Netanyahunun oğlunun toyu təxirə salındı .....                     İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir .....                     Bu gün Bakının 550 küçəsi yuyulub .....                     İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: .....                     Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? .....                     İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib .....                     Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini .....                     İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib .....                     İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib .....                     Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var .....                     İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı .....                     AZAL-ın bir sıra reysləri ləğv edilib .....                     “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” .....                     Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir .....                     Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır .....                     İran nüvə obyektində zərəri etiraf etdi .....                     Maliyyə Nazirliyində yeni təyinat olub .....                     İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası .....                     "III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” .....                     “Nur” çörəyin içindən polietilen paket çıxdı .....                     Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq .....                     “Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi .....                     SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək .....                     “Sevimli dad” və “MilkPro” brendləri satılıb .....                     Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb .....                     İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı .....                     Vəziyyət Rusiya üçün getdikcə kritikləşir: .....                     Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” .....                     "Mənim üçün çox çətin bir dönəm başlayır" .....                     Erməni baş nazir səmimidirsə... .....                     Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb .....                     İranın iki raketi İordaniya və Suriyaya düşüb .....                     YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... .....                     Elşən Salahovun BATIRDIĞI XƏZƏR... .....                     II Qaregin və Petrosyan Paşinyanın hədəfində .....                     Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? .....                     "Sosial şəbəkədə aktiv deyiləm" .....                     "İranın vurulmasının konkret iki səbəbi var" .....                     İranın kamikadze dronları İsraildəki hədəfləri vurub .....                     Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı .....                 

Erməni əsgərlərini tövlədə diri-diri yandıran korrupsiya: - “Hamı oğurluq edir”
Tarix: 21-01-2023, 09:01 | Çap et
Erməni əsgərlərini tövlədə diri-diri yandıran korrupsiya:
Yanvarın 19-na keçən gecə Ermənistanın Qeqarkunik rayonunun Azat kəndində hərbi mühəndis-istehkamçılar bölüyünün kazarmasında yanğın olub və nəticədə 15 erməni hərbçisi diri-diri yanıb. Bir neçə nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib ki, onlardan vəziyyəti ağır olanlar var. Erməni mediasının məlumatına görə, hadisə ehtiyyatsızlıqdan baş verib.

Hadisə ilə bağlı müxtəlif versiyalar var. Medianın yazdığına görə, həmin gün Ermənistan Prezidenti Vaaqn Xaçatryan 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryanı vəzifəsindən azad edib, daha bir neçə hərbi rəhbər isə Müdafiə Nazirliyi rəhbərinin əmri ilə vəzifəsindən azad edilib. İddia olunur ki, hadisə bu qərarlarla bağlıdır və qəsdlə törədilib.

Bildirilir ki, hadisə kazarmada olan benzin çəninin aşması nəticəsində baş verib. Bildirilir ki, əsgərlər kazarmanı isitmək üçün salyarka sobasına benzin tökürmüşlər. Ölən əsgərlərin tağım komandiri isə bunu “yalnız versiya” adlandırıb. Onun sözlərinə görə, əsgərlərə isinmək üçün odun və kömür verilib, həmin axşam otaqda benzin olmayıb.

Ermənistanın hərbi prokuroru Qriqor Elizbaryan isə onunla razılaşmayaraq qeyd edib ki, yanğın yerində içərisində benzin olan kiçik çənlər aşkar edilib. Prokuror hərbi hissəyə pilotsuz uçuş aparatı ilə zərbə endirilməsi versiyasını rədd edib.

Erməni cəmiyyəti hadisəyə görə hakimiyyəti və Müdafiə Nazirliyini günahlandırır. Sosial şəbəkələrin erməni seqmentində baş verən hadisə Ermənistan Müdafiə Nazirliyinin məsuliyyətsizliyi və nazirlikdəki korrupsiyanın tüğyan etməsi ilə əlaqələndirilib.

Ermənilər hakimiyyətin ünvanına sual ünvanlayırlar: “müdafiə sistemimiz niyə belə acınacaqlı vəziyyətdədir? Hərbçilərimizin yerləşdiyi yerlərdə niyə belə pis şərait var? Əsgərimiz niyə ötən əsrdən qalmış salyarka peçindən istifadə edərək qızınırlar?”.

DİA.AZ AYNA-ya istinadla xəbər verir ki, hadisə ilə bağlı danışan erməni analitik Tevos Arşakyan da hakimiyyəti tənqid edib və bildirib ki, ordu korrupsiya içərisindədir: “21-ci əsrdir, bizim əsgərlər otaqları salyarka sobası ilə qızdırırlar. Hərbi hissələrin bütün kazarmalarını, yaşayış məntəqələrini qaz sobası ilə deyil, heç olmasa, odun sobası ilə təchiz etməyə dövlətimizin vəsaiti yoxdurmu? Təbii ki, vəsait var. Məsələn, 2022-ci ildə müdafiə büdcəsinə 360 milyard dram vəsait ayrıldı ki, bunun da müəyyən hissəsi hərbi obyektlərdə təhlükəsizliyin təmininə, kazarmaların, döyüş mövqelərinin, sığınacaqların tikintisinə getməli idi. Bu pul hara getdi? Pulların həm Müdafiə Nazirliyinin rəhbərliyinin, həm də generalların cibinə girdiyi tamamilə açıq-aşkar görünür. Birbaşa hərbi hissələrə gələnləri də kiçik komandirlər, rəislər, arxa cəbhə rəisləri taladılar. Ona görə də hərbi hissələrdəki mövcud vəziyyət, Seyran Ohanyanın dövründə baş verənlərdən çox da fərqlənmir. Hansı ki, Ohanyanın zamanında irimiqyaslı korrupsiya Müdafiə Nazirliyinin, ordu korpuslarının və hərbi hissələrin bütün idarələrinə nüfuz etmişdi”.

“Bizim generallar 7-8 il əvvəlkinə baxanda bu gün yoxsullaşıblar? Onların lüks avtomobil parkları boşdur? Yoxsa Ermənistanda özlərinə villa tikməkdən, xaricdə villa almaqdan əl çəkiblər? Əlbəttə ki, yox - oğurluğun miqyası demək olar ki, eyni qalıb. Əks halda, keçmiş müdafiə naziri David Tonoyan indi müttəhimlər kürsüsündə oturmazdı”, - deyə Arşakyan əlavə edib.

Analitik həmçinin qeyd edib ki, baş verən hadisənin irimiqyaslı korrupsiya və mənimsəmələrdən başqa bir neçə başqa səbəbləri də var: “Bu hadisə həm də onu görstərdi ki, komanda heyətinin, yanğın təhlükəsizliyinə cavabdeh olan xidmətlərin qeyri-mütəşəkkilliyi, ləngliyi, səliqəsizliyi var. Onlar hərbçilərin bu soyuq havada binalarını nə və necə qızdırdıqlarını görmürdülər? Təbii ki, görürürlər, amma buna göz yumurlar. Çünki hamı oğurluq edir. Bəs baş verənlərə görə yalnız ordu korpusunun komandiri günahkardır? Təbii ki, yox, çünki o, sadəcə olaraq bu korrupsiya zəncirinin aralıq halqasıdır”.

“Normal demokratik ölkədə - və məlum olduğu kimi, Ermənistan 2018-ci ilin yazından özünü belə dövlət sayır - belə faciələr baş verərsə, Müdafiə Nazirliyinin bütün rəhbərliyi istefa verir. Amma bizim müdafiə nazirimiz Suren Papikyan ölənlər, onların yaxınları və nəhayət, ölkə qarşısında günahını yumaq üçün istefa ərizəsi yazmağı ağlına belə gətirmədi. Paşinyan isə hökumətin iclasında bu faciəyə görə naziri və Baş Qərargah rəisini günahlandırmadı”, - ekspert vurğulayıb.

Arşakyan deyib ki, ölkə rəhbərliyi erməni əsgərlərinə mal-qara kimi yanaşır: “Hökumətimiz, Müdafiə Nazirliyimiz, generallarımız ölkəni müdafiə edən hərbçilərə normal, təhlükəsiz qızdırıcı qurğunu yaraşdırmır, onlara mal-qara kimi yanaşırlar. Azat kəndindəki mühəndis-istehkamçıların yanan kazarması mal tövləsindən fərqlənmir. Hakimiyyət isə bizə yorulmadan nağıl danışır ki, hərbçilərimizin növbətçi olduğu döyüş mövqeləri səhra mətbəxi və hamamla təchiz olunub. Paşinyanın hərbi ilə bağlı reklam kampaniyasını xatırlayın. Deyirdi ki, hakimiyyət hərbi qulluqçuların qidasının keyfiyyətinin yaxşılaşdırılmasına böyük diqqət yetirir. Hətta guya əsgərlərə çiyələk də yedizdirirlər. Bəs korrupsiya sxemi? Yoxsa əsas odur ki, əsgərin çiyələk yediyini əks etdirən şəkillər var?”.

“Orduya çiyələk və quru şkaf almaqdansa, qızdırıcı avadanlıq alsalar, daha yaxşı olardı. 2020-ci ilin İkinci Qarabağ müharibəsində oğlunu itirən bir ananın sözləri yadıma düşür: “Oğullarımıza çiyələk yedizdirdilər, sonra da öldürdülər”. Təəssüf ki, bu gün də heç nə dəyişməyib. Hərbçilərin döyüşdə həlak olması başadüşüləndir. Ancaq bölmələrin zəif təchiz olunması səbəbindən bir anda 15 hərbi qulluqçu ölürsə, bu, dəhşətdir, cinayətdir. Ən əsası isə 15 hərbçimizin ölümündə əsl günahkarların əziyyət çəkəcəyinə inanmıram”, - Arşakyan fikrini tamamlayıb.

Sosial şəbəkələrdə erməni fəallar, ictimai şəxslər bu hadisənin ordudakı xaosun, özbaşnalığın, korrupsiyanın tüğyan etməsi ilə əlaqələndirir və hakimiyyəti sərt tənqid edirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Netanyahunun oğlunun toyu təxirə salındı
Bu gün, 18:04
İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
Bu gün, 18:01
Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
Bu gün, 17:17
İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
Bu gün, 17:11
Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
Bu gün, 17:05
İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
Bu gün, 16:57
Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 16:43
İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
Bu gün, 16:34
İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
Bu gün, 16:32
Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
Bu gün, 16:29
İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
Bu gün, 16:18
AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
Bu gün, 16:17
“Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
Bu gün, 13:45
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Bu gün, 13:41
Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
Bu gün, 13:14
İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
Bu gün, 13:08
Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
Bu gün, 13:02
"III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:56
“Nur” çörəyin içindən polietilen paket çıxdı - VİDEO
Bu gün, 12:52
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:48
“Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi – Hacıyevdən kritik mesaj
Bu gün, 12:43
SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək - Tehran YENƏ HƏDƏLƏDİ
Bu gün, 12:37
“Sevimli dad” və “MilkPro” brendləri satılıb - DETALLAR
Bu gün, 12:28
Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb - “Polsat News”
Bu gün, 12:19
İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı - KİV
Bu gün, 12:16
Vəziyyət Rusiya üçün getdikcə kritikləşir: - Kreml daha nə qədər mübarizə apara bilər?
Bu gün, 11:55
Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” - TƏFƏRRÜAT
Bu gün, 11:52
"Mənim üçün çox çətin bir dönəm başlayır"
Bu gün, 11:50
Erməni baş nazir səmimidirsə... - GƏLİŞMƏ
Bu gün, 11:42
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb - FOTO
Bu gün, 11:35
İranın iki raketi İordaniya və Suriyaya düşüb - 12-ci kanal
Bu gün, 11:27
YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... - ODUR Kİ...
Bu gün, 11:08
Elşən Salahovun BATIRDIĞI XƏZƏR... - MALƏSƏF...
Bu gün, 11:06
II Qaregin və Petrosyan Paşinyanın hədəfində - Seçkilərə qədər hər ikisi zərərsizləşdiriləcək
Bu gün, 10:55
Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? - NARAZILIQ VAR...
Bu gün, 10:50
"Sosial şəbəkədə aktiv deyiləm" - Nanə Ağamalıyeva
Bu gün, 10:38
"İranın vurulmasının konkret iki səbəbi var" - Sərdar Cəlaloğlu
Bu gün, 10:33
İranın kamikadze dronları İsraildəki hədəfləri vurub - KİV
Bu gün, 10:30
Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:29
İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb
Bu gün, 10:23
Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? - AKTUAL
Bu gün, 10:18
Ağdamda ACINACAQLI DURUM - vətəndaş HARAY ÇƏKDİ
Bu gün, 10:16
İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... - SİYAHI
Bu gün, 10:07
Bakıda kollec direktoru vəzifədən GETDİ - AÇIQLAMA
Bu gün, 10:05
Azərbaycan xalqının Qurtuluş Günü - MƏQALƏ
Bu gün, 10:01
38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var - FOTO
Bu gün, 09:51
Neft-qaz sektorunda MAAŞ PARADOKSU - ÖZƏL ŞİRKƏTLƏR AZALDIR, DÖVLƏT İSƏ ARTIRIR
Bu gün, 09:47
İranda Mossad casuslarının maşınları ələ keçirildi - İçindən nələr çıxdı?
Bu gün, 09:41
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
Bu gün, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru