“Əli İnsanov da, Ramiz Mehdiyev də maraq ovçularıdır, siyasi yırtıcılardır” - Elçin Mirzəbəyli
Tarix: 10-09-2020, 08:46 | Çap et
Sabiq səhiyyə naziri Əli İnsanov və AMEA prezidenti, Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin iqtidara qarşı birləşdikləri yönündə iddialar səslənir.
Sabiq nazir Amerikanin sesi-nə verdiyi son müsahibəsində bu iddialardan danışıb.
O deyib: “Danışırlar ki, Ramiz Mehdiyevlə birləşmişəm. Bu, qeyri-mümkündür. Mən ona bir insan, keçmiş əməkdaş, yoldaş kimi hörmət edə bilərəm. Ancaq onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. Biz siyasətin müxtəlif qütblərindəyik. Onun konkret istiqamətini bilirsiniz, bu adam haranın tərəfdarıdır, kimlə dostluq, kimlə yaxınlıq edir. Əli İnsanov isə partiya nizamnaməsinə konkret yazıb: Avroatlantik məkana inteqrasiya. Görün, bu heç uyğun gələn şeydir?”
İnsanov Mehdiyevin hansı qütbdə olması barədə fikirlərini növbəti sualda daha aydın şəkildə izah edib: “Ramiz Mehdiyev hər zaman böyük qonşumuz Rusiyanın tərəfdarıdır və onların yaxın münasibətləri olub. Ona böyük hörmət, dəstək olub və sairə”...
Bütün bu deyilənlərə rəğmən, ümumiyyətlə, bu iki şəxs birləşərsə, hökumət üçün problem yarada bilərdilərmi?
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli hər iki şəxs barədə kifayət qədər sərt danışdı: “Əli İnsanov məlum müsahibəsində Ramiz Mehdiyevi müdafiə edib, amma birlikdə ola bilməyəcəklərini açıqlayıb. Həm də bunu Mehdiyevin rusiyapərəst, özünün isə qərbpərəst olması ilə əlaqələndirib. Əslində məsələnin mahiyyətini də elə burada axtarmaq lazımdır. Bu, sadəcə, siyasi simasızlığın, ikiüzlülüyün apageyasıdır. Bu adamda siyasi əxlaq, dövlət mənafeyi, milli qürur və təəssübkeşlik hissi yoxdur. Əgər olsaydı, deyərdi ki, mən Azərbaycan dövlətinin suverenliyini, müstəqil siyasət yürütməsini hər şeydən üstün tuturam. Amma nə edir? Guya qərbpərəst olduğunu xüsusi şəkildə vurğulamaqla xarici dairələrə mesaj verir. Əslində Əli İnsanov da, Ramiz Mehdiyev də maraq ovçularıdır, siyasi yırtıcılardır. Belələrinin ideoloji prinsipləri olmur. Onlar yalnız maraqlarının təmin olunacağı istiqamətə yönəlirlər. Maraqlıdır, Avroatlantik məkana inteqrasiya tərəfdarı olduğunu iddia edən Əli İnsanovun, görəsən, Avropanın hüquqi dəyərlərindən bir anlayışı var? Səhiyyə naziri olanda vətəndaşlara qəssab psixologiyası ilə yanaşan, hər kəsi tapdalamağa, alternativ fikir söyləyənləri kəsib doğramağa hazır olan, jurnalistləri təhqir edən bu adam hansı üzlə Avroatlantik məkandan danışır? Çox güman ki, İnsanov bu sözləri deyəndə Çörçillin, Adenauerin, Şumanın, Spaakın, Qasperinin, Bevinin məzarları ”çatlayıb". İnsan siyasi baxışlarına korrektələr edə bilər, amma xarakterini dəyişə bilməz. Digər tərəfdən, həm Əli İnsanov, həm də Ramiz Mehdiyev Azərbaycanın dünənidir. Bu adamlar ölkənin siyasi münasibətlər sisteminə yeni heç nə verə bilməzlər. Bu adamlar tükəniblər və düşünçələrini də toz basıb. Azərbaycan siyasətçisi Azərbaycanpərəst olmalıdır. Bunun başqa alternativi yoxdur. Əgər hansısa siyasətçi qərbdən, şərqdən, şimaldan, cənubdan mədəd gözləyirsə, deməli, Azərbaycanın suverenliyini, milli maraqlarını başqalarının ayaqları altına atmağa hazırdır".
Siyasi şərhçi Yeganə Hacıyevanın fikirləri də maraqlı oldu: “Daha öncələr də Əli İnsanovun siyasi kimliyi haqqında danışmış, zamanında cəmiyyətdə və müxalifətdə rüşvətxor, qəddar məmur kimi, hakimiyyətdə isə ambisiyasına görə nüfuzunu itimiş bir sima olaraq xarakterizə etmişik. Öncə dövlət çevrilişinə cəhd iddiaları ilə saxlanılmış, ardınca isə rüşvət, dövlət mülkiyyətini mənimsəməsinə görə həbs olunmuş Əli İnsanov heç bir halda birləşdirici müxalif siyasi fiqur və ya lider olmasının mümkünsüzlüyü haqqında fikirlərimi, həmçinin Əli İnsanovun Azərbaycan hakimiyyəti ilə uzlaşması, razılaşmasının mümkünsüzlüyü haqqında qənaətimi bölüşmüşəm. Bu rabitənin olması üçün uyğun şərtlərin, hər iki tərəfin maraqları və ona gələn təhlükənin uyğun olmaması haqqında danışmışıq. Əli İnsanovun hakimiyyətlə uzlaşması üçün heç bir daxili potensial, təhlükə və ya xarici şərt mövcud deyil. Əli İnsanovun müəyyən bir qrupun hələ də ağsaqqal hesab etdiyi, ona ciddi faydalar verdiyi bir şəxs olması, həbsi zamanı göstərdiyi duruş və dirəniş ona qarşı bu çevrənin hörmətini daha da artırmasını qeyd etmişəm. O, Ramiz Mehdiyevlə və ya daha öncə işdən azad edilmiş digər nüfuzlu məmurlarla birləşməsi haqqında da danışmışıq və mən sabiq məmurlar haqqında səsləndirdiyi fikirlərindən qaynaqlanan mümkün konfiqurasiyalar haqqında təsəvvürlər yaratmağa çalışması, lakin belə bir konfiqurasiyanın mövcudluğuna işarə edə biləcək heç bir hərəkətliliyin mövcud olmaması haqqında fikirlərimi söyləmişəm. Bugünlərdə Əli İnsanov belə bir rabitənin olmamasını özü təsdiqləyib. Burada bir haşiyə çıxmaq istəyirəm. Bu iki şəxs haqqında danışsaq, bir neçə məqamı aydınlaşdırmaq lazımdır. Mövcud siyasi hakimiyyət ikimərhələli inkişaf yolunu keçib. Birinci mərhələ 2003-cü ilə qədər, ikinci mərhələ isə 2003-dən sonraya təsadüf edir. Birinci mərhələ siyasi və təhlükəsizlik anlamından təlatümlərlə, ikinci mərhələ isə stabil inkişaf mərhələsidir. Hər iki mərhələdə Əli İnsanov sistemin iştirakçısı və imtiyazlarının istifadəçisi, Ramiz Mehdiyev isə hər iki mərhələdə sistemin quruculuğunda iştirak etmiş, bu sistemin hər boltuna bələd bir şəxsdir. Nəinki Əli İnsanov, Azərbaycanda siyasi iddiası olan istənilən mövcud müxalif qrup Ramiz Mehdiyevin subliminal koordinasiyasını arzu edərdi. Burada ikinci bir haşiyəni açmaq istəyərdim ki, Əli İnsanovun siyasi iddiasının əsasında şəxsi qisas hissi durur. Onun son müsahibəsindəki fikirləri də məhz bu subliminal koordinasiyanı formalaşdırmaq cəhdidir. Uzun illər Azərbaycanda hakimiyyət daxilində müxtəlif qruplar olmasına rəğmən həmişə monolit komanda görüntüsü verilsin kimi bir daxili sifariş var idi. İndi belə bir daxili sifariş yoxdur, yenilənən komandada belə bir görüntü vermək kimi təşəbbüsü müşahidə etmirəm. Müşahidə etdiyim yeni qrupların müəyyən proseslərə hesablanmış, ”cəmiyyətdə daha çox biz dəstəklənirik" görüntüsü vermək təşəbbüsünün olmasıdır. Təcrübəsiz bir qrup isə bu görüntünün verilməsi üçün bir sıra yanlış addımlar atır, istər Əli İnsanov, istərsə də digər müxalif qruplar bu səhvlərin üzərindən güclənir, belə “münbit” məqamlardan maksimum istifadə edə bilmək təşəbbüsü göstərirlər. Konkret olaraq “bu iki şəxsin birləşəcəyi halda hökumət narahat olmalıdırmı” sualına gəlsək, qeyd edim ki, bu birliyi şərtləndirəcək məqamlar hələ ki mövcud deyil". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|