DİA.AZ: - Bir müddət əvvəl gənc müğənni Samrinanın idarə etdiyi «Porşe Kayen» markalı avtomobillə qəza törətdiyi barədə mətbuatda da məlumat verilmişdi. Bildirək ki, günah gənc müğənnidə olmasa da, hələ də bu qəzanın hüquqi baxımdan layiqli qiymətinin almadığı da söylənilir.
Onu da xatırladaq ki, artıq Samrina köhnə əzilmiş maşınından imtina edərək yeni «Ranc Rover» markalı maşın alıb.
Bu arada isə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) müğənninin köhnə maşınının qəzadan sonrakı görüntüləri çatdırılıb. Həmin görüntüləri diqqətlə izlədikdə adamın ağlına yalnız bir fikir gəlir: Samrinanı allah saxlayıb. Eləcə də anasını. Çünki qəza zamanı anasının da onunla birgə olduğu bildirilir…