Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? .....                     Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı .....                     Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı .....                     Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? .....                     Ermənistanın yeni münaqişə planı .....                     "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" .....                     Ermənistan Fransa silahını rus pulu ilə alır .....                     «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» .....                     Sərbəst auditor Novruz Pənahov vəfat edib .....                     Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi .....                     "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." .....                     "Bank Respublika" mənfəətini bölüşdürəcək .....                     İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... .....                     XİN-nin sabiq müavini də həbsin bir addımlığında .....                     İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? .....                     Zəngəzur üçün tarixi şəraitin yetişməsi... .....                     Ünvanlı sosial yardım üçün müraciət etsə də... .....                     4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? .....                     Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT .....                     Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? .....                     Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... .....                     Çıxış yolu çıxılmazlıqda tapılır .....                     Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? .....                     İlham Əliyev ona işarə etdi ki... .....                     Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? .....                     “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? .....                     BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... .....                     Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? .....                     23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                 

ARDNŞ-İN SULUTƏPƏ İŞĞALI
Tarix: 20-12-2011, 13:10 | Çap et
ARDNŞ-İN SULUTƏPƏ İŞĞALI

ŞİRKƏT HƏLƏ DƏ DEDİYİNİN ÜSTÜNDƏ DURUR

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan sakinlərin evlərinin sökülməsi ilə bağlı mətbuatda bir neçə gündür informasiyalar verilir. APA-nın əməkdaşı qəsəbədə olaraq məsələni araşdırıb.

Məlum olub ki, sakinlərdən əksəriyyətinin bələdiyyədən sənədi olsa da, bir qisminin ümumiyyətlə heç bir sənədi yoxdur. Amma sənədləri olan da, olmayan da ev yeri üçün torpağı pulla aldığını bildirir. Torpağı sənədsiz alanlar ev tikməyə “icazə” üçün bir otaqdan ötrü 2 min manat, daha geniş mənzil üçün 6 min manat tələb olunduğunu deyiblər. Bu pulu ödəyib torpağı sənədsiz alan şəxs evi 10 gün müddətində tikərək yaşamağa başlamalıdır. Əks halda, qiymət bahalaşır. “Amma pulu alan adamlar işini dəyişəndən sonra bizim qara günlərimiz başlayır. Təzə mühafizəçi gəlib deyir ki, bizim də haqqımızı ver. Pul verməyəndə “mədən ərazisidir” deyib evi sökürlər”, - deyə sakinlər bildirirlər.

Ərazidə evi sökülən şəxslərdən biri Jalə Mirzəyevadır. O, evdə üç övladı ilə birgə yaşayırmış. J. Mirzəyevanın qayınatası Kibrə kişi 2 sot torpağı ARDNŞ-in adını çəkmək istəmədiyi əməkdaşından 3 min manata aldığını iddia edir: “İki ay idi, tikmişdik, gəlinim üç nəvəmlə burada yaşayırdı. Dekabrın 17-də ARDNŞ-in mühafizəçiləri gəlib sökdülər”.

J. Mirzəyevanın atası, Qarabağ müharibəsi əlili Sədaqət Şirinov da eyni iddiaları söyləyir: “Gəlib evi sökdülər. Əgər bu ərazidə ev tikmək qanunsuzdursa, niyə bu qədər insan ev tikib? Axı burada dövlətin özü tərəfindən məktəb, bağça, digər rəsmi qurumlar üçün bina tikib. Deməli, burada qanuni yaşayış var ki, məktəb də tikilib”.

Evi sökülmüş sakinlərdən biri də Amil Ayibovdur. “İki ay əvvəl tikdiyim evi gəlib sökdülər. Torpağı qayınatam vermişdi mənə. Onun kimdən aldığını bilmirəm. Amma dəqiq bildiyim odur ki, evi heç bir məhkəmə qərarı olmadan sökdülər”, - deyə, A. Ayibov bildirib.

Ərazidə yaşayan, bir neçə gün əvvəl evinin bir hissəsi sökülmüş Nəsibə Səfiyeva APA-nın müxbiri ilə söhbətində ev tikdikləri torpağı bələdiyyələrdən aldıqlarını deyib: “Ev həyat yoldaşım Firdovsi Səfiyevin adınadır. Torpağı 2001-ci ildə Xocasən bələdiyyəsindən almışıq, sənədləri də var. Evi isə 2003-cü ildə tikmişik”.

N. Səfiyeva APA-nın əməkdaşına “Mülkiyyətçi MMC” tərəfindən onlara məxsus evin qiymətləndirmə sənədlərini də göstərib. Sənədlərlə evin qiymətinin 30 400 manat olduğu qeyd olunub. Bundan başqa, N. Səfiyeva əmlakın sığorta sənədini də təqdim edib.

Sökülmüş evlərdən bəzilərinin yaxınlığında buruq var. Sakinlərin iddialarına görə, həmin buruqlar evlər tikildikdən sonra qurulub. Buruqların ətrafındakı evlərdən bir qismi sökülüb, bir qismində isə yaşayış var. Evləri sökülən şəxslərdən bir qismi dərhal həmin yerdə yeni ev tikir, yaxud sökülmüş tikilini bərpa edir. APA-nın əməkdaşının apardığı ən maraqlı müşahidə isə o olub ki, söküntü işləri bir-birindən xeyli aralı ərazilərdə aparılır. Sökülən evlər bir-birindən xeyli – yüz metrlərlə, kilometrlərlə aralıdır.

Mövzu ilə bağlı Xocasən bələdiyyəsi sədrinin müavini Rüstəm İsmayılov APA-ya açıqlamasında təmsilçisi olduğu bələdiyyənin “Bələdiyyə” MMC və “Mülkiyyətçi” MMC ilə əməkdaşlıq etdiyini deyib. Həmin MMC-lər ərazidəki vətəndaşların mülkiyyətlərini qiymətləndirir: “Vətəndaşın az xərci hesabına onların əmlaklarını qiymətləndirir, dəyərini müəyyənləşdirirlər. Bu, həm bələdiyyəyə, həm də vətəndaşa lazımdır. Bizə lazımdır ondan ötrü ki, vergi düzgün hesablansın. Qiymətləndirmə sənədində bələdiyyə sədrinin imzası olur, bələdiyyənin möhürü vurulub təsdiqlənir ki, həmin əmlak Xocasən bələdiyyəsinin inzibati ərazisindədir. Onu da deyim ki, müvafiq MMC-lərin verdiyi sənəd texniki xarakter daşıyır. Yəni hüquqi sənəd deyil”.

R. İsmayılov ərazidə xeyli insana bələdiyyə tərəfindən torpaq sənədinin verildiyini desə də, bələdiyyənin qərarlarından bir neçəsinin məhkəmə tərəfindən ləğv olunduğunu etiraf edib: “Hazırda bələdiyyənin verdiyi qərarların ləğv olunması ilə bağlı məhkəmədə iddialar olsa da, onların sayını dəqiq bilmirəm”. Sədr müavininin sözlərinə görə, məhkəmə bələdiyyənin qərarını ləğv edibsə, vətəndaş evindən çıxarılır, əmlakı sökülür. Bu zaman vətəndaşa heç bir maddi kompensasiya verilmir.

R. İsmayılov bunu məhkəmə qərarında vətəndaşa hansısa haqq ödənilməsinin göstərilməməsi ilə izah edir. Bələdiyyə sədrinin müavini onu da etiraf etdi ki, hətta məhkəmə qərarında vətəndaşın bələdiyyəyə ödədiyi məbləğin geri qaytarılması barədə nəsə göstərilsə belə, evi sökülən şəxsə cüzi miqdarda pul vəsaiti veriləcək. Məsələn, 2 sot torpağı olana 400-500 manat. Çünki sənəd üzərində vətəndaşın məhz bu qədər vəsait ödədiyi göstərilib. Reallıqda nə qədər ödəniş olunduğunu isə heç kim etiraf etmir. Xatırladaq ki, Xocasən bələdiyyəsinin əvvəlki sədri Zəfər Məsimov həbs olunub. Hətta ondan sonrakı bələdiyyə sədri Ədalət Seyidovun da həbs olunduğu, lakin sonradan azad olunduğu barədə mətbuatda məlumatlar yer alıb.

Hüquqşünas Aslan İsmayılov isə APA-ya açıqlamasında məsələni belə şərh edib: “Birincisi, heç kim məhkəmə qərarı olmadan icazəli, yaxud icazəsiz tikilini sökə bilməz. İcazəli, yaxud icazəsiz tikili yalnız məhkəmə qərarı ilə sökülə bilər. İkincisi, əgər məhkəmə qərarı olsa belə, qərarı yalnız məhkəmə icraçıları – Ədliyyə Nazirliyinin müvafiq qurumunun əməkdaşları icra edə bilər. Digər qurumların belə bir işə müdaxiləsini qanun istisna edir”.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya açıqlamasında deyib ki, mədən ərazisinə bələdiyyə sənədi verilə bilməz: “Bu, mümkün deyil. Əgər belə bir sənəd varsa da, bu, yalançı bir sənəddir”.

N. Quliyev Sulutəpə sakinlərinin ARDNŞ-in ünvanına işlətdiyi ittihamları qəti şəkildə rədd edib. O, sakinləri mədən ərazilərini qanunsuz olaraq zəbt etməkdə günahlandırıb. ARDNŞ-in təhlükəsizlik xidməti əməkdaşlarının sakinlərdən pul almaları barədə deyilənlərə gəlincə, N. Quliyev bununla bağlı şikayəti olanlara məhkəməyə üz tutmağı məsləhət görür: “Belə məsələləri məhkəmə ilə həll etmək lazımdır. Kimə pul veriblər, həmin adamı məhkəməyə versinlər”.

N. Quliyev son günlər məhkəmə qərarı olmadan bir neçə evin sökülməsinə də münasibət açıqlayıb: “Bunlar tikili yox, yarımçıq tikililərdir. Yeni tikililərin qarşısı qətiyyətlə alınır. Bu da həmin işin tərkib hissəsidir. Amma yaşayış olan evlərlə bağlı məhkəməyə müraciət olunur, yalnız iddia təmin edildikdən sonra ev sökülür”.

ARDNŞ rəsmisi Sulutəpədə evlər tikilmiş ərazilərin Azərbaycan hökuməti tərəfindən neft-qaz əməliyyatı aparmaqdan ötrü ARDNŞ-in sərəncamına verildiyini bildirib: “Eyni zamanda, Azərbaycan hökuməti “Binəqədi-Oil” Əməliyyat Şirkəti ilə müqavilə bağlayıb, həmin ərazini müəyyən müddətə icarəyə verib. Bu, o demək deyil ki, əgər “Binəqədi-Oil”ə icarəyə verilibsə, məsələnin Azərbaycan hökumətinə, yaxud ARDNŞ-ə aidiyyəti yoxdur”.

Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı hazırlanmış qanun layihəsindən xəbərsiz olduğunu deyən N. Quliyev belə bir qanun qəbul olunarsa, ona əməl ediləcəyini bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00
Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53
Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48
Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42
Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27
"Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25
Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23
«“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18
Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12
Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09
"Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08
"Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01
İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57
XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45
İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39
Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37
Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28
Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26
Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21
Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06
Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03
İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01
Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04
“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32
BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26
Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru