Ağsuda səfərbərlik idarəsi hansı ölkənin qanunları ilə işləyir - Narazılıq var...
Tarix: 15-04-2015, 12:04 | Çap et
 Qəzetimizin 08 aprel 2015-ci il tarixli sayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Ağsu rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair aldığımız məlumatlar əsasında hazırladığımız tənqidi material dərc olunmuşdu. Bu xüsusda redaksiyamıza yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda qeyd olunmuşdu ki, əvvəllər Ağsu rayon Hərbi Komissarlığının fəaliyyətində də müşahidə olunan bütün neqativ hallar, bu gün Elməddin Cəfərovun rəhbərlik etdiyi şöbə üçün də xarakterikdir. Başqa sözlə, mənbələr iddia edirlər ki, qurumun tabeçilik strukturunun və adının dəyişdirilməsi ilə xidmətin keyfiyyətində müsbətə doğru heç bir irəliləyiş olmayıb. Mövzuya dair ötən yazılarımızda da biz qeyd etmişdik ki, Səfərbərlik xidmətinin bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. Halbuki vətəndaşların orduya çağırışı və konkret ordu hissələrinə göndərişi ilə bağlı bütün səlahiyyətlərin Səfərbərlik xidmətinə verilməsindən sonra ümid etmək olardı ki, artıq bu proseslər bəzi rüşvətxor hərbçi məmurlar üçün qeyri-leqal gəlir mənbəyi kimi öz əhəmiyyətini itirəcəkdir. Lakin yerli mənbələrin iddialarına görə, son nəticədə bütün bu islahatlar bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. Hətta əvvəllər komissarlıqlarda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib. Səfərbərlik xidmətinin Ağsu rayon şöbəsinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, bəzi korrupsioner səlahiyyət sahibləri bu strukturlardan öz qanunsuz əməlləri üçün bir şirma kimi istifadə etmək planlarından hələ də əl çəkmək fikrində deyillər. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, hazırda Ağsu rayonunun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Məlumdur ki, bu sahədə qanun pozuntularına daha çox məhz hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Daxil olan məlumatlarda da bildirilir ki, Ağsuda hərbi xidmətdən yayınmağa çalışan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin “razılığı” ilə yarana bilər. Bu xüsusda mənbələrin təqdim etdikləri məlumatlarda Elməddin Cəfərov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi də iddia olunur. Qeyd etməliyik ki, sözügedən materialın sonunda biz Səfərbərlik xidmətinin Ağsu rayon şöbəsinin rəhbərliyinin də məsələyə dair mövqeyini dərc etməyə hazır olduğumuzu bildirmişdik. Məqalənin dərcindən sonra Elməddin Cəfərovun redaksiyamıza açdığı telefon zəngini də biz məhz məsələyə münasibət bildirmək istəyi kimi qiymətləndirmişdik. Lakin Elməddin müəllim aldığımız məlumatlarda irəli sürülən ittihamlar barədə deyil, özünün keçmiş xidmətləri barədə danışmağa başladı. Belə ki, özünün Qarabağ müharibəsinin iştirakçısı olması faktını vurğulayan Elməddin müəllim, məhz bu əsasla onun rəhbərlik etdiyi şöbənin fəaliyyətinə dair tənqidi yazılara son qoymalı olduğumuzu bildirdi. Əlbəttə ki, Qarabağ uğrunda gedən döyüşlərdə özünün və ən əsası da düşmənin qanını tökmüş hər bir Vətən oğlu qarşısında biz baş əyirik. Lakin keçmiş xidmətlər gələcək nöqsanları ört-basdır eləmək üçün deyil. Əksinə, bizim fikrimizcə məhz Qarabağ müharibəsinin iştirakçısı kimi, Elməddin müəllim gənclərimizin Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirmələrinin vacibliyini digərlərindən daha yaxşı başa düşməlidir. Belə olan təqdirdə isə səfərbərlik şöbəsinin rəisi kimi, Elməddin Cəfərovun vəzifəsi hərbi xidmətdən yayınmağa meyilli olan bəzi gənclərimizə onların səhv mövqeydə olduqlarını və ordu sıralarında xidmətin sadəcə borc deyil, həm də ilk növbədə şərəf və namus məsələsi olduğunu onlara anlatmaqdan ibarət olmalıdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” OVULMALIDIR!
Bu gün, 09:06 |
|
|
|
• "Belə dələduzluq olmaz..." - NARAZILIQ VAR...
Bu gün, 09:02 |
|
|
|
• Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55 |
|
|
|
• Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... - NƏ ETMƏLİ?
Bu gün, 08:40 |
|
|
|
• Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:38 |
|
|
|
• Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… - İTTİHAM VAR...
Bu gün, 08:33 |
|
|
|
• Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası - BAŞI QAÇIB...
Bu gün, 08:28 |
|
|
|
• Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü
Bu gün, 08:26 |
|
|
|
• Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır - GİLEY
Bu gün, 07:30 |
|
|
|
• "Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" - FAKT BUDUR!
Bu gün, 06:58 |
|
|
|
• AHİK qiymətlərlə "oynayır"? - CBC kanalının sabiq əməkdaşı şikayətlənir
Bu gün, 06:56 |
|
|
|
• Astara rəsmən ÖZBAŞINA QALIB - “Deyir ki, icra nümayəndəsiyəm, nə istəyirəm, eləyirəm...”
Bu gün, 06:52 |
|
|
|
• Araz Paşayev kimin maraqlarını güdür? - Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir
Bu gün, 06:47 |
|
|
|
• Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? - İNCƏLƏMƏ
Bu gün, 06:42 |
|
|
|
• "Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" - ŞƏRH
Bu gün, 06:40 |
|
|
|
• Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır - elə bilir ki, Gəncə də ən böyük kənddir...
Bu gün, 06:35 |
|
|
|
• "Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
• İranın Turan QORXUSU - Görünəni odur ki...
Bu gün, 06:23 |
|
|
|
• Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü - ADLAR
Bu gün, 06:19 |
|
|
|
• Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi
Bu gün, 00:24 |
|
|
|
• İran, Rusiya, Ermənistan üçbucağı çat verib - FAKT BUDUR!
Bu gün, 00:22 |
|
|
|
• "Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" - ÇAĞIRIŞ
Bu gün, 00:18 |
|
|
|
• Putin Trampa bu “güzəşt”i təklif edəcək – Moskvanın hiyləgər planı açıqlandı
Bu gün, 00:16 |
|
|
|
• ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq - “Financial Times”
Bu gün, 00:13 |
|
|
|
• “İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” – Tehran rəsmisinin gülməli açıqlaması
Dünən, 19:03 |
|
|
|
• Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Dünən, 19:00 |
|
|
|
• Gözdən əlil şəxsin şikayəti təmin olunmadı - MƏHKƏMƏ
Dünən, 18:05 |
|
|
|
• “A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:03 |
|
|
|
• İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu - LƏĞV OLUNMUŞ TENDER, DETALLAR
Dünən, 18:01 |
|
|
|
• Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib - QƏRAR
Dünən, 17:55 |
|
|
|
• Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:50 |
|
|
|
• AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı – Rusiyada Azərbaycan diasporasına qarşı təzyiqlər artır
Dünən, 17:44 |
|
|
|
• Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? - AKTUAL
Dünən, 17:42 |
|
|
|
• 4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ hansı CƏZA VEİLƏCƏK?
Dünən, 17:38 |
|
|
|
• Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: - “Qurban kəsəcəyəm”
Dünən, 17:30 |
|
|
|
• Bakı və Ankara koordinasiyanı gücləndirir - İNCƏLƏMƏ
Dünən, 17:26 |
|
|
|
• “Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb
Dünən, 17:05 |
|
|
|
• Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ARAŞDIRMA
Dünən, 16:57 |
|
|
|
• Yoldan bank kartı tapdı: - "28 Mall"da xərclədiyi üçün cəzalandırıldı
Dünən, 16:14 |
|
|
|
• “Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib
Dünən, 16:12 |
|
|
|
• Deputatın oğlu yeni şirkət yaratdı
Dünən, 16:10 |
|
|
|
• Məhur aparıcıdan şok ETİRAF - “Qadın cərrahın yanına getmərəm”
Dünən, 16:09 |
|
|
|
• Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib
Dünən, 16:06 |
|
|
|
• Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 16:05 |
|
|
|
• Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır
Dünən, 15:57 |
|
|
|
• Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 15:53 |
|
|
|
• “Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” - Anar
Dünən, 15:43 |
|
|
|
• Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək - TƏFƏRRÜAT
Dünən, 15:40 |
|
|
|
• “Xalq Həyat”da təyinat olub
Dünən, 15:37 |
|
|
|
• İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir
Dünən, 15:30 |
|
|
|
|