Azərbaycanda yayılan xəstəlik nədir? .....                     Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu .....                     Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" .....                     Abbas Lisani saxlanıldı .....                     Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı .....                     Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər .....                     Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? .....                     Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq .....                     Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi .....                     Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib .....                     Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib .....                     TRAMPIN AMERİKASI... .....                     "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" .....                     Qusar bazarında yumurta QITLIĞI .....                     Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? .....                     “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” .....                     Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində .....                     Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam .....                     Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib .....                     Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? .....                     Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... .....                     “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” .....                     Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab .....                     Azərbaycanda məşhur muzey .....                     Dövlət orqanlarında köməkçi TƏYİNATLARI .....                     “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” .....                     Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur .....                     Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı .....                     Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir .....                     “Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” .....                     Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb .....                     Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib .....                     Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? .....                     “Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” .....                     Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır .....                     Gilas məsələsi... .....                     "Bizi dəvət edəndə bir məclisi doldura bilirik" .....                     Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ .....                 

AZƏRBAYCANA DƏRS KEÇİRLƏR, AMMA...
Tarix: 17-01-2013, 12:49 | Çap et
AZƏRBAYCANA DƏRS KEÇİRLƏR, AMMA...
HƏLƏ ÖZLƏRİNDƏ EDAM CƏZASI VAR

Bir çoxları hesab edir ki, insanların etdikləri cinayətlərə görə həyatdan məhrum edilməsi humanizm prinsiplərinə ziddir. İnsanların islah olunması, cinayətlərdən çəkindirilməsi olmalıdır. Avropa ölkələrinin bir çoxunda məhz bu qaydaya riayət olunur. Ancaq bunun əksini düşünənlər də var. Onlar hesab edir ki, islah olunmayan, qəddar, ağır cinayətlər törədən insanların qətlə yetirilməsi məntiqidir. Qeyd edək ki, hazırda dünya dövlətləri arasında edam mövzusu ilə bağlı “bölünmə” var. Məsələn, hazırda dünyada 70-dən artıq dövlətdə edam cəzası hələ də mövcuddur. 25 ölkədə isə edam cəzası hüquqda mövcud olsa da, son 10 ildə heç kim edam olunmayıb.
Qeyd edək ki, hazırda dünyada ən çox edam cəzaları Çin, İran, Pakistan, ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Vyetnam kimi ölkələrdə həyata keçirilir. Göründüyü kimi, edam cəzaları dünya üzərində müxtəlif coğrafiyalarda yayılıb. Müsəlman ölkələri – İran, Səudiyyə Ərəbistanı, Pakistan, eləcə də xristian ölkələri – ABŞ, Fransa və sair. Həmçinin kasıb ölkələrlə yanaşı, Yaponiya, Sinqapur və sair kimi inkişaf etmiş və ya etməkdə olan ölkələrdə edam cəzaları mövcuddur. Qonşu Türkiyədə edam cəzaları 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə tamamilə ləğv olunub. 1920-1984-cü illər ərzində Türkiyə Böyük Millət Məclisi 712 edam qərarını dəstəkləyib.
Qeyd edək ki, dünya ölkələrində bir qayda olaraq xüsusi ağır cinayətlər üçün edam cəzaları tətbiq olunur. Amerika Birləşmiş Ştatlarında ölüm cəzası mövcuddur. 1972-ci ildə ölüm cəzasına moratorium qoyulsa da, 1976-cı ildə ABŞ Ali Məhkəməsi ştatlara ölüm hökmünün icrasına icazə verib. Bundan sonra ilk ölüm hökmü 1982-ci ildə Texas ştatında icra edilib. ABŞ-da ölüm hökmü əsasən ağır şəxsiyyət əleyhinə cinayətlərə görə verilir və icrasına görə müxtəlif formalarda olur. Ölüm hökmünün icrasının beş növü var və Yuta ştatında hətta məhkuma bunlardan birinin seçmə imkanı verilir.
1991-ci ildə İnsan Hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını təsdiq edən 6 saylı protokolda ölüm cəzasının ləğv olunduğu bəyan olunur. Yalnız 3 hal istisna olmaqla, ölüm cəzasının tətbiqi qadağan olunurdu. Bunlar: 1) Qanunsuz zorakılıqdan müdafiə, yəni zəruri özünümüdafiə vəziyyətində; 2) Məhkum saxlanılarkən və ya həbs yerindən qaçmasının qarşısı alınarkən; 3) Qiyam və ya kütləvi iğtişaş zamanı. Dövlətə qarşı həyata keçirilən qiyam və kütləvi iğtişaşın qarşısının alınması ölüm hadisəsinə yol verilə bilər.
Ancaq eyni zamanda müasir dünya praktikasında xüsusi ağır cinayət törədən, qatillər, manyak-qatillər ölüm cəzasına çatdırılır. Eyni zamanda bir sıra ölkələrdə narkotik tacirləri, təcavüzkarlar, hətta bəzi məlumatlara əsasən Çinin bir sıra əyalətlərində oğrular edam cəzasına məhkum olunur.
Qeyd edək ki, hazırda bir çox müsəlman ölkələrində edam cəzası hələ də məhkəmə hökmləri sırasında qalmaqdadır. İran, Səudiyyə Ərəbistanı, Pakistan, İraq, Afrikanın bəzi müsəlman ölkələri edamların tez-tez rast gəlindiyi dövlətlər sırasındadır. Bu isə daha çox həmin ölkələrin qanunlarında şəriət hökmlərinə daha çox müraciət olunması ilə əlaqələndirilir. Dünyada ən çox ölüm hökmünün müsəlman ölkəsində kəsilməməsinə, eləcə də inkişaf etmiş dünya dövlətləri olan ABŞ və digərlərinin hələ də edam hökmündən imtina etməməsinə rəğmən nədənsə məhz edam cəzalarına görə daha çox müsəlman ölkələri qınanır. Məsələ ondadır ki, İslam hüququ klassik formada 3 əsas halda edam hökmünün tətbiqinə icazə verir. Müsəlmanın canına, malına və namusuna təcavüz halında. Yəni klassik formada şəriət məhkəmələri qatilləri, zorlanma və ya qeyri-qanuni cinsi əlaqələr (nikahdankənar münasibətlər) cinayətində iştirak edənləri və nəhayət, qarətçiləri. Sonuncu bənd ev oğurluğu deyil, daha çox ticarət, ziyarət və ümumiyyətlə səfər karvanlarına hücum edən quldurları ehtiva edir. Məsələn, hazırda da Səudiyyə Ərəbistanı məhkəmələrində yol kəsən quldurlar üçün boynu vurulmaqla həyata keçirilən edam hökmü tətbiq olunur.
Bundan başqa, İslamiyyətdən əvvəlki dinlərdə hökm olaraq tətbiq olunan və müsəlman hüquq sisteminə salınan ərli qadının zina etdiyi halda daşqalaq edilərək öldürülməsi hökmü bir sıra müsəlman ölkələrində hələ də mövcuddur. Ancaq son onilliklərdə bu tip edam hökmü demək olar ki, tətbiq olunmur.
Həmçinin, narkotik ticarəti edam hökmü ilə cəzalandırılır. Xüsusən də İranda narkotik tacirləri, bu bəlanın yayılmasında iştirak edənlər üçün məhkəmələrdə ölüm hökmləri çıxarılır. Bu, nisbətən yeni cinayət növü hesab olunur, ancaq bir çox ölkələrdə edamların böyük qismi “ağ ölüm” yayanlara tətbiq olunur. Qeyd edək ki, bütün dövrlərdə qiyamlar, sui-qəsdlər bir qayda olaraq edam cəzaları ilə müşayiət olunub.
Qeyd edək ki, mövzu ilə bağlı söhbət etdiyimiz vəkil Cavad Cavadov ölüm hökmünün tətbiqinə qarşı olanlardandır. Vəkilin fikrincə, Azərbaycanda ədalətli məhkəmə sistemi olmadığı üçün ölüm hökmü çoxlu sayda günahsız insanın edam olunmasına gətirə bilər: “Əvvəla, ölüm hökmünün ona görə əleyhinəyəm ki, hətta demokratik rejimli dövlətlərdə belə məhkəmə səhvləri qaçılmaz olur. Ölüm hökmü tətbiq olunarsa və icra olunarsa sonradan bu səhvin aradan qaldırılması artıq mümkün olmur.
Hazırda keçmiş sovet respublikaları arasında Belarus yeganə ölüm cəzasını saxlayan dövlətdir. Belarus prezidenti Lukaşenkonun bununla bağlı dəfələrlə vurğuladığı əsas arqument odur ki, ABŞ-da bu cəza ləğv olunan kimi o da ölüm cəzasını ləğv edəcəkdir. 2011-ci ilin aprel ayında Minsk metrosunda baş vermiş terrora görə məhkum olunan Dmitri Kanovalov və Vladislav Kovalyov ölüm cəzasına məhkum olunmuşlar, ölüm hökmü 2012-ci ilin mart ayında icra edilmişdir. Hüquq müdafiə təşkilatları həmin şəxslər barəsində məhkəmənin ədalətli məhkəmə araşdırılması prinsipinə uyğun olmadığı qənaətindədirlər”
Cavad Cavadov deyir ki, Azərbaycanda 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulub, 1998-ci ildə isə tamamilə ləğv olunub: “Bu, Avropa Şurasına qəbul olunması üçün Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi məqsədilə edilib.
Ölüm hökmünün ləğv olunması müsbət addım sayılmalıdır, xüsusən bugünkü Azərbaycan reallığında, ədalətli məhkəmə araşdırmasının olmadığı bir vaxtda ölüm cəzasının saxlanılması yolverilməzdir.
Məsələn, statistikaya görə, 1987-ci ildə ABŞ-da 349 səhv ölüm hökmü çıxarılmışdır, bunlardan 25-i artıq icra olunmuşdur. Cinayət Məcəlləsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Lakin statistika onu göstərir ki, ölüm cəzasının mövcud olması cinayətlərin qarşısını almır, yəni qorxuducu nəticəsi yaranmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Bu gün, 14:26
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Bu gün, 14:20
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Bu gün, 14:14
Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Bu gün, 14:07
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Bu gün, 13:57
Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Bu gün, 13:04
Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 13:00
Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Bu gün, 12:56
Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Bu gün, 12:54
Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Bu gün, 12:18
TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Bu gün, 12:14
"İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Bu gün, 12:07
Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Bu gün, 12:01
Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Bu gün, 11:54
“Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Bu gün, 11:53
Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Bu gün, 11:47
Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Bu gün, 11:44
Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31
Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26
“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17
Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15
Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12
Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06
Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Bu gün, 10:38
Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı - Sərkisyan və Köçəryan təşvişdə
Bu gün, 10:36
Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir - "Euronews"
Bu gün, 10:34
“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - deputat
Bu gün, 10:12
Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb
Bu gün, 10:07
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib - KİV
Bu gün, 10:03
Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib - TƏFƏRRÜAT
Bu gün, 10:00
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq - TƏFƏRRÜAT
Bu gün, 09:55
Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:28
“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR
Bu gün, 09:22
Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI
Bu gün, 09:17
Gilas məsələsi... - TƏHLÜKƏLİ PARADOKS...
Bu gün, 09:11
"Bizi dəvət edəndə bir məclisi doldura bilirik" - Balaəli MEYDAN OXUDU
Bu gün, 09:06
Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ - DİQQƏT!
Bu gün, 09:04
Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir - Tramp
Bu gün, 09:00
Zakir Qaralovun vergi borcu iki qat artıb - TƏFƏRRÜAT
Bu gün, 08:57
Ukrayna bu şəhəri itirsə... - Jmaylodan xəbərdarlıq
Bu gün, 08:55
Paşinyanın ordu ilə bağlı PLANI... VARMI?
Bu gün, 08:37
ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23
Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34
SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru