"Parlament fəaliyyətində yəqin ki, bunlar nəzərə alınacaq" - deputat
Tarix: 6-07-2019, 08:41 | Çap et
 Prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin deputatları “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif olunublar. Dövlət başçısının bu qərarının ardından 1991-ci ildə SSRİ-nin saxlanılması ilə bağlı referendumun əleyhinə olan 43 nəfər istiqlalçı millət vəkilinə də bu medalın verilməsinə dair müzakirələr başlayıb.
Bu millət vəkillərindən olan deputat Vahid Əhmədov ümumilikdə müstəqilliyimizin lehinə olan bütün şəxslərə Cümhuriyyət medalının verilməsinin vacibliyindən söz açdı: “Müstəqilliyin lehinə səs verən səhv etmirəmsə, 254 nəfər var idi. Düşünürəm ki, onların hər birinə bu medal verilməlidir. 43 nəfər olan istiqlalçı millət vəkillərinin də hər birinə bu medalın verilməsi çox yaxşı olardı. Bu onların haqqıdır. Əgər SSRİ qalsaydı, onların bəlkə də nəsilləri silinmişdi. Faktiki olaraq burada balans var. Aldığım məlumata görə, deputatların hamısına bu medal verilib. Amma müstəqilliyin lehinə səs verən şəxslərin hamısı bu medala layiqdir. Gələcəkdə bu baş tuta bilər. Burada heç bir problem yoxdur. Ümumiyyətlə, müstəqilliklə bağlı olan və həyatlarını riskə qoymaları nəzərə alınmalıdır. Onların problemləri diqqətdə saxlanılmalı, problemləri olan kimi həll edilməlidir. Cənab prezident tərəfindən çox böyük sosial layihələr həyata keçirilir. Bundan çıxış edərək, bu məsələ də nəzərə alınmalıdır. Məhəmməd Əmin Rəsulzadənin adını çəkməyə qorxanlar var. Hətta oradakı deputatın biri Rəsulzadənin əleyhinə çıxış etmişdi. Bununla bağlı ona iradımızı bildirmişik.
Sonradan dediklərindən peşman da oldu. Bu bir tarixdir. Tarix öz yerini tutur. Rəsulzadə dövlət qurucularından, əsas fiqurlarından biridir. Onu necə unutmaq olar? Elə şey olsaydı, cənab prezident onun yüz illiyi ilə bağlı fərman imzalamazdı. Sovet ruhu müəyyən qədər hələ də qalıb. Elə bilirlər ki, hələ də sovet dövrüdür. Azərbaycan 28 ildir müstəqildir. Ortalıqda dövlət başçısının siyasi iradəsi var. Azərbaycan tarixində müəyyən qədər bu məsələlər də aydınlaşdırılmalıdır. Müstəqillik günü ilə bağlı bu qərarın lehinə səs verənlərin Cümhuriyyət medalı ilə təltif olunmaları haqqıdır. Bu insanların haqlarını tələb etmək hüquqları var. Mən şəxsən millət vəkili olaraq tərəfdarıyam ki, bu insanlar da medal alsınlar”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da bu düşüncədədir: “Bu bizim dəyərləndirməmiz deyil. Əsas olan ölkə prezidentinin dəyərləndirməsidir. Kimin haqq edib-etmədiyini söyləməyimiz doğru deyil. Ölkə başçısı məsləhət bilib ki, parlamentdəki deputatlara fərq qoyulmadan bu medal verilsin. Fərqləndirməyə qalsa, hərənin bir problemi çıxacaq. Hərənin bir neqativ tərəfini tapıb demək olar ki, bu verilməsin. Amma bu doğru olmaz axı. Prinsip olaraq qəbul olunub ki, bu hamıya verilsin. Prezidentin bu addımını təqdir edib, təşəkkürümüzü bildiririk. İstiqlalçı millət vəkillərinə gəlincə, düşünürəm ki, onlara da verilməlidir. Parlament fəaliyyətində yəqin ki, bunlar nəzərə alınacaq. Medalın onlara da verilməsi mümkündür. Bunları fikir olaraq söyləyə bilərik”. //musavat.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11 |
|
|
|
• İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08 |
|
|
|
• Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05 |
|
|
|
• Oğlu deputatlığa namizəd idi... - özü isə qanunları pozur...
Bu gün, 06:01 |
|
|
|
• “Belə bir layihə ətrafında fikirləşməyə dəyər”
Bu gün, 05:58 |
|
|
|
• "Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" - deputat
Bu gün, 05:56 |
|
|
|
• Xarici agentlər qədər təhlükəli işbaz məmurlar - Onlar kimlərdir?
Bu gün, 05:54 |
|
|
|
• "Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" - Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR
Bu gün, 05:50 |
|
|
|
• Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU - TƏFƏRRÜAT
Bu gün, 05:47 |
|
|
|
• Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 05:43 |
|
|
|
• Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 05:41 |
|
|
|
• Gəncə icra hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bu gün, 05:39 |
|
|
|
• "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar - "Təhsil ocağı" yox, "təhsil bazarı"...
Bu gün, 05:34 |
|
|
|
• Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21 |
|
|
|
• Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19 |
|
|
|
• Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16 |
|
|
|
• Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15 |
|
|
|
• SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10 |
|
|
|
• "Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02 |
|
|
|
• Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58 |
|
|
|
• Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55 |
|
|
|
• Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53 |
|
|
|
• Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46 |
|
|
|
• Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40 |
|
|
|
• Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36 |
|
|
|
• ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33 |
|
|
|
• "Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20 |
|
|
|
• MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17 |
|
|
|
• Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14 |
|
|
|
• 3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09 |
|
|
|
• Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04 |
|
|
|
• Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03 |
|
|
|
• SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01 |
|
|
|
• Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58 |
|
|
|
• “Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56 |
|
|
|
• Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53 |
|
|
|
• Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45 |
|
|
|
• Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
• Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Dünən, 15:53 |
|
|
|
• "Hamı günahkardır dünyada, amma..." - Bahəddin Həzi yazır...
Dünən, 15:45 |
|
|
|
• “Azərenerji”dən 6.6 milyonluq layihə
Dünən, 15:39 |
|
|
|
• Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Dünən, 15:24 |
|
|
|
• "Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb - RƏSMİ
Dünən, 15:18 |
|
|
|
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub - DETALLAR
Dünən, 15:16 |
|
|
|
• RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU - Hesablama Palatasından İFŞA
Dünən, 15:10 |
|
|
|
• ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... - DƏLİXANADIR VALLAH...
Dünən, 15:01 |
|
|
|
• Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub - DETALLAR
Dünən, 14:52 |
|
|
|
• Evin şüşədəndirsə... - GƏLİŞMƏ...
Dünən, 14:50 |
|
|
|
• Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi - “Anadolu”
Dünən, 14:46 |
|
|
|
|