“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                 

“Rövşən Bağırov 7 milyonun adını çəkməyi qadağan edib” - İTTİHAM VAR
Tarix: 16-05-2016, 09:03 | Çap et
“Rövşən Bağırov 7 milyonun adını çəkməyi qadağan edib”
Bir müddət öncə “Lerikdə 7 milyon manat necə yoxa çıxdı? – Prezidentə şok müraciət” başlıqlı yazı dərc etmişdik. Yazıda vətəndaşların müraciəti əksini tapmışdı. Lerik sakinləri ölkə başçısına müraciət edərək yerli məmurların talançılığından şikayətlənir, Prezidentin Noda-Şingədulan-Xanagah yoluna ayırdığı 10 milyon manatın qaranlıq taleyindən bəhs edirdilər.
Lerik sakinləri bildirirdilər ki, prezident əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə vəsait ayırıb sərəncamlar versə də, yerli məmurlar ayrılan vəsaitlərin bir hissəsini mənimsəyərək prezidentin sosial inkişaf proqramının həyata keçirilməsinə əngəl olurlar.

“Əvvəl 3 milyon manat ayrıldı, sonra…”

Qeyd edək ki, Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayırdı.
Həmin ərəfədə Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov açıqlamasında bildirmişdi ki, yol artıq çəkilməyə başlayıb. Onun sözlərinəö görə, tikintidə 70-ə yaxın ağır texnika işləyir, canlı işçi qüvvəsi fəaliyyət göstərir və bu ilin axırına kimi 17 km yolun asfaltlaşdırılması növbəti 2015-ci ildə isə 36 km yolun tam asfaltlaşdırılması nəzərdə tutulub.
Məlikov bildirmişdi ki, region iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən və strateji əhəmiyyətə malik olan bu yol istismara verildikdən sonra Masallı-Yardımlı avtomobil yoluna çıxış asanlaşacaq. Bu, həmçinin turizmin inkişafı və kənd təsərrüfatı məhsullarının satışının təşkilinə də şərait yaradacaq: “Yolun tikintisi həmin ərazidə yaşayan əhalinin həm məişət şəraitinin yaxşılaşdırılmasına, həm iqtisadiyyatın yüksəlməsinə kömək edəcək, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, həmin istehsal olunmuş məhsulların vaxtında bazara çıxarılmasına və satılmasına yardımçı olacaq. Tikinti aparıldıqdan sonra avtomobil yolu turizim obyektlərinin də inkişafına şərait yaradacaq. Yolun yenidən qurulmasından daha çox sevinən isə buradan istifadə edən kənd sakinləridir. Layihəyə uyğun olaraq yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt – beton qarışığından tikiləcək. Yol boyunca hər biri iki aşırımlı 3 ədəd körpü keçidi əsaslı təmir ediləcək. 80 ədəd su ötürücü boru quraşdırılacaq”.

“3 ildir nə yol var, nə pul…”

Qeyd edək ki, həmin yolun tikintisi 2015-ci ildə sona çatdırılmalı idi, amma nəticə ortada qaranlıq məqamların olduğunu ortaya çıxartdı. Belə ki, həmin ərəfədə mediada yayılan məlumatlara görə, ayrılan 3 milyon manat vəsaitin müqabilində Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisində cüzi işlər həyata keçirildi. Hazırda isə prezidentin ayırdığı 3 milyon manat vəsait qurtardığına görə yolun çəkilişi qeyri-müəyyən vaxta, daha doğrusu əlavə vəsait ayrılana qədər duruduruldu. Bu isə yolun vaxtında təhvil verilməyəcəyindən, üstəlik standartlara cavab verməyəcəyindən xəbər verirdi.
lerik yolMəlumatlarda deyilirdi ki, 50 dağ kəndinin və 30 min insanının həyat şəraitini yüngülləşdirəcək olan Noda-Şingədulan-Xanagah yoluna ayrılan vəsaitin yarısı yerli məmurlar tərəfindən mənimsənilib. Yaranmış vəziyyət yolun tikintisini həyata keçirən “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyini də çətin vəziyyətə düşmüşdü.
Rayondan mediaya verilən məlumatlarda deyilirdi ki, yola ayrılan 3 milyon vəsaitin 30 faizi Lerik rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb. Amma məsələ bununla da kifayətlənmirdi. Belə ki, “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilmişdi. Vəziyyətin ən kritik dönəmi isə prezidentin növbəti sərəncamından sonra üzə çıxdı.

“Rövşən Bağırov 7 milyonun adını çəkməyi qadağan edib”

Belə ki, 19 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yolun tikintisinə əlavə olaraq, 7,0 (yeddi) milyon manat ayrıldı. Maliyyə vəsaiti isə sərəncamda qeyd olunduğu kimi, Lerik Rayon İcra Hakimiyyətinə ayrılmışdı. Amma bu dəfə də yolun tikintisi başa çatmadı. Əksinə, yol Noda kəndindən Ağçay kəndinə qədər çəkildi və tikinti dayandırıldı. Hətta Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) yararsız halda tikildi. Konkret olaraq, həmin əraziyə “şebel” tökülmədi. Asfalt örtük sadəcə torpağın üzərinə, nazik səthdə çəkildi.
ekskavotorYolun tikintisinin təxirə salnması əhali arasında ciddi narazılıq yaratdığından yenidən icra başçısının müavini Habil Məlikov açıqlama ilə gündəmə gəldi. O, prezident tərəfindən ayrılan sonuncu 7 milyon manatın rayon İH-nin balansına köçürülmədiyini bildirdi. Hətta Məlkov narazılıq edən sakinlərə vəsaitin köçürülmədiyini ölkədə keçirilən I Avropa Oyunları ilə əlaqələndirdi.
Sakinlər isə Aztoday.az-a açıqlamalarında buna inanmadıqlarını, icra başçısının prezidentə yalan danışdığını deyirlər. Onlar hesab edirlər ki, 10 milyon manat vəsaitin mənimsənilməsi faktı mütləq ölkə başçısına çatdırılmalıdır. Həmçinin sakinlər buna görə, icra başçısı Rövşən Bağırov, müavini Cəlil Baxşıyev və Lerikin deputatı İqbal Məmmədovu günahlandırırlar.

“İcra başçısı məmurları kənbəkənd minnətçi salıb”

Qeyd edək ki, vətəndaşların müraciəti aztoday.az saytında dərc olunandan sonra Lerik Rayon İcra Hakimiyyəti əl-ayağa düşüb. Sakinlərin verdiyi məlumata görə, icra başçısı adamlarını kənbəkənd salaraq, əhalini sakitləşdirməyə çalışır:
“İndi də bizə deyirlər, yolun qalan hissəsi sadəcə təmizlənəcək, amma asfalt çəkilməyəcək. Prezidentin sonradan ayırdığı 7 milyon manatın da yola sərf edildiyini deyirlər. Biz də soruşuruq ki, hara sərf olunub? Axı 7 milyon ayrılandan sonra dediniz ki, pul köçürülməyib və ondan sonra yol 1 metr də olsun çəkilmədi. İndi necə olur ki, 7 milyonu xərclədiyinizi deyirsiniz? Yol 2015-ci ildə təhvil verilməli idi, amma 2016-ci ildir, hələ də heç bir irəliləyiş yoxdur”.

“Sakinlər Prezidentə müraciət edəcək, imzatoplama kampaniyasına start verilib”

Sakinlərin sözlərinə görə, icra başçısı onlara bu barədə bir daha şikayət etməyi qadağan edib: “Bizə deyirlər ki, əgər bir də şikayət etsəniz, ümumiyyətlə yola baxılmayacaq. 7 milyonun adını çəkməyin. Hesab edin ki, pul ayrılmayıb. Biz ölkə başçısına kütləvi müraciət etməyi planlaşdırırıq. Fakt odur ki, yerli məmurlar ölkə baçısına xəyanət edir, onun ayırdığı pulları mənimsəyirlər. Biz bu məsələdə sona qədər şikayət edəcəyik və öz müraciətlərimizi də imzalarımızla ölkə başçısına ünvanlayacağıq. Hazırda rayonun Ağçay, Çeşman, Züvüç, Zövnə, Osyodərə, Arta, Zenonu, Şivlə, Biləvər, Geskön, Gendov, Bülüdül və Xanagah kəndlərinin sakinləri imza toplayıb ölkə başçısına müraciət ünvanlamağı düşünür”.
Mövzunu davam etdirəcəyik.
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Zahid Səfərov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Bu gün, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Bu gün, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Bu gün, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Bu gün, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Bu gün, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Bu gün, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Bu gün, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Bu gün, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Bu gün, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Bu gün, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Bu gün, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru