TÜRKİYƏNİN BAKIDAKI SƏFİRİNƏ SƏRT CAVAB
Tarix: 27-09-2011, 12:38 | Çap et
RƏSMİ BAKI HULUSİ KILIÇA NƏYİ İZAH EDİB?
DİA.AZ: - İsraillə münasibətlərində gərginliyin yaranmasının ardından qardaş Türkiyə Azərbaycandan haqlı bir ricada bulunaraq rəsmi Bakının Tel-Əvivə mümkün təzyiq rıçaqlarından yararlanmasını istədi. Doğrudur, bu məsələdə Azərbaycan hakimiyyəti açıq müstəvidə kifayət qədər səbirli və təmkinli görünməyə çalışdı. Amma əsas proseslər pərdəarxasında getdiyindən, olayla bağlı fikrini açıqlayan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun В«Türkiyənin Azərbaycandan bu kimi istəkləri tələb etməyə mənəvi haqqı varВ» şəklində olan açıqlamasını kimsə əsas mövqe kimi qəbul etmədi.
Çünki paralel olaraq Azərbaycan Milli Məclisinin sədri, yəni rəsmi subardinasiyaya görə, ölkənin üçüncü ən səlahiyyətlisi hesab olunan Oqtay Əsədov qardaş ölkəyə göndərildi və Ankarada mühüm görüşlər, danışıqlar təşkil olundu. Doğrudur, bu görüşlərin əsas hissəsi bağlı qapılar arxasında cərəyan etdiyindən Azərbaycanın qardaş Türkiyənin istəyinə rəsmən hansı formada əməl etməsi barədə hər kəs məlumatsız qaldı.
Elə buna görə də prosesləri dəyərləndirən ekspertlər məsələni bu şəkildə izah etdilər: В«Azərbaycan tərəfi Türkiyəni başa salmağa çalışdı ki, rəsmi Bakı Ərdoğan iqtidarı qədərində İsrailin üzərinə yerimə iqtidarında deyil. Və yaxud hazırki məqamda bu şəkildə yürümə hər iki ölkənin ümumi maraqlarının təhdid altına alınması olar. Və yaxud da Azərbaycan İsrail-Türkiyə dilemması qarşısında qalmaq qədərində zor bir durumda qalmasını istəmir. Yəni bu üç versiyadan biri rəsmi Ankaranın qulağına pıçıldanıbВ».
Lakin В«DünyaВ» İnformasiya Agentliyinə (diaaz.space) diplomatik mənbələrdən daxil olan informasiyalardan məsələnin təfərrüatına varıla bilməmiz üçün kifayət qədər ciddi qənaətlər formalaşdıra bilərik. Belə ki, redaksiyamıza ötürülən xəbərdə vurğulanır ki, bazar ertəsi Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub.
Əslində burada qeyri-adi hadisə yoxdur. Çünki rəsmi Ankaranın məlum istəyi məhz Türkiyənin Azərbaycandakı səfirinin dili ilə ifadə olunmuşdu. Və hətta bu istəyi Türkiyə dövlətinin rəsmi tələbi kimi də təqdim etmək olardı. Elə buna görə də Hulusi Kılıçın Azərbaycanın xarici siyasət idarəsinə dəvət edilməsi bir normal proselur hesab olunur.
Məlumatlı mənbənin söylədiklərində vurğulanır ki, Hulusi Kılıça Azərbaycan XİN-də Azərbaycan dövlətinin Türkiyənin tələbinə izahatı rəsmən təqdim edilib: В«Bazar ertəsi Hulusi Kılıçın diqqətinə çatdırılan rəsmi izahatda vurğulanır ki, Azərbaycan üçün İsrail-Türkiyə seçimi qarşısında qalmaq arzuolunan deyil. Amma buna rəğmən Azərbaycan dövləti bildirir ki, onun İsraillə əlaqələri Türkiyənin İsraillə dünənə qədər olani əlaqələri ilə müqayisədə kifayət qədər aşağı səviyyəli hesab oluna bilər. Bundan əlavə, Azərbaycan Türkiyədən fərqli olaraq İsraildə böyükelçiliyə nə dünən malik olmayıb, nə də bu gün malik deyilВ».
Diplomatik qaynaqlardan çatan xəbərdə o da vurğulanır ki, Türkiyə səfirinə verilən izahatda В«Azərbaycan tərəfi açıq şəkildə Fələstinə yardım göstərir, Fələstinlə diplomatik, ictimai-siyasi, iqtisadi əlaqələr qurur və Fələstin dövlətinə açıq dəstəkdə bulunurВ» - kimi ifadələr də yer alıb: В«Belə olan şəraitdə Türkiyənin Azərbaycandan В«İsraillə əlaqələrinə yenidən baxВ» çağırışı bilinmədən buraxılan qardaş yanlışı kimi qəbul edilə bilərВ».
Bildirək ki, Türkiyə ilə yanaşı, Azərbaycanın da İsraillə hərbi istiqamətdə ciddi əlaqələri var. Hətta kəşfiyyat məsələlərində də iki ölkənin münasibətlərinin ali səviyyədə olduğu söylənilir. İsrail Azərbaycanın növbəti Qarabağ savaşı yolunda silahlandırmada yardımçı olursa, Azərbaycan da İran məsələsində İsrailə dəstək olur. Elə bu günlərdə Qarabağ səması üzərində ermənilər tərəfindən vurulmuş pilotsuz təyyarənin İsrailə məxsus olması barədə məlumatlar yayıldı. Və erməni mətbuatı iddia etdi ki, həmin pilotsuz təyyarə İsrailə məxsus idi və İranla bağlı kəşfiyyat işləri həyata keçirirmiş.
Yəni bu gün Azərbaycanla İsrailin münasibətləri sırf olaraq ölkəmizin milli dövlətçilik maraqları çərçivəsindədir. Bu məsələnin də Türkiyənin Azərbaycandakı səfirinin diqqətinə çatdırıldığı bildirilib və qeyd olunub ki, Azərbaycanın Tel-Əvivə olan münasibəti, Tel-Əvivlə olan əlaqələri nəinki Türkiyənin, hətta ümumi regionun maraqları ilə ziddiyyət təşkil etməməkdədir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bankların keşbek faizləri niyə azalır? - AKTUAL
Bu gün, 09:05 |
|
|
|
• Emin Əmrullayevin nazirliyi artıq məhkəmələri də saymır... - MALƏSƏF...
Bu gün, 09:02 |
|
|
|
• Hippokrat andına və insanlığa tüpürüb 2-ci qrup əlili ÖLÜMƏ TƏRK ETDİLƏR... - AXI NİYƏ?
Bu gün, 08:58 |
|
|
|
• `İrşad Telekom`un dələduzluğu İFŞA OLUNDU - BU DA FAKT!
Bu gün, 08:50 |
|
|
|
• SSRİ-nin son nişanəsi olan MDB... - Orda niyə varıq ki?..
Bu gün, 08:29 |
|
|
|
• Putin Zelenskini Moskvaya təslim olmaq üçün yox, danışıqlar üçün dəvət edib - Kremlin sözçüsü
Bu gün, 08:27 |
|
|
|
• Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya verilməlidir - Peskov
Bu gün, 07:16 |
|
|
|
• Rusiyanın növbəti həyasızlıqları - İNDİ DƏ...
Bu gün, 07:02 |
|
|
|
• Ədliyyə Nazirliyinin idarə rəisi Suriyaya səfir göndərilir? - İDDİA
Bu gün, 07:00 |
|
|
|
• Avropa İttifaqı Rusiyaya görə SOCAR-ın Türkiyədəki zavoduna sanksiya tətbiq edib - “OC Media”
Bu gün, 06:59 |
|
|
|
• Xaçmaz gömrüyündə QOÇU PEYDA OLUB - BU NƏDİ BELƏ?
Bu gün, 06:55 |
|
|
|
• Başçı Binəqədinin başını buraxıb deyəsən... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:51 |
|
|
|
• Cənab nazir, fermerlər DAD DEYİR - təcili müdaxilə olmazsa...
Bu gün, 06:47 |
|
|
|
• TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - yoxsa elə ŞƏRİKDİR...
Bu gün, 06:42 |
|
|
|
• "Jurnalistlər Binası"nda xidmət haqqını ödəməkdən yayınanların adları elan olunacaq - Deputat və jurnalistlər...
Bu gün, 06:36 |
|
|
|
• Rusiya -Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir - ÇÜNKİ...
Bu gün, 06:34 |
|
|
|
• “Qərbi Azərbaycan”: onlar qayıtmaq, yoxsa qaytarmaq istəyirlər? - AKTUAL
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan Rusiyanın maraqlarının ifadəçisi rolunda çıxış etmək niyyətində deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması labüddür -ABŞ prosesə gecikməməlidir
Bu gün, 06:25 |
|
|
|
• Rusiya Federal Vergi Xidməti Hüseyn Həsənovla bağlı qərar verdi
Bu gün, 06:22 |
|
|
|
• Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, 3 nəfər ölüb - FOTO
Bu gün, 06:19 |
|
|
|
• Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan Rusiyanın şərtini qəbul etməyib - İNCƏLƏMƏ
Dünən, 18:02 |
|
|
|
• Tülin Ələkbərova restoranda qadını niyə döyüb? - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA
Dünən, 17:47 |
|
|
|
• Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar - ŞƏRH
Dünən, 17:45 |
|
|
|
• "Oleq Bakinski" məhkəmədən bəraət tələb edir
Dünən, 17:28 |
|
|
|
• Zatulini qorxudan Zəngəzur və Turan: - Rus deputat niyə bu qədər qəzəblidir?
Dünən, 17:24 |
|
|
|
• Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? - AKTUAL
Dünən, 17:21 |
|
|
|
• AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib - FOTO
Dünən, 17:19 |
|
|
|
• Ermənistanın Belarus əngəli: - Lukaşenko Paşinyanın təşəbbüs göstərməsini gözləyir
Dünən, 17:08 |
|
|
|
• Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı - ƏMR
Dünən, 17:04 |
|
|
|
• Putin gözləyir ki, ilk addımı Əliyev atsın... - AMMA...
Dünən, 17:02 |
|
|
|
• Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR - NƏ BAŞ VERİR?
Dünən, 16:59 |
|
|
|
• Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ - SİYAHI
Dünən, 16:47 |
|
|
|
• Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• “Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... LƏĞV OLUNUR!
Dünən, 16:44 |
|
|
|
• Hüseyn Həsənovun evinə BASQIN - VİDEO
Dünən, 16:39 |
|
|
|
• Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA - “Həbsdən çıxdıqdan sonra daha ağır cinayətləri törədəcək”
Dünən, 16:34 |
|
|
|
• Hüseyn Hüseynov görəvdən alındı - SƏRƏNCAM
Dünən, 16:31 |
|
|
|
• “Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” - deputat
Dünən, 13:08 |
|
|
|
• AZCON-da yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 13:05 |
|
|
|
• “Silk Way West Airlines” yeni şirkət təsis edib
Dünən, 12:57 |
|
|
|
• “Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” - FAKT BUDUR!
Dünən, 12:53 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:50 |
|
|
|
• “Space”ə keçən APARICI: - “Heç kimi bezdirməyəcəyəm”
Dünən, 12:47 |
|
|
|
• Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ – Pul üçün nələr etdilər?
Dünən, 12:39 |
|
|
|
• Putin müharibəni bitirmir: - Əsgərlər isə evə qayıtmağı gözləyir
Dünən, 12:34 |
|
|
|
• Moskva körpüləri yandırmaq istəmir: - Putin o sözlərlə nəyi demək istədi?
Dünən, 12:31 |
|
|
|
• “İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” – Qazax sakini baş prokurora müraciət etdi
Dünən, 12:27 |
|
|
|
|