QORUĞU ŞƏXSİ OYLAĞINA ÇEVİRƏN İCRA BAŞÇISI
Tarix: 5-07-2013, 09:46 | Çap et
 XIZI SAKİNLƏRİ XƏZƏR ASLANOVDAN NARAZILIQ EDİR: ONUN GEDİŞİ İSTƏNİLİR
DİA.AZ: - Xızı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xəzər Aslanovla bağlı redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-a giley-güzar edən rayon sakinləri deyirlər ki, Xəzər Aslanov icra başçısı postuna təyin ediləndə Xızı camaatını bir araya yığaraq söhbət aparıb:
"Bizimlə söhbətində dedi ki, köhnə icra hakimi Vaqif Abdullayevin dövründə mövcud olan problemlərin hamısı həllini tapacaq. İcra başçısı vəd vermişdi ki, bundan sonra heç bir idarənin müdiri vətəndaşları incitməyəcək, onları get-gələ salmayacaqlar. Bu çıxışlarından sonra ona rəğbətimiz artdı, verdiyi vədlərə inandıq.
2012-ci ilin iyun ayından sonra inamımız sarsıldı. Belə ki, rayon rəhbəri iki ay özünü işgörən kimi göstərdikdən sonra qanunlara qarşı sayğısızlıq etməyə başladı. Yəni sadə dillə desək, köhnə başçının yolunu getməyə başladı. Biz elə bilirdik ki, köhnə başçıdan betəri yoxdur. Sən demə, bu ondan da yaman imiş. Sabiq başçının ölənlərinə rəhmət oxuyuruq”.
Xızı sakinləri DİA.AZ-a bildirirlər ki, rayonda ən böyük problemlər kommunal xidmət sahələri ilə bağlıdır: “Qaz, su və işığın verilməsində uzun fasilələr yaranır. Xızının içməli su ilə təminatı istənilən səviyyədə deyil. Bu qədər problemin əvəzində başçı heç nə etmir. Yollarımız bərbad vəziyyətdədir, təcili tibbi yardım maşınları və avtobuslar buna görə kəndlərə getmirlər".
Başçıdan gileylənən insanların qeydlərinə əsasən, rahat iş şəraiti olmadığına görə sahibkarların bir hissəsi Bakıya pənah gətirmək məcburiyyətində qalıblar: "İcra başçısı azad sahibkarlığın inkişafını əngəlləyir. Baxmayaraq ki, ölkə başçısı bütün məmurlara sahibkarlara qarşı təzyiq göstərməyi qadağan edib. Bu məmur prezidentin göstərişlərinə hörmətsizlik nümayiş etdirir. Hər tərəfdən sıxışdırılan sahibkarlar rayonu tərk edirlər. İcra başçısı şəxsi biznesini genişləndirmək, başqalarının şəxsi əmlakını ələ keçirmək istiqamətində addımlar atır.

Altıağac qoruğu məhv olmaq təhlükəsi ilə üz-üzədir. Hələ bir neçə ay əvvəl Milli Məclisin deputatı Zeynəb Xanlarova bildirmişdi ki, Altıağac Milli Parkında boş yer qalmayıb, torpaqlar məmurlar tərəfindən zəbt edilib, orada villalar, saraylar ucaldılıb, yerli camaat isə qara gündə yaşayır. Qoruğun ərazisinə tabe olan torpaqların satılması bilavasitə icra başçısının razılığı ilə gerçəkləşir. Onun rəsmi icazəsi olmasa, heç kim burdan torpaq ala bilməz. Altıağacda torpağın bir sotu 20-30 min manatdır. Rayon rəhbəri hektarlarla sahəni satıb. Qoruğun yaxınlığında yerləşən istirahət mərkəzlərinin bir neçəsi icra başçısınındır. Camaatın dolanışığı pis gündədir, amma o, kef çəkir. Biz bunu qəbul edə bilmərik. Sizin vasitənizlə ölkə başçısından xahiş edirik ki, cənnəti xatırladan Xızını böyrüüstə qoyan Xəzər Aslanovu vəzifədən uzaqlaşdırsın. Bəlkə, o gedəndən sonra rayonumuz yenidən dirçələr".
Qeyd edək ki, adıçəkilən məmur 1970-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlayıb, 1988-ci il tarixə kimi həmin müəssisədə çalışıb. 1994-cü ildən 2002-ci ilədək Daxili İşlər Nazirliyində əməliyyatçı, 2006-cı ildə Xanlar rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. Prezidentin 10 aprel 2012-ci il tarixli, 2138 saylı sərəncamı ilə Xızıya başçı təyin edilib.
Qarşı tərəf münasibət bildirmək istəsə, işıqlandırmağa hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Bu gün, 19:55 |
|
|
|
• Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Bu gün, 19:42 |
|
|
|
• Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
• Simonyan arvadından boşandı
Bu gün, 13:58 |
|
|
|
• ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Bu gün, 13:56 |
|
|
|
• Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00 |
|
|
|
• Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59 |
|
|
|
• Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54 |
|
|
|
• UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50 |
|
|
|
• CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39 |
|
|
|
• Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30 |
|
|
|
• Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23 |
|
|
|
• Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19 |
|
|
|
• Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14 |
|
|
|
• Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11 |
|
|
|
• Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06 |
|
|
|
• “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03 |
|
|
|
• Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58 |
|
|
|
• Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56 |
|
|
|
• ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51 |
|
|
|
• İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43 |
|
|
|
• Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40 |
|
|
|
• Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22 |
|
|
|
• Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17 |
|
|
|
• Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11 |
|
|
|
• Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08 |
|
|
|
• “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00 |
|
|
|
• Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53 |
|
|
|
• Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50 |
|
|
|
• “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45 |
|
|
|
• Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42 |
|
|
|
• Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40 |
|
|
|
• Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38 |
|
|
|
• Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35 |
|
|
|
• İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18 |
|
|
|
• “Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03 |
|
|
|
• “Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58 |
|
|
|
• Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50 |
|
|
|
• Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44 |
|
|
|
• 434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39 |
|
|
|
• 6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32 |
|
|
|
|