“Bizim teatrda bunu ilk mən etdim, tamaşanın afişasında da 18+ səhnələrin olduğu yazılmışdı”
Tarix: 2-05-2022, 10:35 | Çap et
 Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası baş tutub. 18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur. Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir. Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev, aktyorlar Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarını oynayıblar. DİA.AZ xəbər verir ki, moderator.az Dulsineya obrazının ifaçısı, tanınmış aktrisa ilə həmsöhbət olub. Aktrisa deyir ki, bu obraz onun üçün yenidir.
“İlk dəfə idi ki, bu səpkidə bir obraz oynayırdım. Biz tamaşada oyun babasının qurduğu oyunları oynayırdıq. Psixoloji bir əsər idi, tamaşa absurd üslubda səhnələşdirilmişdi. Düşünürəm ki, Azərbaycan teatrında bir ilk idi. Mənə qədər səhnədə bütün kompleksləri sındıran bir çox aktrisalar olmuşdu, amma bizim teatrda hesab edirəm ki, bunu ilk mən etdim. Tamaşanın afişasında da 18+ səhnələrin olduğu yazılmışdı. Çox çətin obraz idi, bu günə qədər hətta səhnədə bu qədər eybəcər, vidsiz göründüyüm olmamışdı. Amma bu məni qorxutmadı. İstər qrim, istər parik, istər kostyumum olsun. Səhnədəki gəzməyimin özü belə günlərlə belimin ağrısına səbəb olurdu” deyə aktrisa bildirib. Aktrisa daha sonra əlavə edib.
“Mən ümumiyyətlə cəsarətli xanım, cəsarətli insanam. Bu obraza həm rəhbərlik məni təklif etmişdi, həm də rejissor məni seçmişdi. Təklif gəldi, mən də bütün bunların səhnədə cərəyan etdiyini anlayaraq etiraz etmədim. Təbii ki, mənim də baryerlərim, məsafələrim var, o məsafələri keçməmək şərtilə tamaşanı oynadım. Əlbəttə ki, həyat yoldaşım tamaşanın məşqlərinə, nümayişinə baxdı. Hərhalda o qərar verə bilər ki, nə olar, nə olmaz. Kənar insanların düşüncələri məni qətiyyən maraqlandırmır. Düşünürəm ki, hər şey qədərində idi. “Bu mənlik deyil”, “Mən bunu edə bilmərəm” kimi düşüncələr teatr səhnəsində keçərli deyil. Bütün bunlar səhnədə baş verir, həyatda yox! Mənim tərəf müqabilimin yerində həyat yoldaşım da ola bilərdi, mənim yerimdə də başqa xanım aktrisa ola bilərdi, mən də bunu kənardan izləyə bilərdim. Bu sənətini sevən aktyor-aktrisa üçün normal bir haldır. Tamaşanın gedişatından, məşqlərindən mən artıq bilirdim ki, bunu 100 faizlik publikanın, 20 faizi qəbul edə bilər, 80 faizi yox. Çünki bu hamının anlaya biləcəyi tamaşa, hər kəsin qavrayacağı mövzu da deyildi. Bu da bir iş idi, çox maraqlı idi. Düşünürəm ki, tezliklə bəyənməyənlər də bəyənənlər sırasına gəlib çıxacaq” deyə aktrisa bildirib. Aktrisa arzuladığı obrazdan da danışıb. “Sənətə gələndən hər zaman Esmeraldo obrazını oynamaq istəmişəm. Şükürlər olsun ki, Samir Qulamovun “Paris Notrdama ithaf” tamaşasında bu obraz mənə verildi. Mən bu istəyimi əzizim, dəyərlim, teatrımızın direktoru Əliqismət müəllimə və tamaşanın rejissoru Samir Qulamova bildirdim. Onlar da etiraz etmədilər, dedilər ki, götür obrazı məşq et. İnşallah yaxın günlərdə bunu da təhvil verəcəm” deyə Gültac Əlili bildirib. “Övladlarınızın bu sahədə olmağını istəyirsiniz?” sualına isə aktrisa belə cavab verib. “Mən çox istəyərdim, amma ataları istəmir. Ona görə də evdə kişinin sözü keçər, Hüseyn nə dedi odur” deyə aktrisa bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda köhnələr HOQQA VERİR
Bu gün, 16:07 |
|
|
|
• Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Bu gün, 15:51 |
|
|
|
• Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Bu gün, 15:46 |
|
|
|
• Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 15:44 |
|
|
|
• "Vasmoy" bazarında ÖLÜM
Bu gün, 15:39 |
|
|
|
• Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Bu gün, 13:02 |
|
|
|
• "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Bu gün, 12:58 |
|
|
|
• “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57 |
|
|
|
• “Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50 |
|
|
|
• Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48 |
|
|
|
• “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40 |
|
|
|
• 38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36 |
|
|
|
• Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25 |
|
|
|
• "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18 |
|
|
|
• Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11 |
|
|
|
• Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00 |
|
|
|
• London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58 |
|
|
|
• Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56 |
|
|
|
• Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54 |
|
|
|
• İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52 |
|
|
|
• Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38 |
|
|
|
• Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30 |
|
|
|
• “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24 |
|
|
|
• Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21 |
|
|
|
• Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16 |
|
|
|
• Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10 |
|
|
|
• "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06 |
|
|
|
• Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43 |
|
|
|
• Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41 |
|
|
|
• Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10 |
|
|
|
• “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
• Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04 |
|
|
|
• “Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02 |
|
|
|
• "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52 |
|
|
|
• Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• “Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44 |
|
|
|
• Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40 |
|
|
|
• İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37 |
|
|
|
• Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35 |
|
|
|
• Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31 |
|
|
|
• Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20 |
|
|
|
|