BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib .....                     Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür .....                     Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                     "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır" .....                     Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                 

HAKİMİYYƏTİN FÖVQƏLADƏ HAL FİASKOSU
Tarix: 12-05-2012, 12:51 | Çap et
HAKİMİYYƏTİN FÖVQƏLADƏ HAL FİASKOSU

VANA PULLARI SƏPƏLƏYƏN FHN-İMİZ NƏDƏN ZAQATALADA GÖZƏ DƏYMİR?

DİA.AZ: - Mayın 7-də səhər saatlarında Zaqatalada 7 ballıq zəlzələ və təkrar təkanlar olub. İnsan tələfatı olmasa da, 3000-də çox ev və 100-dən çox sosial obyekt ya uçub, ya da qəzalı vəziyyətə düşüb. Zaqatala rayonunun Qımır kəndindən olan Gülnarə Gözəlova da evi qəzalı vəziyyətdə olan sakinlərdən biridir.

Danışır ki, zəlzələ baş verən gündən evlərinə ayaq basa bilmirlər, tamamilə yararsız hala düşüb. Həyətdə açıq havada gecələməli olublar, qapılarını döyüb hallarını soruşan da olmayıb. Gülnarə Gözəlova deyir ki, yalnız televiziya vasitəsilə müraciətindən sonra 6 nəfər ailə üzvü ilə birlikdə növbəti gecəni çadırda keçirə bilib. Ailə hələ neçə gecəni çadırda keçirəcəyini, ümumiyyətlə, evlərinin aqibətinin nə olacağı barədə məlumatsızdır.

В«MARAQLANAN YOXDURВ»

Gülnarə Gözəlovanın qonşusu Qərənfil Ramazanova da deyir ki, divarı uçmuş evinə hələ ki yalnız icra nümayəndəsi gəlib baxıb:

В«Kənd sovetindən gəlib baxıblar, uçota alıblar, amma evin içinə girib gəzməyiblər. O da birinci tərpənişdən sonra gəliblər, ikinci, daha güclü zəlzələdən sonra gəlib bizimlə maraqlanan olmayıbВ».

Zaqatalada təkrar təkanlar hələ də davam edir. Rayon sakinlərinin dediyinə görə, indi hətta 3-4 bal gücündə təkanlar belə onlar üçün təhlükə ilə nəticələnə bilir. Çünki güclü zəlzələdə çatların əmələ gəldiyi divarlar üçün bu cür təkanlar kifayətdir ki, uçulan evlərin sayı artsın.

Elə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da zəlzələnin vurduğu zərərin bundan sonra artacağını istisna etmir. Nazirliyin Zaqatala, Balakən və Qax rayonlarında yaradılmış operativ qərargahları fəaliyyətlərini davam etdirirlər, rayona dəyən zərər

Kəmaləddin Heydərov və İlham Əliyev fəlakət zonasında, 9 may 2012 dəqiqləşdirilir.

В«YƏQİN ƏLAVƏ VƏSAİT DƏ AYRILACAQВ»

Jurnalistlərə açıqlamasında nazir Kəmaləddin Heydərov deyib ki, evləri uçulmuş sakinlərin hamısına çadırlar paylanıb, onların rahatlığının maksimum təmin edilməsinə çalışırlar:

В«Qadınlara, uşaqlara ilkin yardımlar edilib, uşaq yeməkləri paylanıb. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat vəsait ayırıb. Bu bizə imkan verir ki, təhlil işləri aparaq və ilkin yardımları göstərək. Yəqin ki, evlərin və sosial obyektlərin tikintisi üçün əlavə vəsait də ayrılacaqВ». Bunu da nazir deyib.

В«İstidən, havadan yata bilməmişik. Gecə yağış da yağıb, baxın, bütün üstümüz yaşdırВ» - Ədalət Əliyeva ailəsi, 2 azyaşlı nəvəsi ilə Qımır kəndində Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırlardan birinə sığınıb. Dediyinə görə, 24 nəfər üçün nəzərdə tutulan çadırda 30 nəfər gecələyib. Onun dediklərini çadırın digər sakinləri də təsdiqləyir:

- В«30 nəfər burada qalmışıq, az qala bir-birimizin üstündə yatmışıqВ».

- В«Gündüz istidən dayana bilmirik, gecə isə yağış, nəmişlikdir. Yata bilməmişik. Kiminin başı, kiminin böyrəyi, ayaqları ağrıyır. Hər dəqiqəmiz də qorxu, həyəcandır. Ürəyimiz artıq üzülüb qorxudan, həyəcandanВ».

TİKİNTİ-BƏRPA İŞLƏRİ BAŞLANMAYIB

Nazir Kəmaləddin Heydərovun da dediyi kimi, prezidentin tapşırığı ilə zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaq üçün dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat ayrılıb və vəsaitin artırılacağı gözlənilir.

Nazir bölgədə bərpa-tikinti işlərinin aparılacağını, o cümlədən uçmuş evlərin yenidən tikiləcəyini bildirib. Sakinlərin dediyinə görə, hələ ki rayonda tikinti-bərpa işlərinə başlanmayıb.

Zaqatala zəlzələsi Fövqəladə Hallar Nazirliyinin son illər üzləşdiyi yeganə hadisə deyil. 2 il öncə - 2010-cu ilin yazında Kür və Araz çaylarının səviyyəsinin qalxması nəticəsində 30-a yaxın rayonda 20 mindən çox yaşayış binası və 110 min hektar əkin-örüş yerlərini su basmışdı. Həmin vaxt daşqının gətirdiyi bəlanı aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti nümayəndələrindən ibarət komissiya yaradıldı.

TƏCRÜBƏ GÖSTƏRİR Kİ...

Prezident göstəriş verdi ki, bir neçə ay ərzində zərər çəkən sakinlər yeni mənzillərlə təmin edilsin. Rəsmi məlumata görə, Kür-Araz çayı üzərində bəndqurma işləri həyata keçirildi, çayın deltası təmizləndi, yeni evlər tikildi. Daşqınla bağlı bütün bu və digər işlərin görülməsinə 300 milyon manatdan çox vəsait ayrıldı. Pulun təxminən 252 milyonu tikinti və bərpa işlərini həyata keçirmək üçün Fövqəladə Hallar Nazirliyinə verildi.

Həmin hadisədən 2 il vaxt keçsə də, heç də bütün zərərçəkmişlər eyni vaxtda isti evlərinə köçə bilmədi. Kiminin evi ümumiyyətlə tikilmədi, kimininki isə aylarla gecikdi. Hazırda 100-dən çox daşqından zərər çəkmiş ailənin şikayətinə məhkəmədə baxılır. Onlardan biri də Sabirabad rayonunun Ulacalı kənd sakini Hüseynağa Şirinovdur. O, deyir ki:

В«Camaata verilən pul onun heç yardımçı tikilisinin pulu deyil. Ən çox verdikləri pul 2600 manatdır. Evsizlər üçün də ev tikirlər, amma tikdikləri ev də fərli deyil. Prezidentin sərəncamında var idi ki, evlər 3 ay müddətinə tikilməli idi. Amma tikinti hələ də davam edir. Təmir işləri aparılmır, çünki təmir üçün pul verirlər, hər evə cəmi 1000 manat. 1000 manata ev təmir etmək olar?! Bərpa-gücləndirmə işləri isə ümumiyyətlə aparılmayıb. Mən özüm evimin bərpa-gücləndirmə işlərinə 8500 manat xərcləmişəm, mənə isə cəmi 1000 manat pul ödənibВ».

В«ƏSAS PROBLEM ŞƏFFAFLIĞIN OLMAMASIDIRВ»

В«KürВ» Vətəndaş Cəmiyyətinin üzvü Mehman Əliyev deyir ki, ölkədə cavabdeh qurumlar hətta fəlakət baş verən zaman bundan öz mənfəətləri üçün yararlanırlar:

В«Ən böyük problem şəffaflığın olmamasıdır. Zaqatala ilə bağlı da yenə aydın deyil ki, əsl zərər nədir, nə qədər ev uçub, nə qədəri qəzalı vəziyyətdədir? 20 milyon ayırıblar, sabah yenə 20 milyon ayıracaqlar.

İctimaiyyətin, alimlərin, mütəxəssislərin burada iştirak etməməsi çox ciddi problemlər yaradır. Bu, Kür daşqınlarında özünü daha yaxşı göstərdi.

Şəffaflığın olmaması küllü miqdarda yeyintilərin olmasına gətirib çıxardı. Dövlət pullarını öz maraqlarına uyğun xərcləyirlər, hətta evlərin tikintisində də materiallardan oğurluq edirlər. Bu problemlər bu gün də qalırВ».

İCTİMAİ NƏZARƏT OLMASA...

Mehman Əliyev deyir ki, Kür-Araz daşqınlarında yaşanan bu cür neqativ halların Zaqatala zəlzələsində zərərçəkənlərin də yaşayacağı gözlənilir. Xüsusən də, rəsmi qurumlar tərəfindən görülən işlərə ictimai nəzarət olmazsa.

Elə Zaqatala rayonu Qımır kənd sakini Qürbət Qocayev də ümidsizdir. Deyir, təbii fəlakətin baş verməsindən 3 gün keçsə də, rəsmi qurumların ona ümid verəcək bir əməlini görməyib:

В«Kəndimizin 1800 nəfər əhalisi var, təxminən 100-120 nəfərlik çadır var. Qalan camaat maşında, maşının altında yatır. Heç bir yardım yoxdur, evlərin də 90-95 faizi yararsız haldadır. Gedək istənilən evə baxaq, görəcəksiz ki, orda oturmaq da mümkün deyil. Hətta 90 faiz camaat evindən əmlakını çıxara bilmir. Yağış da hər gün yağır. Bir rəhbər gəlib maraqlanmır ki, harada qalırsız, nə edirsizВ».

"Kavkaz qovşağı" layihəsi çərçivəsində məqalə










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55
Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01
Simonyan arvadından boşandı
Dünən, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Dünən, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Dünən, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Dünən, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Dünən, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Dünən, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Dünən, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Dünən, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Dünən, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Dünən, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Dünən, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Dünən, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Dünən, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Dünən, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Dünən, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Dünən, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Dünən, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Dünən, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Dünən, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Dünən, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Dünən, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Dünən, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Dünən, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Dünən, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Dünən, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Dünən, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Dünən, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Dünən, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Dünən, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Dünən, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Dünən, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Dünən, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Dünən, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru