“Heç kimə bildirmirdim ki, “Uzundraz Oqtay” mənəm”
Tarix: 27-02-2024, 09:42 | Çap et
 “May ayında 86 yaşım tamam olacaq. Hal-hazırda pensiyadayam. Vaxtilə kinoda da, dublyajda da çalışmışam. Bu gün dəvət gəlsə belə çəkilə bilmərəm. Sağlamlığım imkan vermir. Həm də gərək aktyor fiziki baxımdan da sağlam olsun. Heç bir fəxri adım yoxdur. Heç kimə müraciət də etməmişəm, ehtiyac da yoxdur. Bu gün mənim dostluq etdiyim sənətkarların əksəriyyəti dünyada yoxdur. Elxan Qasımovla bir kursda oxumuşuq, bir filmdə çəkilmişik. Bəzən Əbdül Mahmudbəyovun müsahibələrini oxuyuram. Müasir televiziyada hərə bir cür hoqqa verir. Dövrə, zəmanəyə uyğundur. Yeni çəkilən filmlərə baxmıram, rejissorları da tanımıram. Heç bir məlumatım yoxdur. Bizim qatarımız getdi”
Bunu Moderator.az-a özəl açıqlamasında “Əhməd haradadır?” filminin “Uzundraz Oqtay”-ı Novruz Axundov deyib. O daha sonra ustadı, görkəmli teatr və kino aktyoru Adil İsgəndərovla bağlı xatirələrini bölüşüb. “Bütün dünya teatrlarında belə bir qanun var ki, teatrı aktyora görə yox, rejissora görə tanıyırlar. Deyirlər ki, Vaxtanqovun teatrı, Adil İsgəndərov teatrı. Adil İsgəndərov elə fenomenal insandır ki, 28 yaşında “Vaqif” pyesini səhnələşdirib. Bu adam 45 yaşa qədər xalq artisti fəxri adını, “Stalin” mükafatı, Ssri xalq artisti titullarını alıb. Adil İsgəndərova bu gün çox ehtiyacımız var. Özü rejissor kimi cəmi “Əhməd haradadır?” filmini çəkib. Amma aktyor kimi çəkildiyi filmlər çoxdur. O həm də böyük şəxsiyyət idi. Həsən Seyidbəyli “Nəsimi” filmində onu, Yusif Vəliyevi Teymurləng roluna sınaq çəkilişlərinə çəkmişdi. O özü təklif etmişdi ki, “qadam, məni yox, Yusifi çək”. Həsən Seyidbəyli çox təkid etmişdi ki, siz yaxşı oynamısınız, sizi çəkim. Adil müəllim həm də tələbələrinə qarşı diqqətli idi. Onların hər işi, problemi ilə maraqlanırdı. Universitetə daxil olandan sonra soruşurdu ki, kimin aktyorluqdan başqa nə bacarığı varsa mənə desin, onlara kömək edim, inkişaf etdirsin” deyə o bildirib. Novruz Axundov bildirib ki, “Əhməd haradadır?” filminə də Adil İsgəndərovun dəstəyi ilə çəkilib. “ “Əhməd haradadır?” filmi çəkilən ərəfədə bizim kursu qəbul etmişdi. Mən, rəhmətlik Elxan Qasımov, Amaliya Pənahova, Qasım Səfər, Əbdül Mahmubdəyov və s. şəxslər var idi kursumuzda. Sən demə o bizi elə həmin film üçün seçirmiş. Moskvadan da Yuli Fogerman adlı bir operator gəlmişdi. O da gəlib bizə baxırdı. Adil müəllim “Uzundraz Oqtay” rolu üçün başqa şəxs də fikirləşmişdi. Yuli Fogerman məni göstərib təkidlə dedi ki, “mən bu oğlanı çəkmək istəyirəm”. Məni sınaq çəkilişlərinə çəkdilər. Bədii Şura təsdiqlədi, filmdə çəkildim. Filmdə eynəkdən istifadə etmişəm. Gözlərim o vaxt çox yaxşı görürdü, indi pis görür. Guya kitab oxuyan idim, gözlərim zəifləmişdi. O vaxt çox hadisələr baş vermişdi. Film improvizələrlə zəngin idi. Hər şeyi detallı rejissor aktyora demir ki. Özümüz də filmə müəyyən şeylər qatırdıq. Ard-arda rejissorlar məni filmlərinə dəvət edirdilər. “İstintaq davam edir”, “Yenilməz Batalyon”, “Mahnı dağlarda qaldı”, “Rəqiblər” və s. filmlərdə çəkildim. Uzun illər kinostudiyada dublyaj rejissoru kimi fəaliyyət göstərmişəm. “Mozalan” satirik kinojurnalında həm çəkilirdim, həm də onu rus və digər xarici dillərə tərcümə edirdim. 500-ə yaxın filmin dublyajında rejissorluq etmişəm. Vaxtım az idi. Filmlərimiz o vaxt primitiv üsulla çəkilirdi. 1 günə çəkilməli olan səhnə 5 günə çəkilirdi. Yeni ailə həyatı qurmuşdum. Evdən-eşikdən avara düşürdüm. Ona görə də çəkilməyə çox da meyl etmirdim” deyə sənətkar bildirib. Aktyor bildirib ki, uzun illər “Əhməd haradadır?” filmində çəkildiyini hamıdan gizlədib. “Orta məktəbdə əmək dərsini tədris edirdim. Tələbə idim. O vaxt bildirmirdim ki, “Uzundraz Oqtay” mənəm. Orta məktəbdə işlədiyim üçün mənə təqaüd də vermirdilər. Sonra bərpa etdilər. Hətta ailəm də bilmirdi ki, kinostudiyada işləyirəm. Tofiq Tağızadə “Arşın mal alan” filminin ikinci hissəsini çəkəndə məni Süleyman roluna dəvət etdi. Lakin çəkilmədim. Sonuncu filmim “Gözlə məni” filmi olub” deyə aktyor bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05 |
|
|
|
• Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00 |
|
|
|
• "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08 |
|
|
|
• İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51 |
|
|
|
• “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46 |
|
|
|
• "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43 |
|
|
|
• “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39 |
|
|
|
• Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34 |
|
|
|
• Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30 |
|
|
|
• Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24 |
|
|
|
• Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14 |
|
|
|
• “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05 |
|
|
|
• Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55 |
|
|
|
• Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53 |
|
|
|
• Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50 |
|
|
|
• Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48 |
|
|
|
• Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45 |
|
|
|
• Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43 |
|
|
|
• "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34 |
|
|
|
• Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29 |
|
|
|
• Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23 |
|
|
|
• Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16 |
|
|
|
• Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Dünən, 13:39 |
|
|
|
• Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Dünən, 13:25 |
|
|
|
• Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Dünən, 13:22 |
|
|
|
• Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Dünən, 13:13 |
|
|
|
• 10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Dünən, 13:09 |
|
|
|
• Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Dünən, 13:03 |
|
|
|
• Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
• Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Dünən, 12:58 |
|
|
|
• Paşinyan yolların açılmasından danışdı
Dünən, 12:47 |
|
|
|
• Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Dünən, 12:44 |
|
|
|
• Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Dünən, 12:42 |
|
|
|
• ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Dünən, 12:34 |
|
|
|
• Sabiq qərargah rəisi vəfat etdi
Dünən, 12:31 |
|
|
|
• Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Dünən, 12:29 |
|
|
|
• İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Dünən, 12:24 |
|
|
|
• “Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:22 |
|
|
|
• Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:20 |
|
|
|
• Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Dünən, 12:16 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Dünən, 12:11 |
|
|
|
• Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Dünən, 12:10 |
|
|
|
• Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Dünən, 12:02 |
|
|
|
• Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Dünən, 11:51 |
|
|
|
• “Almet Baku” kiçilib - HESABAT
Dünən, 11:49 |
|
|
|
• "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Dünən, 11:41 |
|
|
|
• İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Dünən, 11:37 |
|
|
|
• "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Dünən, 11:31 |
|
|
|
• Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Dünən, 11:28 |
|
|
|
• “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Dünən, 11:16 |
|
|
|
|