İranın “yaxşı polis - pis polis” OYUNU .....                     Putinin Trampla dialoqu təqdir edilir .....                     Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu .....                     Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır .....                     Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... .....                     Bank of Baku” reklamdakı vədlərə əməl etmir? .....                     Paşinyan ağır imtahan qarşısında .....                     Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar .....                     Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... .....                     Bu məmurlar İXTİSARA SALINIR... .....                     Kərə yağı adı altında xalqa nə satılır? .....                     Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur .....                     "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." .....                     Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub .....                     Moskvanın baş naziri devirmək planları baş tutmayacaq .....                     Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? .....                     Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                 

Hazırlaşın: Putin yeni torpaqlara tamah salıb – Üçüncü Dünya müharibəsi başlayacaq?
Tarix: 1-06-2024, 14:00 | Çap et
Hazırlaşın: Putin yeni torpaqlara tamah salıb
Rusiya Müdafiə Nazirliyi birdən-birə Baltikyanı sərhədləri bəyənmədi və onları birtərəfli qaydada dəyişməyə qərar verdi. Hərbi hakimiyyət orqanları “dövlətin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün Finlandiya körfəzinin şərqində, həmçinin Litva və Finlandiya sərhədlərinə yaxın Baltiysk və Zelenoqradsk rayonlarında Rusiya ərazisinin genişləndirilməsini zəruri hesab edib”.

Bir neçə gün əvvəl normativ hüquqi akt layihələrinin rəsmi portalında dərc olunan sənəddə Rusiya Müdafiə Nazirliyi (RMN) materik sahillərində və Baltik dənizindəki Rusiya adalarında ərazi sularının eninin ölçüldüyü nöqtələrin siyahısını yeniləməyi təklif edib. RMN qeyd edib ki, 1985-ci ildə yaradılmış hazırkı sərhəd müasir geosiyasi reallıqlar və ölkənin üzləşdiyi çağırışlar fonunda düzəlişlər tələb edir.

Qurum Finlandiya körfəzinin şərq hissəsində, eləcə də Baltiysk və Zelenoqradsk ərazilərində düz əsas xətlər sisteminin yaradılmasını təklif edib: “Bu, Baltik dənizində dövlət sərhədinin düzülüşündə dəyişiklik edəcək və ondan daxili dəniz suları kimi istifadə etməyə imkan verəcək”.

“Rosreestr”ə Baltik dənizində Rusiyanın dövlət sərhədində dəyişiklikləri nəzərə almaq, Xarici İşlər Nazirliyinə isə düzəliş edilmiş və yenidən çap edilmiş xəritələrin nüsxələrini saxlanılması üçün BMT-nin Baş katibinə təhvil vermək tapşırılıb. Dəyişikliklərin 2025-ci ilin yanvarında qüvvəyə minməsi gözlənilir. Eyni zamanda, Rusiya Federasiyasının parlaq hərbi ağılları, sahilyanı dövlətlərin dəniz zonalarının müəyyənləşdirilməsi, o cümlədən onlara yenidən baxılması ilə bağlı müddəaları ehtiva edən BMT-nin Dəniz Hüququ Konvensiyasına istinad edirlər.

Lakin bir gün sonra NATO-nun sahilyanı ölkələrində səs-küy yaratmağı bacaran sənəd hökumətin saytından yoxa çıxsa da, qanun layihəsinin təsviri hələ də orada qalıb. Rusiyanın Baltikyanı qonşuları sənədin dərcinə qəzəblə reaksiya veriblər. Baltikyanı ölkələr Moskvanın Baltik dənizində dəniz sərhədlərinə yenidən baxmaq niyyətini təxribat və “hibrid əməliyyat” kimi qiymətləndiriblər. Litva Xarici İşlər Nazirliyi (XİN) “Rusiyanın təcavüzkar və revizionist siyasətini” qonşu ölkələrin və bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

Finlandiya XİN də oxşar bəyanat yayıb və Rusiyaya Konvensiyaya əməl etməyi tövsiyə edib. Lakin ən böyük narahatlığı isveçlilər keçiriblər. Onlar Rusiyanın Baltik dənizinin İsveçin Qotland adasını ələ keçirmək planlarına istinad etməsni vurğulayıb və NATO-nu bu dənizin Putinin “oyun meydançasına” çevrilməsinin qarşısını almağa çağırıblar.

“Mən əminəm ki, Rusiya Prezidenti Vladimir Putinin hər iki gözü Qotland adasındadır. Biz buna imkan verə bilmərik ki, Baltik dənizi NATO ölkələrini qorxu və dəhşət vəziyyətinə salan Putinin oyun meydançasına çevrilsin”, - deyə İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Büden bildirib.

Komandanın sözlərinə görə, İsveç Qotlanda arxalanaraq, Baltikyanı digər NATO ölkələrinə təhlükəsizlik şəraitində yaşamağa kömək edir: “Əgər Putin Qotlandı işğal edərsə, o, NATO ölkələrini dənizdən təhdid edə biləcək - bu, şimal və Baltik regionlarında sülhün və sabitliyin sonu olacaq”.

Büden xatırladıb ki, Qotland İsveç ərazisidir, ona görə də İsveç onu qorumağa borcludur, Qotlandın isə müdafiə olunmaq hüququ var: “Qotlanddakı hərbi mövcudluğumuzu o qədər azaltdığımız vaxtlar olub ki, orada yalnız könüllü daxili müdafiə qüvvəmiz var idi. Bu dinc vaxtlar geridə qaldı. Ukraynadakı münaqişə Avropadakı siyasi vəziyyəti dəyişdi və biz Qotlandı ciddi şəkildə yenidən silahlandırmalı olduq. Hazırda biz adanı daimi yerləşdirilən bölmələrlə təmin edirik və təhlükə artarsa, müvəqqəti olaraq əlavə qüvvələr yerləşdiririk. Qotlanda kim nəzarət edirsə, Baltik dənizinə də nəzarət edir. Hazırda bu, bizik”.

O xəbərdarlıq da edib: “Qotlanddan biz Baltik dənizindəki digər NATO ölkələrinə təhlükəsiz şəraitdə yaşamağa kömək edə bilərik. Amma Putin Qotlandı işğal etsə, NATO ölkələrini dənizdən təhdid edə biləcək. Bu, Şimali və Baltikyanı regionlarda sülh və sabitliyin sonu olacaq”.

Görünür, Rusiya liderinin Baltikyanı ölkələrə dair planları ilə bağlı ən pessimist proqnozlar özünü doğruldur. Dəniz sərhədlərinin dəyişdirilməsi ilə bağlı dərc edilmiş sənəd Rusiya hakimiyyətinin qonşularına qarşı təcavüzkar niyyətlərinin daha bir sübutu oldu. Üç Baltikyanı ölkəyə - keçmiş Sovet respublikalarına qarşı tiradlar artıq adi hala çevrilib, lakin Finlandiya və İsveçə hücumlar yeni bir şeydir. Onların NATO blokuna sürətlə qəbul edilməsindən sonra belə gözləntilər olsa da, Rusiya onların Alyansa daxil olduğu gündən bu istiqamətdə xüsusi fəallıq göstərməyib.

Və bu ölkələrin rəhbərliyi, İsveç baş komandanının sözlərinə görə, yalnız dezinformasiya, böhtan kampaniyaları və kiberhücumlar kimi hibrid əməliyyatların, yəni bir çox qeyri-hərbi təxribatların mümkünlüyünü öz üzərinə götürdü: “Bizim ssenarilərimizdə güman edirdik ki, Rusiya cəsarətlə əzələlərini nümayiş etdirəcək. Lakin biz işğal və quru qoşunlarının yeridilməsi deyil, başqa əməliyyatlar gözləyirdik”.

Rusiyanın özündə nə deyirlər? Kremlin sözçüsü Dmitri Peskov sənəddən imtina etməsə də, hər hansı siyasi niyyəti inkar edib və Rusiyanın təhlükəsizliyini təmin etmək üçün “müvafiq addımlar” atmağa borclu olduğunu deyib. Ancaq xatırladığımız kimi, Rusiyanın öz təhlükəsizliyini təmin etmək və bu məqsədlə Avropanın sərhədlərini yenidən cızmaq niyyəti Ukrayna ilə böyük müharibəyə, dolayısı ilə bütün sivil dünya ilə hibrid müharibəyə səbəb oldu. Rusiya Federasiyasının NATO ölkələrinə növbəti çağırışı necə başa çatacaq: əsl dünya müharibəsi başlayacaq?

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Bu gün, 07:27
Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Bu gün, 07:25
Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Bu gün, 07:23
Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Bu gün, 07:21
Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Bu gün, 07:18
Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Bu gün, 07:10
Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Bu gün, 07:06
Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Bu gün, 07:04
Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Bu gün, 07:01
Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Bu gün, 06:49
Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Bu gün, 06:35
Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:30
"Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Bu gün, 06:26
Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Bu gün, 06:23
Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19
Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Dünən, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Dünən, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Dünən, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Dünən, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Dünən, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Dünən, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Dünən, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Dünən, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Dünən, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Dünən, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Dünən, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Dünən, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Dünən, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Dünən, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Dünən, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Dünən, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Dünən, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Dünən, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Dünən, 07:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru