Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Bu Putinin qələbəsi olacaq .....                     Təbriklər... .....                     Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Diaspor və təsir rıçaqları .....                     Paşinyan BU RİSKLƏ üz-üzə qaldı .....                     Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı .....                     İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? .....                     Rusiya Cənubi Qafqaza müdaxilə edə bilər .....                     Zelenski Tramp-Putin görüşündən sonra... .....                     Trampa bağlı arzuolunmaz iddia yayıldı .....                     İrandan təxribatçı Zəngəzur açıqlaması: .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Milli Məclis 165 min manata nələr aldı? .....                     "Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik" .....                     Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb .....                     Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı .....                     Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? .....                     Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək .....                     İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... .....                     Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ .....                     Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək .....                     “10 manatlıq” şirkətə 200 minlik TENDER .....                     Qonşusunun pişiyindən şikayət etdi .....                     Sülh sazişi mətni tamdır, Ermənistan geri çəkilə bilməz .....                     Paşinyanın Rusiyaya səfəri gözlənilir .....                     Sülh müqaviləsi ərəfəsində Qərbi Azərbaycan İcması buraxılacaq? .....                     Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏDİR... .....                     Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür .....                     Alyaskadan əvvəl nüvə şantajı .....                     Qaydalar pozuldu: Azərbaycan da MDB-dən çıxır? .....                     Lavrov üzərində “SSRİ” yazılmış sviterlə Alyaskada .....                     “Respublika” və “Xalq” qəzetinindən .....                     Eldar Əzizovdan bu RUS İZİNİN SİLİNMƏSİ TƏLƏB OLUNDU .....                     Dövlət qurumunun 2 tenderi eyni səbəb ucbatından LƏĞV EDİLDİ .....                     "30 il bundan əvvəl bizə verilən Dövlət Aktı ləğv edildi..." .....                     Dublyaj sənətçilərinə verilən qonorar çox aşağıdır .....                     Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu tenderi “BƏYAZ İNŞAAT” MMC-yə hansı şərtlərlə verib .....                     Astarada sitrus bağları susuzluqdan quruyur .....                     Referendum və seçkilər bu tarixdə keçirilə bilər .....                 

Böyüklər razılaşmanı necə əldə ediblər? - İNCƏLƏMƏ...
Tarix: 11-09-2023, 12:14 | Çap et
Böyüklər razılaşmanı necə əldə ediblər?
Hindistanın paytaxtı Yeni Dehlidə “böyük iyirmilər”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı iki günlük sammitinin yekun bəyannaməsinin konsensus əsasında qəbulu toplantının uğuru sayıla bilər. Çünki Qərb ölkələri istənilən toplantıda Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya qarşı sərt sənədin qəbuluna çalışırlar. “Böyük iyirmilər”də Rusiya təmsil olunduğundan bu ölkəni sərt tənqid edən sənədin qəbulu mümkün deyil. Ona görə də toplantıya ev sahibliyi edən Dehli tərəfdaşlarıyla birgə yekun bəyannamədə elə bir formul tapmalıydı ki, onu həm Qərb ölkələri, həm də Rusiya qəbul etsin. Hindistan yekun bəyannamədə inkişaf və geosiyasət məsələləri üzrə konsensusun əldə edilməsinə nail olub.
Liderlər Ukraynayla bağlı yekun bəyannamədə belə bir cümlənin qəbuluna razılaşıblar: “Böyük iyirmilərin” liderləri BMT Nizamnaməsinə riayət etməyə və nüvə silahının tətbiq edilməsindən çəkinməyə çağırış edib”. Yekun bəyannamədə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi barədə cümlə yoxdur. Bunun əvəzinə sənəddə vurğulanıb ki, müharibə insanlara əzab gətirib. Kimsə bu cümləyə etiraz etməyib. Maraqlıdır ki, “böyük iyirmilərin” İndoneziyanın Bali adasında keçirilən bundan əvvəlki toplantısında Qərb ölkələri Rusiyaya qarşı sərt bəyanatın qəbuluna çalışmışdılar. Bu səbəbdən həmin toplantı gərgin şəraitdə keçmişdi. Bu dəfə isə Qərb ölkələri vaxt itirməmək üçün Ukrayna məsələsinin üzərində xüsusi dayanmayıblar. Əks halda BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələri onsuz da buna imkan verməyəcəkdi. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Bali və Dehli bəyannamələri belə müqayisə edib: “Bali Balidir, Nyu-Dehli Nyu-Dehlidir. Bali bir il öncə olub, o zaman vəziyyət başqa olub. O zamandan çox şeylər baş verib”. “The Times of India” qəzetinin yazdığına görə, Ukrayna ilə bağlı ifadəni razılaşdırmaq üçün görüş iştirakçılarına 150 saat vaxt lazım olub. Ümumilikdə isə ekspertlər Hindistan sammitini təşkilatın tarixində ən çətin sammitlərindən biri kimi qiymətləndiriblər, yekun bəyannamənin razılaşdırılması təxminən iyirmi gün çəkib.
Hindistandakı toplantıda bir məsələyə də diqqət yetirilib və həmin yanaşma yekun bəyannamədə əksini tapıb: “G20 geosiyasi və təhlükəsizlik problemlərinin həlli üçün platforma deyil, hərçənd, bu problemlərin qlobal iqtisadiyyat üçün xeyli nəticələri ola bilər”. Bu cümləni Ukrayna ilə bağlı belə oxumaq olar: “Rusiya-Ukrayna müharibəsini müzakirə etməsək də, bu müharibə qlobal ərzaq və energetika təhlükəsizliyi, tədarüklər zənciri, makromaliyyə sabitliyi, inflyasiyalar üçün neqativ nəticələr yaradıb, bir sıra ölkələr üçün siyasi mühiti mürəkkəbləşdirib”. Bu səbəbdən “böyük iyirmilərin” toplantısında müharibə müzakirə edilmədən “taxıl sazişi” müzakirə predmeti olub. Bəyannamədə Ukrayna və Rusiyadan taxıl, ərzaq məhsulları və gübrələrin təhlükəsiz ixracı üzrə Qara dəniz təşəbbüsünün gerçəkləşdirilməsinə çağırış edilib. Sənəddə vurğulanıb ki, G20 liderləri Türkiyənin bununla bağlı təşəbbüsünü dəstəkləyir, həmçinin “Rusiya Federasiyası və Ukraynadan taxıl, ərzaq və gübrələrin dərhal və maneəsiz tədarükünü təmin etmək üçün tam, vaxtında və effektiv həyata keçirməyə” çağırırlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsi çərçivəsində Rusiyanın tələblərini nəzərə almağa çağırıb.
Geosiyasi məsələlərdə razılıq əldə etmək üçün günlər lazım olsa da, iqtisadi və ekoloji mövzularda razılıq əldə etmək çətin olmayıb. Bu mövzularda hamının qayğısı oxşardır. G20 ölkələri “qlobal ərzaq təhlükəsizliyini gücləndirmək” öhdəliyi barədə razılığa gəlib. “Böyük iyirmilər” açıq və ədalətli ticarəti təşviq etmək və ixrac qadağaları tətbiq etməməklə bağlı öhdəliklər götürüb. Bundan əlavə, G20 liderləri yekun sənəddə dünyada, xüsusən də aşağı və orta gəlirli ölkələr üçün etibarlı, yüksək keyfiyyətli vaksinlərə və dərmanlara bərabər çıxışın təmin edilməsinə çağırış ediblər, həmçinin müxtəlif ölkələrin səhiyyə sistemlərinin dayanıqlığının yüksəldilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin qadınların hüquqlarının müdafiəsi üzrə yeni işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.
Dehlidəki sammit çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər də keçirilib. Misal üçün ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəliblər. Sənədə əsasən, əsas məqsəd iqtisadi inkişafı stimullaşdırmaqdır. Bundan başqa bu ölkələr Çinin “Bir yol, bir kəmər” layihəsinə alternativ layihə həyata keçirmək istəyilər. Həmin istiqamətin başlanğıcı Hindistan olmalıdır.
“Atlas” Araşdırmalar Mərkəzi
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Bu gün, 15:35
Bu Putinin qələbəsi olacaq - SENSASİON İDDİA
Bu gün, 15:30
Təbriklər...
Bu gün, 15:27
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Bu gün, 15:11
Diaspor və təsir rıçaqları – Rusiyanın regiondakı oyunları
Bu gün, 15:09
Paşinyan BU RİSKLƏ üz-üzə qaldı - DETALLAR
Bu gün, 15:06
Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı
Bu gün, 15:00
İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? - DETALLAR
Bu gün, 14:53
Rusiya Cənubi Qafqaza müdaxilə edə bilər - Qərbdən XƏBƏRDARLIQ
Bu gün, 14:39
Zelenski Tramp-Putin görüşündən sonra... - ŞOK MƏLUMAT
Bu gün, 14:30
Trampa bağlı arzuolunmaz iddia yayıldı – Zəngəzur dəhlizindən imtina…
Bu gün, 13:04
İrandan təxribatçı Zəngəzur açıqlaması: - Sərhəddə qoşun yerləşdirdik ki...
Bu gün, 12:58
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:42
Milli Məclis 165 min manata nələr aldı? - TENDER NƏTİCƏSİ
Bu gün, 12:39
"Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb - FOTO
Bu gün, 12:35
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
Bu gün, 12:29
Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? - TƏFƏRRÜAT
Bu gün, 12:20
Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək - RUSLAR AÇIQLADI
Bu gün, 12:14
İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... - Ekspert danışır...
Bu gün, 12:10
Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ - Rəsmi rəqəmlərə inansaq...
Bu gün, 12:08
Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək - AÇIQLAMA
Bu gün, 12:00
“10 manatlıq” şirkətə 200 minlik TENDER - FHN vergi borclusunu qalib edib
Bu gün, 11:58
Qonşusunun pişiyindən şikayət etdi - Həbs edildi
Bu gün, 11:39
Sülh sazişi mətni tamdır, Ermənistan geri çəkilə bilməz - ŞƏRH
Bu gün, 11:35
Paşinyanın Rusiyaya səfəri gözlənilir - KİV
Bu gün, 11:32
Sülh müqaviləsi ərəfəsində Qərbi Azərbaycan İcması buraxılacaq? - AÇIQLAMA
Bu gün, 11:30
Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏDİR... - Görünəni odur ki...
Bu gün, 11:25
Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür - GƏLİŞMƏ
Bu gün, 11:22
Alyaskadan əvvəl nüvə şantajı - Rusiyanın strategiyası dünyanı qorxutmaqdır
Bu gün, 11:21
Qaydalar pozuldu: Azərbaycan da MDB-dən çıxır? - NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Lavrov üzərində “SSRİ” yazılmış sviterlə Alyaskada - FOTO
Bu gün, 11:11
“Respublika” və “Xalq” qəzetinindən XƏBƏR VAR
Bu gün, 11:06
Eldar Əzizovdan bu RUS İZİNİN SİLİNMƏSİ TƏLƏB OLUNDU - FOTOFAKT
Bu gün, 11:03
Dövlət qurumunun 2 tenderi eyni səbəb ucbatından LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 10:53
"30 il bundan əvvəl bizə verilən Dövlət Aktı ləğv edildi..." - NARAZILIQ VAR...
Bu gün, 10:51
Dublyaj sənətçilərinə verilən qonorar çox aşağıdır - Əməkdar artist
Bu gün, 10:44
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu tenderi “BƏYAZ İNŞAAT” MMC-yə hansı şərtlərlə verib - Cənab Mikayılovun nəzərinə...
Bu gün, 10:40
Astarada sitrus bağları susuzluqdan quruyur – Sahibkarlar çarəsiz vəziyyətdə
Bu gün, 10:28
Referendum və seçkilər bu tarixdə keçirilə bilər - AÇIQLAMA
Bu gün, 10:18
Senator Adam Şiff kimi qərəzli siyasətlçilər kim daha çox maliyyə verəcəksə... - onu müdafiə edəcəklər
Bu gün, 10:14
İcra hakimiyyətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
Bu gün, 09:50
"Rusiya dövlətinə yazığım gəlir" - deputat
Bu gün, 09:45
Bakı - Vaşinqton ittifaqı Rusiya təsirini balanslaşdıracaq - İNCƏLƏMƏ
Bu gün, 09:42
Naxçıvanın ƏƏSMN-i eyni şirkətə daha bir tender verdi - TƏFƏRRÜAT
Bu gün, 09:31
"Tramp yolu" bütün bağlı qapıları açacaq - ŞƏRH
Bu gün, 09:23
Bu gün Tramp Putinə güzəştə getməyəcək, çünki... - Eks-nazir
Bu gün, 09:20
Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:13
Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi - Görünəni odur ki...
Bu gün, 09:11
“Xalq Üçün Mallar” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru