"Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi .....                     Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... .....                     “Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb .....                     ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu .....                     Simonyan yeni “müharibə”ni elan etdi .....                     “KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” .....                     Qəzetlər öz varlıqlarını qorumalıdırlar .....                     "Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" .....                     "PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi .....                     Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ .....                     DOST Agentliyində yeni təyinatlar həyata keçirilib .....                     Zəfər bəyanatına atılmayan imzalar... .....                     “Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” .....                     Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... .....                     Tramp Zəngəzur dəhlizindən danışdı .....                     Cənub-qərb küləyi əsəcək .....                     ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir .....                     “Daşkəsən Dəmir Filiz” 350 mini hara xərcləyəcək? .....                     “Onlar içəri girəndə Vahid əmi keçindi, bu sürprizi görmədi” .....                     Azərbaycan-Ermənistan sülh sazişi son dərəcə vacibdir .....                     Ramiz Mehdiyevin Naftalandakı adamı... .....                     Qubanın icra başçısı müğənnilərə nə qədər pul ödəyəcək? .....                     Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU .....                     Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... .....                     Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? .....                     SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? .....                     Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı .....                     Tanınmış tiktoker məsuliyyətə cəlb olundu .....                     Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? .....                     Uşaqpulu kimlərə verilməlidir? .....                     Onlar da orqanlarını bağışlamağa hazırdır, .....                     “Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” .....                     Lənkəranlı Ukraynada əsir düşdü .....                     İşdən çıxardıqları AZMIŞ KİMİ... .....                     Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... .....                     Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi .....                     Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü .....                     Azərbaycanda baş redaktor vəfat etdi .....                     Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı .....                     Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı .....                 

“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Tarix: 1-10-2024, 00:41 | Çap et
“Ərəb küçəsi”nin qəhrəmanı
Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Livan paytaxtı Beyruta zərbəsi nəticəsində Həsən Nəsrullah həlak oldu. O, 64 illik həyatının 32 ilini “Hizbullah”a rəhbərlik edib. Onun zamanında “Hizbullah” dünyadakı ən iri terrorçu təşkilatlardan birinə, eləcə də Livanda ən nüfuzlu siyasi qüvvəyə çevrilib.

Həsən Nəsrullahın uşaqlığı 1960-cı illərə, Livanın müasir tarixinin ən firavan dövrünə təsadüf edib. O zaman ölkəni “Yaxın Şərqin İsveçrəsi”, Beyrutu isə “Yaxın Şərqin Parisi” adlandırırdılar.

Lakin tezliklə vəziyyət dəyişdi. 1970-ci ildə İordaniyadakı vətəndaş müharibəsindən sonra Yasir Ərəfat başda olmaqla Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyi Livana köçdü. Ölkənin cənub hissəsi “Fəthlend”ə - Livan hökumətinin faktiki nəzarət etmədiyi zonaya, İsrailə qarşı terror əməliyyatları üçün bazaya çevrildi (çətir təşkilat olan FAT daxilində FƏTH ən böyük partiyadır – Pressklub.az). Livanda 1975-ci ildə başlayan vətəndaş müharibəsində FAT yaraqlıları fəal iştirak etdilər. 1976-cı ildə ölkəni Suriya ordusu işğal etdi. 1982-ci ildə də İsrail müdaxilə etdi: “Fəthlend”i məhv etmək üçün.

Nəsrullah əvvəlcə “Amal”a, nüfuzlu Sədr ailəsinin rəhbərlik etdiyi şiə siyasi hərəkatına qoşulmuşdu. 1970-ci illərin sonunda Nəcəfdə, İraqdakı mühüm şiə mərkəzində təhsil alırdı. İrandan qovulan ayətullah Xomeyni də həmin vaxt burada yaşayırdı. 1978-ci ildə İraqın vitse-prezidenti Səddam Hüseyn şiələr əleyhinə kampaniyaya başladı. Xomeyni Parisə köçdü, bir il sonra da (əslində 3,5 ay – Pressklub.az) İslam inqilabının lideri kimi İrana yollandı. Nəsrullah da Livana qayıtdı.

“Amal”ı yetərincə davakar hesab etməyən təşkilat üzvləri 1982-ci ildə, İsrail müdaxiləsinin lap başlanğıcında “Hizbullah”ı yaratdılar. Onlar bunu İranın İslam inqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaxından köməyi ilə etdilər.

Nəsrullah dərhal yeni hərəkata qoşuldu, amma orada əvvəlcə ikinci rolları tuturdu. O, yaraqlı deyildi və 1983-cü ilin terror aktlarında - Beyrutdakı ABŞ səfirliyinin və sülhməramlıların kazarmalarının partlayışında - iştirak etmirdi. Həmin vaxt əsasən əcnəbilər olan 370 nəfər həlak oldu. Bu, terrorizmdə yeni səhifə idi: İmad Muqniyə, Fuad Şükür, İbrahim Aqil və başqaları (onların hamısının 20-dən bir az çox yaşı vardı, Nəsrullah kimi) kamikadzelərdən istifadə taktikasına müraciət etdilər.

Nəsrullah 1989-cu ildə ön plana çıxdı. O zaman “Hizbullah”da parçalanma yaşanırdı. Bir fraksiya hesab edirdi ki, “Hizbullah” İsrail işğalı ilə mübarizə aparan döyüşçü təşkilat olmalıdır. Nəsrullahın rəhbərlik etdiyi digər fraksiya isə deyirdi ki, ilk vəzifə Livanda İrandakı kimi İslam respublikasının yaradılmasıdır. SEPAH da Nəsrullah və tərəfdarlarını dəstəkləyirdi.

“Hizbullah”ın baş katibi Abbas Musəvi 1992-ci ildə İsrail aviazərbəsi nəticəsində öldürüləndən sonra onun yerinə Nəsrullah seçildi. Bu nəzərəçarpmaz aparatçının öz postunda 30 il qalacağını və çoxları üçün ikonaya çevriləcəyini o zaman çox az adam təxmin edərdi.

Həmin vaxt İsrail ordusu “Fəthlend”i darmadağın etmişdi (FAT rəhbərliyi Tunisə köçdü) və Livan ərazisinin çoxundan çıxaraq, yalnız ölkənin cənubunun çoxunu əhatə edən “təhlükəsizlik zonası”nda qalmışdı. “Fəthlend”in yerində “Hizbullahlend” yarandı.

İran onu “Hizbullah”ı siyasi qüvvəyə çevirmək üçün dəstəkləyirdi və Nəsrullah bunu uğurla həyata keçirdi. Təşkilat 1992-ci ildə ilk dəfə Livan parlamentinə seçkilərdə iştirak etdi və 128 yerdən 8-ni qazandı. O vaxtdan “Hizbullah” parlamentdə, 2005-ci ildən isə həm də hökumətdə mütəmadi iştirak edir, adətən iki nazirliyi nəzarətində saxlayır.

Bununla yanaşı, hərbi və terrorçu fəallığını da azaltmır. İranın sayəsində raketlərə yiyələndi və İsrailin şimalını atəşə tutdu. Bu zaman iddia edirdi ki, işğalla mübarizə aparır, çünki israillilər hələ də “təhlükəsizlik zonası”nda dururdular.

90-cı illər ərzində İsrail “Hizbullah”a qarşı bir neçə hərbi əməliyyat keçirdi, amma atəşlər davam edirdi. Tel Əviv 2000-ci ildə qoşunlarını Livandan tam çıxardı. “Hizbullah” bunu öz qələbəsi kimi təqdim edə bildi. Məhz o zaman Nəsrullah “ərəb küçəsi”nin qəhrəmanına çevrildi.

İsrailin atəşə tutulması qoşun çıxarılandan sonra da dayanmadı. İndi “Hizbullah”ın formal bəhanəsi tərk edilmiş Şebaa fermalarıdır. Qolan təpələrində yerləşən bu 22 kv km sahəni Livan da, İsrail də özünün suveren ərazisi sayır. Nəsrullah yorulmadan iddia edirdi ki, İsraillə mübarizə “Hizbullah”ın əsas prioritetidir. Onun hətta parlament fraksiyası da “Müqavimətə sədaqət” adlanır ki, bu zaman “müqavimət” altında antiisrail qüvvələrin - İran və onun proksiləri, eləcə də HƏMAS və digər Fələstin qrupları - koalisiyası nəzərdə tutulur.
İrandan əlavə, Nəsrullah Suriyadakı Əsəd rejimi ilə sıx əlaqələr saxlayırdı. Livanlıların (xüsusən də xristianların) fasiləsiz etirazlarına baxmayaraq, Suriya qoşunları hələ də Livanda qalırdılar. 2004-cü ildə bu etirazlara keçmiş baş nazir Rafiq Həriri başçılıq edirdi. O, artıq 2005-ci ildə terror qurbanı oldu. Beynəlxalq istintaq qətli “Hizbullah”ın təşkil etdiyi qənaətinə gəldi. Livan hökuməti 2006-cı ildə Həririnin qətli ilə əlaqədar xüsusi BMT tribunalının yaranmasına razılıq verəndə, “Hizbullah” Beyrutda nəhəng etiraz nümayişləri təşkil etdi. Nəticədə Həririnin ölümünə görə kimsə cəzalanmadı.

Nəsrullahın ən yüksək təntənə məqamı, nə qədər qəribə olsa da, 2006-cı ilin İkinci Livan müharibəsi oldu. İsrail ordusu “Hizbullah”ın hücumlarına son qoymaq üçün yenidən ölkəyə girdi və təkcə hərbi deyil, mülki infrastruktura da böyük zərər vurdu. Livanlılar - həm mülki, həm yaraqlılar - arasında itkilər minlərlə ölçülürdü. Amma İsrail bir ay sonra Livana tərk edəndə Nəsrullah bunu “Hizbullah”ın yeni qələbəsi kimi təqdim etməkdən çəkinmədi.

Bu, Nəsrullahın sevimli fəndidir: deyirdi ki, düşmənin məqsədi “Hizbullah”ı və şəxsən onu məhv etmək idi, madam ki, heç birini edə bilməyib, deməli, məğlub olub. Hər belə qələbədən sonra Livan daha dərin iqtisadi və sosial böhrana yuvarlanırdı.

HƏMAS-ın İsrailə hücumunun ertəsi günü, 2023-cü il oktyabrın 8-də Nəsrullah elan etdi ki, “Hizbullah” fələstinlilərlə həmrəylik nümayiş etdirərək, İsraili atəşə tutacaq. Raket atəşləri və İsrailin cavab aviazərbələri ilboyu davam etdi. Nəhayət, 2024-cü ilin sentyabrında İsrail eskalasiyaya getdi: əvvəlcə “Hizbullah” yaraqlılarının minlərlə peyceri və ratsiyası partladı, sonra da görünməmiş intensivliklə aviazərbələr endirildi.

Nəsrullah dövründə “Hizbullah” Livan ərazisinin xeyli hissəsinə nəzarət etməyə başladı: ölkənin cənubu, şərqdə Biqa vadisi, eləcə də Beyrutun cənub rayonu olan Dahiyə. Buradakı küçələrdə Livan bayrağı deyil, “Hizbullah” bayrağı, Nəsrullahın və ayətullah Xameneinin portretləri asılır. Son bir ay ərzində “Hizbullah”ın, az qala, bütün rəhbərliyi Dahiyədə həlak olub. O cümlədən, Nəsrullah...

Hazırladı: Yadigar Sadıqlı - PRESSKLUB.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi
Bu gün, 14:45
Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... - GUYA...
Bu gün, 13:28
“Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb - VİDEO
Bu gün, 13:16
ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu - BU NƏDİ BELƏ?
Bu gün, 13:01
Simonyan yeni “müharibə”ni elan etdi - 26 il əvvəlki faciə təkrarlana bilər
Bu gün, 12:57
“KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” - “İcra başçısı sistemi öz effektivliyini itirib”
Bu gün, 12:54
Qəzetlər öz varlıqlarını qorumalıdırlar - Akif Aşırlı
Bu gün, 12:50
"Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" - Səyyad Aran nazirə OD PÜSKÜRDÜ
Bu gün, 12:48
"PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi
Bu gün, 12:43
Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ - "Xəstəlik hökmünü verdi"
Bu gün, 12:37
DOST Agentliyində yeni təyinatlar həyata keçirilib - SİYAHI
Bu gün, 12:32
Zəfər bəyanatına atılmayan imzalar... - “Belə özəl gündə müxalifətçilik etmək...”
Bu gün, 12:30
“Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” - ETİRAZ
Bu gün, 12:25
Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... - İNCƏLƏMƏ
Bu gün, 12:22
Tramp Zəngəzur dəhlizindən danışdı
Bu gün, 12:19
Cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir – “Reuters”
Bu gün, 12:13
“Daşkəsən Dəmir Filiz” 350 mini hara xərcləyəcək?
Bu gün, 12:12
“Onlar içəri girəndə Vahid əmi keçindi, bu sürprizi görmədi” - Əməkdar artistin qohumu
Bu gün, 12:07
Azərbaycan-Ermənistan sülh sazişi son dərəcə vacibdir - Kobaxidze
Bu gün, 12:05
Ramiz Mehdiyevin Naftalandakı adamı... - Arzu Məmmədov kimdir
Bu gün, 12:00
Qubanın icra başçısı müğənnilərə nə qədər pul ödəyəcək? - İLGİNC
Bu gün, 11:54
Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU - FOTOFAKT
Bu gün, 11:51
Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... - “İllərlə işlədik, indi isə səbəbsiz işdən çıxarıldıq”
Bu gün, 11:45
Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? - ARAŞDIRMA
Bu gün, 11:43
SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? - ETİRAZ VAR...
Bu gün, 11:40
Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı - TƏFƏRRÜAT
Bu gün, 11:31
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu - BUNA GÖRƏ...
Bu gün, 11:30
Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - 2 gündür xəbər yoxdur...
Bu gün, 11:25
Uşaqpulu kimlərə verilməlidir? - DEPUTATDAN TƏKLİF
Bu gün, 11:21
Onlar da orqanlarını bağışlamağa hazırdır, amma BİR ŞƏRTLƏ...
Bu gün, 11:17
“Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” – ABŞ Maliyyə Nazirliyi
Bu gün, 11:13
Lənkəranlı Ukraynada əsir düşdü
Bu gün, 11:10
İşdən çıxardıqları AZMIŞ KİMİ... - ÖDƏNİŞİ EDİN!!!
Bu gün, 11:06
Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... - İLGİNC İDDİALAR
Bu gün, 11:00
Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi
Bu gün, 10:50
Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü - Zaqatalalı gəncin FACİƏSİ
Bu gün, 10:47
Azərbaycanda baş redaktor vəfat etdi
Bu gün, 10:45
Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı - AÇIQLAMA
Bu gün, 10:19
Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 10:17
Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... - SİYAHIDA DAHA KİMLƏR VAR?
Bu gün, 10:12
Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:07
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA - Nədən Əli Quluzadə?!
Bu gün, 10:03
Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? - “Özünə yazdıq, deyir ki...”
Bu gün, 09:58
“Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” - İdris Abbasov
Bu gün, 09:56
Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... - FOTO
Bu gün, 09:47
“Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” - Cəmilədən QALMAQALLI VİDEOMÜSAHİBƏ
Bu gün, 09:40
Maşın bazarında qiymətlər QALXACAQ - GÖZLƏNTİ
Bu gün, 09:37
Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? - AKTUAL
Bu gün, 09:32
“Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru