Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                     Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər .....                     Bu iki qurumun taleyi sual altında .....                 

"Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib"
Tarix: 19-05-2018, 09:29 | Çap et
"Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib"
Avropa Şurası Parlament Assambleyası komitəsinin “rüşvət qalmaqalı” məsələsini ortaya atıb Azərbaycan nümayəndə heyətinin rəhbərinə sanksiya tətbiq etməsinin Azərbaycanla Avropa Şurası arasında münasibətlərin kəsilməsinə gətirəcəyi gözlənilmir. Bunu son üç gündə Azərbaycan hakimiyyətinin təmsilçilərinin açıqlamalarına, Milli Məclisdə dünənki müzakirələrdəki çıxışlara əsaslanmaqla söyləyə bilərik.

Həm AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həm də digər hakimiyyət təmsilçiləri Azərbaycanın Avropa Şurasında fəaliyyətini davam etdirəcəyini bəyan ediblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanın 2001-ci ildən Avropa Şurasında təmsilçiliyi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və vaxtilə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən hazırkı prezident İlham Əliyevin əsasını qoyduğu strategiya üzrə davam etdirir.

O qeyd edib ki, bu strategiyanın mahiyyəti Azərbaycana qarşı hələ də işğalçılıq siyasətini davam etdirən Ermənistanı ifşa etməkdir: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti daim milli maraqlardan çıxış edib. Səməd Seyidova qarşı tətbiq edilən sanksiya buna qarşı məkrli addımdır. Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov haqsız yerə cəzalandırılır, heç bir günahı olmadan. Bu, AŞPA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da bu qurumda öz prinsipial fəaliyyətini davam etdirəcək”.

Müxalifət düşərgəsindən də Avropa Şurası-Azərbaycan əlaqələri barədə açıqlama gəlib.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2001-ci ildən Avropa Şurasına daxil olduqdan sonra Azərbaycanda demokratiya sahəsində geriləmə start götürüb: “Azərbaycanda demokratiyanın pik həddi Azərbaycan Avropa Şurasına üzv olduğu ərəfədə olub. Azərbaycanda o dövrdə çoxlu sayda müxalifət mətbuatı olub, müxalifət partiyalarının, QHT-lərin fəaliyyəti üçün imkanlar olub. Avropa Şurasına üzv olduqdan sonra bu vəziyyət mənfi istiqamətdə inkişaf eləməyə başladı. Bunda Avropa Şurasının da məsuliyyəti var. Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib. Nəticədə indiki vəziyyətə gəlib çatmışıq. Avropa Şurasının təmsilçilərinin, müşahidəçilərinin rüşvətə bulaşması Azərbaycandakı proseslərə adekvat münasibət ortaya qoyulmasına imkan verməyib. Nəticədə Azərbaycanın Avropa Şurasına inteqrasiyası ölkəmiz üçün heç bir müsbət nəticələrə gətirib çıxarmayıb.

Avropa dövlətləri Azərbaycanda iqtisadi maraqlarını əsas götürdükləri üçün demokratiyanın müdafiəsi üçün heç bir addım atmayıblar. Avropa Şurası da həmin üzv dövlətlərin marağına uyğun davranış nümayiş etdirib. Azərbaycanla münasibətlərdə Avropa dövlətləri dövlət maraqlarını təmin ediblər. Avropalıların demokratiya ilə bağlı məsul şəxsləri isə fərdi maraqlarını təmin eləyiblər. Məsələnin mahiyyəti bundan ibarətdir. 2001-ci ildən vəziyyət bu cür olub".

S.Cəlaloğlu hesab edir ki, artıq Azərbaycanda əvvəlki neft bumu, əvvəlki iqtisadi maraqlar yoxdur və indi Azərbaycanda geopolitik maraqlar birinci yerə çıxmağa başlayır. Ona görə də Avropa Şurası məlum məsələni ortaya atıb və məlum sanksiyanı qəbul etdi: “Bax buna görə də Avropa Şurasının ”yadına düşüb" ki, demokratiyanın boğulmasında rüşvət amili rol oynayır.

Səməd Seyidova və digər bir neçə avropalı deputata qarşı sanksiyanı Azərbaycana qarşı qərəz kimi qəbul etmirəm. Çünki Azərbaycandan yalnız Səməd Seyidova qarşı qəbul olunubsa, Avropadan 3-4 deputata qarşı qəbul olunub bu sanksiya. Mən bu sanksiyanın qəbul olunmasında ermənilərin əlinin olduğunu iddia etməyi erməniləri şişirtmək, olduqlarından daha böyük təqdim etmək kimi qəbul edirəm. Biz Avropada bizə qarşı nə olursa, arxasında ermənilərin dayandığını bəyan etməklə dolayısı ilə erməniləri həddən artıq böyütmüş oluruq. Belə çıxır ki, ermənilər bütün dünyanı idarə edir, Avropa Şurası ermənilərin əlindədir, Avropa Birliyi ermənilərin diktəsi ilə hərəkət edir. Ona görə də biz gərək erməniləri gözümüzdə böyütməyək. Hər şeydə erməninin əlinin olduğunu deməklə, qaş düzəltdiyimiz yerdə gözü çıxarmış durumuna düşə bilərik. Gəlin, erməniləri az qala bütün dünyanı idarə eləyən millət səviyyəsinə qaldırmayaq. Ermənilər bu qədər güclü olsaydılar Avropa Şurasında özlərinin xeyrinə, Qarabağ məsələsində öz maraqlarına xidmət edən qərarlar qəbul etdirərdilər. Ancaq belə qərarları qəbul etdirmək gücündə deyillər.

Səməd Seyidov bu sanksiyanı əsassız, qərəzli sayırsa, Avropa Məhkəməsinə şikayət etsin. Məncə, o, belə bir şikayəti etməyəcək".

ADP sədri onu da dedi ki, Azərbaycanın iqtidar təmsilçilərinin Avropa Şurasında fəaliyyətimizi davam etdirəcəyimizi bəyan etməsi normaldır. Biz həqiqətən də orada qalmalıyıq və mübarizə aparmalıyıq: “Kimlərsə, Avropa Şurasından çıxarıq kimi bəyanatlar verirsə, bunlar blefdir. Azərbaycanın dövlət kimi mövcudluğu həm də ABŞ-la, Avropa ilə əməkdaşlıqdan keçir. Bunu unutmaq olmaz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Bu gün, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Bu gün, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Bu gün, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Bu gün, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Bu gün, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Bu gün, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Bu gün, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Bu gün, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Bu gün, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Bu gün, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Bu gün, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Bu gün, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Bu gün, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Bu gün, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Bu gün, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Bu gün, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Bu gün, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Bu gün, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru