Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                 

"Gec də olsa Zahid bəyin tərəfindən belə fikirlərin səslənməsi özlüyündə pozitivdir" - Partiya sədri
Tarix: 17-09-2020, 08:34 | Çap et
"Gec də olsa Zahid bəyin tərəfindən belə fikirlərin səslənməsi özlüyündə pozitivdir"
Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc “İlham Əliyevin yeni xalq hakimiyyəti” adlı yazısında parlamentdə təmsil olunmayan partiyaların da dövlət büdcəsindən maliyyələşməsi məsələsinə toxunub.

Zahid Oruc bildirib: “İndi bütün komandasında gələcək naminə vahidliyi təmin etmək, siyasi sistemin və institusional təsisatların, milli ziyalıların və ictimai rəy liderlərinin dövlət orbitinə qaytarılmasına nail olmaq, müxalif partiyalarla siyasi saziş, ictimai müqavilə ilə konsensus tapmaq və parlamentdən kənar qüvvələrin büdcədən maliyyələşdirilməsinə getməklə onların sosial aqressivliyini, xaricdən asılılığını azaltmaq, həmçinin dövlət şuralarında idarəçilikdə iştiraka cəlb etməklə münasibətləri hüquqi müstəviyə qaytarmaq, dialoq mühitini daimi çalışan və qərarlarla irəliyə gedən bir müstəviyə çevirmək, siyasi mədəniyyəti bərpa edərək destabillik doğuran mənəvi terroru durdurmaq, yeni kommunikasiya inqilabının gətirdiyi çağırışlara hazır olmaq Əliyevin qurduğu ”yeni xalq hakimiyyəti"nin ali məramıdır".

Zahid Orucun bu fikirləri parlament təmsilçiliyi olmayan partiyaların büdcədən maliyyələşməsi üçün hansısa addımların atılacağının anonsu sayıla bilərmi? Parlament təmsilçiliyi olmayan partiyalar bunu istəyirmi?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Zahid Oruc neçə illərdir onların da vacib hesab etdiyi və təkliflər verdiyi məsələyə toxunub: “Özündə bu müddəanın da ehtiva olunduğu təkliflər paketini hakimiyyət mənsublarına da təqdim etmişik. Bunun üçün kriteriyaların müəyyənləşməsini və qanunvericilikdə müvafiq düzəlişlərin edilməsinin də fərqindəyik. Çünki ölkədə müxtəlif səviyyəli seçkilərdə iştirak etməyən, yerli strukturlara malik olmayan, ölkə gündəmində bu və ya digər formada iştirak etməyən kifayət sayda partiya var və bu mənada bütün siyasi təşkilatların ucdantutma maliyyələşməsi hesab edirəm ki, doğru olmazdı.

Eyni zamanda bu da reallıqdır ki, bu gün Milli Məclisdə təmsil olunan, lakin nəinki partiya strukturları, hətta özündən və ətrafındakı 1-2 nəfərdən başqa heç bir üzvü olmayan partiyalar da var ki, yalnız parlament təmsilçiliyinin olması səbəbi ilə dövlət büdcəsindən maliyyələşirlər. Əlbəttə ki, bu, oturuşmuş partiya strukturlarına malik olan, seçkilərdə fəal iştirak edən digər siyasi partiyalara münasibətdə ədalət prinsipinin ciddi surətdə pozulmasıdır.

Bu məsələdə ən vacib hesab elədiyimiz məqam isə odur ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi bu məsələdə şəffaflıq prinsipinə əməl olunmaqla, həm də partiyaların mənşəyi məlum olmayan mənbələrdən maliyyələşmə riskini minimuma endirər. Bu baxımdan hörmətli Zahid Orucun məsələyə yanaşmasını doğru hesab edirəm. Eyni zamanda bu fikirlərin Prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri vəzifəsinə təyin olunan və rəyi qəbul edilən şəxs tərəfindən səsləndirilməsi bizi hakimiyyətin bu vacib məsələni müsbət həll edəcəyinə ümidləndirir".

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, əslində bu fikirləri və təklifləri artıq illərdir müxtəlif formada müxalifət partiyaları olaraq dəfələrlə səsləndiriblər. Yəni normal hüquqi, demokratik dövlətlərdə belə məsələlər artıq çoxdan öz həllini tapıb və adi norma halına gəlib: “Gec də olsa Zahid bəyin tərəfindən belə fikirlərin səslənməsi özlüyündə pozitivdir və biz də AĞ Partiya olaraq bu yanaşmanı müsbət qarşılayırıq. Bu səsləndirilən fikirlər nə qədər sürətli və effektiv şəkildə icra olunsa Azərbaycana bir o qədər faydalı olar. İstər parlamentdən partiyaların maliyyələşməsi, istər onların dövlət idarəçiliyində təmsilçiliklərinin təmin olunması və çoxpartiyalı sistemin inkişafı istiqamətində deyilən fikirlər çox əhəmiyyətli və icrası labüd məsələlərdir. Zahid Orucun bu yazısının bir çox məqamları dövlət və dövlətçilik üçün faydalı nüanslardır. Ümid etmək istərdik ki, bu yazıda qeyd edilənlər sadəcə kağız üzərində qalmayacaq. Unutmaq lazım deyil ki, hazırda Azərbaycan çox ağır və riskli mərhələdən keçir. Bu mərhələdə siyasi islahatlar yönümündə real və ardıcıl addımlar atılmalıdır ki, dövlətimiz bu mərhələdə ağır durumlarla üzləşməsin”.

ALDP sədri Fuad Əliyev isə bildirdi ki, Zahid Oruc hakimiyyətin görəcək işlər barədə məlumatlı şəxsdir. Bu baxımdan onun yazısında əksini tapan məsələnin nə zamansa reallaşacağına ümid yaranır: “Parlamentdən kənarda olan partiyaların maliyyələşməsi məsələsinin müsbət həllinin vacibliyi barədə biz də zaman-zaman bildirmişik. Çox ölkələrdə belə prosedur var, parlament seçkilərində iştirak edən, amma parlamentə düşməyən partiyalara dövlət tərəfindən maliyyə ayrılır. Biz də bunun üçün bir mexanizm tətbiq olunub həyata keçirilsə yaxşıdır. Bununla bağlı mən PA rəsmisi Ədalət Vəliyevlə keçirdiyim görüşdə fikir mübadiləsi aparmışıq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, parlamentdə təmsil olmayan partiyalara büdcədən maliyyə veriləcəyinin gözlənildiyini düşünmür: “Gözlənilmirsə onu müzakirəyə çıxartmaq gündəmi dəyişməyə xidmət edir. Siyasi partiyalara lazım olan demokratik seçkilər və bu seçkilərdə onların halal haqlarının tanınmasıdır. Ölkədə islahat üçün birinci şərt demokratik seçkilərdir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24
"25 min manat verdilər getmədim"
Bu gün, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru