"Bizim xalqımız müharibə ehtimallarına görə, az qalır ki, bayram eləsin" - deputat
Tarix: 25-09-2020, 08:41 | Çap et
Son günlər “Pikap” tipli nəqliyyat vasitələrinin postlarda saxlanılıb, müharibə məqsədləri üçün cərimə meydançalarına aparılması ilə bağlı məlumatlar yayılıb. Daxili işlər Nazirliyi (DİN) “Pikap” tipli avtomobillərin YPX postlarında saxlanılması ilə əlaqədar yayılan məlumatlara belə münasibət bildidirib: ““Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə, həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir”. Bəs, rəsmi olaraq səfərbərlik və müharibə elan edilmədən avtomobillərin yığılması nə dərəcədə doğru və qanunidir? Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev AYNA-ya açıqlamasında, qanunvericiliyin buna imkan verdiyini deyib: “Düzdür, hüquqi prosedurlarla bağlı qanunvericiliyə baxmadan heç nə demək olmaz. Yəni, bütün hüquqi prosedurlar gözlənilir, yoxsa yox – dəqiqləşməlidir. Amma ümumən bizim qanunvericilik müharibə dövründə belə bir halın baş verməsinə imkan verir”.
“Azərbaycanda məlum olduğu kimi, atəşkəs elan olunub. Yəni, müharibə başa çatmayıb, sülh elan olunmayıb və biz hal-hazırda müharibə vəziyyətindəyik. Ona görə də düşünürəm ki, bu mövqedən çıxış edərək belə bir addım atırlar”, - deputatbildirib. BAXCP sədri vurğulayıb ki, “Pikap” tipli maşınlar nəzarətə götürülsə də, dövlət onları həm geri qaytarmalı, həm də istismarı və tamamilə sıradan çıxacağı təqdirdə əvəzini ödəməlidir: “Yəni, bunlar qarşılıqsız olmur. Amma o avtomobillərə nə qədər ehtiyac var, bu, hələlik məlum deyil. Hər halda, müvafiq dövlət orqanları belə hesab edib və görünür ki, buna zərurət var. Ki, bu addımı atıblar. Lakin bir müddətdən sonra məsələlər aydınlaşanda, buna nə dərəcədə ehtiyac olduğu məlum olacaq”. “Başqa dövrlərdə müharibə olanda, dağıntı, itki və ağır nəticələrə görə, adətən insanlar çəkinirdilər. Amma indi bizim xalqımız müharibə ehtimallarına görə, az qalır ki, bayram eləsin. Çünki bizim milli ləyaqətimiz alçaldılıb, torpaqlarımız işğal edilib. Ona görə də xalq torpaqların azad edilməsini istəyir. Düzdür, bir qrup adam bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışsa da, ümumən əhali atılacaq addımlardana asılı olmayaraq, torpaqların azad olunmasını, işğala son qoyulmasını istəyir. Ən önəmlisi də budur”, - müsahibimiz əlavə edib. AYNA-nın digər müsahibi, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov isə fərqli düşünür: “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərliklə, həmçinin hərbi avtomobil nəqliyyat ilə bağlı qanunlar var. Bir də Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına görə, silahlı qüvvələrin ehtiyacı üçün nəqliyyat vasitələrinin siyahısı təsdiq olunur. Yəni hansılar ki, zəruri nəqliyyat vasiətləri olmalıdır. Səfərbərlik və ya qismən səfərbərlik elan olunanda, qeydiyyata alınmış həmin nəqliyyat vasitələri artıq prosesə cəlb olunur”.
“İkinci məsələ isə qanunvericilikdə “səfərbərlik yoxdursa, nə edilməlidir” məsələsidir. Qanun müəyyən edir ki, hərbi əməliyyatlar zamanı müvafiq nəqliyyat vasitələri əvəzi ödənilməklə alına bilər. Məsələn, sonuncu dəfə, İkinci Dünya müharibəsi dövründə döyüşlər üçün atların rekvizisiyası olmuşdu. Düzdür, vətəndaşdan avtomobilin qeydiyyatı ilə bağlı məlumatların alınması qanunsuz deyil, ancaq nə qədər səfərbəlik elan olunmayıb və müharibə şəraiti yoxdursa, avtomobilin şəxsin əlindən alınıb cərimə meydançasına qoyulması düzgün deyil”, - hüquqşünas deyib. Gözəlov məsələyə mülkiyyət hüququnun qorunması prizmasından da yanaşıb: “Əgər müharibə şəraiti və səfərbərlik varsa, mülkün əvəzində qarşılığı ödənilməlidir. Azərbaycan Respublikasında “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunun 8.1 və 8.3 maddəsində deyilir ki, “Müharibə dövründə ölkənin müdafiəsi və dövlət təhlükəsizliyinin təmin edilməsi məqsədiylə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlara vurulan zərərin əvəzinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilməsi şərti ilə, binaları, tikililəri, nəqliyyat vasitələrini və onların mülkiyyətində olan əmlakı təqdim etmək vətəndaşın vəzifəsidir”. Yəni ki, bu, səfərbərlik hazırlığı və səfərbərlik çağırışında vətəndaşın borcudur”. “İndiki halda isə əmlakın təqdim edilməsi müvafiq sənədləşməyə uyğun həyata keçirilməlidir, ondan sonra vətəndaşlar özləri də müvafiq qaydada səfərbərlik zamanı və müharibə dövründə cəlb oluna bilərlər. Hazırda səfərbərlik elan olunmayıb, sadəcə ehtiyyatda olan hərbi birləşmələrin nümayəndələri növbədənkənar təlimə cəlb olunurlar. Bu təlimə səfərbərlik adı yapışdırmaq da biabırçılıqdır. Bu gün səfərbərlik yoxdur, müharibə hazırlığı yoxdur, kiminsə maşınını hərbi hissənin qarajında saxlamaq heç bir halda düzgün deyil. Onu da da qeyd edim ki, səfərbərliyin elan olunması da Prezident və Milli Məclisin səlahiyyətlərinə aiddir. Digər tərəfdən, elan olunmayan bir səfərbərlik rejimi yoxdursa, insanın əlindən avtomobilini almaq və cərimə meydançasına qoymaq qətiyyən olmaz”, - həmsöhbətimiz əlavə edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|