"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” .....                     Əliyev və Paşinyan ABŞ-da nələr edir? .....                     Naxçıvana yol dəhliz statusunda olacaq .....                     Müəllimdən sensassion müsahibə: .....                     Vaşinqtonda sülh üçün tarixi görüş: .....                     Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: .....                     Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                     İran Bakıya görə taktikanı dəyişdi: .....                     “ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib .....                     Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı .....                     Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi .....                     Baş prokurordan YENİ TƏYİNAT .....                     Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                     Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib .....                     Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? .....                     "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." .....                     Rusiyadan Gürcüstana mesaj: .....                     Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı .....                     Rusiya 17 il əvvəlki hücumu təkrarladı .....                     Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib .....                     Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” .....                     Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil .....                     İkinci dəfə deputat seçilməyimə mane oldular .....                     “Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                     Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi .....                     “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” .....                     Dünyanın gözü Vaşinqtonda: .....                     Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                     Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir .....                     Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                 

"Gələn təklifləri təkidlə rədd etmişəm"
Tarix: 19-06-2025, 10:07 | Çap et

Çəkildiyi kolbasa reklamı ilə müzakirələrə səbəb olan Xalq artisti Rasim Balayev “Real FM”ə müsahibə verib. Bu barədə danışan aktyor bütün dünya ulduzlarının reklamlarda rol aldığını bildirib.

“Deyir, Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir. Reklamdır da bu. Neçə ildir çəkilmirəm. Kamera üçün darıxmışam, reklama çəkilirəm. Kino çəkilmir, ortada normal iş yoxdur. Bədbəxt aparıcı var, deyir ki, Rasim Balayev yoxdur, ölüb. Kino var ki, orada çəkiləm? Ssenari, yaxşı rejissor olmasa, alınmaz. Bu, kollektiv sənətdir. Onsuz da mən də, sən də öləcəyik, ay bədbəxt! Düşük-düşük çıxıb danışmağa görə bu gündəyik”.

Sosial şəbəkələrdə və media müstəvisində iki fərqli mövqe formalaşıb: bir tərəf sənətkarın reklamda görünməsini sənətə hörmətsizlik sayır, digər tərəf isə sənətçinin buna məcbur qaldığını və təqdir olunmalı olduğunu bildirir.

Dünyada necədir?

Qardaş Türkiyədən tutmuş Hollivuda qədər bir çox ölkələrdə tanınmış aktyorların reklam çarxlarında iştirakı kifayət qədər yayılmış praktikadır. Məsələn, Al Paçino, Robert De Niro, Morqan Friman kimi dünya şöhrətli aktyorlar qəhvə, avtomobil, saat, bank, hətta dərman reklamlarında çəkiliblər. Türkiyədə Haluk Bilginer, Kenan İmirzalıoğlu, Kıvanç Tatlıtuğ kimi sənət adamları tez-tez böyük reklam kampaniyalarının siması olurlar.

Bəs niyə Azərbaycanda bu məsələ birmənalı qarşılanmır?

Məsələ ondadır ki, Azərbaycan cəmiyyətində Xalq artisti adına xüsusi bir yük, simvolik status yüklənir. Rasim Balayev kimi sənət adamları bir çoxlarının gözündə yalnız monumental bədii obrazlarda görünməli, yüksək ideya daşıyan əsərlərlə assosiasiya olunmalıdır. Onun “Nəsimi” obrazı ilə yadda qalmış aktyor kimi kolbasa reklamında çəkilməsi bu simvolik auraya zidd qəbul edilir.

Amma bu mövqeyin özü də suallar doğurur: kino sənayesi durğun vəziyyətdədirsə, aktyor illərlə işsiz qalırsa, sadəcə, “simvol” olaraq yaşamaq mümkünmü? Digər tanınmış sənətçilər, aktyorlar müəyyən məbləğ qarşılığında reklama çəkilərdilərmi? Onlar Rasim Balayevi haqlı sayırmı?

Xalq artisti, tanınmış aktyor-rejissor Şeyx Əbdül Mahmudov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Şeyx Əbdül kolbasa reklamına çəkildiyi üçün həmkarını sərt şəkildə qınayıb: “Rasim Balayev kinonun hesabına çatdığı mərhələdən heç olmasa utanardı. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir, kinonun rəhbərlərindən biridir, lazım gələndə ölkə rəhbəri ilə görüşə o gedir. Bəs niyə bu kino üçün heç nə etmir? Axırda "Nəsimi"dən sonra gedib kolbasa reklamına çəkilir. Görün, indi kinomuz hansı səviyyəyə çatıb. Mən də onun davasını çəkirəm ki, gəlin milli kinomuzu ayağa qaldıraq. Şəxsən mənim “Şah İsmayıl Xətai”, “Ağaməhəmməd Şah Qacar” və daha neçə-neçə ssenarim ortada qalıb. “Qapı bağlı” olduğu üçün gedirlər kolbasa reklamına çəkilirlər. Belə getsə, kolbasa reklamına çəkilməyə şükür edəcəklər - onları bundan da pis reklamlar gözləyəcək.

Sənətkarların reklama çəkilməsinə gəlincə, reklamların da səviyyəlisi, səviyyəsizi olur. Əlbəttə ki, Türkiyədə də məşhur sənətkarlar reklamlarda çəkilirlər. Amma baxın, onlar özlərinə layiq olan reklamlarda çəkilirlər.

Mənə də reklama çəkilmək üçün təkliflər olub. Məsələn, bu günlərdə iki belə təklif almışdım - biri paltar, biri isə yemək reklamı idi. Dedim: gedin yeməyi satın, geyimi də ekranlara çılpaq çıxan qadınlara geyindirin. Bəli, mənim ehtiyacım çoxdur. Amma əgər normal ideologiyamıza, milli-mənəvi dəyərlərimizə uyğun reklam olarsa, çəkilərəm. Bu gün bütün dünya reklam üzərində qurulub. Amma baxır kim, nə və hansı şəraitdə, hansı mövzuda reklama çəkilir".

Əməkdar incəsənət xadimi, məşhur aktyor və rejissor Elxan Cəfərov isə deyib ki, bu məsələ çox şəxsi və spesifik məsələdir: “Burada aksiom yoxdur. Demək olmaz ki, bunu etmək olar və yaxud etmək olmaz. Təbii ki, dünyada belə təcrübələr var. Elə aktyorlarımız var ki, seriala çəkilir, eləsi də var ki, çəkilmir. Bədii filmdə çəkilən aktyorlarımız serialda da, reklamda da görünür. Bu, yaradıcı insanların sosial dayanıqlı bir mövqedə olmamalarından irəli gələn məsələlərdir. İndi, təbii ki, kimsə 5 manat artıq qazanmaq istəyirsə, burada qəbahətli heç nə yoxdur.

Əlbəttə, Rasim Balayevin kolbasa reklamına çəkilməsi şəxsən mənim üçün, bir tamaşaçı kimi, bir qədər dartınaraq qəbul etdiyim hal oldu. Bizim çoxsaylı sənətkarlarımız var ki, bəzən onları avtobusda, metroda görəndə insan bir anlıq tərəddüd edir. Düşünürsən ki, mənim qəhrəmanım mənim üçün əlçatmazdır, bir xülyadır - niyə adi insan kimi metroya, avtobusa minməlidir?", - rejissor deyib.

“Bəs sizə reklama çəkilmək üçün təkliflər gəlibmi?” - sualına isə Elxan Cəfərov belə cavab verib: “Çox gənc yaşımda, yaxın bir dostun və tanışın xahişi ilə bir mobil operatorun reklamına çəkilmişdim. Amma ondan sonra çəkilməmişəm. Gələn təklifləri isə təkidlə rədd etmişəm və bildirmişəm ki, bir daha bu cür təkliflər olunmasın.

Şəxsən mən istəməzdim o cür reklamlarda çəkilim. İstəyərdim ki, insanların düşüncəsində yaradıcı insanlara qarşı olan o mifik münasibəti qoruyub saxlayım".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” - TƏDARÜKLÜ OLMALIYIQ...
Bu gün, 13:05
Əliyev və Paşinyan ABŞ-da nələr edir? – Qazaryan elə FOTO yaydı ki…
Bu gün, 13:01
Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan
Bu gün, 13:00
Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Bu gün, 12:56
Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Bu gün, 12:52
Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Bu gün, 12:48
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru