“Bir qadın yazmışdı ki, öz oğlu pis yoldadır, xalqa dərs verir, o qadını tapdım”
Tarix: 18-07-2023, 17:31 | Çap et
 “Teatrdan getməyimə rəğmən oranı sevirəm. Bütün aktyorları sevirəm. Bu günlərdə yas mərasimində xalq artisti Zemfira Nərimanova ilə görüşdüm. İkimiz də qucaqlaşıb ağlaşdıq. Özü də nətər ağladıq?! Yas qaldı bir tərəfdə, bir hönkürtü ilə ağladıq. Mən o kollektivi sevirəm, kollektiv də məni sevir” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. “Musiqili Teatrda bir çox sənətkarlarla tərəf müqabili olmuşam. Artıq mənim yaşım 75-ə çatır. Bəzən deyirlər ki, yaşını demə, göz dəyər. Yaş da artıq öz sözünü deyir. Nə qədər də dik gəzsəm, bəzən bu olmur. Həyat özü deyir ki, sən artıq belə yeriməlisən. Ey gənclər, həyat sizindir, tələsməyin. Pilləkənləri 10-10 atmayın. Addım-addım çıxın, bir də görəcəksiniz ki, yuxarı pillədəsiniz” deyə sənətkar bildirib. Sənətkar gənclik illərində çəkdiyi əziyyətlərdən də danışıb. “Gənclik yaşamamışam, çox əziyyət çəkmişəm. Bu günki püxtələşmiş Kübra kimi o vaxtkı əzablı gəncliyimə minnətdaram. İnsanın həyatda hər bir şeyi qazanacam deyə nə haqqı var, nə də bu ona qismət olur. Bu bir qismətdir. Gəncliyin gözəl keçə bilər. Ataların bir məsəli var, deyir ki, “Axırı gələnlərdən olsun ay bala”. Mən axırı gələnlərdən oldum. Gəncliyim çox çətin, ağır, dərdli, zəhmətli keçib. Bunların hamısına sinə gərdim. Əgər gənclər əziyyət çəkməyi istəmirlərsə, onların axırı olmaz. Bu Allahın bir qismətidir. Allah hər kəsi bir sınağa çəkir. Bəlkə də o illərdə bilmirdim ki, bu bir sınaqdır. Amma həyat dərsi mənə göstərdi ki, rəbbim məni gözəl sınağa çəkdi. Mən bir oğul itirdim, bu da ana üçün bir zərbədir. Şükürlər olsun onun balasına, rəbbim ona çox gözəl bir həyat bəxş etdi. Bir nənə, ana kimi onu yerbəyer etmək istəyirəm” deyə sənətkar bildirib. Aktrisa heç kimi qınamadığını bildirib. “Həyat təcrübəsi böyük şeydir. 16-17 il bundan əvvəl öz yaxınıma da dediyim söz yerini tapmayanda, bu gün deyir ki, kaşki sənə qulaq asaydım. Bu mənim çəkdiyim həyat təcrübəsindən irəli gəlir. Bir də ağıl. Ağılsız olsaydım o əzablara dözməzdim, tamam başqa cür olardım. Bir gün gördüm ki, kimsə mənim haqqımda yazıb ki, öz oğlu bu yoldadır, xalqa dərs verir. Mən o qadını axtarıb-tapdım və onun səhifəsinə girib, ailəsində olan xoş günlərin hamısına gözəl sözlər yazdım. Etmə bunu, heç kimi qınama. Bu həyatda qınaq qədər günah yoxdur. Hətta gözünlə görürsən ki, bu insan böyük bir səhv edir, qınama, bacarırsansa yardım et. Heç kimin qeybətini etmərəm, qınamaram. Kübrabəyimdə bu yoxdur” deyə sənətkar bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Bu gün, 12:59 |
|
|
|
• Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Bu gün, 12:47 |
|
|
|
• DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 12:45 |
|
|
|
• Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Bu gün, 12:40 |
|
|
|
• "Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Bu gün, 12:31 |
|
|
|
• Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Bu gün, 12:26 |
|
|
|
• İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Bu gün, 12:16 |
|
|
|
• DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?
Bu gün, 12:13 |
|
|
|
• Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Bu gün, 12:11 |
|
|
|
• “Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” - İrəvanda etiraf
Bu gün, 12:09 |
|
|
|
• Tramp əslində istəyir ki... - İNCƏLƏMƏ
Bu gün, 12:05 |
|
|
|
• “Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı
Bu gün, 11:59 |
|
|
|
• Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında - NƏ BAŞ VERİR?
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanda sahibkarların bank hesabları kəskin azaldı – Talıbovdan sonrakı bir ayda nə baş verib?
Bu gün, 11:52 |
|
|
|
• Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı
Bu gün, 11:50 |
|
|
|
• Masallı, Astara və Lerikdə nevroloq yoxdur, insult xəstələri çarəsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 11:43 |
|
|
|
• Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi: - rəsmi ittiham aktında polisin əzilməsi, zorakılıq və açıq təfərrüatlar
Bu gün, 11:39 |
|
|
|
• Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb - KİV
Bu gün, 11:37 |
|
|
|
• İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəmə ilə hədələdi - "Ölkədə hər büdcəyə uyğun yaltaq var"
Bu gün, 11:36 |
|
|
|
• Hacı Vəliyevin DURUMU AĞIRDIR... - Aclıq aksiyası keçirir...
Bu gün, 11:34 |
|
|
|
• Baba Vəziroğlu nazirə nə hədiyyə edib? - "Mən olacağam"
Bu gün, 11:32 |
|
|
|
• Su kanallarında boğulmalar artır – Deputatdan qurumlara VACİB ÇAĞIRIŞ
Bu gün, 11:29 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvanı rəsmən QARƏT EDİR... - ŞOK FAKTLAR...
Bu gün, 11:19 |
|
|
|
• Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib - 4 ildən artıqdır ki...
Bu gün, 11:10 |
|
|
|
• “Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” - Vahid Əliyev kimlərdən gileyləndi?
Bu gün, 11:06 |
|
|
|
• Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... -“Johovurd”
Bu gün, 10:31 |
|
|
|
• Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu
Bu gün, 10:29 |
|
|
|
• Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR
Bu gün, 10:26 |
|
|
|
• Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:24 |
|
|
|
• Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib
Bu gün, 10:19 |
|
|
|
• Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı - AÇIQLAMA
Bu gün, 10:17 |
|
|
|
• Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... - İTTİHAM VAR...
Bu gün, 10:13 |
|
|
|
• Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı
Bu gün, 10:04 |
|
|
|
• Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU - Rosselxoznadzor İŞ BAŞINDA
Bu gün, 09:59 |
|
|
|
• Boksçumuz erməniyə qalib gəlib çempion oldu - FOTO
Bu gün, 09:55 |
|
|
|
• Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:53 |
|
|
|
• KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? - BU DA FAKT!
Bu gün, 09:47 |
|
|
|
• “Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... - ETİRAZ VAR...
Bu gün, 09:41 |
|
|
|
• Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 09:31 |
|
|
|
• Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:27 |
|
|
|
• Müəyyən səbəbdən iş yerində olmayan işçinin... - ekspert danışır...
Bu gün, 09:22 |
|
|
|
• Vilayətinin SURİYA SANCISI... - Molla rejimi sərsəmləməkdə davam edir...
Bu gün, 09:17 |
|
|
|
• Azərbaycanın Karapetyanı KİM OLACAQ? - belə birisi VARMI?
Bu gün, 09:07 |
|
|
|
• "İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
Bu gün, 09:04 |
|
|
|
• Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 08:55 |
|
|
|
• Trampın vaxt qoymaqlığı... - NƏ BAŞ VERİR?
Bu gün, 08:52 |
|
|
|
• Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” - NƏ ETMƏLİ?
Bu gün, 07:56 |
|
|
|
• Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 07:48 |
|
|
|
|