Erməni parlamentində atılan təpik kimə dəyəcək? - GƏLİŞMƏ
Tarix: 27-08-2021, 07:56 | Çap et
 Ermənistan parlamenti qaydasız döyüş meydanını xatırladır. Onun işə başladığı üç həftədə artıq üçüncü dəfədir xalqın yumruq davasına tamaşa etməməsi üçün spiker iclaslardan canlı yayımı dayandırır və buna görə müxalif medianın güclü tənqidinə məruz qalır.
Köçəryan parlament seçkilərinin total şəkildə saxtalaşdırıldığını iddia edir. Buna baxmayaraq, o öz blokunun qazandığı deputat mandatlarını götürəcəyini deyəndə artıq məqsəd bəlli idi. Qeyri-legitim saydığın strukturun işində iştirak etmək siyasi düşməninin (rəqibinin yox, məhz düşməninin) iradəsinə tabe olmaq təsəvvürü yaradırdı. Hətta bir sıra hakimiyyət nümayəndələri belə “məntiqsiz” qərara görə Köçəryanı məsxərəyə qoyurdu.
Ancaq bu, yalnız zahirən belə idi. Seçkiqabağı mitinqlərdə Paşinyan çəkiclə gəzir, əvvəlki səhvlərdən nəticə çıxardığını, bu dəfə yeni parlamentə arxalanıb, Ermənistanı növbəti faciəyə sürükləyən ünsürlərin başını çəkic kimi əzəcəyini söyləyirdi. “Ünsürlər”, təbii ki, “Qarabağ klanı”nın rəhbərləri, barələrində cinayət işləri açılmış keçmiş prezidentlər Köçəryanla Sarqsyanın havadarları idi. Müxalifət nə Mərkəzi Seçki Komissiyasının, nə məhkəmələrin köməyi ilə o çəkici Paşinyanın əlindən ala bildi. Axırda parlamentin özünü neytrallaşdırmaq yolunu seçdi.
Çirkli siyasi texnologiyalar azlıqda olanların kollektiv hakimiyyət orqanının işini iflic etməsi üçün müxtəlif üsullar təklif edir. Ermənistan müxalifəti onlardan ən bəsitini – yumruğu və təpiyi, sözün keçməyəndə dava-dalaşla iclasları pozmağı seçib. Köçəryanın öz adamlarını məhz bunun üçün parlamentə göndərdiyini ayıq şərhçilər hələ iyul ayında söyləmişdilər.
Belə vəziyyət əhaliyə hakim partiyanın Ermənistanı idarə edə bilmədiyini, parlamentin işlək olmadığını göstərir, ölkədə xaosu və siyasi apatiyanı gücləndirir, gərginliyi əvvəlki səviyyəyə qaldırır və sonda hakimiyyət uğrunda mübarizəni zorakılıq müstəvisinə qaytarır. Parlament zalında atılan təpiklər kimin şalvarında iz qoyursa-qoysun, son nəticədə Paşinyanın arxasını tutacaq. Paşinyan isə Yerevan küçələrində növbəti barrikadalar qurularsa, ordunun bu dəfə kimin tərəfində olacağı barədə kifayət qədər düşünmür. Düşünsəydi, müdafiə nazirini iki gündən bir Moskvaya silahla bərabər, təlimat almağa göndərməzdi.
Avqustun 25-də parlamentdə gün ərzində davam edən qovğalardan və hətta çıxış üçün gəlmiş baş naziri də mühafizəçilərin əhatəsinə almaq zərurəti yaranandan sonra Rusiyanın Sputnik agentliyinin Ermənistan redaksiyası yerli polittexnoloq Karen Koçaryandan rəy götürüb.
“Bugünkü əlbəyaxa davaya bənzər insidentlər parlamentdə vaxtaşırı baş verəcək, – polittexnoloq deyir. – Hakimiyyətlə radikal müxalifət arasında gərgin münasibətlər və böhran ölkədə problemlər həllini tapana qədər davam edəcək. Parlamentdən səmərəli fəaliyyət gözləmək olmaz”.
Hələlik isə hakim qüvvə müxalifətin aralıq taktikasına qarşı deputatları uşaq kimi zaldan çıxarmaq və iclaslardan televiziya yayımını dayandırmaq kimi “əks-tədbirlər”dən daha təsirli çıxış yolu tapa bilmir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55 |
|
|
|
• Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42 |
|
|
|
• Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
• Simonyan arvadından boşandı
Dünən, 13:58 |
|
|
|
• ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56 |
|
|
|
• Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00 |
|
|
|
• Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59 |
|
|
|
• Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54 |
|
|
|
• UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50 |
|
|
|
• CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39 |
|
|
|
• Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33 |
|
|
|
• Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30 |
|
|
|
• Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23 |
|
|
|
• Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19 |
|
|
|
• Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14 |
|
|
|
• Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Dünən, 12:11 |
|
|
|
• Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Dünən, 12:06 |
|
|
|
• “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:03 |
|
|
|
• Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Dünən, 12:01 |
|
|
|
• “Bank Avrasiya”nın müştəriləri azalıb
Dünən, 11:58 |
|
|
|
• Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Dünən, 11:56 |
|
|
|
• ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Dünən, 11:51 |
|
|
|
• İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Dünən, 11:43 |
|
|
|
• Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Dünən, 11:40 |
|
|
|
• Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Dünən, 11:22 |
|
|
|
• Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Dünən, 11:17 |
|
|
|
• Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Dünən, 11:11 |
|
|
|
• Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Dünən, 11:08 |
|
|
|
• “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:05 |
|
|
|
• Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Dünən, 11:00 |
|
|
|
• Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Dünən, 10:53 |
|
|
|
• Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Dünən, 10:50 |
|
|
|
• “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Dünən, 10:45 |
|
|
|
• Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Dünən, 10:42 |
|
|
|
• Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Dünən, 10:40 |
|
|
|
• Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Dünən, 10:38 |
|
|
|
• Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Dünən, 10:35 |
|
|
|
• İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Dünən, 10:32 |
|
|
|
• Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Dünən, 10:30 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Dünən, 10:18 |
|
|
|
• “Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Dünən, 10:03 |
|
|
|
• “Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Dünən, 09:58 |
|
|
|
• Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Dünən, 09:52 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Dünən, 09:50 |
|
|
|
• Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Dünən, 09:45 |
|
|
|
• Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Dünən, 09:44 |
|
|
|
• 434 min manat borcu olan şirkət kimindir?
Dünən, 09:39 |
|
|
|
• 6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Dünən, 09:32 |
|
|
|
|