BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib .....                     Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür .....                     Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                     "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır" .....                     Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                 

““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz" - Sabir Rüstəmxanlı
Tarix: 24-09-2020, 09:52 | Çap et
““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz"
Azərbaycanın siyasi diskussiyalarının episentri və onun danışan seqmenti 1995-2000-ci illərdə, müəyyən qədər də 2000-2005-ci illərdə Milli Məclis idi.

Parlamentdə gərgin və qızğın müzakirələr, dartışmalar, fikir ayrı-seçkiliyi, replikalar olurdu. Cəmiyyətin gözü və qulağı həmişə deputatların çıxışlarında, mübahisələrində idi.

Təbii ki, Milli Məclisdə müxalifəti təmsil edən deputatların say etibarı ilə bu günlə müqayisədə daha çox olması bu şəraiti şərtləndirirdi.

Xatırlamaq yerinə düşər ki, o dövrdə AzTV parlamentin iclaslarından reportajlar təqdim edirdi, millət vəkillərinin sərt, maraqlı, ekspromt açıqlamaları həvəslə izlənilirdi. Yəni MM fikir davası, söz savaşı yeri, siyasət poliqonu idi.

Təbii ki, bu polemikalar müxtəlif aspektdən olurdu - Qarabağ məsələsi, iqtidar - müxalifət münasibətləri, əhalinin sosial problemləri, siyasətçilərin qarşılıqlı ittihamları və s.

Bu gün isə parlamentdə nadir hallarda səs-küylü çıxışlara rast gəlinir. Hətta bəzi deputatlar özlərini siyasətdən uzaq hesab edirlər, parlamenti siyasət meydanı saymırlar.

Bir çox hallarda həmin deputatlar yaxasını kənara çəkirlər, nə parlamentin iclaslarında aktiv iştirak edirlər, qanun layihələrinə münasibət bildirirlər, nə mətbuatda gündəmdə olan hadisələrlə bağlı danışırlar.

Bəzən onlara “lal” deputat belə deyilir. Halbuki parlament qanunverici orqan olmaqla yanaşı siyasi meydandır. Çünki ora həm də xalqın səsini çatdırmalı olanların tribunasıdır.

Təkcə Azərbaycan deyil, Avropa Parlamenti, Türkiyə Böyük Millət Məclisi, Ukrayna Radası və digər ölkələrin parlamentləri gərgin müzakirələr yığıncağıdır.

Hətta deputatların əlbəyaxa davaları, bir-birinə ağır ifadələri belə bu tribunadan səsləndirilir.

1995-ci ildə parlament üzvü olmuş Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, o dövrlə bu dönəmi müqayisə etmək çətindir.

Deputatın sözlərinə görə, 1995-2000-ci ilin parlamentində 25 nəfər demokratik düşərgədən idi, 25 nəfər hakimiyyətin adamı idi: “Bu mənada o parlamentdə dartışmaların olması təbii idi. İndi fərq böyükdür. Demokratik düşərgənin təmsil etdiyi adamlar azdır.

Hakimiyyətdən gələn qanun layihələri, qərarlar mübahisə oldu - olmadı qəbul edilir. Eyni zamanda demək lazımdır ki, o dövrdə hər şey təzədən qurulurdu. İndi dövlət qurulub, ölkənin müharibə, iqtisadiyyatla bağlı problemləri var. Bu məsələlərdə isə ciddi fikir ayrılığı yoxdur. Müxalifət də bəyan edib ki, Qarabağ məsələsində hakimiyyətlə fikir ayrı-seçkiliyimiz yoxdur".

S.Rüstəmxanlı qeyd etdi ki, iqtisadiyyatla bağlı fikir fərqləri var və bu da həm parlamentdə, həm mətbuatda müzakirə olunur.

VHP sədri parlamenti siyasət meydanı hesab etməyən bəzi deputatların fikirlərinin yanlış olduğunu söylədi:

“Ola bilsin ki, onların Milli Məclisə qədər siyasətə aidiyyəti olmayıb. Amma parlament başdan-ayağa siyasətdir. Parlamentə daxil olan adam siyasətlə məşğul olur.

Hətta Milli Məclisin Mədəniyyət və yaxud İqtisadiyyat komitələrinin üzvləri də mədəniyyətin, iqtisadiyyatın siyasəti ilə məşğul olmağa, səs verməyə borcludurlar. “Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz".

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd etdi ki, o zaman fərqli dövr idi: “Ölkənin içində və xaricində siyasi proseslər dinamik, ziqzaqlı gedirdi. Milli Məclis yarandığı 1995-ci ildə qanunvericilik bazasının hazırlanması istiqamətində geniş fəaliyyət göstərirdi. Bu zaman cəmiyyətin bütün təbəqələrini əhatə edən qanunların müzakirəsi şübhəsiz ki, ciddi gedirdi.

Təbii ki, parlamentdə fərqli baxışlar var idi, bu da müzakirələrin dinamik, gərgin keçməsinə əsas yaradırdı".

F.Ağamalı bildirdi ki, qanunvericilik bazasının yaradılması üçün böyük işlər görülüb və indi bəzi hallarda qanunlara müəyyən dəyişikliklər edilir, bu da geniş müzakirəyə əsas vermir: “Yeni parlamentin fəaliyyətinə gəlincə, ilk iclaslardan fəallığı müşahidə edirik. Yeni deputatların hamısı olmasa da bir çoxu ayrı-ayrı məsələ ətrafında fikirlərini ortaya qoyurlar. Bu gün də parlament canlı orqan kimi fəaliyyət göstərir. Sadəcə, bəzi deputatlar adaptasiya olmalıdırlar, prosesin içinə girməli və alışmalıdırlar”.

Deputat həmkarı Jalə Əhmədovanın “Siyasətdən uzağam” sözlərinin düzgün anlaşılmadığını vurğuladı:

“Jalə xanım etiraf edir ki, hələ öyrəşməmişəm. Bu, onun daha məsuliyyətli olmasından irəli gəlir. Biz insanları küsdürməli, kompleks yaşatmalı deyilik. Mən uzun illərə söykənən təcrübəmə əsasən deyə bilərəm ki, bu parlament özünü doğruldacaq, deputatlar xalqın etimadını qazanacaqlar. Onlar bəzən mövqe qoymaqda tərəddüd edirlər. Buna son qoyulmalıdır. Xüsusən də Azərbaycana qarşı antimilli qüvvələrin qarşısında durmağı bacarmalı, özlərində o iradəni formalaşdırmalıdırlar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55
Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01
Simonyan arvadından boşandı
Dünən, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Dünən, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Dünən, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Dünən, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Dünən, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Dünən, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Dünən, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Dünən, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Dünən, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Dünən, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Dünən, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Dünən, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Dünən, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Dünən, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Dünən, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Dünən, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Dünən, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Dünən, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Dünən, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Dünən, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Dünən, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Dünən, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Dünən, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Dünən, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Dünən, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Dünən, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Dünən, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Dünən, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Dünən, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Dünən, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Dünən, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Dünən, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Dünən, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru