"Hələ ki salnamənin yazılması mümkün deyil" - deputat
Tarix: 6-10-2020, 08:12 | Çap et
 Artıq 10 gündür ki, Vətən müharibəsi davam edir. Bugünlərdə Azərbaycan ordusu böyük uğurlar əldə etdi, 14 kəndimiz, 1 qəsəbə, Cəbrayıl şəhəri erməni işğalından azad edildi. Ötən gün Cəbrayıl rayonunun erməni işğalından azad olunması xəbəri isə Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı. Ümumiyyətlə, son günlər hərbçilərimizin müharibədə göstərdiyi şücaətlər bir salnaməyə çevrilib. Bəs görəsən, bu uğurları gələcək nəsillərə ötürmək üçün müharibənin videosalnaməsi hazırlanırmı? Gələcək üçün sənədli filmlər çəkilirmi?
“Yeni Müsavat” mövzu ilə bağlı ekspertlərdən mövqe öyrənib.
Mövzu ilə bağlı ilk olaraq millət vəkili Aqil Abbasın fikirlərini öyrəndik:
“Sənədli filmlər əvvəllər də çəkilirdi, indi də çəkilir. 50 sənədli filmdənsə, bir bədii film daha təsirlidir. Sənədli film isə ona görə lazımdır ki, onlar sənəddir, arxivdir, tarix üçün lazımdır. Sənədli filmlərin bu mənada böyük önəmi var, mütləq çəkilməlidir. Televiziyaların hamısında cəbhə müxbirləri var, oradan reportajlar verirlər, bunlar hamısı sənədli filmlər sayılır. Sadəcə, onlar ssenari əsasında hazırlamaqla sənədli filmə çevirmək olar. Sadəcə, bunu sistemləşdirmək lazımdır”.
Millət vəkili salnamənin yazılması məsələsinə münasibət bildirib:
“Hələ ki salnamənin yazılması mümkün deyil. Hazırda döyüşlər gedir, onu yalnız Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında hazırlamaq olar, bizim bildiyimiz, hamının bildiyi məlumatları mətbuata çıxarmaq, yazmaq, dərc eləmək olmaz. Böyük qələbədən sonra yazıçılar onun salnaməsini də sənədlərdən götürərək yazacaqlar. Bunu da tarixçilər, salnaməçilər yazmalıdır, bu, ayrıca bir peşədir. Məsələn, mən bədii əsər, publisist yazısı yaza bilərəm, amma salnaməni yaza bilmərəm. Onun öz mütəxəssisləri var”.
Bizimlə söhbətdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov bildirdi ki, hazırda videosalnamələr hazırlanır: “Döyüş bölgəsinə ezamiyyətdən yeni qayıtmışam. Müharibə mövzusunda Müdafiə Nazirliyi tərəfindən salnamə çəkilişləri aparılır. Eyni zamanda bu çəkilişlər həm telekanallar, həm də Bakı Media Mərkəzi tərəfindən də həyata keçirilir. Yəni həm ön cəbhədə, həm də arxa cəbhədə bu salnamələr çəkilir.
O ki qaldı sənədli filmlərin çəkilməsinə, müharibə ilə bağlı ümumi olaraq müxtəlif studiyalar tərəfindən çəkilişlər aparılır, söhbət yalnız “Azərbaycanfilm”dən getmir. Yəni həm Mədəniyyat Nazirliyinin qurumları tərəfindən, həm də özəl televiziyalar tərəfindən bu işlər aparılır. Sadəcə olaraq, həmin filmlərin istehsal olunub çıxmasına müəyyən vaxt lazımdır. Çünki paralel olaraq kütləvi şəkildə apardığımız çəkilişlər də, ordumuzun mövqelərinin nümayişi də ola bilər. Ona görə hər şey planlaşdırılmış şəkildə, Müdafiə Nazirliyi ilə razılaşdırılmış şəkildə aparılır".
F.Əhmədov deputat Aqil Abbasın bədii filmlərlə bağlı fikri ilə razılaşdığını deyib: “Bəli, dövrümüzdə bədii filmin insanlar üzərində təsir qüvvəsi daha çoxdur, nəinki sənədli filmlərin. Elə Aqil müəllimin ssenarisi əsasında ”Azərbaycanfilm"də “Dolu” filmi çəkilib. Mədəniyyət Nazirliyi tərəfindən milli qəhrəmanlarımızla bağlı silsilə sənədli filmləri çəkilir. “Salnamə” film studiyasında 50-60-dan artıq sənədli filmlər istehsal olunub. Ümumiyyətlə, Qarabağ hər zaman Mədəniyyət Nazirliyinin prioritet mövzusu olub. İstehsala buraxılmış ən azı 3-4 film Qarabağa həsr olunub. Bir deyim də var, ən yaxşı müharibə filmləri müharibədən sonra çəkilir. Xüsusilə də ordumuzun qələbə xəbərləri bizi sevindirir, bu ağır döyüşlərdən bizim daha çox qəhrəman övladlarımız çıxacaq. Bu da gələcəkdə yaradıcı insanlar olaraq bizi ilhamlandıracaq ki, yeni filmlər ərsəyə gətirək".
AZTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərgiz Rəfiyeva isə bildirib ki, hazırda müharibə şəraiti ilə bağlı ayrıca hər hansı videosalnamə çəkilmir: “Bizdə salnaməni yaradan bölgə müxbirlərimizdir. Film çəkməyə gəlincə isə hazırda buna icazə də verilməz. Çünki hər yeri bombalayırlar. Buna nə imkan, nə də şərait var.
Sənədli filmlərin çəkilişi də eyni qaydada, təhlükəsizlik baxımından hələ ki aparılmır. Xüsusi müxbirlərimiz çəkilişlər aparırlar, yəqin ki, o kadrlar əsasında da filmlər də hazırlanacaq". “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Bu gün, 19:55 |
|
|
|
• Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Bu gün, 19:42 |
|
|
|
• Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
• Simonyan arvadından boşandı
Bu gün, 13:58 |
|
|
|
• ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Bu gün, 13:56 |
|
|
|
• Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00 |
|
|
|
• Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59 |
|
|
|
• Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54 |
|
|
|
• UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50 |
|
|
|
• CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39 |
|
|
|
• Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30 |
|
|
|
• Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23 |
|
|
|
• Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19 |
|
|
|
• Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14 |
|
|
|
• Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11 |
|
|
|
• Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06 |
|
|
|
• “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03 |
|
|
|
• Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58 |
|
|
|
• Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56 |
|
|
|
• ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51 |
|
|
|
• İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43 |
|
|
|
• Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40 |
|
|
|
• Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22 |
|
|
|
• Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17 |
|
|
|
• Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11 |
|
|
|
• Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08 |
|
|
|
• “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00 |
|
|
|
• Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53 |
|
|
|
• Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50 |
|
|
|
• “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45 |
|
|
|
• Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42 |
|
|
|
• Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40 |
|
|
|
• Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38 |
|
|
|
• Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35 |
|
|
|
• İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18 |
|
|
|
• “Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03 |
|
|
|
• “Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58 |
|
|
|
• Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50 |
|
|
|
• Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44 |
|
|
|
• 434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39 |
|
|
|
• 6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32 |
|
|
|
|