Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... .....                     Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? .....                     Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ .....                     Vilayəti içinin çirkini belə tökdü... .....                     Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... .....                     “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” .....                     "Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                 

Qəzza razılaşması və qarşılıqlı ittihamlar: risklər artır - NƏ BAŞ VERİR?
Tarix: 28-01-2025, 07:12 | Çap et
Qəzza razılaşması və qarşılıqlı ittihamlar: risklər artır
On minlərlə fələstinli bazar günü İsrailin HƏMAS-ı atəşkəs razılaşmasını pozmaqda ittiham etməsi və keçid məntəqələrini açmaqdan imtina etməsindən sonra məyusluğunu ifadə edərək, Qəzzanın şimalındakı evlərinə dönmək üçün bağlanmış yollarda gözləyib. Qəzzada saxlanılan israilli girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla ikinci mübadiləsindən bir gün sonra bu ləngimə Qəzzada radikal hərəkatla İsrail arasında atəşkəslə bağlı risklərin olduğunu göstərir.

Şahidlərin “Amerikanın Səsi”nə dediyinə görə, Qəzzanın mərkəzi bölgələrində insanlar şimala gedən əsas yollar boyu bəziləri maşınlarda, bəziləri isə piyada gözləyirlər. Onların sözlərinə görə, bir çox insan gecəni əsas şimal-cənub magistralı olan Səlahəddin yolunda və şimala aparan sahil yolunda keçirərək Qəzza zolağının mərkəzindən keçən Netzarim dəhlizində İsrailin hərbi mövqelərinin qarşısından keçmək üçün gözləyib.

Misir və Qətər vasitəçiləri ilə birlikdə hazırlanan və ABŞ-ın dəstəklədiyi razılaşmaya əsasən, İsrail şimalda evlərindən didərgin düşmüş fələstinlilərin öz evlərinə qayıtmasına icazə verməli idi. Lakin İsrail tərəfi bildirib ki, HƏMAS-ın azad edilməsi planlaşdırılan girovlardan hansının sağ olduğunu göstərən siyahını təhvil verməməsi və ya 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı girov götürülən israilli qadın Arbel Yehudu təhvil verməməsi qrupun razılaşmanın şərtini pozduğu deməkdir. İsrailin bəyanatında bunun nəticəsində Qəzza zolağının şimalına keçidlərə icazə vermək üçün Qəzzanın mərkəzində nəzarət-buraxılış məntəqələrinin açılmayacağı bildirilir.

HƏMAS bəyanat yayaraq, İsraili ləngimə yaratmaq və gecikdirməyə görə məsuliyyət daşıdığını bildirib.

Bununla yanaşı, Fələstinin HƏMAS hərəkatı vasitəçilərə atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı Qəzzada saxlanılan israilli əsirlərin siyahısını verdiyini iddia edib. Bu barədə məlumat HƏMAS-ın “Telegram” kanalında yerləşdirilib. Bildirilib ki, hərəkatın təqdim etdiyi sənəddə girovlarla bağlı “lazımi məlumatlar” var.

"HƏMAS bazar günü axşam saatlarında vasitəçilərə Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində azad ediləcək əsirlərin siyahısını təqdim edib ", - məlumatda vurğulanıb.

Hərəkat bu siyahıda neçə adın yer aldığını və konkret hansı məlumatın müzakirə edildiyini açıqlamayıb. Fələstin HƏMAS hərəkatı əvvəlki mübadilədə azad edilməli olan israilli girov Arbel Yehudu və daha iki nəfəri cümə günü, yanvarın 31-dək azad edəcək. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Razılaşmaya uyğun olaraq, HƏMAS fevralın 1-i şənbə günü daha üç girovu azad edəcək”, - diplomat sosial mediada yazıb.

HƏMAS radikal hərəkatının Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk təşkilatın ABŞ hakimiyyəti ilə dialoqa hazır olduğunu açıqlayıb. Bu barədə bazar günü, yanvarın 26-da “Al Arabiya” telekanalı məlumat yayıb.

“Biz ABŞ-la dialoqa hazırıq. ABŞ Prezidenti Donald Tramp ciddi siyasətçidir. Qəzza razılaşması Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Vitkoff olmasaydı, əldə olunmazdı", deyə bildirib. Siyasi Büronun sədr müavininin sözlərinə görə, “HƏMAS rəhbərliyinin mövqeyi İsraildən başqa hamı ilə dialoqa açıqlıqdır”.

Bu arada, ABŞ Prezidenti Donald Tramp sənbə günü ABŞ hərbi qüvvələrinə sələfi Co Baydenin Qəzzanın mülki əhalisinə təsirlə bağlı narahatlıq səbəbilə İsrailə təhvil verilməməsi barədə göstəriş verdiyi bombaların təhvil verilməsini tapşırıb. O həmçinin Misir və İordaniyanı Qəzzadan daha çox fələstinlini müvəqqəti və ya daimi olaraq qəbul etməyə çağıraraq, “biz hər şeyi təmizləməliyik” deyə bildirib.

“Bu, sözün əsl mənasında dağıntı yeridir, demək olar ki, hər şey dağıdılıb və orada insanlar ölür”, o, İordaniya kralı Abdulla ilə telefon danışığından sonra jurnalistlərə bildirib.

“Amerikanın Səsi” onu da yazıb ki, HƏMAS Qəzzada atəşkəs razılaşması çərçivəsində ikinci mübadilədə 200 fələstinli məhbusun müqabilində şənbə günü Qəzza şəhərində girov saxlanılan dörd israilli qadını Qırmızı Xaç Cəmiyyətinə təhvil verib. Dörd İsrail əsgəri böyük təbəssüm nümayiş etdirərək, Fələstin Meydanındakı səhnədən izdihama əl yelləyiblər. Onların hər iki tərəfində HƏMAS döyüşçüləri olub və minlərlə insan İsrail əsgərlərinin Qırmızı Xaçın maşınlarına minməsini izləyib.

Müşahidəçilər deyirlər ki, onlar çox güman ki, təzyiq altında hərəkət ediblər. Daha əvvəl azad edilən girovlar son dərəcə ağır şəraitdə saxlandıqlarını və təbliğat xarakterli videolar çəkməyə məcbur edildiklərini bildiriblər. İsrailin Həbsxana Xidməti 200 fələstinlinin azad edilməsini başa çatdırdığını bildirib. Buna israillilərə qarşı ölümcül hücumlarda günahkar bilinərək ömürlük həbs cəzası çəkən 120 nəfər daxildir.

Misirin dövlət televiziyası “Qahera” telekanalının məlumatına görə, təxminən 70 nəfər Misirə təhvil verilib. Misir, Qətər və ABŞ atəşkəsə gətirib çıxaran danışıqlarda əsas vasitəçi rolunu oynayıblar.

İordan çayının qərb sahilinin Ramallah şəhərində minlərlə fələstinli məhbusları daşıyan avtobusları qarşılamağa toplaşıb, bir çoxları əllərində Fələstin bayrağını və ya müxtəlif siyasi qrupların bayraqlarını dalğalandırıblar.

Dörd İsrail əsgərinin azad edilməsini Tel Əvivin Girovlar Meydanındakı böyük ekranlarda izlərlə yüzlərlə insan bayram edib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi daha sonra azad edilmiş girovların İsrail ordusunun bazasında qarşılandığını əks etdirən video yayımlayıb. Onlardan biri, Liri Albaq mikroavtobusa minmədən əvvəl gülümsəyərək, iki baş barmağı ilə işarə edib və sonra əlləri ilə ürək şəkli çəkib.

HƏMAS bildirib ki, azad edilən dörd qadın Liri Albaq, Karina Ariev, Daniella Gilboa və Naama Levidir. Dörd qadının hamısı 2023-cü il oktyabrın 7-də HƏMAS 1200 nəfəri öldürüb və 250 nəfəri girov götürdüyü terror hücumu zamanı İsrailin cənubundakı Nahal Oz bazasından qaçırılan İsrail əsgərləridir.

Atəşkəs razılaşmasının birinci mərhələsində HƏMAS-ın İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi, habelə humanitar yardımların artırılması və İsrail ordusunun Qəzzanın bəzi bölgələrindən çıxarılması müqabilində 33 girovu azad edəcəyi gözlənilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada əks hücumu nəticəsində 47 mindən çox insan həlak olub. Nazirlik mülki vətəndaşlar və döyüşçülər arasında fərq qoymasa da, daha əvvəl öldürülənlərin yarısından çoxunun qadın və uşaq olduğunu bildirib. İsrailin cavabı nəticəsində həmçinin ərazi əhalisinin əksəriyyəti didərgin düşüb, anklavın böyük hissəsi dağılıb.

Şənbə günü baş tutan mübadilədən əvvəl Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi xəbərdarlıq edib ki, İordan çayının qərb sahilində artan zorakılıq Qəzzadakı atəşkəsə təhlükə yarada bilər. BMT-nin İnsan Haqları ofisinin sözçüsü Tamin Əl Kitan bildirib ki, İsrailin İordan çayının qərb sahilindəki əməliyyatları nəticəsində ən azı 12 fələstinli ölüb, 40-ı yaralanıb. Onun sözlərinə görə, "onların əksəriyyətinin silahsız olduğu bildirilir".

Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53
Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
“Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
23-08-2025, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
23-08-2025, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru