Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib .....                     OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? .....                     Dövlət Turizm Agentliyindən bir gündə iki tender: .....                     Saakaşvilidən Azərbaycan açıqlaması: .....                     Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? .....                     Balakənin küçələrini təmir edəcək .....                     “Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır .....                     Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir .....                     Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı .....                     Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün .....                     Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu .....                     Rüşvətxor polis zabitləri .....                     Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB .....                     Vardanyandan Azərbaycana barışıq təklifi .....                     AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb .....                     Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında .....                     "Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş" .....                     Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi .....                     Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb .....                     “Rusiya bu durumu bizimlə yox, .....                     Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır .....                     Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? .....                     Şimal-şərq küləyi əsəcək .....                     “Sobsan” şirkəti ölkədən pul çıxarıb? .....                     Fəzail Ağamalı sədr postunu qızına təhvil verir .....                     Trampın yarpızı və İran yuvası .....                     Trampdan Putinə təcili Qafqaz mesajı .....                     Petrosyandan Zəngəzur açıqlaması: .....                     Klassik sülh müqaviləsi mümkün deyil .....                     Rusiya ilə hava atəşkəsini müzakirə etməyə hazırıq .....                     “Sea Breeze” MMC-nin vergi borcu var .....                     Əməyin mühafizəsi qayda tədbirlərinin maliyyələşdirilməsi... .....                     Zamin hansı halda ödənişi etməyə bilər? .....                     “1 saata ölməsən, yenə vuracam” .....                     Kollecdə qalmaqal .....                     Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? .....                     Zaur Mikayılov 10 ayda “T.T.Ş.-İnşaat” MMC-yə 127 milyon manatlıq tender verdi .....                     Ermənistan konstitusiyasını dəyişəcək .....                     Aytən Səfərovanın qəzasında ölən gəncin qardaşı nələr yazdı? .....                 

MUSA-TƏRANƏ DASTANINDA "HƏPPİ END"
Tarix: 19-04-2013, 08:35 | Çap et
MUSA-TƏRANƏ DASTANINDA "HƏPPİ END"
YER ÜZÜNDƏ BELƏLƏRİ DƏ VAR İMİŞ...

Musa-Təranə qalmaqalında gərginlik təzəcə sovuşmuşdu ki, yeni faktlar üzə çıxdı. Daha doğrusu, əvvəlki faktların bəziləri təsdiqini tapdı, digərlərinin isə həqiqətə uyğun olmadığı məlum oldu. Əvvəlcə ondan başlayaq ki, 17 aprel günortadan sonra cütlüyün barışdığı barədə xəbər yayıldı. Xəbərdə Təranə Qumral həm öz adından, həm də həyat yoldaşının adından barışdıqlarını bildirirdi. Buna baxmayaraq, nə o, nə də Musa Musayev 2 gün idi telefon zənglərimizə cavab vermirdi. Nəhayət, bu gün səhər saatlarında Musa gözlənilmədən bizimlə əlaqə saxladı. Əvvəlcə baş redaktor Natiq Qocamanın, sonra isə Şəlalə Nərimanın mobil telefonuna zəng vuraraq məsələyə aydınlıq gətirmək istədiyini bildirdi.

O, Təranə ilə barışdığını etiraf etsə də, bu addımı sırf körpələrinə görə atdıqlarını, bununla belə, ər-arvad kimi yaşamadıqlarını dedi: “O məsələdən sonra mən Təranənin yanında qalmamışam, yalan söhbətdir. Həmin gündən bağ evinə köçmüşəm. Amma körpəmizə görə qərara gəldik ki, barışaq və bir dost kimi qalaq. Onunla da, qızımla da telefonla danışıram. Təranə ilə ər-arvad kimi yaşamırıq, bir dost kimi qalırıq. Amma çoxlarının acığına onun yanına qayıda da bilərəm, bu haqda hələ fikirləşirəm”. Daha sonra Musa Musayev qalmaqala səbəb olan hadisəni xatırladaraq ilk günlər dediklərini təkzib etdi: “Mən Təranəni heç bir kişi ilə yataqda-zadda tutmamışam. Həmin gün əsəbi olduğum üçün sizə zəng vurub bu açıqlamanı vermişəm. Hamı bilir ki, mən onu dəli kimi sevirəm, qısqancam. Həmin gün maşınımı sürərkən evə zəng vurmuşdum. On dəqiqəyə yaxın telefon “məşğul” oldu. Hirsimi boğa bilmədim. Evə girən kimi aləmi bir-birinə qatdım. Təranəni söyə-söyə evi alt-üst elədim”. M.Musayev müxbirimizin “tüfəng məsələsi” ilə bağlı sualına da aydınlıq gətirdi: “Bəli, evdə qışqır-bağır saldım. Dedim, neçə dəqiqədir kiminlə danışırsan?! Sonra qışqırdım ki, bu dəqiqə hamınızı qıracağam! Tüfəngi götürüb Təranənin dalınca düşdüm. Hərəsi bir yerə qaçdı. Səhəri gün Təranənin qızı Fidan məni Nərimanov RPİ 17-ci polis bölməsinə verdi. Hələ də işim polisdədir, amma narahat deyiləm, hər şeyi yoluna qoyacağam”. Musa Musayev telefon danışığını bitirdikdən bir neçə dəqiqə sonra yenidən baş redaktora zəng vuraraq, nədənsə “tüfəng məsələsi”ni təkzib etdi: “Xahiş edirəm, tüfənglə, polislə bağlı məsələni məqalədə işıqlandırmayın. İstəmirəm ki, bu məlumat şişirdilsin. Ümumiyyətlə, belə bir şey olmayıb”. Hadisələri qabaqlayaraq bildirək ki, Nərimanov RPİ və 17-ci polis bölməsi ilə əlaqə saxladıq. Hər iki halda suallarımıza rəsmi cavab verməkdən imtina etdilər. Bununla belə, polis orqanlarında çalışan etibarlı mənbə 17-ci PB-nin icraatında belə bir şikayətin olduğunu etiraf etdi.

M.Musayev jurnalist Şəlalə Nərimanın cütlüyün zənglərinə cavab vermədiyini vurğulayaraq, bundan narahatlıq keçirdiyini də sözlərinə əlavə etdi: “Bilmirəm niyə, Şəlalə xanım nə mənim, nə də Təranə xanımın zənglərinə cavab vermir”.

Musa Musayevin sonadək səmimi olmadığı səsinin tonundan (səsini lentə almışıq - red) və təzadlı fikirlərindən bəlli olurdu. Əvvəla ona görə ki, xəyanətlə bağlı ittihamlar qəti şəkildə söylənildiyi kimi eyni qətiyyətlə inkar olunurdu. Əgər məqsəd ucuz reklam olsaydı, cütlük xəyanətlə deyil, başqa bir adla ayrıldığını elan edərdi. Axı xəyanət istənilən qadın üçün ən ağır, bağışlanmaz bir ittihamdır.

İkincisi, Musa Musayev qalmaqalın ilk günündə mal varlığı barədə redaksiyamıza məlumat verərkən heç bir bağ evinin olmadığını, sadəcə Təranə Qumralın adına Novxanıda 0.26 ha sahəyə malik olduğunu bildirmişdi. Təbii ki, müğənni ötən iki günü başqasına aid olan bir mülkdə, özü də açıq havada keçirə bilməzdi. Deməli, dünəndən bəri hökm sürən nisbi sakitlik, müğənnilərin telefon zənglərini cavabsız qoymaları onların birlikdə olduqlarından xəbər verirdi. Yeri gəlmişkən, etibarlı mənbənin oxumeni.az-a verdiyi məlumata görə, cütlük həqiqətən iki gün ərzində birlikdə olub və vəziyyətdən çıxmaq üçün birgə strategiya hazırlayıb. Bunu onların sonrakı açıqlamaları da sübut edir.

Və nəhayət, üçüncüsü, Musa Musayev baş redaktora ikinci zəngi zamanı ortalığa başqa bir versiyanı atmağa, fikirləri səhv məcraya yönəltməyə cəhd göstərdi. O, sözarası jurnalist Şəlalə Nərimanın bu məsələdə tərəf olduğunu sübut etməyə çalışsa da, haqlı narazılıqla qarşılaşdığından fikrində israr etmədi. İki gün ərzində cütlüyün “jurnalist özünü reklam” edir, “hadisələr şişirdilib” kimi əsassız dedi-qoduları onu deməyə əsas verir ki, Musa ilə Təranə yaratdıqları dalan vəziyyətdən nə olursa olsun çıxmağa çalışırlar, hətta bu ictimaiyyəti aldatmaq bahasına başa gəlsə belə.

Lakin istənilən halda, sonda həqiqət öz yerini tapmalı idi və tapdı da. “Oxu Məni” uzun illər gizli saxlanılan sirrin üstünü açdı və bu məsələdə son nöqtəni qoydu. Sadə dildə desək, Musa Musayev - Təranə Qumral ailəsində 17 ildən bəri hökm sürən gərgin vəziyyət cari ilin 15 aprel günü pik nöqtəsinə çatdı və Musa oxumeni.az vasitəsi ilə geniş ictimaiyyət qarşısında həyat yoldaşını xəyanətdə ittiham etdi. O, Təranə ilə həyat yollarını birdəfəlik ayırdığını, indən belə evinə qayıtmayacağını, hətta belə bir hal baş verərsə, arvad kimi ləçək bağlayacağına hazır olduğunu sözlərinə əlavə etdi. Onun bu cür kəskin açıqlaması, həmçinin hadisə zamanı silaha əl atmaq cəhdi və barəsində polis orqanlarına şikayət verilməsi faktı problemin ciddiliyindən xəbər verirdi. Bunu Musanın illərdir küsülü olduğu qohumlarının reaksiyalarından da bilmək olardı. Onlar cütlüyün ayrılmasını sevinc hissi ilə qarşıladıqlarını gizlətmir, bu addımın Musanı barışığa yaxınlaşdırdığını bəyan edirdilər. Təranə Qumral cəbhəsində də gərginlik səngimək bilmirdi. Onun Musanın ittihamlarına qarşı yönəltdiyi kontur-arqumentləri, o cümlədən Musanı qumarbaz, psixi problemli adlandırması, həmçinin ANSPress-ə müsahibəsi zamanı ərə gedə biləcəyinə ehtimal verməsi də əsəblərin tarıma çəkildiyini göstərirdi.

Lakin hadisənin səhəri günü gərginlik bir qədər səngidikdən sonra hər iki tərəf məxfi şəkildə barışığa gəldi. Qüvvələr balansı Təranənin xeyrinə dəyişdi. Belə ki, ilk gecəni evində keçirməyən Musa ertəsi gün evinə qayıdaraq cəmiyyətdən təcrid olunmağa üstünlük verdi. Bu, Təranənin mənəvi qələbəsi olsa da, bütün zərbələr ona yönəlmişdi. Ancaq hadisələr uzun müddət belə davam edə bilməzdi. Tərəflər vahid cəbhədə birləşərək yaratdıqları xoşagəlməz vəziyyətdən özünəməxsus çıxış yolu tapmalı idilər. Odur ki, 18 aprel günü Musa ilə Təranə KİV-lərlə əlaqə saxlayaraq eyni tipli açıqlamalar verməyə başladılar. Və beləcə, bu məqalə yarandı...

***

Sonuncu həftənin yaddaqalan qalmaqalı “Musa Musayev - Təranə Qumral” konflikti oldu. Bir həftə ərzində bütün media, televiziya kanalları, radiolar, qəzetlər, saytlar, o cümlədən sadə insanlar bu mövzunu müzakirə etməklə məşğul oldular. Bu xəbəri öz adına çıxmaq istəyənlər də oldu, şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar da. Bir sözlə, kiçik bir məlumat böyük bir gündəmi yaratmış oldu. Bu məsələni qələmə alan ilk jurnalist kimi son nöqtənin vaxtı çatdığını anladım. Obyektivlik naminə son sözü jurnalist həmkarlarıma, o cümlədən adıçəkilən şəxslərin musiqiçi həmkarlarına vermək qərarına gəldim. Hamısına eyni bir sualla müraciət etdim: “Musa Musayevin ailəsi ilə bağlı qalmaqala necə baxırsınız?”

Elşad Ümid – “Reytinq” qəzetinin müxbiri:

- Şouya oxşayır. Bu günədək kimin yadına düşürdülər? Təranə Qumralın ancaq adını eşitmişəm. Oxuya bilmir. Musa isə iyirmi il bundan qabaq tanınırdı. O da Niyaməddinə görə. Məncə elə biabırçılıqdan sonra barışıq o deməkdir ki, hər şey reklam üçün imiş. Amma ayıbdır. Heç kim Musanın addımına bəraət qazandırmır.

Ümidə Həsənli – “New Baku Post” qəzetinin müxbiri:

- Biri var gündəmdə qalmaq, bir də var gündəmə gəlmək. Hər ikisinin səviyyəli və səviyyəsiz forması var. Böyük səs-küy gətirən, indiyədək heç kimin etmədiyi performans nümayiş etdirmək, qeyri-adi klip çəkdirmək, hamının diqqətini cəlb edən konsert proqramı ilə çıxış etmək səviyyəli formada gündəmə gəlmək və gündəmdə qalmaqdır. Saçlarını dibindən qırxdırmaqla, lüt şəkillər çəkdirməklə, özü qəsdən səhnədə yıxılmaqla, plastik əməliyyatlarla gündəmə gələn və gündəmdə qalan səhnə adamlarına səviyyəsiz demək olmaz. Amma Musa və Təranə cütlüyünün gündəmə gəlmək üsulu çox alçaldıcıdır. Onlar çox ucuz formada özlərini, loru dildə desək, gözə soxdular. Mən şəxsən onlar haqqında bir cümlə də yazmadım və ancaq başqalarının yazılarını oxudum. Lap zarafat da olsa, lap qazandığı milyon məbləğində pulun qarşılığında belə olsa, kişi olan kəs necə deyə bilər ki, arvadımı yataqda başqa kişi ilə tutdum? Hələ qadın olan kəs də bu dırnaqarası şouya razı olar?

Zülfiyyə Qurbanova – Anspress.com saytının mədəniyyət üzrə jurnalisti:

- Bəziləri Təranə Qumralla Musa Musayevin biabırçı qalmaqalının reklam xatirinə olduğunu dedilər. Mən bu xəbərlərin içində olan biri kimi deyə bilərəm ki, heç də elə deyil. Onlar neçə ildir yalançı evlilik sürür. Bildiyimə görə, Təranə Qumral öz şəxsi həyatını yaşayır, Musa da həmçinin. Bu cütlüyü yalnız toy biznesi birləşdirir, bir də ki uşaq. Təranə milləti ələ salıb. Gah deyir boşanmışam, azad qadınam, gah deyir, Musanı sevirəm, həyatımda başqa kişini sevməmişəm. Bu qadın özü-özünü təkzib edir. Musa hər dəfə öz fikirlərini, eyni fikirləri səsləndirdi. Mənim anladığım, burada qurban Musadır. Təranə ondan istifadə edir. Yəni sevgisindən sui-istifadə edir.

Ceyhun Məhərrəmov – Bizimbaku.ws saytının redaktoru:

Həyatda "yaxşı oğlan" anlamı var. İndi 21-ci əsrdir. Mənim üçün yaxşı oğlan o demək deyil ki, kimisə öldürüb cəza çəkəsən. Yaxşı oğlan çörəyi kişi kimi qazanana da demək olar. Yox, əgər Musa söhbəti həqiqətən belə düzgün və doğru söhbət idisə, o, ailəsinin namus məsələsini saytlarda, mediada işıqlandırıb reklam qazanmazdı. Bu, mənim üçün qəbuledilməzdir. Ailə problemini ailə içində görüb həll edərlər. Yox, əgər bu həll olunacaq iş deyildisə, boşanıb gedərdilər. Təranə bu hərəkəti edibsə, onu qınamıram. Çünki...! Musaya gəldikdə isə, onun necə olduğunu isə mən çoxdan bilirəm və mənim kimi Musayev soyadını daşıyan bütün nəsli bilir.

Alim Qasımov – Xalq artisti, xanəndə:

- Təranə ilə Musanın sənəti yoxdur. Mən onları tanımıram. Bu məsələdən heç xəbərim də yoxdur. Bir onu bilirəm ki, Allah onları nizama salsın. Bu sənətə ləkə olan şeydir. Əgər söz-söhbət olacaqdısa, gərək ailə daxilində, qohum-əqrəba içində həll edərdilər. Onların bu hərəkətinə ad verə bilmirəm. Ümumiyyətlə, belə bir insanlardan danışmaq istəmirəm.

Namiq Fərhadoğlu - aşıq:

- Mən çox pis baxıram. Onlar öz ailə problemlərini gərək öz aralarında həll etsinlər. Daha bu boyda söhbəti şişirtməyin nə mənası var ki? Hamı bu cütlüyü nümunə göstərirdi. Nə oldu? Gözmü dəydi?

Elit Star Cəmilə - müğənni:

- Ailədə kimsə səhv etsə belə, onu ictimaiyyətə açıqlamaq olmaz. “Sözümüz düz gəlmədi” deyərək dost kimi ayrılmaq lazımdır. Axı ortada bir övlad böyüyür. Onun gələcəyinə xələl gətirmək olmaz. Bu biabırçılıqdı. Belə olmaz.

Cabbar Musayev – bəstəkar:

- Bizim nəslimiz Musanı o qadınla evləndiyi gündən qohumluqdan çıxarıb. O, nəinki nəslimizə, İmişliyə ləkədir. Bir də boşanıb ayrılsa, nəslimiz onu qəbul edəcək?

Cavanşir Məmmədov – Əməkdar artist, müğənni:

- Mən qarışmıram. Söhbət duet oxuyub oxumayacaqlarından gedir, yoxsa yox? Ayda-ildə bir dəfə toylarda rastlaşıram. Nə var, nə yox, Allah bilir. Mən uzağam belə hadisələrə fikir bildirməkdən.

Stilist Samiraldo - modelyer:

- Bir həftədir düzgün deyil ki, efirlərdə jurnalistin günahı olduğunu bildirirlər. Bu qurma idi ki, özlərini gündəmə gətirmək istəyirdilər. Çıxıb deyirlər ki, qısqanc olduğuma görə belə etdim. Jurnalistin borcudur yazmaq. Çünki bu hərəkət müğənnilərə xələl gətirdi. Səməd Səmədov-Sevda Əliqızı dueti, Ruhəngiz-Səməd dueti, Firuzə-Cavanşir. Əgər bunlar haçansa bir-birlərindən ayrılarsa, bir duet ortağı kimi ayrılarlar. Hamı da bunu çox gözəl qarşılayar. Təranə ilə Musanı ona görə ictimaiyyətdə yaxşı qarşılamadılar ki, onlar ər-arvad idilər. Şəxsən Təranə Qumralın heç geyimlərini də mən bəyənmirəm. çox zövqsüz qadındır.

Faytonçu Nazim – müğənni:

- Çox pis qarşıladım. Ailədaxili söz-söhbətləri çölə çıxartmaq olmaz. Şəxsən mənim ailəmdə anam, qohum-əqrəbam bu hadisəyə çox pis baxdı. Bu cür hadisə sənət adamları üçün də ləkədir. Səhər biz övladlarımızı evləndirəndə də nə qədər olmasa deyəcəklər ki, sənət adamının övladıdır. Heç yaraşdırmadım bu hərəkəti. Heç dəstəkləmirəm də onları. Belə hərəkətləri xalqımız görəndə müğənniyə inam itir. Kim olursan ol, ailənin problemləri ailədə qalmalıdır.

Zahid Qubadlı – klarnet ifaçısı:

- Əslinə baxsan, bu qısqanclıqlar, küsüb barışmalar o cütlüyün arasında dəfələrlə olub. Mən Musa Musayevin yaratdığı “Təbriz” ansamblının musiqi rəhbəriyəm. Biz illərdir bir yerdə çalışırıq. Bu yaxınlarda Təranə xanım Musa bəy və mən bir yerdə Şəki şəhərindən toy məclisindən gəlirdik.

Gecə yolda Musa bəylə Təranə xanımın mübahisəsi düşdü. Təbii ki, qısqanclıq zəminində və iş o yerə gəlib çatdı ki, Musa bəy maşını tərk eləyib çıxıb getdi, gecənin bir aləmi mən də onun ardınca düşüb getdim, nə qədər çalışsam da, qayıdıb maşına minmədi. Təranə xanım da maşını sürüb çıxıb getdi. Mənim aləmimdə xəyanət bağışlanılmazdı. Mən dünən Təranə xanımla görüşdüm və bu məsələ haqda soruşdum, o isə bunun ağ yalan olduğunu söylədi və Musa bəyə də zəng vurmuşdum. Musa bəysə dedi: “mən elə söz deməmişəm ki, Təranəni yataqda başqa kişi ilə tutmuşam, bu jurnalistin şişirtməsidir”.

Bu qalmaqalda bir çox insanların həqiqi siması üzə çıxdı. Maskalar cırıldı və həqiqət olduğu kimi sizlərə təqdim olundu. Bunu cəsarət, mərdlik, düzgünlük, sədaqət kimi insani keyfiyyətlərin qısqanclıq, paxıllıq, rəzalət, oğurluq kimi mənfi xüsusiyyətlər üzərində qələbəsi də adlandırmaq olar.

Bu da son. Yeri gəlmişkən, hər bir son bir başlanğıc deməkdir... \ oxumeni.az \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib - AÇIQLAMA
Bu gün, 16:08
OĞRU ELƏ BAĞIRDI Kİ... - KREML BİZDƏN JEST GÖZLƏYİR?
Bu gün, 15:42
Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 15:38
Dövlət Turizm Agentliyindən bir gündə iki tender: - 305 min manat nəyə xərclənəcək?
Bu gün, 15:26
Saakaşvilidən Azərbaycan açıqlaması: - Bu, xainlər üçün pis xəbərdir
Bu gün, 15:21
Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? - ARAŞDIRMA
Bu gün, 15:17
Balakənin küçələrini təmir edəcək - ŞİRKƏT AXTARILIR
Bu gün, 15:14
“Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır - Rəsmi Moskva
Bu gün, 15:12
Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir - ŞƏRH
Bu gün, 15:09
Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı - TƏFƏRRÜAT
Bu gün, 15:06
Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib
Bu gün, 15:03
Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 14:54
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
Bu gün, 14:51
Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:47
Vardanyandan Azərbaycana barışıq təklifi – Onları bağışlamaq olarmı?
Bu gün, 14:40
AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb - DİQQƏT!
Bu gün, 14:34
Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək
Bu gün, 13:10
"Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş"
Bu gün, 13:08
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi - AKTUAL
Bu gün, 13:00
Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb - Şok DETALLAR
Bu gün, 12:58
“Rusiya bu durumu bizimlə yox, ABŞ və Ermənistanla çözməyə çalışmalıdır...”
Bu gün, 12:53
Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır – 264 min xərclənəcək
Bu gün, 12:52
Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? - “Middle East Eye”
Bu gün, 12:50
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47
“Sobsan” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Fəzail Ağamalı sədr postunu qızına təhvil verir - AÇIQLAMA
Bu gün, 12:43
Trampın yarpızı və İran yuvası - Ədalət Verdiyevin şərhi
Bu gün, 12:41
Trampdan Putinə təcili Qafqaz mesajı – “Bunu Azərbaycan bacardı”
Bu gün, 12:34
Petrosyandan Zəngəzur açıqlaması: -İran məni çaşdırdı
Bu gün, 12:31
Klassik sülh müqaviləsi mümkün deyil - RƏY
Bu gün, 12:30
Rusiya ilə hava atəşkəsini müzakirə etməyə hazırıq - Ukrayna PA
Bu gün, 12:27
“Sea Breeze” MMC-nin vergi borcu var
Bu gün, 12:24
Əməyin mühafizəsi qayda tədbirlərinin maliyyələşdirilməsi... - Ekspert danışır...
Bu gün, 12:21
Zamin hansı halda ödənişi etməyə bilər? - AKTUAL
Bu gün, 12:16
“1 saata ölməsən, yenə vuracam” - 27 yaşlı Aynur 11 il həbsdə qalacaq...
Bu gün, 11:55
Kollecdə qalmaqal - Direktor hüquqşünası məhkəməyə verdi
Bu gün, 11:51
Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Zaur Mikayılov 10 ayda “T.T.Ş.-İnşaat” MMC-yə 127 milyon manatlıq tender verdi – Daimi müştərisidi
Bu gün, 11:43
Ermənistan konstitusiyasını dəyişəcək - Tarixlər AÇIQLANDI
Bu gün, 11:37
Aytən Səfərovanın qəzasında ölən gəncin qardaşı nələr yazdı? - FOTO
Bu gün, 11:34
Bakı və Vaşinqton: praqmatizmdən strateji zərurətə doğru - İNCƏLƏMƏ
Bu gün, 11:30
Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 11:26
Cəmil Ünal da Bakıya qarşı çıxdı - Nəyi anlamır?
Bu gün, 11:24
Naxçıvanda 13 milyonluq tikinti tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:18
Paşinyan hökuməti Samvel Karapetyana qarşı kampaniya HAZIRLAYIR
Bu gün, 11:15
345 nömrəli uşaq bağçasında DÖZÜLMƏZ DURUM - GİLEY
Bu gün, 11:06
İrandan naxçıvanlı sürücülərə TRAMP MARŞRUTU İŞGƏNCƏSİ... - BAŞLARI QAÇIB...
Bu gün, 10:59
Suraxanı məhkəməsindən saxtakarlıq - hakimdən Mehriban Əliyevaya şikayət edildi
Bu gün, 10:54
Ruslar cəbhədə yenidən irəliləyib - "Wall Street Journal"
Bu gün, 10:27
Azərbaycanla Vaşinqton Sülh anlaşmasından sonra Rusiya erməni konyakını qəbul etməyə başladı...
Bu gün, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru