"Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" .....                     İsrail bu tarixdə İrana zərbə endirəcək .....                     “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" .....                     "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" .....                     “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? .....                     Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA .....                     Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı .....                     Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib .....                     Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” .....                     Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." .....                     Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub .....                     Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? .....                     Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı .....                     Məhkəmədə qalmaqal: .....                     Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır .....                     "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? .....                     Dilqəm Məhərrəmovun adı siyahıda olmadı .....                     Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi .....                     Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır .....                     Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır .....                     Bakı Moskvaya yenə “yox” dedi .....                     Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil .....                     Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI .....                     10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR .....                     Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? .....                     Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb .....                     Amal Qrup MMC-nin özbaşnalığı…. .....                     Paşinyan yolların açılmasından danışdı .....                     Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib .....                     Mollayevi cəzalandıran olacaqmı? .....                     ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" .....                     Sabiq qərargah rəisi vəfat etdi .....                     Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək .....                     İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsidir .....                     Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir .....                 

"Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək" - Ekspert danışır
Tarix: 23-04-2022, 08:53 | Çap et
"Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək"
Rusiya Kommunist Partiyası ölkənin indiki üçrəngli bayrağını SSRİ bayrağı ilə əvəzləməyi təklif edib. Bunu da onunla əsaslandırıb ki, Rusiya Sovet İttifaqının hüquqi varisidir. “Yeni Müsavat” bildirir ki, bu barədə Dövlət Dumasının elektron məlumat bazasındakı məlumatda bildirilir. Kommunist Partiyasının Luqansk və Donetskdə qondarma respublikaları tanımaq haqda müraciətini də Rusiya lideri müsbət cavablandırmışdı. Bu baxımdan SSRİ bayrağının bərpası təklifinə də adekvat münasibət olacağı istisna deyil. Çünki Putinin SSRİ-ni yeni və fərqli modeldə qaytarmaq, keçmiş sovet dövlətlərini bir çətir altına yığmaq çoxdankı arzusudur. Digər tərəfdən ideyanın elə Kremldən gəldiyi, Kommunist Partiyasının isə “siyasi mətbəx”də hazırlanmış bu reseptləri cəmiyyətə ötürdüyü mülahizələri səslənməkdədir.

Yada salmaq yerinə düşər ki, Putin hakimiyyətə gələn kimi SSRİ-nin himnini Rusiyanın himni kimi təsdiqlədib - sözlərini dəyişməklə. O zaman niyə də SSRİ bayrağı bərpa edilməsin?! Çünki Ukraynaya hərbi təcavüz və Putinin güclənən SSRİ nostaljisi fonunda bu indi daha məntiqli görünür. Üstəgəl, bu il SSRİ-nin qurulmasının 100-cü ildönümüdür.

Ümumiyyətlə, Rusiyanın SSRİ-ni yenidən bərpa etmək istəyi barədə zaman-zaman müzakirələr aparılır. Hətta bəzi Qərb liderləri də Putinin Sovet İttifaqını bərpa etmək niyyətində olduğunu bildiriblər. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində bəzi rus tanklarının üzərində keçmiş SSRİ bayrağının görünməsi də şübhələrə yol açır. diaaz.space xəbər verir ki, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavata”a açıqlamasında qanun layihəsinin gerçəkləşməsini real sayır. O, Ukraynadakı qondarma rejimləri tanımaq təklifinin də bu partiyadan gəldiyini xatırlatdı. “Bir neçə gün əvvəl isə sosial şəbəkələrdə yayılan videolarda gördük ki, Mariupola girən rus ordusunun tanklarının bəzilərində keçmiş SSRİ bayraqları var idi. Ona görə bu təklifin həyata keçməsi mümkündür. Çünki proses ona getməkdədir və Putin də Sovet İttifaqının dağılmasını faciə adlandırıb”.

AMİP sədri qeyd etdi ki, əgər layihəni qəbul etsələr, təəccüblənməz: “Bu həm də postsovet məkanına təhdid hesab edilməlidir. Çünki SSRİ nostalgiyası ilə yaşayırlar və Azərbaycanda da bu arzuda olanlar görə bilirik. Onlar növbəti dəfə Rusiyanın boyunduruğuna keçməkdə həvəslidirlər”.

ALDP sədri Fuad Əliyev isə güman etmir ki, Dumaya edilən təklif həyata keçə bilər: “Məncə, Putin özü buna razılaşmayacaq. Üstəlik, xalqın mövqeyi öyrənilməli, konstitusiyaya dəyişiklik olmalıdır. Təbii ki, istənilən siyasi qüvvə Dumaya hansısa təklif irəli sürə bilər. Amma Rusiyanın hazırkı üçrəngli bayrağının dəyişəcəyini gözləmirəm. Bu halda Rusiya dünyaya siqnal vermiş olacaq ki, mən SSRİ-ni bərpa etmək fikrindəyəm. Ancaq xatırlayırsınızsa, Putin demişdi ki, SSRİ-nin dağılmasına sevinənlərin ürəyi yoxdur, onun bərpasını istəyənlərin isə başı. İndi Rusiyada ab-hava çox dəyişib deyə müxtəlif təkliflər səslənə bilər. Ukraynadakı müharibənin nəticələrinin Rusiyanın siyasi vitrininə təsirləri olacaq. Rus ordusu Ukraynada istəklərinə tam nail olsa, o zaman daha iddialı bir Rusiya görəcəyik”.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovun sözlərinə görə, Rusiya Dövlət Duması Federal yığıncağında müzakirəyə təklif olunan və qəbul edilən qanunlar bir suveren dövlət olaraq onların öz daxili işidir: “Fəhlə və kəndlinin birliyinin simvolu olan oraq və çəkic embleminin isə istənilən dövlətin bayrağında yer almasını, mən bir kommunist olaraq alqışlayıram”.

Politoloq Oqtay Qasımovun fikrincə, Kommunist Partiyasının bu təklifi Rusiya cəmiyyətinin müəyyən təbəqəsinin fikirlərini əks etdirir: “Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək. Çünki SSRİ keçmiş Rusiya imperiyasının varisi və onun əzəmətli forması kimi yaddaşlarda qalıb. Lakin bu o demək deyil ki, indiki dövrdə SSRİ bayrağı Rusiya bayrağını əvəz etməlidir. Məlumdur ki, Rusiyanın dövlət himninə müəyyən dəyişikliklər edildi və keçmiş sovet himninə bənzədildi. Lakin bayrağın dəyişdirilməsi yaxın dövr üçün real görünmür. Çünki Rusiyanın başı bu gün Ukrayna müharibəsinə qarışıb. Müharibəyə görə ölkəyə ağır sanksiyalar tətbiq edilib. Siyasi rəhbərliyin həll etməli olduğu daha vacib məsələlər var. Bəziləri bu mövzularla cəmiyyətin diqqətini problemlərdən yayındırmaq və digər istiqamətlərə yönəltmək istəyirlər”.

Ekspertin fikrincə, Rusiyada bəzi şəxslər keçmiş SSRİ-nin bərpasına çalışır: “Putin dəfələrlə SSRİ-nin dağılmasını böyük geosiyasi fəlakət adlandırıb. Bütün bunlar onu göstərir ki, ruslar SSRİ-ni unutmayıblar və onun bayrağını qəbul edirlər. Onlar düşünür ki, İttifaq yenidən bərpa olunmalı, keçmiş SSRİ ölkələri isə Rusiya imperiyasının tərkibinə daxil olmalıdır. Yəni ruslar imperiyanın keçmiş əzəmətini dünyaya nümayiş etdirmək istəyirlər”.

Siyasi ekspert Elçin Mirzəbəylinin sözlərinə görə, bu, Rusiyanın SSRİ atributları ilə bağlı atdığı ilk addım deyil: “Kommunistlər öz keçmişlərindən qopub ayrıla bilmirlər. Son dövrlərdə bütövlükdə Rusiyada baş verən proseslər SSRİ nostaljisi adı altında neoimperialist iddiaların həyata keçirilməsi istiqamətində müvafiq addımların atıldığını göstərir. Bu iddialar əslində Rusiya cəmiyyətində çoxdan var. Sovet İttifaqının atributlarının bərpa edilməsi istiqamətində atılan bu ilk addım deyil. Rusiya Federasiyasının dövlət himni də illər öncə dəyişdirilərək SSRİ-nin himni ilə əvəz olunub. Bundan başqa Rusiya Federasiyasının gerbi də dəyişdirilərək Çar Rusiyasının gerbi ilə əvəzlənib. Bu iki amil onu sübuta yetirir ki, Rusiya özünün nə Çar dövründəki iddialarından, nə də daha sonrakı sovet dövründəki iddialarından əl çəkib. Amma bu, xəyaldan başqa bir şey deyil”.

Ekspert hesab edir ki, SSRİ bərpa oluna bilməz: “SSRİ dünyanın, bəşəriyyətin keçmişidir. Bu kabusun yenidən geri qaytarılmasına heç kim imkan verməyəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Bu gün, 17:08
İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Bu gün, 16:51
“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:46
"Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Bu gün, 16:43
“Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:39
Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Bu gün, 16:34
Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Bu gün, 16:30
Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:24
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Bu gün, 16:14
“Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Bu gün, 16:05
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Bu gün, 15:55
Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:53
Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Bu gün, 15:50
Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Bu gün, 15:48
Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Bu gün, 15:45
Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Bu gün, 15:43
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Bu gün, 15:34
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Bu gün, 15:29
Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Bu gün, 15:23
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Bu gün, 15:16
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Bu gün, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Bu gün, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Bu gün, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Bu gün, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03
Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00
Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58
Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44
Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34
Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31
Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru