Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir .....                     "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                     “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır .....                     “Kontakt Home”dan şikayətlər səngimir .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin .....                     Anam etsəydi, Prezidentə müraciət etməzdim .....                     “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? .....                     38 dərəcə isti olacağı gözlənilir .....                     Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi .....                     Saç ustası liposaksiya əməliyyatını necə edir? .....                     "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" .....                     Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi .....                     Qod Nisanovun övladının şad gününə onlar da qatılıb .....                     Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA .....                     London Zelenskini devirməyə çalışır? .....                     Tramp Ermənistanı “Albaniya” adlandırdı .....                     Mandatını və partiyasını qızına miras qoyan ATA .....                     İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb .....                     Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib .....                     Münasibətlərin normallaşmasına qərar verilib .....                     Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu .....                     “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... .....                     Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? .....                     Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB .....                     Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü .....                     İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? .....                     "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." .....                     Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... .....                     Azərbaycan Rusiyadan haqqını .....                     Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... .....                     Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? .....                     Şahin Mustafayev Moskvaya gedir? .....                     “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” .....                     Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi .....                     “Hər şeyi serialların üstünə atmasınlar” .....                     "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" .....                     Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi .....                     “Kapitalbank”ın növbəti problemi .....                     Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş .....                 

“Mən ərəb dilində bilmirəm? Ərəbistanda olmuşam, başqalarına tərcüməçilik etmişəm...” - QALMAQAL
Tarix: 29-10-2021, 08:47 | Çap et
“Mən ərəb dilində bilmirəm? Ərəbistanda olmuşam, başqalarına tərcüməçilik etmişəm...”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dinşünas Elşad Mirini seyidləri iblisə bənzətməsinə görə və ümumiyyətlə, onun ərəb dilini bilmədən Qurani-Kərimi tərcümə etməkdə günahlandırıb. Komitə rəsmisi öz sosial media hesabı vasitəsilə bunları yazıb: “Bir çoxlarınız bilirsiniz ki, Dövlət Komitəsi dinşünas Elşad Mirinin ”İslamda yoxdur" kitabının idxalına icazə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri iblislə müqayisə etməsi olub. Mən qanun və vicdanım qarşısında rahatam. Çünki əminəm ki, seyidi və ya başqa bir insanı iblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbuledilməzdir. Onsuz da, bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa Məhkəməsi desə ki, Elşad Miri düz edib seyidləri iblislə müqayisə edib, artıq buna deyəcək bir sözüm yoxdur. Uzaqbaşı Hüseyn Cavidin “İblis”ini tərcümə etdirib onlara göndərə bilərəm.

Elşad Mirinin iddialarına ciddi, amma etiraf edim ki, onun səmimi olmadığı vaxtlarda bəzən yarızarafat, hətta ironiya və sarkazmla cavab vermişəm. Fikirləşmişəm ki, Elşad Miridir, eybi yox. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır. Amma dünənki debatdan sonra çox təəccübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşi bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiniz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Qurani tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir. Nə isə, Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşı ki, Quranı vaxtında tərcümə etmisiniz!"

Məlumat üçün deyək ki, bir gün öncə Gündüz İsmayılovla Elşad Miri arasında onlayn mediada debat olub. G.İsmayılov onun kitabının hansı səbəbdən qəbul edilməməsini faktlarla sübut etməyə çalışıb. E.Miri isə həmin arqumentləri qəbul etməyib.

Ümumiyyətlə isə son illərdə Elşad Miri dini dəyərlərin əleyhinə çıxan şəxs kimi yadda qalıb. Bəziləri hətta iddia edir ki, o, Qərbin diktəsi ilə Azərbaycanın dini, milli dəyərlərinə qarşı çıxır.

Bu və digər məsələlərlə bağlı Elşad Mirinin mövqeyini almağa çalışdıq: “Gündüz bəylə debat oldu, mədəni bir debat olduğuna inanıram. Debat olandan sonra bu məsələni gündəmə gətirmək tam istədiyini əldə etməyib deməkdir. Bəzi məsələlərin üstünü örtüb. Ərəb dilində danışmağa gəlincə, o da İlahiyyat İnstitutunda oxuyub, mən də. O, bakalavr oxuyub. Amma mən həm bakalavrda, həm magistr pilləsində ərəb dili üzrə oxumuşam. Hazırda İstanbul Universitetində doktoranturada da oxuyuram. Mən ərəb dilində bilmirəm? Övladım Amerikada təhsil alır. Özüm də Ərəbistanda olmuşam, başqalarına tərcüməçilik etmişəm. Sadəcə olaraq, Gündüz bəy mövzunu başqa tərəfə çəkmək istəyir. Çünki kitab qadağası olan ölkə imici formalaşacaq. Məsələ artıq Avropa Məhkəməsinə çıxacaq. Bu da Gündüz bəyin yanlışından dönməməyinin nəticəsidir”.

“Zaman-zaman mediada sizin dinlə bağlı verdiyiniz açıqlamalardan dolayı Qərbdən maliyyələşən qüvvələrə çalışdığınız bildirilir” sualına isə E.Miri cavab vermək istəmədiyini deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov da “Yeni Müsavat”a mözvu ilə bağlı fikirlərini bildirib: “Gündüz müəllimin burada dediyi sözlərlə razıyam. İstənilən insanı, onun yalnız etnik, irqi, dini mənsubiyyətinə görə aşağılamaq və təhqir etmək irqçilikdir və beynəlxalq qanunlara görə cinayətdir. Seyidlər də peyğəmbər soyundan gələn insanlardır. Əvvəla, dini baxımdan seyidləri təhqir etmək peyğəmbəri təhqir etmək kimi qiymətləndirilir. Hətta dini baxışla olmasa belə, dinə və peyğəmbərə inanmasanız belə, seyidləri yalnız seyid olduğuna görə, yəni soyuna görə təhqir etmək, dediyim kimi, irqçilikdir. Mən Elşad Mirinin o kitabını tam oxumamışam və əgər Gündüz müəllim dediyi məqam varsa, elə tək o hal kifayətdir ki, kitab qadağan olunsun.

Amma o kitab haqda başqa ekspertlərin rəyini oxumuşam və bildiyim qədərilə kitabda dini ədavət salan kifayət qədər digər məqamlar da var. Quranı tərcüməyə gəldikdə isə əlbəttə, ərəb dilinin bütün incəliklərini bilmədən Quranı tərcümə etmək iddiasına düşmək, ən azı şoudur. O ki qaldı Quran haqda sırf Elşad Mirinin iddialarına, bildiyim qədərilə o iddiaları, tərcümə ilə bağlı mövqeyi özünün deyil, Türkiyədə olan və heç türk cəmiyyəti tərəfindən də qəbul edilməyən müəyyən dini qrupun iddialarıdır ki, Elşad bəy onları, sadəcə, təkrar edir və öz fikri kimi cəmiyyətə təqdim etməyə çalışır".

Qeyd edək ki, Gündüz İsmayılov bildirib ki, kitabdan seyidlərin iblislərə bənzədilməsi hissəsi çıxarılarsa, kitabın yayımına icazə verilə bilər. Amma Elşad Miri bunu qəbul etməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Bu gün, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Bu gün, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Bu gün, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00
London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58
Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52
Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38
Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36
Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30
“Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24
Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36
Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10
“Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04
“Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02
"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52
Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48
“Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44
Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40
İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37
Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35
Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31
Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20
Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:09
Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:05
Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... - GİLEY
Bu gün, 08:44
Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM - İLGİNC FAKT
Bu gün, 08:35
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 08:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru