"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                 

BİR MƏHBUSUN BAŞINA GƏLƏN ACI DOLU HEKAYƏT
Tarix: 5-03-2013, 11:22 | Çap et
BİR MƏHBUSUN BAŞINA GƏLƏN ACI DOLU HEKAYƏT
14 SAYLI KOLONDA SAXLANILAN MƏHBUS PREZİDENTƏ DƏHŞƏTLƏRİNİ YAZDI

DİA.AZ: - Saxta hökm və saxta qərarla 14 saylı cəzaçəkmə müəssisəsində 2006-cı ildən 2011-ci ilə kimi zor gücünə əsir saxlanıldığını iddia edən Salmanov Eyyub Salman oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Prezidentə ünvanlanan şikayət məktubunu DİA.AZ olaraq olduğu kimi təqdim edirik.

“Hörmətli Prezident !
Yazıb sizə məlum edirəm ki, mən 28. 06. 2006-cı il tarixdə Kiev-Bakı aviareysi ilə Bakıya gəldim. Məni orada tutdular ki, guya mən axtarışda olmuşam və məni oradan gətirdilər Qaradağ RPİ- nin baş müstəntiq Arif Zahidovun yanına mən ondan soruşdum ki, bəs mənə sanksiyanı göstərin nəyə görə mən həbs olunmuşam. O, isə mənə əvəzində protokola imza atmağa dedi və mənə nə sanksiya göstərdi nə də ki, izahat aldı və saat olardı təxminən 22:10-da gecə ilə məni göndərdi Yasamal İ. V. S- ə orada növbətçi zabit sənədlərə baxıb dedi ki, bu kişinin tutulmasına sanksiya yoxdur biz bunu qəbul edə bilmərik. Məni gətirənlər zabitə dedilər ki, qoy qalsın səhər 9:00- qədər biz sanksiya gətirəcəfyik əgər getməsək onda buraxarsınız?
Hörmətli Prezident !
Indi Siz özünüz fikirləşin ki, hansı ölkədə gecə saat 22:10-dan səhər 9:00-a kimi hansı məhkəmə və prokuror orqanı işləyir? Sonra məni göndərdilər 1 saylı Bayıl təcridxanasına. Orada mən oktyabr ayına kimi qaldım. 11 oktyabr 2006-cı il tarixində məni Qaradağ Rayon Məhkəməsinə apardılar. Işə sədrlik Məhərrəmova Xuraman, katiblik isə Samir Abdullayev edirdi. Məhkəmə istintaqı zamanı məni heç danışmağa da qoymadılar prokuror 5 il həbs cəzası istəyi b məkhəmə zalından çıxıb getdi. Hakim X. Məhərrəmova isə müşavirə otağına getməyi elan edib zaldan çıxdı və bir daha məhkəmə zalına qayıtmadı . Nə hakim Məhərrəmova, nə də katib Abdullayev mənə hökm oxumadı. Mən isə təqribən 19:30-a kimi məhkəmə zalında qaldım sonra isə konvoylar məni yenidən Bayıl təcridxanasına apardılar. Mən orada öyrəndim ki, guya Qaradağ Rayon məhkəməsi mənə 5 il həbs cəzası verib. Mən oradan 3-cü korpus 85-ci kameradan Bakı Appelyasiya Məhkəməsinə kasasiya şikayəti ərizəsi yazdım ki mənim iştirakımla işə yenidən baxsınlar. Burada çoxlu saxtakarlıq olub? O vaxt 85-ci kameradan 35 nəfər məhkum var idi. Kameradan kim ki, Appelyasiya məhkəməsinə ərizə yazmışdı hamısı çıxdı tək məndən başqa. Məni Apoelyasiya Məhkəməsinə aparmadılar? Və mən burada 12.02.2007-ci il tarixinə dək qaldım sonra məni bu tarixdə 14 saylı cəzaçıkmə müəssisənə etap göndərdilər. Mən Qaradağ Rayon Məkəməsinin hökmün surəti ilə Bakı Appelyasiya məhkəməsinin qərarının surətini 14 saylı cəzaçəkmə müəssisəsinin qəbul bölməsinin rəisi Ədliyyə mayoru Ələddin Hacıyevdən aldım. Hörmətli Prezident ! diqqətlə baxıın, guya 12.12.2006-cı il tarixində mənim appelyasiya şikayətimə baxılıb və 1-ci instansiya məhkəməsinin qərarı qalıb öz qüvvəsində. Işə sədrlik edib guya hakim Şahin Yusifov amma qərarın sonunda imza atıb hakim Mübariz Zeynalov. Bu da bir saxtakarlıqdır? Mən buradan başladım yazmağa bu ünvanlara: Azərbaycan Respublikası baş prokuroru Z. Qaralov cənablarına, Milli Təhlükəsizlik Naziri E. Mahmudov cənabına, Azərbaycan Respublikası Ədliyyə Naziri Məkhəmə Hüquq Şurasının Sədri F. Məmmədov cənabına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi F. Abdullayevə, Azərbaycan Respublikası Prezident Admnistrasiyası Aparatının rəhbəri R. Mehdiyevə cənabına ki, bu məzmunda: 14 saylı cəzaçəkmə müəssisəndə saxta hökm və saxta qərarla əsir saxlanılan Salmanov Eyyub Salman oğlundan ərizə. Bu ərizələrdən bir xəbər gəlmədi mənə. Mən ərizə verəndə zampalitə Ədliyyə mayoru idi Natiq Hacıyevə, qəbul bölməsinin rəisi Ələddin Hacıyevə və müəssisənin rəisi Ədliyyə polkovnik –leytenantı Ərşad Həsənova bu adamlar mənim şərəfimi təhqir edib və hətta məni öldürməklə hədələyiblər ki, get otur yerində sakit bu ərizələri göndərsək bizi həbs edəcəklər niyə bu vaxta kimi yuxarılara xəbər verməmisiniz? Bu bir, ikinci saxta hökm və saxta qərarla niyə biz səni qəbul etmişik müəssisəyə başa düşdün çıx get otur sakityerində səs salma elə eləmə ki səni öldürək! Nəhayət 2008-ci ildə zampalit ədliyyə mayoru idi N. Hacıyev məni çağırdı yanına ki,bəs sənə Ali Məhkəmədən cavb gəlib qol çək ki, tanış oldun. Ali Məhkəmə guya 1-ci və 2-ci İnstansiya Məhkəmələrinin saxta hökm və qərarları öz qüvvəsində saxlayıb. Mənə 2008-ci il tarixində zampolit Ali Məhkəməyə yazmağı dedi ki, yaz 2 bnüsxə yaz 1-ni göndərəcəm Ali Məhkəməyə 2-sini şəxsi işinin içinə qalsın. Nəticədə mən yazan iki nüsxə ərizə 1-ni qoyur şəxsi işimin içinə ki, gələn yoxlamaya gözdən pərdə asmağa , 2-ci ərizəni mən yazanı cırıb atır özü istədiyi kimi mənim adımdan yazıb Ali Məhkəməyə göndərir. Xahiş edirəm ki yoxlayın Ali Məhkəmədə hanı mən yazan ərizə və yazılan ərizəni kim yazıb? Mən düz 2007-ci ildən yazıram yuxarıda göstərilən ünvanlara k, zmpolit indi polkovik -leytenant N.Hacıyev qəbul bölməsinin rəisi Ədliyyə mayoru Ələddin Hacıyev və müəssisənin rəisi indi Ədliyyə polkovniki Ərşad Həsənov cənabı mənim ərizəLərimi göndərin bu ünvanlara onların cavabı bir olub həmişə sən bizi yığmısan boğaza rədd ol buradan ərizələri götürüb saxladılar. Nəhayət mən yenə ərizə ilə gəldim bu adamların yanına ərizələri də sonuncu ərizə olub 2011-ci il mart ayında bu ünvana Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Rəisi Kamran Əliyev cənablarına və 14 saylı Cəzaçəkmə müəssisəsinin Rəisinin adına telefonla danışmaq üçün qaynar xəttə № 161-ə, inanın Allaha, Qurana rəis havalandı: sən bizi tutdurmaq istəyirsən başladı yenə təhqir etməyə və açıq –aşkar məni öldürməklə hədələməyə ki, sənin yanıa illərlə gələn yoxdur kimdir səni itirib- axtaran? Aldı ərizələri cırıb atdı get indi kimə deyirsın de. Mən dedim ki hörməltli Prezidentimiz fərman verib Korrupsiyaya Qarşı Mübarizə hamıya aiddir rəis isə əvəzində güldü guya sənin bundan Prezidentinin xəbəri yoxdur! Mən bilmirəm belə yaramaz, nankor demək olar vətən xaini bir polkovnik-leytenant, o biri isə polkpovnik rütbəsi alir və mənə gülürlər gördün biz pulumuzu verib rütbə alırıq sən axmaq qanundan danışırsan, sənin nə evin var, nə pulun var adını da qoyublar dələduz. Dələduz qanuni bizik, bizə isə tətbiq edən yoxdur, biz isə kimə istəyirik yapışdırırıq ona. Nəhayət 31 mart 2011-ci il tarixində 1-ci dəstənin komendantı soyadı yadımda deyil adı Əvəzdir. Özü də əvvəllər dəfələrlə məhkum olub, o başladı mənim üstümə əl-qol atmağa, təhqiredici söyüşlər söyməyə mən soruşdum Əvəz sən niyə belə edirsən, o gülüb mənə dedi ay axmaq mən kiməm ki, özbaşına belə hərəkətlər edəm mənə rəis Ərşad müəllim tapşırıb qorxma durmuşam dalında. Sonra 01.04.2011-ci il tarixində Novruzəliyev Mikayıl adlı məhkum başladı mənə qarşı açıq-aşkar ki, mən sənə qarşı sui – qəsd etməliyəm və rəis söz verib ki, Mikayıla səni buraxacam vaxtından əvvəl şərti, 400 min pul, Bakıda ev və xarici maşın verərəm tez elə Eyyub kişini öldür vaxtına az qalıb çıxıb bizi tutduracaq. Mən dərhal rəisin yanınagəldimşikayət ərizəsi ilə Sizə yazdığım kimi rəis mən qorxuram ki, mənə sui –qəsd ola o yenə gülüb dedi: düz otur bəs nə bilirsən yazırsan hara gəldi bilmirsən ki, axırı belə olar. Mən ərizədə yazmış idim rəisin adına ki, Novruzəliyev Mikayıl mənimlə bir barakda qalır onun yerini dəyişdir, rəis onun yerini dəyişdirmədi axıra kimi mən bir ərizədə yazmış idim Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi K. Əliyevin adına ki, hörmətli rəis bəs mənim həyatım təhlükə altındadır kömək edin və qaynar xəttə zəng etmək istədim qoymadı rəis. Ancaq gözdən pərdə asmaq üçün qaynar xətt nömrəsini yapışdırıb qapının ağzına ki, görürüz qaynar xətt var zəng edən yoxdur? Yoxlamalar gələndə rəis tərəfindən öyrədilmiş məhkumlar başlayırlar bəy tərəfinə rəis çağırır onları onlar rəis deyəni deyir. Yoxlama gələndə məhkumları yığın kuluba və deyin kimin şikayəti var qorxmayın deyin görün nələr baş verir. Yenə Novruzəliyev Mikayıl mənə hədə - qorxu etməyə başladı. Kişi sən görmürsən mən tubzonda müalicədə idim oradan məni rəis gətizdirdi? Mikayıldan başqa gələn bütün məhbuslar 15 gün karantində qalırlan amma Mikayıl gələn günü rəisin sürücüsü onu gətirdi düz rəisin yanına və gəldi baraka bunları Novvruzəliyev danışırdı 5-6 məhkum içində və mən nəhayət bizim dəstə rəisi Ədliyyə mayoru Ehtiram Həsənova danışmışam olan əhvalatları şifahi və yazılı surətdə də ərizələr vermişəm ki, Ehtiram müəllim Sizin vəzifə borcunuzdu bu ərizələri göndərmək o isə əvəzində mən qorxuram rəis məni danlayır və hətta işdən çıxarmaq və iş yerimi dəyişməklə hədələyir!
Bu da dəstə rəisinin sözləri. Bir dəfə 2010-cu ildə mən və dəstə rəisi girdik rəisin qəbuluna ərizələrlə ki, göndər bu kişinin ərizələrini rəis isə yenə yox olmaz az qala dəstə rəisə əlbəyaxa davaya çıxa rəislə. Rəis yenə göndərmirəm dedi. ərizələrdən Ehtiram müəllimdə saxlayıb özündə maddi sübut kimi nə qədər gələn olub yoxlama məni çağırmayıblar nə izahat nə ərizə alıblar məndən!
Hörmətli Prezident !
Yazıb sizdən xahiş edirəm ki, bu yaramaz Ədliyyə işçiləri barəsində ARCM-nin 144.1, 144.2, 215.1.2, 292.1.2, 292.2.3, və s. maddələri ilə cinayət işi açarsınız. Mən bu adamların ucbatından 5 il qaldım ölümlə üzbəüz əsəb, ləyaqətimi alçaltmaq, aləmdən ayrı qalmaq mən onlardan mənə dəyən maddi və mənəvi ziyan vurduqları üçün 100000 manat pul tələb edirəm və bu ərizənin surətləri Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev cənablarına, Azərbaycan Respublikası Ədliyyə Naziri Məhkəmə Hüquq Şurasının sədri F.Məmmədov cənabına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin F.Abdullayeva Azərbaycan Respublikası Prezident Administrasiyası apparatının rəhbəri cənab R. Mehdiyevə.

Hörmətli Prezident !
Mən ümidvaram ki, bu özbaşnalıq edən Ədliyyə işçiləri barəsində ölçü bir götürəsiniz. Mənə xahiş edirəm kömək edəsiniz. Bir oğlum ön cəbhədə hərbi xidmətdə o biri oğlum hərbi qulluqdadır. Həyat yoldaşım iki dəfə əməliyyat olub, xəstədir. Öz evimiz yoxdur, kirayə qalırıq ona görə ünvan yazmadıq. Əlaqə telefonu: (+99455) 319 03 44
Bütün bu saxta hökm və saxta qərarları yazan adamların əl izləri üstündə olmaq şərtilə mən saxlamışam maddi sübut kimi istintaq üçün. Bu yaxınlarda eşitmişəm ki, hakim X. Məhərrəmova, katibi S. Abdullayev və rəis Ə. Həsənov işdən çıxarılıblar. Amma mənə nə xəbər nə də ki, maddi və mənəvi ziyan ödənilməyib bu günə kimi. Qalan yaramaz və nankor işçilər qalıblar öz işində və yenə saxtakarlıq və özbaşnalıq edirlər. Dövlətimizin və Prezidenjtimizin adına ləkə salırlar. Mən və minm oğlanların hər an hazırıq Prezidentimizin əmrini gözləyirik ki, Ana torpaqlarımızı azad edək! Amma yuxarıda adları çəkilən Ədliyyə işçiləri isə işə qəbul olanda onlar Hippokrat andı içirlər ki, Dövlətə , Xalqa, Prezidentə ki, biz Ədliyyə işçiləri Dövlətə , Vətənə, Xalqa və Prezidentə canla başla qulluq edək. Ancaq bu adları çəkilən nankor Ədliyyə işçiləlri özbaşnalıq, vəzifə həddini aşmaq, saxtakarlıq və dövlətə yalan məlumat verməklə məşğuldurlar. Bu adamlar Ədliyyə orqanlarında qala bilməzlər! Sizdən artıq dərəcədə xahiş edirəm ki, yuxarıda nadları çəkilən Ədliyyə işçilərindən mənə vurulmuş maddi və mənəvi ziyan yəni 10000 manat pulu almağa mənə kömək edin. Bu günə kimi xəbər yoxdur və mənə pul ödəməyiblər.
Hörmətli Prezident !
Mən Sizdən artıq dərəcədə xahiş edirəm mənim üzərimdən olan yalan və saxta məhkumluğu götürəsiniz. Çünki mənim ailəm və özüm xəcalət çəkirik, hara gedirəm daimi işə girməyə yoxlayıb deyirlər sən həbsdə olmusan işə götürmürlər. Ancaq çastnı işlərdə işləyirəm .güclə kirayə və çörək pulun qazasnıram. Xahiş edirəm bizə kömək edin. Bu nankor penternsiar xidməti işçiləri saxta hökm və saxta qərara əsasən vurublar kompyuterə yaddaşa. DİN-də məlumat bürosuna ona görə də adımda məhkumluq gedir bu saxtakarlıqdır! Nəyə görə mənim adım ləkələnməlidir! Yoxlayın əgər günahım varsa mən tam məsuliyyət daşıyıram bütün bu Sizə yazdıqlarıma. Mənim iddiam vəxahişim budur. Mən Sizə inanıram axır ki, ədalət öz yerini tapacaq. Mən nə qədər ərzə yazmışam bilirəm ki, Sizə gəlib çıxmayıb. 07.01.2012-ci il tarixdə mənim mobil teefonuma zəng gəldi bu nömrədən (012) 498-91-64 soruşdu ki, Eyyub kişidir dedim bəli, Siz kimsiniz mənə cavab verdi ki, Pentinsiar Xidmətin Baş İdarəsindən Elşən müəllimdir mənə zəng edən bəs siz yəni məni deyir bu gün gəlin PX-nin Baş İdarəsinə mən getmdim. Ona görə ki mən heç vaxt yazmamışam PX Baş İdarəsinə, zəng olan gün də şənbə günü idi. Mən əsgərlikdə olduğum müddətdə görürdüm PX-nin Baş İdarəsindən gələn yoxlamamarı onlar gəlib rəisin otağına və sonra ərazini gəzib çıxıb gedirlər, ən maraqlısı isə gələn yoxlama 14 saylı CÇM-nə cənab Mahir Musayevdən başqa hamısı rəis və zompolitlə ağız-ağıza öpüşürlər. Mən bunları görəndən sonra necə inanım P.X.Baş İdarəsinə? Amma cənab M.Musayev gələndə müəssisəyə rəis və bütün şəxsi heyyət əsirdi qorxudan yarpaq kimi bir nəfər olsun qoymurdular ki, cənab M.Musayevlə görüşüb dərdini deməyə və ya ərizə verməyə rəislə zampolit bütün şəxsi heyyətə tapşırırdı bir nəfər məhkum qoymayın əsasən Eyyub kişini cənab M.Musayevlə görüşməyə yoxsa evimiz yıxılacaq! Həmişə olduğu kimi gözdən pərdə asmaq üçün rəis və zampolit tərəfindən öyrədilmiş 5-6 məhkum onlarda kimlərdir komendant işləyən, anbarda işləyən, hamamda işləyən, dəllək işləyən və.s. Ən əsası Müəssisə Kollektivi Şurasında işçilərə tapşırırdılar ki, bizi tərifləyin eləməsəniz hamınızı işdən çıxaracam, işlərini itirməmək üçün məcbur deyirdilər rəis deyəni çünki onlara maaş verirdilər. Mən də Müəssisə Kollektiv Şurasında 3 il işlədim, sonra zampolit məni çıxardı zorla ki, sən bizdən yazırsan bu il 3 mənə bir qəpik pul vermədilər. O biri işçilər hamısı maaş alırdı məndən başqa!
Hörmətli Prezident !
Bu günlərdə öyrəndim ki, 14 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi indi yenə başqa cəzaçəmkə müəssisələrində rəis təyin olunub və hal-hazırda 17 saylı cəzaçəkmə müəssisəsində rəis işləyir mənə belə deyiblər, dəqiq rəis işləyir. Bütün bu saxtakarlıq necə olub.Qaradağ rayon Polis İdarəsinin baş müstəntinqi Arif Zahidov saxta sanksiya düzəldir ki, məni həbs etməyə Arif Zahidova köməklik ediblər Qaradağ rayon məhkəməsinin sabiq hakimi X.Məhərrəmova və əsas saxtakarlıqda baş rolu oynayan sabiq katib Samir Abdullayev olub, bu yaramaz dələduz hakim X.Məhərrəmovanın adından imza peçat vurmaq saxta hökm belə olub. Daha sonra 14 saylı cəzaçəkmə müəssisəsində əsas saxtakarlıqda baş rolu oynayan zampolit Natiq Hacıyev və Ələddin Hacıyev olub, onlara da himayədarlıq və dəstək verən ərşadHəsənov olub. İndiyə kimi yuxarıda adları çəkilən müstəntiq və P. X, Ədliyyə işçiləri və Qaradağ Rayon Məhkəməsinin keçmiş hakimi X. Məhərrəmova və keçmiş katibi Samir Abdullayev bu adamların barəsində heç bir cinayət işi açıqalmayıb və mənə bu günə kimi bir xəbrə yoxdur və mənə vurulmuş maddi və mənəvi ziyan 100.000 manat təzminat ödənilməyib!
Hörmətli Prezident !
Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə kömək edin haqq dədaləti bərpa edin. Yuxarıda adları çəıkilən bu yaramaz və nankor işçilər hələ də qalıblar öz işlərində, yenə də vəzifə həddini aşmaq, özbaşnalıq, saxtakarlıq, sui-qəsd, bilə bilə qanunsuz, heç bir hüquqi qüvvəsi olmyan saxta sankasiya, saxta hökm, və saxta qərar yazıb günahsız adamlara zülm edirlər! Bu hərəkətlər yol verilməzdi! Bu yaramaz və nankor işçilər bu əxlaqsız əməlləri ilə ölkəmizə, vətənimizə, xalqımıza, ən əsası bütün dünyada tanınan keçmiş MDB ölkələri üzrə lider yer tutan sevimli Prezidentimizə qara ləkə salırlar!
Ərizəyə əlavə olunur: sifarişlə göndərdiyim məktubların qəbzlərinin surəti (28 qəbz), Ali Məhkəmədən gələn cavabın 1 vərəq surəti, və baş Prokurorluqdan verilən qondarma cavabın surəti (1 vərəq)
Hörmətli Prezident !
Sizdən artıq dərəcədə xahiş dedirəm ki, Baş prokurorluqda ərizəmi öz nəzarətinizə götürəsiniz. Mən həyat yoldaşımla dəfələrlə baş Prokukorluğa getmişik ki, bu özbaşlnalıq ilə polis müstəntiqi və PX. Ədliyyə işçiləri barəsində cinayət işi açasınız. Amma bu günə kimi yuxarıda adları çəkilən işçilər barəsində heç bir ölçü və ya cinayət işi açılmayıb. Bizə Baş Prokukorluqda növbətçi prokuror nağıl danışır ki, kişi yəni mən ümumi qayda üzrə qanuni məhkumlar kimi ərizə yazam. Ali məhkəmənin plenimumuna. Mən ərizədə doğma Azərbaycan dilində yazmışam ki, məni heç bir hüquqi qüvvəsi olmayan saxta hökm və saxta qərarla məhkum edərlər? Mən tələb edirəm ki, yoxlayın görün Qaradağ rayon Məhkəməsi adından saxta hökm yazıb və sonra Bakı apelyasiya məhkəməsi adından saxta qərar yazıb qoyurlar şəxsi işin içinə. Xahiş edirəm yoxlayın baxın bu saxta hökm və saxta qərarı kim yazıb və Bakı Apelyasiya Məhkəməsində 12.12.2006-cı il tarixdə Appelyasiya qərarı varmı? Guya Appelyasiya Məhkəməsində işə sədrlik edib hakim Şahin Yusifov cənabı Amma qərarı sonunda imza atıb Mübariz Zeynalov cənabı. Belə qərar heç bir ölkədə yoxdur . mən tələb edirəm ki, Baş Prokurorluq mənə yazılı surətdə cavab versin ki mən tam qanuni həbs olunmuşam. Mən mənə qarşı vurulmuş maddi və mənəvi ziyan yəni 100.000 manat təzminatı ödəsinlər və mənim üzərimdən bu yalançı, qondarma məhkumluğu götürsünlər. Ai Məhkəmə 30.08.2012-ci il tarixdə göndərib işə baxılması üçün Baş prokurorluğuna orada isə bizə nağıl danışırlar!
Hörmətli Prezident !
Sizdən artıq dərəcədə xahiş edirəm ki, yuxarıda adları çəkilən polis müstəntiqi, PX, Ədliyyə işçiləri barəsində ARCM –nin 144.1, 144.2, 215.1.2, 292.1.2, 292.2.3, və s. Maddələri ilə cinayət işi qaldırılsın və mənə qarşı vurulmuş maddi və mənəvi ziyanı yəni 100.000 manat təzminat ödəsinlər və heç bir hüquqi qüvvəsi olmayan saxta hökm və saxtaqərarı ləğv etsinlər. Məhkumluğu mənim üzərimmdən götürsünlər. Biz inanırıq ki, mənim hüquqlarım bərpa olunacaq. Mənim ərizəmi öz nəzarətinizdə saxlamağı xahiş edirəm. Biz Korrupsiyaya Qarşı Mübarizə idarəsinə, qaynar xəttə zəng etmişik, şəxsən ora gedib ərizə vermək istəmişik, orada heç qəbul etməyiblər dəfələrlə. Kimə deyək, hara gedək bu özbaşnalıq, ərizəyə baxan yoxdu? Amma indi 5 manat saxta pul düzəldib mağazalardan 1 kq peçenye alsam o dəqiqə həbs edərlər. Amma hakimlər adından saxta hökm və saxta qərar yazıb günahsız adama zülm və sui-qəsd edirlər buna baxan yoxdur.
Hörmətli Prezident !
Mən 21.09.2012-ci il tarixdə Milli Məclisə yazılmış iddia ərizəsi vermişdim, amma məni qəbul etmişdi xanım F.Qasımova. Sədr köməkçisi. Mən iddia ərizəsini verdim xanım Flora Qasımovaya və mənə cavab gəldi. 28.09.2012-ci il tarixində ki, mənim ərizəmi göndrəmişik aidiyyatı üzrə baxılması üçün AR Baş Prokuror Z.Qaralova və bunə kimə bizə cavab gəlmədi. Maraqlıdır ki, prokurorluqda indiyə kimi polis msüstəntiqinə və PX-nın 14 saylı cəzaçəkmə müəsisəsinin sabir rəisi Ərşad Həsənova tərbiyə işləri üzrə rəis müavini Natiq Hacıyevə, qəbul bölməsinin rəisi Ələddin Haciyevə, Qaradağ rayon məhkəməsinin sabiq hakimi Xuraman Məhərrəmovaya və bütün bu saxtakarlıqda baş rol oynayan Qaradağ rayon məhkəməsinin sabiq katibi Abdullayev S.T. barəsində heç bir cinayət işi açılmayıb?
Hörmətli Prezident !
Sizdən artıq dərəcədə xahiş edirəm ki, yuxarıda adları çəkilən polis, PX-nın işçiləri və Qaradğ radyon məhkəməsinin sabiq hakimi Xuraman Məhərrəmova və katibi Abdullayev Samir Tofiq oğlu barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1, 144.2, 215.1.2, 292.1.2, 292.2.3, və s. Maddələri ilə cinayət işi qaldırılsın və mənə, ailəmə qarşı vurulmuş maddi və mənəvi ziyan 100000 manat təzminat ödəsinlər, yuxarıda adları çəkilən şəxslərdən! Mənim üzərimdən bu yalançı, qondarma, saxta məhkumluğu götürsünlər, bizim xahiş və tələb iddiamız budur. Sizdən çox xahiş ki, bizim iddia ərizəmizi öz nəzarətinizə götürəsiniz və ərizəni Baş Prokurorluğa göndərəndə yazın ki, ərizənin nəticəsi barəsində Sizə və şikayətçiyə yazılı surətdə cavab versinlər. Sizdən artıq dərəcədə xahiş edirik bizə köməklik edin”.

Şikayət məktubunda adları keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru