə ön planda olmaq tendensiyalarına qarşı artıq alternativ müzakirə platformaları var: “Təəssüflər olsun ki, torpaqlarımızın 30 illik işğalı dövründə ABŞ da, Avropa İttifaqı da Rusiyadan fərqli mövqe göstərməyərək, işğalçı ilə işğala məruz qalan arasında eyni yanaşma nümayiş etdirirdi. Nəticədə Rusiyanın forpostu Ermənistan Cənubi Qafqazda separatçılıq və gərginliyi siyasi ideologiya halına gətirmişdi. Bu illər ərzində Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm oyunçulardan biri halına gəldi. Eyni zamanda ölkəmizlə Aİ arasında çox yaxşı münasibətlər quruldu və inkişaf etdirildi. Sayca üçüncü olan Brüssel görüşü bir çox vacib məqamlarla yadda qaldı. Azərbaycanın Naxçıvanla quru əlaqəsi - Zəngəzur dəhlizi - ideyası bir daha dəstəkləndi. Eyni zamanda vacib nüansdır ki, iyul ayına qədər daha bir görüşün keçiriləcəyi vurğulandı”. T.İsmayılov qeyd etdi ki, artıq Brüsseldə Azərbaycan və Ermənistan arasında görüşlər mütəmadi xarakter daşımağa başlayır: “Bu da sülh gündəliyi üçün çox vacibdir. Şarl Mişelin mətbuat konfransından belə qənaətə gəlmək olar ki, Ermənistana üzərinə götürdüyü öhdəliklərə əməl etməyi ilə bağlı bir daha çağırış edilib. Həmçinin həm sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı, həm də Birinci Qarabağ savaşında əsir və itkin düşmüş 4 min azərbaycanlının taleyinin bir daha Brüsseldə qabardılması Aİ və Azərbaycanın bu məsələdə də eyni fikirdə olduqlarını göstərmiş oldu. Ermənistan indiyə qədər Aİ tərəfindən qaldırılan məsələlərdən ya yayınır, ya da vaxt udmağa çalışır. Ermənistan tərəfindən bu məsələlərin həlli ilə bağlı konkret addımların atılmağı Aİ-nin rəsmi mövqeyidir. Həm də baş verənlər bir daha göstərir ki, Ermənistan hakimiyyəti nə qədər sorosçular tərəfindən yetişdirilmiş olsa da reallıqda Aİ ciddi formada narazıdır. Aİ bundan sonra Ermənistana maliyyə yardımlarında müəyyən azalmalar edərək Ermənistanı Rusiya provokasiyalarından bir qədər uzaq tuta və sülhün reallaşmağına doğru gözlə görünən addımlar ata bilər”. Ekspertin sözlərinə görə, hazırda Ermənistan nə qədər Rusiyanın vassalı olsa da, ona Qərb siyasi institutlarının real təsir imkanları çox güclüdür: “Danışıqların Brüssel mərkəzli davam etməsi rəsmi Moskvanı o qədər də qane etməyə bilər. Lakin Rusiyanın vasitəçiliyi ilə görüşlər də davamlıdır. Rusiya da bu faktorun fərqindədir. Görüş Azərbaycanın diqtə etdiyi şərtlərin yerinə yetirilməsi ilə bağlı Qərbin də oxşar fikirdə olduğu təəssüratını gücləndirdi. Eyni zamanda bu görüşdən sonra Paşinyan yenə də Moskvaya üz tutaraq, manevrlər etməyə çalışacaq”.

Manevrlərin nədən ibarət olacağını yəqin tezliklə görəcəyik... Ermənistanın paytaxtında isə kiçik fasilələrlə etiraz aksiyaları davam edir. Artıq heç kimdə şübhə yoxdur ki, bu aksiyaların təşkilatçısı həm də hakimiyyətin özüdür, danışıqlarda “əlini möhkəmləndirmək” üçün etirazlar şousunu davam etdirirlər. Ancaq daha keçməz, Azərbaycanın qətiyyətli mövqeyini hər kəs anlayır, Avropanın aparıcı institutlarında oturanlar da...
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Bu gün, 19:55
Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Bu gün, 19:42
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Bu gün, 14:01
Simonyan arvadından boşandı
Bu gün, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Bu gün, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru