"Heç kim öz xoşuna geri çəkilmir" - HƏQİQƏTƏN DƏ...
Tarix: 31-03-2022, 08:30 | Çap et
 Azərbaycan və Türkiyəni hədələyən, təhqir edən Rusiya Dövlət Dumasının üzvü Mixail Delyagin səsləndirdiyi ifadələrə görə üzr istəyib. Rus deputat verilişin formatına uyğun olaraq belə bir davranış sərgilədiyini bildirib: “Mənim sözlərimdən qorxan, inciyən və yaxud özünü təhqir olunmuş hesab edən hər kəsdən üzr istəyirəm”. Xatırladaq ki, Delyagin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycanı Türkiyənin “əlaltısı” adlandırmış, ölkəmizin cəzalandırılmasını tələb edərək, Bakının bombalanmasını istəmişdi.
Delyaginin Rusiya televiziyasında səsləndirdiyi sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Ölkə ictimaiyyətinin sərt reaksiyasından sonra Rusiyanın rəsmi dairələri məsələyə müdaxilə edərək, Delyaginin çıxışının şəxsi mülahizə olduğunu, Kremlin mövqeyini əks etdirmədiyini bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaginin fikirlərini şərh edərkən, onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırmışdı. Qeyd etmişdi ki, məlum açıqlama Rusiyanın rəsmi mövqeyinə heç bir halda cavab vermir. Həmçinin, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırmışdı. Bundan əlavə, Delyaginin təmsil olunduğu “Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi Oleq Şein tərəfindən səfir Polad Bülbüloğluna məktub ünvanlanıb. Məktubda Oleq Şein Rusiya vətəndaşları adından həmpartiyalısının fikirlərinə görə üzr istəyib. Məhz bundan sonra Delyagin səsləndirdiyi ifadələrə görə peşman olduğunu bildirib və şou naminə o cür davrandığını söyləyib. Əlavə olaraq onu da bildirək ki, Respublika Baş Prokurorluğunda Delyaginlə bağlı cinayət işi açılıb və İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. diaaz.space-ın məlumatına görə, AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Rusiya təmsilçilərinin Azərbaycan və Türkiyə əleyhinə fikirlərinə hər zaman çox ciddi təpki olmalıdır.
Partiya funksioneri bəyan edib ki, rus təxribatçılarına qarşı sadəcə ictimaiyyət səviyyəsində deyil, dövlət qurumları və rəsmi şəxslər müstəvisində də sərt cavab verilməlidir: “Rusiya nümayəndələrinin, Duma üzvlərinin Azərbaycana, türklərə qarşı düşmən münasibətinə dəfələrlə şahidlik etmişik. Dövlət kanallarında belə dövlətimizə, rəhbərliyə qarşı hədyanlar səsləndiriblər. Özü də bunu edənlər təkcə müxalif qüvvələr yox, hökumətdə təmsil olunan şəxslər olurlar. Onlar bizə hədə-qorxu gəlir, təhdid edirlər. Hətta daha irəli gedərək Azərbaycan və Türkiyə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr səsləndirirlər. Son günlər yenidən post-sovet ölkələrinə ərazi iddiası ilə çıxış edirlər. Bunların hamısı Rusiyanın yırtıcı siyasətindən xəbər verir. Ona görə də rusların cavabı rəsmi orqanlar tərəfindən dərhal verilməlidir.
Çünki rəsmi reaksiya daha effektli olur. Görürsüz, qısa zaman sonra Rusiya prezidentinin sözçüsü açıqlama verdi, digər dövlət qurumları bəyanat yaydı. Sonda Delyagin özü də üzr istəmək məcburiyyətində qaldı.
Bir neçə gün əvvəl də Azərbaycan Müdafiə Nazirliyinin sərt mövqeyindən sonra Rusiya XİN geri addım atdı və dərc etdiyi uydurma xəbəri saytından sildi.
Nəzərə alaq ki, hazırda Rusiya dünyada təklənib, Ukrayna ərazilərinin işğalına görə Qərbin ciddi sanksiyaları ilə üz-üzə qalıb. Təbii ki, Azərbaycan da 44 günlük müharibədən sonra xeyli güc və nüfuz qazanıb. Yanımızda Türkiyə kimi qüdrətli müttəfiq ölkə var. Bunların hamısı Kremlin yanaşmasına təsir göstərir və güzəştə getməsinə təsir göstərir.
Heç kim öz xoşuna geri çəkilmir, qarşısındakını güclü gördüyü üçün geri addım atır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11 |
|
|
|
• Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01 |
|
|
|
• Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59 |
|
|
|
• Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57 |
|
|
|
• Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53 |
|
|
|
• Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49 |
|
|
|
• "Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22 |
|
|
|
• Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16 |
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Dünən, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Dünən, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
19-07-2025, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
19-07-2025, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
19-07-2025, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
19-07-2025, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
19-07-2025, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
19-07-2025, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
19-07-2025, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
19-07-2025, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
19-07-2025, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
19-07-2025, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
19-07-2025, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
19-07-2025, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
19-07-2025, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
19-07-2025, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
19-07-2025, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
19-07-2025, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
19-07-2025, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
19-07-2025, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
19-07-2025, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
19-07-2025, 09:13 |
|
|
|
|