Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                     Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? .....                     Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın .....                     Şakdam doğrudan da casusdur? .....                     Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar .....                     Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur .....                     Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... .....                     Ermənistan Aİ-yə üzv olmaq istəyir .....                     Səhər verilişlərini "reytinqsiz" adlandırdı .....                     Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir .....                     İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir .....                     ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? .....                     Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib .....                     Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib .....                     DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb .....                     Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... .....                     "Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." .....                 

Moskvaya qarşı cəbhə genişlənir - Təcavüzkar dayandırılmalıdır
Tarix: 10-01-2024, 10:34 | Çap et
Moskvaya qarşı cəbhə genişlənir
Norveç hökuməti ölkə şirkətlərinə Ukraynaya birbaşa silah və müdafiə məhsulları satmağa icazə verib. Onlar bu hüququ 2024-cü il yanvarın 1-dən Norveç Nazirlər Kabinetinin razılığına əsasən əldə ediblər.

Hökumətin hesabatında qeyd olunur ki, Stortinqin (Norveç parlamenti) 1959-cu il qərarı ilə müharibə gedən və ya müharibə təhlükəsi olan ərazilərə silah və sursat satışı qadağan edilib, lakin krallığın hakimiyyət orqanları Ukraynadakı hərbi münaqişə üçün istisna təşkil edib.

Norveç hökuməti Rusiyanın təcavüzünün bir dövlət və millət kimi Ukraynanı təhdid etdiyini bəyana edib. “Ukraynanı dəstəkləməyə davam etməyimiz son dərəcə vacibdir. Ukraynaya dəstək Norveç və Avropanın təhlükəsizliyi üçün vacibdir. Biz qeyri-qanuni müharibənin uzun müddət davam etməsi ehtimalını nəzərə almalıyıq”, – deyə Norveçin xarici işlər naziri Espen Bart Eide bildirib.

Norveç Xarici İşlər Nazirliyinin (XİN) vurğuladığı kimi, silah və müdafiə məhsullarının birbaşa satışı yalnız Ukraynanın rəsmi orqanlarına edilə bilər. XİN Norveç şirkətlərinə fərdi qaydada müvafiq ixrac lisenziyaları verəcək. Təchizatçılardan həmçinin son istifadə zəmanəti və təhlükəsiz daşıma marşrutları təqdim etmələri tələb olunacaq.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi təcavüzündən sonra Norveç Moskvanın hərbi təcavüzünü pisləyib və Kiyevə maliyyə və hərbi yardım göstərən ölkələrə qoşulub. 2023-cü ildə Oslo Ukraynaya təxminən 11 milyard kron (təxminən 980 milyon avro) məbləğində hərbi dəstək verib.

2023-cü ilin yayının sonunda Norveçin Baş naziri Jonas Gahr Store F-16 qırıcılarını Ukraynaya verəcəklərini vəd etdi. Bundan əvvəl Oslo bu tip təyyarələri idarə etmək üçün ukraynalı pilotları öyrətməyə başladı. Norveç Nazirlər Kabinetinin rəhbəri dəqiq olaraq neçə təyarənin Ukrayna Silahlı Qüvvələrinə və hansı müddət ərzində veriləcəyini açıqlamayıb. Milli yayımçı NRK-yə görə, söhbət beş-on təyyarədən gedə bilər.

Öz növbəsində ölkənin müdafiə naziri Byorn Arild Qram bildirib ki, ölkəsi Ukraynada müasir hava hücumundan müdafiə sisteminin yaradılması üzrə ABŞ və digər müttəfiqləri ilə dialoqu davam etdirəcək.

Norveç Nazirlər Kabinetinin özəl şirkətlərə Ukraynanı birbaşa silahlandırmaq hüququ vermək qərarı Ukraynanın hərbi dayanıqlığı üçün nə dərəcədə əhəmiyyətli ola bilər? Digər Avropa ölkələrinin də Oslodan nümunə götürməsi şansı varmı?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

“Norveç hökumətinin qərarı Ukraynaya hərbi dəstək prosedurlarını sadələşdirir və digər ölkələrin də Norveçdən nümunə götürəcəyinə ümid yaradır. Lakin indiki şəraitdə ən önəmlisi odur ki, Ukraynaya dəstək verən bütün ölkələr istənilən yolla Ukraynaya silah, sursat və texnika tədarükünü artırsın.

Danimarka, Hollandiya və Norveçdən Ukraynaya F-16 təyyarələrinin çatdırılması Ukraynanın öz hava məkanının müdafiə qabiliyyətini xeyli gücləndirəcək. Qərb ölkələrinin təcili olaraq Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün hər cür səy göstərməsi də həyati əhəmiyyət kəsb edir. Bu kontekstdə Norveçin NASAMS sistemi təsirli bir töhfə olub, var və olacaq”.

Alman Xarici Əlaqələr Şurasının “Beynəlxalq Nizam və Demokratiya Proqramı”nın rəhbəri Dr. Ştefan Meister:

“Əvvəla, bu, onu göstərir ki, hətta Norveç kimi yeni şəraitdə silah tədarükü və satışına ciddi məhdudiyyətlər tətbiq edən dövlətlər də bu siyasətdən əl çəkir. Eyni şeyi biz Almaniyada da gördük, burada da silah satışına ciddi məhdudiyyətlər qoyulmuşdu.

Biz görürük ki, Rusiyadan gələn təhlükə, demək olar ki, bütün NATO üzvləri tərəfindən həm də öz təhlükəsizliyinə təhdid kimi baxılır. Həmçinin belə bir anlayış var ki, noyabrda keçiriləcək növbəti ABŞ seçkilərinə qədər avropalılar daha çox silah və sursat tədarük etməli ola bilər, çünki Trampın rəhbərliyi altında ABŞ geri çəkilə bilər.

Norveç mühüm sursat və xüsusi silah istehsalçısıdır, ona görə də bu qərar Ukrayna üçün olduqca vacib qərardır. Amma bu il böyük dəyişikliklər olmayacaq, çünki hasilatın artırılması vaxt tələb edir. Qətiyyətlilik də kifayət etməyəcək, amma mən təsəvvür edə bilərəm ki, başqa ölkələr də bu qərarın ardınca gələcək.

Rusiyanın artan silah və sursat istehsalının təzyiqi altında Rusiyanın Şimali Koreya və İranla silah tədarükü sahəsində əməkdaşlığı fonunda getdikcə daha çox Avropa ölkəsi bu nümunəni izləyəcək. Deməli, bu, artıq mövcud olan tendensiyadır (məsələn, Almaniyada) və Ukraynanın buna həqiqətən ehtiyacı var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Bu gün, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Bu gün, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Bu gün, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Bu gün, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Bu gün, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Bu gün, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Bu gün, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Bu gün, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Bu gün, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Bu gün, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Bu gün, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Bu gün, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Bu gün, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Bu gün, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Bu gün, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Bu gün, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Bu gün, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Bu gün, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Bu gün, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Bu gün, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Bu gün, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Bu gün, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Bu gün, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Bu gün, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Bu gün, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Bu gün, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Bu gün, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Bu gün, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Bu gün, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Bu gün, 14:37
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Bu gün, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Bu gün, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Bu gün, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Bu gün, 12:40
"Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Bu gün, 12:31
Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Bu gün, 12:26
İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Bu gün, 12:24
Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Bu gün, 12:21
Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Bu gün, 12:16
DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?
Bu gün, 12:13
Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Bu gün, 12:11
“Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” - İrəvanda etiraf
Bu gün, 12:09
Tramp əslində istəyir ki... - İNCƏLƏMƏ
Bu gün, 12:05
“Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı
Bu gün, 11:59
Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında - NƏ BAŞ VERİR?
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru