"STRANİTSANI OTOBRAZƏ ELƏMƏK VOZMOJSUZDUR"...
Tarix: 19-11-2013, 10:24 | Çap et
DİA.AZ tanınmış aparıcı Rahib Azərinin Milli.Az-a müsahibəsini təqdim edir. - Rahib Əliyarzadə. Hər kəsin efirdən və radiodan çox gözəl tanıdığımız, sevə-sevə proqramlarının izləyicisi olduğumuz gözəl, nurlu simalı bir insan: Bəs bu dəfə özünüzü necə təqdim edərdiz?
- Oxucuları salamlayıram, hər vaxtınız xeyirli olsun, özümü adi bir insan hesab edirəm, sadəcə yurdumu və onun üçün gördüyüm işi çox sevirəm... Odur ki, Rahib Azəri, TV və radio aparıcısı, İçərişəhər DTMQİ-nin mətbuat katibi. - Nə olmuşdu sizə?
- Ürəyimlə bağlı problemlər bir müddətdir məni narahat edirdi. Belə olanda, məndən yan keçər düşünüb, özümüzdən uzaqlaşdırırıq. Sentyabrın 16-da da krizis oldu və xəstəxanaya yerləşdirildim. Kardioloji xəstəxananın qəbul şöbəsində kliniki ölüm baş verdi... Üç dəqiqə ürəyim dayandı. Həkimlərin köməyi ilə görülən tədbirlər məni həyata qaytardı. Fürsətdən istifadə edib, o gecə məni həyata qaytaran Allahıma şükürlər, Rasim doktora və tibb personalına minnətdarlığımı bildirirəm! Həmçinin, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirliyə təşəkkür etmək istəyirəm. Ürəyimdə əməliyyat aparan Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Abbasəli Abbasəliyevə də xüsusən minnətdaram! - Niyə görə Azəri?
- Azər vaxtsız vəfat edən dəyərli ziyalı, əmim Azərin adıdır. Onu 1996-cı ildə özümə təxəllüs götürdüm. Bu, həm də məmləkətin adının bir hissəsidir. - Maraqlıdır, ilk dəfə nə vaxt müsahibə vermisiz?
- İlk dəfə müsahibə verməyimi xatırlamıram. Düzünü desəm, bunu sevmirəm... - Deyəsən, ixtisasınız heç humanitar sahədə olmayıb. Yəni, jurnalist deyilsiz...
- Mən Neft və Kimya institutunun energetika fakültəsini bitirmişəm. Özümü jurnalist hesab edə bilmərəm, mən aparıcıyam. - Şəxsən mən sizi “Kiçik Qala 84” adlı televiziya verilişindən tanımışam. Qonaqlarınızdan əksəri köhnə bakılılar idi… İndi də “Sirdaş”sız.
- "Kiçik Qala" ilk televiziya layihəm deyildi, amma aparıcı kimi populyarlıq gətirən ilk böyük layihə idi... Əslində camaat arasında belə təəssürat yaranmışdı ki, əsasən bakılılar dəvət olunur, amma həqiqətən, bu veriliş bütün Azərbaycanın və azərbaycanlılığın təcəssümü idi. - Siz həm də İçərişəhər DTMQ İdarəsinin mətbuat katibisiz. İçərişəhərdən nə xəbər?
- İçərişəhər bizim qəlbimizdir, o adi məkan deyil, alayi bir şeydir... Bunun nə olduğunu mən hələ də özüm tam dərk edə bilməmişəm... İçərişəhərlə bağlı gözəl xəbərlər hələ bizi gözləyir, inşallah. - Sizcə, Bakıda tikilən göydələnlər əslində əsl Bakıdan bizi uzaqlaşdırmır? Deyəsən, zaman-zaman əsl Bakını itiririk axı.
- Əlbəttə, bir sıra hallarda göydələnlər köhnə, bir o qədər hündür olmayan binaların yerində tikiləndə, bu hətta ikrah hissi də oyadır. Şükür ki, bu kortəbiilik dövrü arxada qalıb. Bakı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində də tikilib və bəzi hallarda yeni tikilən binalar camaat tərəfindən birmənalı qarşılanmayıb. Hər halda, arxitektura kanonları və yerli relyef nəzərə alınsa, yaxşı olar. O ki qaldı, Bakını itirməyimizə... Məncə, Bakı bizi itirib, çünki şəhəri şəhər kimi formalaşdıran onun sakinləridir... - Bir az da olduqca geniş olan maraq dünyanızdan danışaq. Cazı hobbiniz saymaq olar?
- Mən musiqini çox sevirəm, yanvarın 9-u ilk efir günümün 19 ili tamam olacaq, inşallah. Əsasən milli musiqimiz və caz məni daha çox cəlb edir. Amma başqa müasir musiqi istiqamətlərini də, xüsüsən lanjı (lounge) çox bəyənirəm. - Bakılılar və Bakı kəndləri sakinlərindən çox vaxt sizdən söhbət düşəndə “O, bizim kəndçidir” deyirlər…
- Mənim özümə də “siz bizim kəndçimizsiz” deyirlər. Belə olduqda, əvvəlcə maraqlanıram ki, hansı Bakı kəndindənəm... Əslində insanların məkanından asılı olmayaraq məni özlərininki hesab etmələri şərəfdir! - Çox maraqlı bənzətmələriniz var. Beynəlmiləl sözləri mükəmməl şəkildə azərbaycanlaşdırırsız. Maraqlı sözlərdən bəzilərini deyərdiz, zəhmət olmasa…
- Belə tərcümələri çox sevirəm. Məsələn, internetə daxil olarkən uğursuz olduqda belə yazı görünür - Невозможно отобразить страницу... Mən bunu belə tərcümə edirəm – Stranitsanı otobrazə eləmək vozmojsuzdur. Hamınıza can sağlığı arzu edərək, diqqətinizə görə minnətdarlığımı bildirirəm. Həmişə sizinlə: Rahib Azəri.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14 |
|
|
|
• “Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08 |
|
|
|
• Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58 |
|
|
|
• Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31 |
|
|
|
• “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26 |
|
|
|
• “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16 |
|
|
|
• AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07 |
|
|
|
• Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56 |
|
|
|
• 3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51 |
|
|
|
• İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47 |
|
|
|
• Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45 |
|
|
|
• Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44 |
|
|
|
• “Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42 |
|
|
|
• Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40 |
|
|
|
• STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38 |
|
|
|
• Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32 |
|
|
|
• "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28 |
|
|
|
• "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22 |
|
|
|
• Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20 |
|
|
|
• Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15 |
|
|
|
• İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12 |
|
|
|
• Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08 |
|
|
|
• Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01 |
|
|
|
• Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57 |
|
|
|
• Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53 |
|
|
|
• Beh alıb, məclisə getmədi
Dünən, 16:48 |
|
|
|
• Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45 |
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Dünən, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Dünən, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Dünən, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Dünən, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Dünən, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Dünən, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Dünən, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Dünən, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Dünən, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Dünən, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Dünən, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 09:46 |
|
|
|
|