Müxalifət liderlərinə istefa tələbi aranı qatdı
Tarix: 19-09-2018, 09:38 | Çap et
 AXCP sədri Əli Kərimlinin sabiq müşaviri Sahib Kərimlinin Bakıda keçirilən paraddan sonra facebook profilində paylaşdığı status qalmaqal yaradıb. S.Kərimli ənənəvi müxalifət liderlərini siyasətdən getməyə çağırıb.
Sitat: “Başda Əli Kərimli olmaqla xalq hərəkatından doğulan partiyaların iddialı müxalifət liderləri siyasi postlarından getməlidilər. İddialarını saxlamaqlarına qarışmaq olmaz, onların haqqıdır. Məhz Heydər Əliyevə və İlham Əliyevə belə böyük fərqlə və faktla uduzduqlarına görə getməlidilər. Milli Təhlükəsizlik Konsepsiyasında Türkiyə üzərindən Avroatlantik dünyaya açılacağımızı yazmışıq. YAP və klassik müxalifətin ortaq mövqeyi idi. Türkiyədəki rejimlərin fərqindən asılı olmadan, Məhəmməd Əmin Rəsulzadə ordu çağırdı, dövlət qurdurdu, Heydər Əliyev Türk şahinlərini çağırıb İranın təyyarələrini qovdurdu, İlham Əliyev də parad keçirir. Siz isə dinc əhalini çıxarmağa helikopter belə ala bilməmişdiniz. Bir cəbhəçi, bir müsavatçı görmür ki, Türkiyədə onları tanıyan yoxdur?”
S.Kərimli aznews.az-a açıqlamasında onu da vurğulayıb ki, AXCP və ya Müsavatın zamanında Türkiyə ilə ciddi siyasi əlaqələrinin olmasına baxmayaraq, bu gün onlar Türkiyə-Azərbaycan siyasi əlaqələri kontekstində heç bir əhəmiyyət kəsb eləmir: “Bu da bir cəbhəçi olaraq məni ciddi şəkildə narahat edir. Bugünkü müxalifət heç bir yaddaqalan iş görə bilməyib. Söhbət Əli Kərimlinin siyasətdən uzaqlaşmasından getmir. Bu adam xalq hərəkatından qalma rüşeym olan AXCP sədrliyindən getməlidir”.
Sabiq AXCP funksionerinin bu fikirləri ilə bağlı ənənəvi müxalifətin liderlərindən sayılan ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bunları deyib: “Bu hərbi parad ermənilərə bir gövdə göstəricisi idi. Azərbaycan müxalifətinin acığına keçirilən parad deyildi ki, desinlər müxalifət uduzdu. Digər tərəfdən, bu, Azərbaycan dövlətinin paradı idi. Xalqımızın böyütdüyü övladların iştirakı ilə o parad keçirildi. Bu ordu iqtidar və müxalifətin övladlarından, qohum-əqrəbəlarından və yaxınlarından ibarətdir. Aprel döyüşlərində Lələtəpədə qazanılan uğur zamanı bir klassik müxalifət lideri kimi qardaşım oğlu şəhid oldu. Özü də tank qoşunları mayoru idi. Əslində Azərbaycan müxalifəti uduzmayıb. Sadəcə olaraq, müxalifət kimi qarşımıza qoyduğumuz məqsədlərin bir hissəsini yerinə yetirə bilməmişik. Onun da obyektiv və subyektiv səbəbləri var. Bunun subyektiv səbəblərindən biri də Azərbaycan xalq hərəkatında və sonrakı dönəmdə Sahib Kərimli kimi savadsız, əqidəsini, mövqeyini dəyişən insanların çox olmasıdır.
O zaman zahirən göründü ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası iqtidara yaxındır, həmin vaxt Sahib Kərimli Şəkidən gəlib Bakıda mitinqlər aparırdı. Amma indi AXCP-nin şansları bir qədər az görünür, mövqeyini, cəbhəsini dəyişib, Sahib Kərimli hərəkətə keçərək Əli Kərimlinin, İsa Qəmbərin və Sərdar Cəlaloğlunun istefasını tələb edir. Əvvəla, onu deyim ki, Azərbaycan iqtidarının müxalifətə qarşı apardığı mübarizə metodlarından biri o idi ki, müxalif liderlər yaşlanıblar, tutduqları postları tərk etməli və onları gənclər əvəzləməlidir. Zaman göstərdi ki, hər bir müxalif lider öz postunu tərk etdiyi zaman həmin partiya məhv olub getdi. Bunu həm Müsavat, həm AXCP, həm AMİP, həm ALP, həm də ADP kimi qurumların təcrübəsi göstərdi. İndi də ömrünü bu xalqa sərf edən şəxslərin siyasətdən getməsi tələbləri var. Bunlara lazımdır ki, elə şəxslər siyasətə gəlsinlər ki, onların xalq hərəkatından xəbərləri olmasın, rus istismarının nə olduğunu bilməsinlər. Beləliklə, daha asan bir zəmində öz bildiklərini etsinlər. Sahib Kərimlinin də bu bəyanatı bununla bağlıdır”.
S.Cəlaloğlu onu da qeyd etdi ki, Sahib Kərimli onları lider seçməyib ki, onun sözləri ilə hərəkət etsinlər: “Demokratiyada belədir, hər bir şəxs öz müstəqil qərarı ilə siyasətə gələ və gedə bilər. Kim istəyirsə istefa verib getsin, kimsə də istəsə qalsın. Bunun Sahib Kərimliyə heç bir aidiyyəti yoxdur. O, yalnız özünün siyasətdə iştirakı ilə bağlı qərar verə bilər. Başqalarına o yol göstərə bilməz. Buna onun siyasi çəkisi də çatmır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan Rusiyanın şərtini qəbul etməyib - İNCƏLƏMƏ
Dünən, 18:02 |
|
|
|
• Tülin Ələkbərova restoranda qadını niyə döyüb? - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA
Dünən, 17:47 |
|
|
|
• Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar - ŞƏRH
Dünən, 17:45 |
|
|
|
• "Oleq Bakinski" məhkəmədən bəraət tələb edir
Dünən, 17:28 |
|
|
|
• Zatulini qorxudan Zəngəzur və Turan: - Rus deputat niyə bu qədər qəzəblidir?
Dünən, 17:24 |
|
|
|
• Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? - AKTUAL
Dünən, 17:21 |
|
|
|
• AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib - FOTO
Dünən, 17:19 |
|
|
|
• Ermənistanın Belarus əngəli: - Lukaşenko Paşinyanın təşəbbüs göstərməsini gözləyir
Dünən, 17:08 |
|
|
|
• Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı - ƏMR
Dünən, 17:04 |
|
|
|
• Putin gözləyir ki, ilk addımı Əliyev atsın... - AMMA...
Dünən, 17:02 |
|
|
|
• Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR - NƏ BAŞ VERİR?
Dünən, 16:59 |
|
|
|
• Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ - SİYAHI
Dünən, 16:47 |
|
|
|
• Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• “Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... LƏĞV OLUNUR!
Dünən, 16:44 |
|
|
|
• Hüseyn Həsənovun evinə BASQIN - VİDEO
Dünən, 16:39 |
|
|
|
• Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA - “Həbsdən çıxdıqdan sonra daha ağır cinayətləri törədəcək”
Dünən, 16:34 |
|
|
|
• Hüseyn Hüseynov görəvdən alındı - SƏRƏNCAM
Dünən, 16:31 |
|
|
|
• “Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” - deputat
Dünən, 13:08 |
|
|
|
• AZCON-da yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 13:05 |
|
|
|
• “Silk Way West Airlines” yeni şirkət təsis edib
Dünən, 12:57 |
|
|
|
• “Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” - FAKT BUDUR!
Dünən, 12:53 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:50 |
|
|
|
• “Space”ə keçən APARICI: - “Heç kimi bezdirməyəcəyəm”
Dünən, 12:47 |
|
|
|
• Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ – Pul üçün nələr etdilər?
Dünən, 12:39 |
|
|
|
• Putin müharibəni bitirmir: - Əsgərlər isə evə qayıtmağı gözləyir
Dünən, 12:34 |
|
|
|
• Moskva körpüləri yandırmaq istəmir: - Putin o sözlərlə nəyi demək istədi?
Dünən, 12:31 |
|
|
|
• “İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” – Qazax sakini baş prokurora müraciət etdi
Dünən, 12:27 |
|
|
|
• Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat - BUNDAN SONRA...
Dünən, 12:22 |
|
|
|
• 14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO
Dünən, 12:20 |
|
|
|
• "Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb
Dünən, 12:16 |
|
|
|
• Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur - ŞƏRH
Dünən, 12:14 |
|
|
|
• Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı - DETALLAR
Dünən, 12:10 |
|
|
|
• Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir - Aleksey Overçuk
Dünən, 12:08 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi - TƏFƏRRÜAT
Dünən, 11:58 |
|
|
|
• Netanyahu Makronu İsrailə buraxmayıb - “Channel 13” telekanalı
Dünən, 11:55 |
|
|
|
• "Biz mübarizə aparırıq" - "Şərurulu İsfəndiyar"
Dünən, 11:48 |
|
|
|
• Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq
Dünən, 11:43 |
|
|
|
• Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
Dünən, 11:40 |
|
|
|
• Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı
Dünən, 11:36 |
|
|
|
• TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK - Naxçıvanda ictimai nəqliyyat problemi
Dünən, 11:31 |
|
|
|
• Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:23 |
|
|
|
• ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? - “Eurasia.net”
Dünən, 11:21 |
|
|
|
• Tehran yola gəldi: - ”Sülh bəyanatının mətnində…”
Dünən, 11:17 |
|
|
|
• Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır - deputat
Dünən, 11:16 |
|
|
|
• Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub - “Armlur”
Dünən, 11:13 |
|
|
|
• Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu - TƏFƏRRÜAT
Dünən, 11:11 |
|
|
|
• Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
Dünən, 10:58 |
|
|
|
• Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq - ÇÜNKİ...
Dünən, 10:45 |
|
|
|
|