Neftçilər Günü... .....                     Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür .....                     Psixoloqdan yazıçıya cavab: .....                     AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib .....                     YAP-çı deputat GÜCÜNÜ belə göstərir .....                     Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq .....                     Aİ ilə Ermənistan arasında dialoq başlayıb .....                     Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... .....                     Masazırda növbəti qanunsuz tikinti? .....                     Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib .....                     Rayona "nəzarət edən" avtoritet həbs olundu: .....                     Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb .....                     “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” .....                     “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ .....                     "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" .....                     Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib .....                     "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" .....                     Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? .....                     DMA da DTA-nın yolunu gedir: .....                     Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb .....                     Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                 

“GÜLƏR ƏHMƏDOVA ÖTƏN AYIN 21-DƏN UNİVERSİTETƏ GƏLMİR”…
Tarix: 15-10-2012, 08:53 | Çap et
“GÜLƏR ƏHMƏDOVA ÖTƏN AYIN 21-DƏN UNİVERSİTETƏ GƏLMİR”…
KEÇMİŞ DEPUTAT İŞİNİ DƏ İTİRƏ BİLƏR

“Elşad Abdullayevi yaxşı tanıyıram, uzun müddət BDU-da işləyib...”

Müsahibimiz Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovdur. Rəhbərlik etdiyi 93 yaşlı ali təhsil ocağındakı yeniliklər, perspektiv planlar, təhsil sahəsindəki vəziyyətdən tutmuş son zamanlar ölkə gündəmini çalxalayan videomateriallaradək çoxsaylı suallara cavab almaq istəyirdik.


Qrafiki sıx olsa da, təkidlərimizə müsbət cavab verib müsahibəyə vaxt ayırdı. Ancaq digər həmkarımız Yeni Müsavat qəzetinin əməkdaşı Elşad Paşasoyun da çoxdan bəri müsahibə üçün müraciət etdiyini nəzərə alıb hər iki media orqanının əməkdaşı ilə eyni zamanda görüşə biləcəyini dedi. Təbii ki, heç bir etiraz etməyərək söhbətə başladıq:
- Abel müəllim, bir neçə il qabaq demişdiniz ki, Amerika səfərinizdə maaşınızla bağlı soruşanlara azlığı səbəbindən cavab verməyə çətinlik çəkmisiniz. Bu gün necə, müəllim maaşı barədə suallara konkret cavab verə bilirsinizmi?

- Doğrudan da təqribən 17 il bundan qabaq mən Amerikada olanda belə bir sualla qarşılaşmışdım. O vaxt mən dekan vəzifəsində idim, professor, həm də laboratoriya müdiri idim. Orada məndən maaşımı soruşanda hesabladım və soruşdum ki, manatla demək olar. Dedilər yox. Mən çox fikirləşdim. İstədim 300-500 dollar deyim, gördüm ki, bu da onlarla müqayisədə çox azdır. O dövrdə müəyyən güzəştlər var idi ki, müəllimlərə işıq, nəqliyyat pulsuz idi. Onu dedim ki, bizdə müəllimlər, professorlar azdır, mən də professoram. Onlara dövlət təminatı var və dəqiq rəqəm deyə bilmərəm. Bir növ, vəziyyətdən çıxdım. Ancaq indi o keçid vəziyyət deyil. Təsəvvür edin ki, bu hadisədən 17 il keçib, müəllimlərin maaşı 17 dəfə artıb. Bunu da qəbul etmək lazımdır ki, Azərbaycanda ən böyük islahatlar elm sahəsində gedir. Bu gün müəllimlərin maaşı artır. MDB məkanında müqayisədə görürük ki, Azərbaycanda müəllimlərin maaşı daha yaxşıdır. Mən çox şadam ki, son zamanlar Prezident Administrasiyasının yanında Elmin İnkişafı Fondu yaranıb. Bu fond bizim vəziyyətimizi xeyli yaxşılaşdıracaq. Soruşa bilərsiniz ki, fond bunu necə edir, müəllimə pul verirmi? BDU-nun timsalında deyək ki, bu gün biz 70-ə yaxın qrant və proqramlarla işləyirik. Bunun 43-ü xarici ölkələrdən, Avropa, Asiyadandır. 40-a yaxın dövlətlə, 43 proqramla işləyirik. Eləsi var ki, qrantın qiyməti 1 milyondur. 500 minlik proqram da var. Bu proqramların 25-dən çoxu ölkədaxili proqramlardır. Ölkədaxili proqramların maliyyə həcmi 2 milyona çatır. Bir neçə il bundan qabaq bu, ümumiyyətlə yox idi. Deyə bilərsiniz ki, 2 milyon müəllimin sosial problemlərinin həllinə yönəlirmi? Əlbəttə ki, 1 milyondan 30-40 faizi, 400 mini müəllimlərin məvacibinin yaxşılaşdırılması istiqamətinə yönəldilir. Elə müəllim var ki, bu proqramlar, qrant, üzərində işləyəndə ayda 2-3 min pul alır. Beynəlxalq qrant daha çoxdur. Biz universitetdə dövlət tərəfindən müəllimin maaşını hesablayırıq. Bunun özü də köməkdir. Qrant və proqramlar vasitəsilə alınan məvacib müəllim üçün stimullaşdırıcı köməkdir. Bu gün dünyada universitetlərin reytinqini müəyyənləşdirən agentlik var və bu reytinq hər il aparılır. Bu reytinqə görə, 700 ən yaxşı universitet sırasında 600-cü yeri tuturuq. Bu onu göstərir ki, metedoloji yanaşmalar yeniləşir. Əgər belə olmasaydı, biz qabaqcıl universitetlər sırasına düşə bilməzdik. Universitetlərin siyahısını müəyyən edən siyahıda BDU qabaqcıl yerlərdən birini tutur. Bu gün bizdə bir problem var ki, tələbə yataqxanası yoxdur. O kriteriyalar var ki, universitetlərin reytinqini müəyyənləşdirir, orada ana xətlərdən biri tələbələrin yataqxana həyatıdır. Təsəvvür edin ki, bizim 20 minə yaxın tələbəmiz var, onlardan 10 mini şəhərdə yaşayır, 10 min tələbənin yataqxana həyatı yoxdur. Deməli, universitet həyatında da müəyyən deformasiyalar var. Cənab prezident bizə tapşırıq verib ki, yaxın günlərdə tələbə yataqxanalarda məskunlaşan köçkünlərimiz üçün yer ayrılıb və onlar köçəcəklər. Yeni layihələr var. Orada qısa müddətdə müasir tələblərə cavab verən yüksək təmirli yataqxanalar olacaq və tələbələrimiz həmin yataqxana komplekslərində yerləşdiriləcəklər. Universitetlərin inkişafı müəllimlərin maaşından asılı deyil, həm də o, sosial məsələdir. Gərək universitet özü inkişaf etsin, onunla da bərabər müəllimlərin sosial vəziyyəti yaxşılaşsın. Hər il Azərbaycanda elmi əsərlərin səviyyəsini ölçmək üçün alimlərin yazdığı əsərlərə dünyada baxırlar. Agentliyin belə bir bölümü var ki, dünyada tanınmış jurnallarda nə qədər yenilik var. Onun da a, b, e kateqoryaları mövcuddur. Dünyada təqribən tanınmış məqalələrdən 450-si azərbaycanlı alimlərə məxsusdursa, onun təqribən 180-i Bakı Dövlət Universitetinin alimlərinə məxsusdur. Yəni 33 faiz bizimdir, qalan 67%-i akademiya və digər universitetlərindir. Bütün bunları hesablayaraq, reytinqi müəyyənləşdirirlər. 10 il bundan əvvəl bu məqalələrin sayı təxminən 55 idi. Bu diaqonalı ona görə dedim ki, əvvəl bu say çox az idi.

- Ötən il müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi barədə məsələ qaldırılsa da proses yarımçıq qaldı. Nə baş verdi?

- Biz çalışırıq ki, müəllimlər də dövlət qulluqçusu statusu alsın. Əlbəttə, bu, həm maaşa, həm təqaüdə, həm də bir çox parametrlərə müsbət təsir edir. Hesab edirəm ki, qanunlar yazılacaq. Biz təhsil qanununu çərçivə qanunu kimi qəbul etdik. Onun ali təhsil, orta məktəblərlə bağlı bölməsi olacaq və s. Dövlətimiz gün-gündən inkişaf edir və bizim büdcə imkanlarımız imkan verəcək ki, müəllimlərlə bağlı bu məsələyə baxılsın. Bizi ən çox narahat edən məsələlərdən biri elmi adlara verilən məvacibdir. Bunlara verilən məvacib çox olmalıdır, amma bu məvacib olduqca azdır. Məsələn, MDB məkanında elə dövlətlər var ki, xüsusən Rusiyanın özündə elmlər doktoruna 500, elmlər namizədinə 250 manat verirlər. Gərək insanlar arasında stimul olsun. Azərbaycanda 1800 elmlər doktoru var. Mən əminəm ki, yaxın vaxtlarda bu problem həll olunacaq.

- Rektorların seçki, yoxsa təyinatla bu vəzifəni tutmasının tərəfdarısınız?

- BDU-da 90-cı illərin əvvəllərində təqribən, 1991-ci ildə belə bir seçki oldu. Hazırda tariximiz yüz iliyə doğru gedir. Ancaq həmin bir dəfə keçirilən seçkidən qalan deformasiyalar hələ də davam edir. Qruplaşmalar, kim kimə səs verdi məsələləri çıxır ortaya. Mən o vaxt dekan idim, bilirəm bu işləri. Moskva Dövlət Universitetinin rektoru artıq 20 ildən çoxdur ki, rektorluq vəzifəsindədir. Orada həm seçki var, həm təyinat. Qardaş Türkiyədə həm seçilir, həm də təyin olunur. Məsələn, 5 nəfər seçirlər, sonra prezident həmin 5 nəfərin sənədlərinə baxır və birini təyin edir. Burda da təqribən ona uyğundur. Biz hələ Avropa olmamışıq, bura Azərbaycandır, Türkiyədir. Amma yeri gələndə, seçki də keçirtmək olar. Bir də rektor məsələsi təkcə, elmi sima deyil. Əlbəttə, birinci elmi sima olmalıdır. İkinci təşkilatçılıq qabiliyyəti, üçüncü insanlarla dil tapmaq... Çox parametrlər tələb olunur. Çünki elə bir məktəb yoxdur ki, gedib, oxuyub rektor olasan. Vaxtilə ali partiya məktəbi var idi, gedib oxuyurdun, olurdun raykom katibi. Rektor kimi seçirlər? Birinci elmi olan, ikinci təhsil mexanizmini yaxşı bilən, uzun müddət işləyən, təşkilatçılıq, idarəçilik nüfuzu olan. Hesab edirəm ki, hələlik Azərbaycanda bu yanaşma düzgündür.

- Müəllim maaşından danışdıq, bəs tələbələrin təqaüdünün azlığı necə, sizi narahat edirmi?

- Təqaüd son vaxtlar xeyli artıb. Cəmiyyət çox sürətlə inkişaf edir. Universitetin qabağında indi nə qədər maşın dayanıb, nə qədər tıxac yaranıb. Bunlar hamısı bir-iki nəfərin deyil ki, camaatındır. İndi bir maşını olan çalışır ki, iki maşın alsın. Bir az yaxşı geyinənlər çalışır ki, daha yaxşı geyinsin. Hesab edirəm ki, yavaş-yavaş tələbələrin təqaüdünü də qaldırmaq mümkün olacaq. Bu gün tələbələrin təqaüdü az da olsa, onların həyatına müsbət təsir edir.

- Gülər Əhmədova mövzusundan danışmasaq olmaz. Ən azı ona görə ki, həmkar olubsunuz, sizin deputat seçildiyiniz ərazidən, Yasamal təşkilatından YAP-ın üzvüdür və ən nəhayət, BDU-nun müəllimidir, 19 oktyabrda da dərsi var...

- Son günlər Gülər Əhmədova dərsə gəlmir. Gülər Əhmədova ictimaiyyətdə həmişə mövqeli adam olub. Yıxılan kimi hamı tez istəyir ki, onu baltalasın, tez mənfi tərəfini görsün. Müsbət tərəfini görmək istəməsin. Özü də çox qısa müddətdə. Video görüntülər olub və onu əsaslandırmaq lazımdır. Hüquq-mühafizə orqanlarının işi olan bir məsələyə biz hələ bir şey deyə bilmərik. Onu da deyə bilərəm ki, Gülər Əhmədova BDU-da uzun illərdir psixologiya fakültəsində müəllim işləyir. Həmişə nizam-intizamla dərsə gəlib, amma ayın 21-dən sonra dərsə gəlməyib. Son gəldiyi gün 21-i olub. Hələ hüquq-mühafizə orqanları onun barəsində heç nə qəbul etməyibsə, biz ona dərsi qadağan edə bilmərik. Rəsmi sənəd daxil olandan sonra təbii ki, onun universitetdə qalib-qalmaması aydınlaşacaq. Mən bu işlərdə tələskənliyə yol verməyi düşünmürəm. Şəxsi bir məsələ kimi hüquq-mühafizə orqanları bununla məşğul olur. Təbii ki, biz onun cavabını gözləməliyik.

- Bu hadisə barədə şəxsi fikriniz necədir?

- Ziyalı münasibətlərdə belə məsələlər olmamalıdır. Yaxşı işdən dərs götürmək, pis işdən nəticə çıxartmaq lazımdır. Pis işdən nəticə çıxartmaq lazımdır ki, o birilər heç olmaya bunu etməsinlər. YAP bu gün hakim, aparıcı qüvvədir, ölkəni idarə edən bir partiyadır. Biz elə etməliyik ki, aramızda belə adamlar olmasın. Biz vaxtında onun qabağını almalıyıq, vaxtında onu məlumatlandırmalıyıq. Vaxtında bunun qabağını alsaydıq, bu məsələ bu qədər genişlənməzdi.

- YAP-çı həmkarlarınızdan çox sərt reaksiyalar gəldi. Hətta Eldar İbrahimov Gülər Əhmədovanın həbs olunmasını istədi...

- Hərənin öz fikri var. Mən universitet müəllimi, YAP-in üzvü kimi hüquq-mühafizə orqanlarının qərarı olmadan başqa fikir deyilməyi artıq hesab edirəm. Əli Əhmədovun qəzetdə münasibətini oxudum, çox xoşuma gəldi ki, belə məsələlərdə bir az yüksəklikdə durmaq lazımdır. Xırdalamaq lazım deyil, cəmiyyəti belə səviyyəsiz münasibətlərə sürükləmək lazım deyil. YAP-da çox səviyyəli adamlar var, tez qərar qəbul etmək də düzgün deyil. Əlbəttə, bu təsdiq olunsa, həm ictimaiyyət, o cümlədən BDU öz sözünü deyəcək. Cəmiyyətdə əgər yüz adam varsa, o demək deyil ki, hamısı bir-biri ilə yaxşı münasibətdədir, hamısı bir-birini cani-ürəkdən sevir. Yüz adamın hamısı bir-biri ilə salamlaşır, görüşür, ancaq belə bir qaranlıq otaq olsa, onlar öz haqq-hesablarını həll edə bilərlər. Gərək qaranlıq otaqda işıq yansın, görək nə vəziyyətdir.

- Elşad Abdullayev haqqında fikriniz necədir?

- Elşad Abdullayevi yaxşı tanıyıram, uzun müddət BDU-da işləyib. Sonra da həmkar kimi ABU-nun rektoru olub. Əslində hüquq baxımından o çəkilişlər də düz deyil...

- Hesab olunur ki, bu biabırçılıqdan yeganə çıxış yolu parlamentin buraxılması, yeni seçkilərə gedilməsidir. Bu fikirləri necə dəyərləndirirsiniz? Ümumiyyətlə, özünüz bu tərkibdə olduğunuza görə narahatçılıq hissi keçirirsinizmi?

- Parlamentin 125 üzvü var. Onlar demokratik yolla, qayda-qanunla, öz yerlərini, mandatlarını düzgün alıblar. O ki qaldı mənim seçilməyimə, bilirsiniz ki, artıq ikinci dəfədir ki, seçilmişəm. Hər dəfə də müəyyən mənada mübarizələr, gərginliklər olub. Mən öz qələbəmi, mandatımı öz alın tərimlə almışam. Ona görə də heç narahat deyiləm. Əminəm ki, orada olan insanlar bu çətinlikləri görərək mandat alıblar. Mən o vaxt seçilən zaman bir söz dedim. Dedim ki, əgər universitet rektoru demokratik prinsiplərlə seçilməsə, onda bu cəmiyyətin sonu ola bilməz. Biz gərək ən nümunəvi seçki metodundan istifadə edək ki, insanlarda inam yaransın. Doğrudan da bu adam düz seçildi. Deputatın mandatı böyük şərəfdir, ancaq ondan qat-qat çox məsuliyyətdir. Hər dəfə mən əlimi düyməyə basanda hiss etmirəm ki, onu mən basıram. Düşünürəm ki, 30 min seçicinin düşüncəsinə bu, ziyan ola bilərmi? Mən barmağımı düyməyə yaxınlaşdıranda onu fikirləşirəm, onlara verdiyim sözü, onların qarşısında çıxışımı yadıma salıram. Əslində bütün deputatlar belə etməlidir. Yəni hamı belədir, deməli, hamı xalqın mənafeyini gözləyir. Həmişə o düyməni basarkən yadıma düşür ki, o insanların öz düşüncələrində mənə qarşı münasibətləri necə olubdur. Çətinliklərini mənə danışıblar, yəni elə etmək lazımdır ki, xalqın etibarını qazana biləsən.

- Abel müəllim, 93 yaşlı universitet tarixinin müəyyən bir hissəsi sizin rektorluğunuzla bağlıdır. Ölkədə təhsil nazirliyinə gedən yolun bir qayda olaraq BDU rektorluğundan keçdiyini nəzərə alsaq, hesab etmirsiniz ki, artıq rektorluqla vidalaşmaq zamanıdır? (davamı var) \ modern.az \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftçilər Günü... - Müasir Azərbaycanın şanlı tarixi...
Bu gün, 00:13
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün, 00:10
Psixoloqdan yazıçıya cavab: - “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”
Dünən, 18:02
AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Dünən, 18:00
YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Dünən, 17:57
Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Dünən, 17:54
Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Dünən, 17:52
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Dünən, 17:50
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Dünən, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Dünən, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Dünən, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Dünən, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Dünən, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Dünən, 17:03
"Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Dünən, 16:58
Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Dünən, 16:56
"Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Dünən, 16:51
Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Dünən, 16:48
DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Dünən, 16:41
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Dünən, 16:38
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Dünən, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Dünən, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Dünən, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Dünən, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Dünən, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Dünən, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Dünən, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Dünən, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Dünən, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Dünən, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Dünən, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Dünən, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Dünən, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Dünən, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Dünən, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Dünən, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Dünən, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Dünən, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Dünən, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Dünən, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Dünən, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Dünən, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Dünən, 13:07
"Biz şokda idik" - İranlı general
Dünən, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Dünən, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Dünən, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Dünən, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Dünən, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Dünən, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru