Əsas Səhifə > Siyasət, Manşet > TÜRKİYƏNİN BAKIDAKI SƏFİRİNƏ SƏRT CAVAB
TÜRKİYƏNİN BAKIDAKI SƏFİRİNƏ SƏRT CAVAB27-09-2011, 12:38 |
RƏSMİ BAKI HULUSİ KILIÇA NƏYİ İZAH EDİB? DİA.AZ: - İsraillə münasibətlərində gərginliyin yaranmasının ardından qardaş Türkiyə Azərbaycandan haqlı bir ricada bulunaraq rəsmi Bakının Tel-Əvivə mümkün təzyiq rıçaqlarından yararlanmasını istədi. Doğrudur, bu məsələdə Azərbaycan hakimiyyəti açıq müstəvidə kifayət qədər səbirli və təmkinli görünməyə çalışdı. Amma əsas proseslər pərdəarxasında getdiyindən, olayla bağlı fikrini açıqlayan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun «Türkiyənin Azərbaycandan bu kimi istəkləri tələb etməyə mənəvi haqqı var» şəklində olan açıqlamasını kimsə əsas mövqe kimi qəbul etmədi. Çünki paralel olaraq Azərbaycan Milli Məclisinin sədri, yəni rəsmi subardinasiyaya görə, ölkənin üçüncü ən səlahiyyətlisi hesab olunan Oqtay Əsədov qardaş ölkəyə göndərildi və Ankarada mühüm görüşlər, danışıqlar təşkil olundu. Doğrudur, bu görüşlərin əsas hissəsi bağlı qapılar arxasında cərəyan etdiyindən Azərbaycanın qardaş Türkiyənin istəyinə rəsmən hansı formada əməl etməsi barədə hər kəs məlumatsız qaldı. Elə buna görə də prosesləri dəyərləndirən ekspertlər məsələni bu şəkildə izah etdilər: «Azərbaycan tərəfi Türkiyəni başa salmağa çalışdı ki, rəsmi Bakı Ərdoğan iqtidarı qədərində İsrailin üzərinə yerimə iqtidarında deyil. Və yaxud hazırki məqamda bu şəkildə yürümə hər iki ölkənin ümumi maraqlarının təhdid altına alınması olar. Və yaxud da Azərbaycan İsrail-Türkiyə dilemması qarşısında qalmaq qədərində zor bir durumda qalmasını istəmir. Yəni bu üç versiyadan biri rəsmi Ankaranın qulağına pıçıldanıb». Lakin «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) diplomatik mənbələrdən daxil olan informasiyalardan məsələnin təfərrüatına varıla bilməmiz üçün kifayət qədər ciddi qənaətlər formalaşdıra bilərik. Belə ki, redaksiyamıza ötürülən xəbərdə vurğulanır ki, bazar ertəsi Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub. Əslində burada qeyri-adi hadisə yoxdur. Çünki rəsmi Ankaranın məlum istəyi məhz Türkiyənin Azərbaycandakı səfirinin dili ilə ifadə olunmuşdu. Və hətta bu istəyi Türkiyə dövlətinin rəsmi tələbi kimi də təqdim etmək olardı. Elə buna görə də Hulusi Kılıçın Azərbaycanın xarici siyasət idarəsinə dəvət edilməsi bir normal proselur hesab olunur. Məlumatlı mənbənin söylədiklərində vurğulanır ki, Hulusi Kılıça Azərbaycan XİN-də Azərbaycan dövlətinin Türkiyənin tələbinə izahatı rəsmən təqdim edilib: «Bazar ertəsi Hulusi Kılıçın diqqətinə çatdırılan rəsmi izahatda vurğulanır ki, Azərbaycan üçün İsrail-Türkiyə seçimi qarşısında qalmaq arzuolunan deyil. Amma buna rəğmən Azərbaycan dövləti bildirir ki, onun İsraillə əlaqələri Türkiyənin İsraillə dünənə qədər olani əlaqələri ilə müqayisədə kifayət qədər aşağı səviyyəli hesab oluna bilər. Bundan əlavə, Azərbaycan Türkiyədən fərqli olaraq İsraildə böyükelçiliyə nə dünən malik olmayıb, nə də bu gün malik deyil». Diplomatik qaynaqlardan çatan xəbərdə o da vurğulanır ki, Türkiyə səfirinə verilən izahatda «Azərbaycan tərəfi açıq şəkildə Fələstinə yardım göstərir, Fələstinlə diplomatik, ictimai-siyasi, iqtisadi əlaqələr qurur və Fələstin dövlətinə açıq dəstəkdə bulunur» - kimi ifadələr də yer alıb: «Belə olan şəraitdə Türkiyənin Azərbaycandan «İsraillə əlaqələrinə yenidən bax» çağırışı bilinmədən buraxılan qardaş yanlışı kimi qəbul edilə bilər». Bildirək ki, Türkiyə ilə yanaşı, Azərbaycanın da İsraillə hərbi istiqamətdə ciddi əlaqələri var. Hətta kəşfiyyat məsələlərində də iki ölkənin münasibətlərinin ali səviyyədə olduğu söylənilir. İsrail Azərbaycanın növbəti Qarabağ savaşı yolunda silahlandırmada yardımçı olursa, Azərbaycan da İran məsələsində İsrailə dəstək olur. Elə bu günlərdə Qarabağ səması üzərində ermənilər tərəfindən vurulmuş pilotsuz təyyarənin İsrailə məxsus olması barədə məlumatlar yayıldı. Və erməni mətbuatı iddia etdi ki, həmin pilotsuz təyyarə İsrailə məxsus idi və İranla bağlı kəşfiyyat işləri həyata keçirirmiş. Yəni bu gün Azərbaycanla İsrailin münasibətləri sırf olaraq ölkəmizin milli dövlətçilik maraqları çərçivəsindədir. Bu məsələnin də Türkiyənin Azərbaycandakı səfirinin diqqətinə çatdırıldığı bildirilib və qeyd olunub ki, Azərbaycanın Tel-Əvivə olan münasibəti, Tel-Əvivlə olan əlaqələri nəinki Türkiyənin, hətta ümumi regionun maraqları ilə ziddiyyət təşkil etməməkdədir. Geri qayıt |