“Ənənəvi müxalifət partiyaları sivil siyasi mübarizə mühitinin formalaşmasını istəmirlər” - Natiq Cəfərli
Tarix: 8-09-2020, 09:47 | Çap et
Ötən həftənin ən maraqlı siyasi hadisələrindən biri iki yeni müxalifət partiyasının-Milli Cəbhə Partiyası və REAL Partiyasının dövlət qeydiyyatına alınması, ölkə prezidenti İlham Əliyevin bu münasibətlə həmin partiyaların rəhbərliyinə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev vasitəsilə təbrik göndərməsi oldu.
Diqqətçəkən məqamlardan biri isə bu hadisədən sonra adıçəkilən partiyalara stajlı müxalifət partiyaları sayılan Müsavat və AXCP-nin sərt ittihamlar irəli sürməsi oldu. Müsavat Partiyasının başqanı Arif Hacılı artıq REAL adında müxalifət partiyasının olmadığını sosial şəbəkədə yazıb və bu təşkilatı hakimiyyətin siyasətinə xidmət edən təşkilat adlandırıb. AXCP-dən də buna bənzər fikirlər sosial şəbəkədə yazılıb, xüsusilə də Milli Cəbhə Partiyası ağır şəkildə aşağılanıb. Nəticədə 4 müxalifət partiyası arasında söz atışması yaranıb.
İki müxalifət təşkilatının qeydə alınmasına və Prezidentin bu münasibətlə onların rəhbərlərinə təbrik mesajı yollamasına bəzi müxalifət partiyaları niyə belə sərt münasibət göstərdi? Bir müxalifət partiyasının qeydiyyatdan keçməsi və bu vəsilə ilə ölkə rəhbərinin həmin partiyanın sədrinə təbrik ismarışı yollaması sivil rəftardır axı. Belə olduğu halda bu rəftarı, bu nəzakət jestini niyə qılınclayırlar?
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda son 20-25 ildə iqtidardan da qaynaqlanan səbəblərə, müxalifətin də səhvlərinə görə siyasət meydanı qaranlıq döngələrlə, tinlərlə dolub: “Ona görə də kim kimlə nə iş görüb, hansı anlaşmalara gedib, hansı qaranlıq bağlantıları olub, bu kimi məsələlər siyasət səhnəsindən təmizlənməlidir. Siyasət düşmənçilik deyil, rəqabətdir. Biz Yeni Azərbaycan Partiyasını seçkilərdə udmağı hədəf götürmüşük. Bu, hakimiyyətə, həmin partiyaya düşmən olmaq deyil. Biz hakimiyyətə seçkilərlə gəlməyi hədəf götürən müxalif partiyayıq. Partiyanın dövlət qeydiyyatına alınması, ölkə Prezidentinin bu münasibətlə partiyaya təbrik mesajı göndərməsi ancaq pozitiv qiymətləndirilə bilər. Burada neqativ nə var?! Bu qədər absurda getmək olmaz axı! Ölkə siyasətində durulaşma, sivil münasibətlər yarada bilən addımlara o cür münasibət göstərmək ortaya suallar çıxarır. Məncə, ənənəvi müxalifət partiyaları sivil siyasi mübarizə mühitinin formalaşmasını istəmirlər. O partiyalar ki, onların illərlə hakimiyyətin müxtəlif qanadları və qrupları ilə qaranlıq əlaqələri olub, məhz o partiyaları ölkə siyasətində yeni situasiyanın yaranması ehtimalı çox narahat edir. Onlar sanki nifrətdən bəslənirlər, daim qaranlıq əlaqələrin mövcud olduğu siyasi mühitin olmasını istəyirlər. Çünki yeni dövrə uyğun ortalığa qoyacaqları platforma, proqram, baxış yoxdur. Özlərini siyasət aləmində ancaq qarşıdurma xəttində olmaqla göstərə bilirlər. Bizim isə platformamız, proqramımız, ideoloji təməl istiqamətimiz Azərbaycan seçicilərinin rəğbətini qazanıb ölkədə sivil yolla dəyişikliklərin mümkünlüyünü insanlara inandırmaq, sübut etməkdir. Görünür ki, bəziləri buna qıcıq olurlar. Hakimiyyətlə müxalifətin sivil münasibətləri onlara sərf eləmir. Çünki onlar həmişə gərginliklərdən bəslənən təşkilatlar olublar.
İndiki zamanda hakimiyyətin də üzərinə ciddi məsuliyyət düşür. O cür siyasi təşkilatlar və siyasətçilərlə qaranlıq əlaqələrin kökündən qazılıb atılması üçün ortalığa iş qoyulmalıdır".
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov bildirdi ki, iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın dərinləşməsinin nəticəsi olaraq, son 5 ay ərzində 6 siyasi partiya dövlət qeydiyyatına alınıb: "Həmin partiyaların sədrləri ilə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev arasında görüşlər, müzakirələr keçirilib. Partiyaların təklifləri dinlənilib. Ən son olaraq qeydə alınan iki müxalifət partiyasının sədrlərinə prezident İlham Əliyevin təbrik mesajı göndərməsi isə bir müddətdir başlanan bu müsbət prosesin ən parlaq mərhələsi oldu. Cənab Prezidentin bu addımı ölkədə siyasi münasibətlər sisteminə çox ciddi bir yeniliyin, ənənənin əsasının qoyulmasıdır. Bu cür ənənələr bir neçə yüz illər tarixi olan oturuşmuş demokratik dövlətlərin siyasi münasibətlər sistemində mövcud olur. Cənab Prezident Azərbaycan siyasətinə bu cür müsbət bir töhfəni də verdi. Bir daha təsdiq olundu ki, Prezidentin aylar öncə bəyan etdiyi “ölkədə yeni siyasi konfiqurasiya qurulur” bəyanatı çox ciddi iradəyə əsaslanır. Biz hər keçən həftədə, ayda yeniliklərin, dərin sivil münasibətlər sisteminin qurulması istiqamətində addımların atıldığına şahidlik edirik. Ölkədə siyasi münasibətlərin müasirləşməsi, daha da demokratikləşməsi belə görünür ki, bəzi müxalifət adlanan təşkilatları və onların rəhbərlərini narahat edir. Onlar bir tərəfdən sözdə tez-tez bəyan edirlər ki, demokratiya istəyirlər, bir tərəfdən də demokratiyanın ən yaxşı nümunəsi sayılacaq addımlara qarşı çıxırlar. Görünür, onlara ölkədə siyasi münasibətlərdə gərginlik sərf edir. Normal münasibətlər qurulması yolunda olan müxalifət təşkilatlarının mövcudluğunu buna görə istəmirlər".
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, təmsil olunduğu təşkilat 20 ilə yaxındır ölkədə etimadlı və sivil siyasi münasibətlərin formalaşdırılmasının vacibliyindən danışır və bu illər ərzində saysız-hesabsız böhtanın hədəfinə tuş gəlib. Vaxtilə hakimiyyətdə yüksək postlarda təmsil olunan insanlar və onların radikal düşərgədəki əlaltıları buna mane olmaq üçün əllərindən gələni ediblər, cəmiyyətdəki qütbləşməni dərinləşdirmək üçün min oyundan çıxıblar, Azərbaycan vətəndaşlarının ictimai-siyasi dünyagörüşündə bəsit ideoloji texnologiyaları ilə “səngər qazmağa” çalışıblar. Bu baxımdan da dövlət idarəçilik sistemində aparılan islahatlarla iş bitməməlidir. İctimai-siyasi münasibətlər sisteminin özü dəyişməli, dağıdıcı təfəkkürdən xilas edilməlidir: “Cəmiyyəti qütblərə parçalamaq üçün həm daxildə, həm də xaricdə çoxsaylı oyunlar quranlar isə bunu ilk növbədə mövqelərini qorumaq, daha gərəkli olduqlarını nümayiş etdirmək, daha çox qamarlamaq üçün ediblər. Hədəf öz maraqlarının müdafiəsi olub, dövlətin, hakimiyyətin yox! Çünki sivil, etimadlı siyasi münasibətlərin olduğu cəmiyyətlərdə belələrinə ehtiyac duyulmur. İqtidar və müxalifət partiyaları, fərqli siyasi baxışların daşıyıcıları çox rahat bir şəkildə istənilən məsələ ətrafında müzakirə aparır, dövlət və milli maraqlar naminə ortaq məxrəcə gələ bilirlər. Bu zaman həm radikalizm pərdəsi arxasında gizlənən ”beşinci kolon"un təmsilçiləri, həm də onların himayəçilərinin mövqeləri zəifləyir və siyasi sistemin gərəksiz bir parçasına çevrilirlər. Konkret fakta olan aqressiv reaksiya da məhz bu amildən qaynaqlanır.
Bu adamlar üçün dəyər deyilən anlayış yoxdur. Bunlar ideya, məslək adamı deyillər. Əli İnsanovla da, başqa korrupsionerlərlə də bir masa arxasında əyləşə bilirlər. Necə ki, biz bu günə qədər çirkli əməllərinə görə hakimiyyətdən qovulanların radikal düşərgədə özlərinə necə rahatlıqla yer tapdıqlarının şahidi olmuşuq. Eyni proses bu gün də davam edir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|