Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı .....                     Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Ənvər Seyidov vəfat etdi .....                     "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" .....                     “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                     İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq .....                     Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ .....                     Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? .....                     Krım türkləri Moskvanı yandırdı... .....                     Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir .....                     "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…" .....                     Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı .....                     17 milyardlıq müharibə hazırlığı: .....                     Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır .....                     “Dəvəli” ASC mənfəətini bölüşdürəcək .....                     Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... .....                     “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                     Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... .....                     Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... .....                     Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... .....                     "Bir banka ki etibar olmadı..." .....                     Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... .....                     Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək .....                     Rusiyanın TASS üzərindən TƏXRİBATI... .....                     ETSN dövlətə olan borcunu ödəmir .....                     İrana qarşı beynəlxalq koalisiya qururuq? .....                     Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... .....                     "Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" .....                     Binəqədidə tikinti xaosu DAVAM EDİR .....                     İqtidar yeni dövrə hazırlaşır .....                     `Azəriqaz` işçisi ittiham səsləndirdi və... .....                 

“Əli Kərimli cəbhəçilərin və xalqın gözünü ”mazol" edib" - Natiq Miri
Tarix: 5-09-2019, 08:24 | Çap et
“Əli Kərimli cəbhəçilərin və xalqın gözünü ”mazol" edib"
Son illərdə müxalif siyasi təşkilatların mübarizəsinin hədəfləri fərqlidir. 90-cı illərdə müxalif partiyalar yalnız hakimiyyətə gəlməyi, liderlər prezidentliyi hədəf götürmüşdülər. O dövrdə azadlıq, xalqın sosial güzəranı, ədalətli cəmiyyət uğrunda mübarizədən daha çox, siyasi rəqabət müşahidə edilirdi.

Partiyaların didişməsi, seçkiqabağı blokların yaranması, ölü doğulan birliklərin parçalanması və s. müxalifət arsenalında adi hallar idi.

Liderlər bir-birinə güzəştə getmirdilər, hər partiya öz elektoratına səslənirdi, yalnız iqtidara gəlməkdən danışırdılar.

Lakin son illərin müxalifətinin leksikonunda hakimiyyətə gəlmək, liderlərin çıxışlarında prezidentliyə iddialı olmaq barədə bəyanatlara rast gəlinmir. İndi bəzi müxalifət qüvvələri seçkiləri boykot, bəziləri parlamentdə təmsil olunmağı hədəf seçib, bir hissəsi siyasi məhbusların azad edilməsi uğrunda piar qurub.

Özünü “ana müxalifət” sayanların mübarizəsi isə “əsl müxalifət” kimdir müstəvisindədir, “hansı təşkilatın aksiyası daha kütləvi keçdi” davasıdır.

Bütün bu müzakirələr də istər-istəməz bir çoxlarında müxalifətin məqsədlərinə dair şübhələr oyatmağa başladıb.

Bəziləri isə “Müxalifətin hədəfi nədir? Hakimiyyət, yoxsa gündəmdə qalmaq?” kimi suallara cavab axtarırlar.

Maraqlıdır ki, belə suallara cavab axtarışında olan insanlara elə müxalif düşərgədə də rast gəlmək mümkündür.

Bəs müxalifət təmsilçiləri özləri bu barədə nə düşünür?

AĞ Partiya lideri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, 90-cı illərin əvvəli bu müxalifət müstəqillik şüarları ilə mübarizəyə başlamışdı, sonra iqtidara da gəldi:

“Amma bəlli hadisələrdən sonra müxalifətə keçməli oldular və müxalif mövqedə hər seçkidən-seçkiyə, hər mərhələdə çoxlu səhvlərə yol verdilər.

Tural Abbaslı: “2005-ci ildən müxalifətdaxili mübarizə start götürdü, kim əsas liderdir, kimin aksiyada adamı çox oldu...”

Təbii ki, hakimiyyətin sərt siyasəti də onların zəifləməsinə ciddi təsir elədi. 2005-ci ildən isə müxalifətdaxili mübarizə start götürdü. “Kim əsas liderdir”, “kimin aksiyada adamı çox oldu” və s. mübahisələr başladı".

Partiya başqanı hesab edir ki, bu müxalif qüvvələr xalq içində etimadını itirib və yeni siyasətçilər meydana çıxara bilməyiblər: “Sadəcə, varlıqlarını qorumağa çalışırlar. AĞ Partiya isə iqtidara gəlməyi, hakimiyyətdə olarkən Qarabağ problemini həll etməyi, ölkənin sosial-iqtisadi problemlərini yoluna qoymağı, demokratik mühit yaratmağı hədəfləyib. Bunun üçün ilk növbədə xalqın rəğbətini qazanmaq lazımdır”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin bildirdiyinə görə, siyasi partiyaların əsas hədəfi iqtidara gəlmək olmalıdır.

Onun sözlərinə görə, əksər partiyalar seçkiqabağı bunun üçün ilk növbədə seçki mühitinin demokratikləşməsi uğrunda mübarizəyə başlayır:

“Lakin seçki praktikasında irəliləyiş yoxdur. Amma bu gün sosial dəyişikliklərdə müxalifətin mübarizəsinin payı var. İqtidar özü də dəyişikliklər arzulayır. Sadəcə, müxalifətin hazırda mübarizəsi insan haqları üzərində daha çox fokuslanıb, nəinki hakimiyyətə gəlmək.

Bu gün müxalifətin seçim imkanları məhduddur. Ona görə kimsə onların işini siyasi fəaliyyət, kimsə mübarizə kimi qiymətləndirə bilər".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu hesab edir ki, siyasi partiya formalaşanda onun hədəfləri olur: “Hazırkı real müxalifətin məqsədi seçki ilə iqtidara gəlməkdir. Amma illərdir ki, Azərbaycanda müxalifət namizədləri seçkiyə buraxılmır, müxalif fəallar işə götürülmür, təqib edilir. Yəni ölkədə siyasət məhv olub və belə olan halda müxalifət partiyaları duruş gətirməyə çalışırlar”.

Xəzər Teyyublu: “Bu gün müxalifətdə çulğalaşma, birləşmə meyilləri görünmür”

X.Teyyublunun fikrincə, müxalifətin niyyəti hakimiyyətə gəlməklə xalqa xidmət mandatını qazanmaq olmalıdır: “Müxalifətin məqsədi parlamentdə yer tutmaqdır, seçkiləri udmaqdır. Amma bu gün müxalifətdə çulğalaşma, birləşmə meyilləri görünmür. Əgər hədəflərə nail olmaq istəyiriksə, demokratik seçki mühtiinə nail olmaq üçün birləşməliyik”.

Siyasi analitik Natiq Miri 90-cı illərin müxalifətini bugünkü müxalifətdən hədəflərdə yox, fəaliyyət formasında fərqləndirir.

Onun fikrincə, müxalif qüvvələrin 2019-cu ildə hədəfləri dəyişməsə də, əvvəlki gücə malik deyillər. N.Mirinin sözlərinə görə, müxalifət yürüşlərə on minlərlə elektorat çıxara bilirdisə, bu gün mümkün deyil.

Natiq Miri: “Müxalifətdə mübarizə daha çox birincilik uğrunda gedir, Əli Kərimli cəbhəçilərin və xalqın gözünü ”mazol" edib"

Politoloq zənn edir ki, bu gün bütün müxalifətin 10 min etirazçını meydana çıxarmaq imkanı problemdir. O, hesab edir ki, müxalifətin bu vəziyyətə gəlib çıxmasında hakimiyyətdəki qüvvələrin də rolu az deyil, zaman-zaman həbslər öz təsirini göstərib:

“Ancaq görünən ondan ibarətdir ki, müxalifətdə mübarizə daxildə gedir, daha çox birincilik uğrunda rəqabət aparılır, partiyaların daxili idarəetməsində demokratiya problemləri mövcuddur. Partiya liderinə qarşı çıxanın aqibətinin nə olacağını hamımız yaxşı bilirik. Bu baxımdan müxalif təşkilatlar daxili demokratiyanı gücləndirməlidirlər”.

Siyasi şərhçi düşünür ki, 90-cı illərdə bu müxalif partiyalar cəlbedici idisə, indi itirilmiş cazibəni bərpa etməli, ciddi fəaliyyət proqramı olmalıdır:

“Lakin əsasən də AXCP və Müsavatın hər hansı fəaliyyət proqramı yoxdur, rayon təşkilatları fəaliyyətsizdirlər. Çünki fəaliyyət imkanları məhdudlaşıb. Eyni zamanda 90-cı illərin siyasi təfəkkürü dəyişməyib. Partiyalar nəzərə almalıdırlar ki, mühit dəyişdikcə təşkilatlarda yenilənmələr olmalıdır. Biz bunu müşahidə etmirik. Ona görə cəmiyyətdə dinamiklik yaranmır. Onlar cəmiyyətə yeni fikir verə bilmirlər deyə toplum müxalifətin ardınca getmir. On illərdir ki, eyni liderləri görürük, təkrar sözləri eşidirik, bütün bunlardan cəmiyyət doyub.

Əli Kərimli cəbhəçilərin və xalqın gözünü “mazol” edib. O, əvvəllər də dağıdıcı fiqur olub, indi də eyni missiyanı davam etdirir. Bu amillər dəyişmədikcə, müxalif təşkilatlar yenilənməyəcək".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Bu gün, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Bu gün, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Bu gün, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Bu gün, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Bu gün, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Bu gün, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Bu gün, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19
Ənvər Seyidov vəfat etdi
Bu gün, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Bu gün, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12
"Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04
Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35
İqtidar yeni dövrə hazırlaşır - “kadr bankı”nda dəyişiklik
Bu gün, 08:30
`Azəriqaz` işçisi ittiham səsləndirdi və... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur - İNCƏLƏMƏ
Bu gün, 08:15
Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22
Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03
Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55
"Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53
Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43
İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31
"Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru