Ermənistandan sülh mesajı: .....                     Müəllimlər üçün gizlədilən vakant yerlər .....                     “Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” .....                     Bakının küçələrində təmizlik işləri həyata keçirilib .....                     BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... .....                     Buna Azərbaycanın razılığı lazım olacaq .....                     Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil .....                     Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək .....                     İran da yolların açılmasında maraqlı olmalıdır .....                     HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. .....                     İrandan Azərbaycana daha bir absurd ittiham .....                     “Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... .....                     İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq .....                     "Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." .....                     Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi .....                     Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək .....                     "Bu ancaq Azərbaycanda ola bilər..." .....                     Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü .....                     Paşinyan Ağ Evdə Qarabağdan köçmüş ermənilərin geri qayıtması haqda suala məhəl qoymadı... .....                     Minsk Qrupu niyə ləğv olunur? .....                     Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... .....                     Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik .....                     ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı .....                     Putin, Makron, mollalar... .....                     200 illik sistem dəyişir .....                     SEPAH-dan Qafqazda müharibə təhdidi .....                     Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə… .....                     Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq .....                     Rusiyadan “pomidor” həmləsi .....                     `Kontakt Home`dan yeni hoqqabazlıq... .....                     Paşinyan Vaşinqtondakı mövqeyini erməni xalqına və erməni lobbisinə yedirdə biləcəkmi? .....                     Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi... .....                     Təhsil sisteminin BOZ KARDİNALI... .....                     İmişlidə Mərkəzi Mal bazarının müdirindən qeyri-insani ADDIM .....                     Azərbaycanda istehlak kreditlərinə də limit qoyula bilər? .....                     Məleykə Abbaszadə İTTİHAM OLUNUR .....                     Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT sədrinə birgə müraciət imzaladılar .....                     "Gör, qadın belə söz deyər?" .....                     Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? .....                     Ermənistan blokadadan çıxır .....                 

“Xoşbəxtəm ki, Avropada Rəşid Behbudovun mahnıları ilə"...
Tarix: 2-03-2015, 09:05 | Çap et
“Xoşbəxtəm ki, Avropada Rəşid Behbudovun mahnıları ilə"...
Türkiyədə və eləcə də Azərbaycanda tanınmış opera ifaçısı Oya Ergün martın 5-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan qadınları üçün təmənnasız olaraq konsert proqramı verəcək. Təsadüfi deyil ki, o, öz konsertini məhz Mahnı Teatrında həyata keçirmək istəyir. Çünki Oya Ergün bir Rəşid Behbudov heyranıdır.

Yaradıcılığında daha çox Azərbaycan mahnılarına yer ayıran Oya Ergünün dəvəti ilə Bakıda yaşadığı mənzildə qonaq olduq. Bəlli oldu ki, Oya xanım səhnədə olduğu kimi, evində də sadə, gülərüz və mehribandır. Bir sözlə, opera ifaçısının qonaqpərvərliyindən çox razı qaldıq. Onunla olan maraqlı söhbətimizi təqdim edirik:

- Oya xanım, martın 5-də qadınlar üçün konsert verəcəyinizi eşitdik. Necə oldu ki, belə bir qərara gəldiniz?

- 3 ildir ki, Azərbaycanda yaşayıram. Hər il də 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində mütləq qadınlarımız üçün konsert proqrammı ilə çıxış edirəm. Budəfəki konsertimiz isə Rəşid Behbudovun 100 illik yubileyinə təsadüf etdi və bunun üçün özümü çox xoşbəxt hiss edirəm. Onun 100 illik yubileyi ilə bağlı bu il həm Avropada, həm də Türkiyədə konsert proqramları təşkil edəcəm. Bunun ilki isə martın 5-də Azərbaycanda - Mahnı Teatrında həyata keçəcək.

- Konsert hazırlıqları necə gedir?

- Hazırda repertuara daxil etdiyimiz mahnılar üzərində çalışırıq. Konsertdə məni Azərbaycan orkestri müşayiət edəcək. Peşəkar musiqiçilərin yer aldığı həmin konsertdə onların hər birinin solo ifasını da dinləyə biləcəyik. Konsertdə daha çox Azərbaycan musiqilərinə üstünlük veriləcək. Əlbəttə ki, orada türk və Avropa mahnıları da yer alacaq. Çox maraqlı bir konsert proqramı düşünmüşük. Əlimizdən gələni etməyə çalışacağıq. Orada Azərbaycan və Türkiyə sənətçiləri də iştirak edəcək. Qeyd edim ki, saatyarım səhnədə tamaşaçılarla birlikdə olacağam.

- Azərbaycanın istedadlı və tanınmış bəstəkarları çoxdur. Nə üçün məhz Rəşid Behbudovun yaradıcılığına bu qədər maraq göstərdiniz?

- Rəşid Behbudov yaradıcılığında mənə ən çox təsir edən onun səsinin gücüdür. O, çox möhtəşəm səsə malik olub, dünyada az tapılan tenor səsin ən mükəmməlini Rəşid Behbudovda gördüm. Onun səsində Şərq melodiyaları çox mədəni bir şəkildə əks olunur. Rəşid Behbudov yaradıcılığına nəzər saldıqda, görürük ki, təlim görmüş bir səslə gözəl musiqi vəhdət təşkil edir. O, xalq mahnısını opera kimi yüksəklərə qaldırıb və onu qorumağı bacaran sənətkardır. Mən onun pərəstişkarıyam.

- Azərbaycan musiqisinə, opera sənətinə sevgi sizdə necə yarandı?

- Bu, mənim uşaqlığımdan qaynaqlanır. Rəşid Behbudovun səsini eşidəndə 10 yaşım vardı. İlk dəfə radioda onun səsi ilə bir neçə Azərbaycan mahnısını dinləmişəm. O vaxtdan mən R.Behbudovun səsinə, onun musiqilərinə heyran olmuşdum. Radioda eşitdiyim mahnıların adlarını dəftərçəmə qeyd edirdim. Uşaqlıqdan bəri radio dinləyirəm. Ta o vaxtdan radioda eşitdiyim ən gözəl mahnıları qeyd edərdim. Musiqi sənəti ilə məşğul olmağa başladıqdan sonra məndə onun yaradıcılığına maraq daha da artdı. Türkiyədə də Rəşid Behbudovun adını çox eşitmişdim. Ancaq Avropada onun adını eşitməz oldum. Və bu, mənə çox qəribə gəlirdi. Orada deyirdim ki, necə ola bilər ki, siz Rəşid Behbudovu tanımırsınız? Özümü xoşbəxt hiss edirəm ki, uzun müddətdən sonra Avropada Rəşid Behbudovun mahnılarından ibarət konsert proqramı ilə çıxış edəcəyəm.

Əminəm ki, bu konsert onları təəccübləndirəcək. Biz Azərbaycanla qardaş ölkəyik. Müxtəlif dillərdə mahnılar ifa etmişəm. Hesab edirəm ki, musiqi bölünməzdir. Musiqinin vətəni yoxdur. Musiqiçi öz torpağından çox bəhrələnir. Mən Rəşid Behbudovun səsində özgəlik hiss etmirəm. Hesab edirəm ki, bu, mənim öz doğma musiqimdir. Onun mahnıları mənə çox yaxındır.

- Türkiyədə Özgəcanla bağlı bir sosial dayanışma var. Siz Türkiyədə qadın zorakılığına qarşı bir sıra layihələrin müəllifisiniz. Belə bir vəziyyətdə Türkiyəyə gedib qadınlara dəstək olmağı düşünürsünüzmü?

- Türkiyədə yaşadığım illərdə mütəmadi olaraq qadınlarla bağlı layihələrdə iştirak edirdim. Söhbət böyük layihələrdən gedir. Niderlandda yaşayarkən qadınlara qarşı zorakılıqla bağlı bir sıra layihələr həyata keçirdim. Azərbaycanda isə qadınlarla bağlı konsert verməkdən başqa heç nə edə bilmədim. Ancaq hazırda beynimdə qadınlarla bağlı bir sıra layihələr var ki, onları da Azərbaycanda həyata keçirəcəm. Nə qədər ki Azərbaycandayam, bu layihələrlə məşğul olacam. Televiziya vasitəsilə Türkiyədə baş verən hadisələri izləyirəm. Hesab edirəm ki, qadınlara qarşı olan zorakılıqlar cəmiyyətin problemidir. Cəmiyyətin ən kiçik zərrəsi isə ailədir. Hər şey ailədən başlayır. Cəmiyyəti dəyişmək üçün hər şey anadan və atadan asılıdır. Çünki övladı ana ilə ata tərbiyələndirir. Əgər savadlı bir cəmiyyət yetişdirmək istəyrsinizsə, o zaman qadınları savadlandırın. Hər şeyin açarı qadınlardadır. Oğlan övladlarını da biz yetişdiririk. Qadının da sözünün keçdiyi bir cəmiyyət formalaşdırmağa çalışmalıyıq. Avropada buna çox üstünlük verirlər.

- Oya Ergün də bir anadır. O necə bir anadır?

- Mən səbirli və övladı ilə çox maraqlanan bir anayam. İşlərim var deyə, övladımı nəzarətsiz buraxmıram. Bu mövzuda özümü çox şanslı hesab edirəm. Çünki saat 9-dan 6-ya kimi işləmək məcburiyyətində ola bilərdim, ancaq elə deyiləm. Bütün günümü övladıma görə tənzimləyirəm. Gündəlik işlərimi övladımın məktəb vaxtına görə təyin edirəm. Övladıma “sənin üçün darıxıram, hardasan” dedirtməyəcək bir uşaqlıq yaşatmağa çalışıram. Onun hər şeyi ilə yaxından maraqlanıram. O, Azərbaycanı çox sevir. İndi 5 yaşındadır. 3 ildir ki, Azərbaycandadır və özünü azərbaycanlı hesab edir. Azərbaycanlı kimi danışır və burada yaşamaq istədiyini bildirir. Gələcəkdə isə musiqi ifa edən həkim olmaq istəyir (gülürük).

- Bəs siz özünüz necə övlad olmusunuz?

- Mən musiqi düşkünü idim. Xəyal dünyam çox geniş idi. Şeir yazan, mahnılar ifa edən, tez-tez xəyallara dalan uşaq idim. Musiqi ilə bərabər həm də rəqslə məşğul idim.

- Burada hər hansı bir tələbə yetişdirməyi düşünmüsünüzmü?

- Türkiyənin İstanbul şəhərində konservatoriyada müəllim kimi çalışırdım. Bir sıra məktəblərdə də uşaqlara dərs keçirdim. Gənclərlə gün keçirmək və onlara bildiklərimi öyrətmək mənim üçün xoşdur. Mahnı oxumaqla bərabər, öyrətməyi də sevirəm. Əgər burada da mənə belə təklif gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm.

- Opera sənəti ilə pul qazanmaq mümkündürmü?

- Şərq ölkələrində bu, bir az çətindir. Amma Avropada görməmişəm ki, hər hansı opera sənətçisi ac qalsın. Əgər gözəl ifaçıdırsa, pul qazana bilməməsi mümkün deyil. Çünki orada həm dövlət qurumları, həm də özəl opera konsert salonları çoxdur. İnsanlar musiqi ilə yaşayırlar. Təəssüf ki, Şərq ölkələrində belə deyil. İnşallah, ümid edirəm ki, bu ölkələrdə də opera sənəti o cür inkişaf edər. Mən heç zaman konsertlərimin maddi tərəfini düşünmürəm. Əgər mən də pul üçün oxusaydım, toylara gedib oradan qazanc əldə edərdim. Avropadakı konsertlərimdən pul alsam da, Azərbaycandakı konsertlərimdən pul götürmürəm.

- Səbəb?

- Çünki burada pul alaraq konsert vermək çox çətindir. İnşallah, gələcəkdə böyük qurumlar formalaşar, özəl opera səhnələri meydana gələr və opera sənətçiləri müxtəlif yerlərdə konsert vermək şəraiti əldə edərər.

- Azərbaycanda opera sənətini necə dəyərləndirirsiniz?

- Azərbaycan opera sənətini çox bəyənirəm. Operanızda bir-birindən gözəl, möhtəşəm səslər var. Opera sənətində çox inkişaf etmisiniz. Azərbaycan operası Türkiyə opera sənətindən də əvvəl qurulub. Opera sənətinin bundan da gözəl yerlərə çatacağına və səsinizin yüksəklərdən gələcəyinə inanıram.

- Bildiyimiz qədər, Türkiyədə opera sənəti Avropadakı qədər inkişaf etməyib.

- Türk operalarımızın çoxu Avropadakı festivallara qatılır. Vəziyyət tamamilə dəyişib. Son illər türk operası həddindən artıq inkişaf edib. Bizim o qədər çox operamız var ki, böyük şəhərlərdəki opera ustalarımız xaricdəki festivallarda mükafatlar da əldə ediblər. Opera sənətinin daha çox inkişaf etməsi üçün ciddi bir təhsil sistemi formalaşmalıdır. Bunlar da yavaş-yavaş həyata keçəcək.

- Hazırda yeni mahnılar üzərində çalışırsınızmı?

- Mən özüm də yazıram və yeni mahnılarım var. Bəstəkar dostlarımdan yeni bəstələr almışam. Azərbaycan şairələrindən Sona Vəliyevanın yeni bir şeirinə bəstəm olacaq. Siz üçüncü albomumda onu dinləyə biləcəksiniz.


“Xoşbəxtəm ki, Avropada Rəşid Behbudovun mahnıları ilə"...
“Xoşbəxtəm ki, Avropada Rəşid Behbudovun mahnıları ilə"...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistandan sülh mesajı: - Bayram günüdür
Bu gün, 12:51
Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Bu gün, 12:28
“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Bu gün, 11:53
Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Bu gün, 11:44
BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Bu gün, 11:38
Buna Azərbaycanın razılığı lazım olacaq - Nikol
Bu gün, 11:26
Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil - Zelenski
Bu gün, 11:23
Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək – Ağ Evdə Rusiyanı sarsıdan detal
Bu gün, 11:21
İran da yolların açılmasında maraqlı olmalıdır - Armen Qriqoryan
Bu gün, 11:16
HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. - "İndi biz bu prosesdə Ermənistanla ayaqlaşmalıyıq..."
Bu gün, 10:43
İrandan Azərbaycana daha bir absurd ittiham - Cavab gecikmədi
Bu gün, 10:34
“Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... - Məhkəmə də vətəndaşa qarşıdır...
Bu gün, 10:30
İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq - Ermənistanın Baş naziri
Bu gün, 10:26
"Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." - BACARMIRLAR...
Bu gün, 10:25
Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi - deputat
Bu gün, 10:17
Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək - Paşinyan
Bu gün, 10:15
"Bu ancaq Azərbaycanda ola bilər..." - GİLEY
Bu gün, 10:14
Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Ağ Evdə Qarabağdan köçmüş ermənilərin geri qayıtması haqda suala məhəl qoymadı... - "Hraparak"
Bu gün, 10:00
Minsk Qrupu niyə ləğv olunur? - Paşinyandan CAVAB
Bu gün, 09:34
Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... - GƏLİŞMƏ
Bu gün, 09:27
Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik - Paşinyan
Bu gün, 09:25
ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı - deputat
Bu gün, 09:23
Putin, Makron, mollalar... - onların dediyi olmadı
Bu gün, 09:20
200 illik sistem dəyişir – TRIPP layihəsinin əsas məqsədi və riskləri
Bu gün, 09:15
SEPAH-dan Qafqazda müharibə təhdidi – İran və Rusiya Azərbaycan-Ermənistan sülhünə qarşı cəbhə qurur
Bu gün, 09:10
Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq - KİV
Bu gün, 08:59
Rusiyadan “pomidor” həmləsi - Fermerlər deyir ki...
Bu gün, 08:38
`Kontakt Home`dan yeni hoqqabazlıq... - Etdiyin ödəniş ləğv olunur...
Bu gün, 08:29
Paşinyan Vaşinqtondakı mövqeyini erməni xalqına və erməni lobbisinə yedirdə biləcəkmi? - GÖRÜLƏSİ İŞ ÇOXDUR...
Bu gün, 08:19
Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi... - əsas məsələ konfliktin bitməsi idi..."
Bu gün, 06:42
Təhsil sisteminin BOZ KARDİNALI... - və onun QARA FİKİRLƏRİ...
Bu gün, 06:38
İmişlidə Mərkəzi Mal bazarının müdirindən qeyri-insani ADDIM - TƏFƏRRÜAT
Bu gün, 06:35
Azərbaycanda istehlak kreditlərinə də limit qoyula bilər? - AKTUAL
Bu gün, 06:29
Məleykə Abbaszadə İTTİHAM OLUNUR - Məhkəməyə müraciət olundu
Bu gün, 06:27
Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT sədrinə birgə müraciət imzaladılar
Bu gün, 06:22
"Gör, qadın belə söz deyər?" - FOTO
Bu gün, 06:20
Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? – Zəngəzurla bağlı iki qeyd
Bu gün, 06:16
Ermənistan blokadadan çıxır - Paşinyan
Bu gün, 06:14
Paris Ermənistan və Bakı tərəfindən verilən Minsk Qrupunun strukturlarının ləğvinə dair çağırışa qoşulub
Bu gün, 06:13
Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib
Bu gün, 06:11
Paşinyan ATƏT-in Minsk Qrupunu münaqişənin simvolu adlandırıb
Bu gün, 06:06
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq - Prezident İlham Əliyev
Bu gün, 00:24
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
Bu gün, 00:22
Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək - Tramp
Bu gün, 00:20
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Dünən, 23:58
ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən proseslərin geopolitik əhəmiyyəti diqqətəlayiqdir - Pənah Hüseyn
Dünən, 18:05
Naxçıvanın mobil operator şirkətinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 18:01
Dövlət qurumu auditor seçdi - DETALLAR
Dünən, 17:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru