"Biz mübarizə aparırıq" .....                     Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq .....                     Pekində görüş niyə alınmadı? .....                     Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı .....                     TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK .....                     Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat .....                     ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? .....                     Tehran yola gəldi: .....                     Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır .....                     Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub .....                     Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu .....                     Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib .....                     Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq .....                     "Şikayət edəni də işdən çıxarmaqla hədələyirlər" .....                     Saleh Məmmədov təqaüdə göndərilir .....                     Dondurulmuş münaqişələr dövrünün sonu: Cənubi Qafqazda yeni reallıq .....                     Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri .....                     "Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək" .....                     Paşinyan Yaponiya Baş naziri ilə görüşdü .....                     Hindistandan Azərbaycana “pas”: Bakı üçün fürsət? .....                     “Birbank”: narazılıqlara davam... .....                     Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi .....                     Razi Nurullayev yenə də məhkəməni uduzdu .....                     Şirkətin 117 min pulunu mənimsəyən vəzifəli şəxs məhkəmə zalından .....                     Amerika "Tramp dəhlizi" layihəsinin icrasına başlayır?.. .....                     Akif Çovdarovun yaxın adamının oğluna 204 min “atan” şəxsə cəza verildi .....                     Bəzi nazirlik və qurumların ləğvinə çağırış: qənaət, yoxsa... .....                     “Flaminqo” raketi Krım körpüsünü məhv edə bilərmi? .....                     Azərbaycanla Ermənistan arasında “saat əqrəbləri” bu dəfə Çində tutuşduruldu və... .....                     700 manata tozsoran aldı... O DA BELƏ... .....                     Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? .....                     Modinin anlamsız Qafqaz siyasəti .....                     Bahalaşma xəbərinə AYNA hələ də SUSUR .....                     Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib .....                     Töhmət almış patrondan daha bir TENDER .....                     “Minsk quldur dəstəsi”nin sonu .....                     Ehsan qadağasına mane olan BİZNES MARAQLARI .....                     İlham Əliyev və Vladimir Putin Çində niyə görüşmədilər? .....                     Kremlin tələbi: Fiko və Orban təhdidlə üz-üzə .....                     MDB bizə lazımdırmı? .....                 

"Pandemiya teatr yaradıcılığına böyük zərbə vurdu"
Tarix: 15-01-2021, 08:34 | Çap et
 "Pandemiya teatr yaradıcılığına böyük zərbə vurdu"
Artıq bir ildir ki, dünya pandemiya bəlasının törətdiyi fəsadlarla üz-üzə qalıb. Demək olar ki, bütün dünya ölkələrində hər bir sahədə tənəzzül, durğunluq yaşanır. Onlardan biri də mədəniyyət sahəsidir. Azərbaycanda da teatrlar 10 aya yaxındır ki, fəaliyyətini dayandırıb. Bu müddət ərzində bir sıra teatrlar tamaşalarını onlayn şəkildə təqdim etməyə çalışdı. Bəs bu tamaşalar nə dərəcədə keyfiyyətli təqdim olundu, izləyici rəğbəti qazana bildi? Ümumiyyətlə, pandemiya teatr və aktyor yaradıcılığına necə təsir etdi?

Bu və digər suallara cavab tapmaq üçün teatr mütəxəssislərinin rəyini öyrənməyə çalışdıq.

Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: "Pandemiya bütün sahələr kimi teatra, onun inkişafına, yaradıcılığına da böyük zərbə vurdu. Aktyorlar demək olar ki, yaradıcılıq fəaliyyətlərindən qaldılar. Yalnız bir sıra aktyorlar seriallarda görünür, onların da sayı çox deyil. Pandemiyaya qədər xeyli sayda hazırlanacaq tamaşalar var idi. Aktyorlar çox həvəsli idilər. Bilirsiniz ki, aktyorun ən böyük istəyi səhnədə olmaqdır. Lakin bir aktyor kimi bu istəkdən məhrumuq. Yenə də ümidlə yaşayırıq ki, inşallah, pandemiya bitəcək. Onda bizim üzərimizə çox böyük məsulyyət düşəcək. Çünki bir il teatrın fəaliyyətsiz qalması 10 ilə bərabərdir.

Bu 10 ilin yükü çiynimizdə olacaq. Təki olsun, biz buna razıyıq. Qeyd edim ki, çox gözəl “İstintaq” tamaşasını hazırlayırdıq. Demək olar ki, onun son məşqləri gedirdi. İnşallah ki, tezliklə onun məşqlərini bərpa edəcəyik və tamaşaçılara təqdim edəcəyk. Deyim ki, bu, çox fərqli tamaşadır. Tamaşadakı rolum da fərqlidir. Mən bu cür rolları Sumqayıt, Lənkəran teatrlarında çox oynamışam. Tamaşaçı məni ciddi rolda o qədər də görməyib. Bu baxımdan tamaşaçılar üçün də maraqlı olacaq. Həmçinin deyə bilərəm ki, təqdim edəcəyimiz repertuarda çox gözəl tamaşalar var, hansı ki, Musiqili Teatrda bu cür tamaşalar olmayıb. Beləliklə, inam və ümidlə tamaşalarımızı yenidən təqdim edəcəyimizi gözləyirik".

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva: "Aktyor səhnəsiz demək olar ki, qanadsız bir quşdur. Beləliklə, aktyor teatrsız yaşaya bilmir. Teatr onun ücün bir məbədgahdır, onun ruhunun qidasıdır. Məlum olduğu kimi, indi dünyanın bir sıra ölkələrində teatr az tamaşaçı ilə fəaliyyətinə davam etməyə başlayıb. Bu, tamaşaçılar üçün də sevindirici haldır. Bizdə də teatrların bu metodla fəaliyyət göstərməsinə şərait yaradılsa çox gözəl olardı. Müharibə, pandemiya insanlarda psixoloji gərginlik yaradıb, insanlar gəlib mənəvi rahatlıq tapa bilərlər. Çünki tamaşacılar tamaşaya baxandan sonra hər zaman bu cür söyləyirdilər".

Xalq artisti Firəngiz Mütəllimova səbirsizliklə teatrların açılmasını gözlədiyini qeyd edib: "Artıq doğmalarım, dostlarım üçün çox darıxıram. Teatrımızın yenidən açılmasını səbirsizliklə gözləyirəm. Özümüzü gözəgörünməz düşmən olan koronavirusdan qorumalıyıq. İnsanlar bizi sevindirir, həyacanlandırır, ağladır və güldürür. Hazırda hamımızın bir möcüzəyə ehtiyacımız var. Möcüzəni isə Allah yaradır. Bunun üçün dua edək".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Elçin İmanov da qeyd etdi ki, pandemiya teatr yaradıcılığına çox ağır zərbə vurub: "Ömrümün demək olar ki, 31-32 ili teatrla bağlıdır. Təxminən 18-19 yaşımdan teatra gəlmişəm və bu günə qədər də teatrdayam. Teatrla nəfəs alan insan üçün pandemiya dövrü çox böyük, ağır işgəncəli dövr oldu. Allah bu bəlanı tezliklə üzərimizdən çəksin və nəhayət ki, biz aktyorlar öz doğma evimizə qovuşaq. Artıq hər şey çox darıxdırıcıdır. Əlbəttə ki, aktyor, yaradıcı insan işləməyəndə “pas atır”. Necə ki, dəmir işləndikcə daha parıltılı olur. “Pas atmaq” istəməyən sənətkarlarımız çoxdur. Bu baxımdan hər kəs mümkün qədər yaradıcılıqdan uzaq düşməməyə çalışır. Mən də çalışmışam ki, bu dövrdə zamanımı səmərəli istifadə edim. Bu müddət ərzində bir neçə ssenari, tamaşa üzərində işləmişəm. Deyə bilərəm ki, film ssenarilərim də var. Pandemiyadan sonra bu planlarımı həyata keçirməyi düşünürəm. Bir daha qeyd edirəm ki, səhnədən uzaq qalmaq aktyor üçün böyük işgəncə, faciədir. Bununla belə, 10 gün, 1 ay kifayət edər ki, aktyor öz işinə yenidən adaptasiya olunsun. Bu, o qədər də qorxulu deyil. İnşallah ki, hər bir problemin öhdəsindən gələrik".

Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin pianist konsertmeystri, əməkdar artist Nərgiz Əliyeva deyir: "Pandemiya dövründə xeyli sayda peşəkar aktrisa və aktyorlarımızı itirdik. Onlar sanki uzun müddət səhnədən uzaq qalmağa dözə bilmədilər. Bir ildir ki, bütün teatrlar, o cümlədən Opera və Balet Teatrı bağlanıb, fəaliyyətini dayandırıb. Düşünürəm ki, artıq haradansa başlamaq lazımdır ki, teatrlarımızı qoruyub saxlayaq. Hesab edirəm ki, az sayda tamaşaçı ilə teatrların fəaliyyətinə icazə vermək olar. Bütün dünyada artıq bu proseslər başladılıb, bir tək bizdə səssizlikdir".

Pandemiya dövründə teatrların fəaliyyətinə gəldikdə isə teatrşünas Xəyalə Rəis qeyd edir ki, pandemiya dönəmi Azərbaycan mədəniyyətinin, xüsusən də film və teatrımızın bir sınaq müddəti hesab edildi: “Bir il ərzində biz teatra getmədik, tamaşaları izləmədik. Nə itirdik? Bu sualın cavabını fərd olaraq hər birimiz özümüzə ünvanlamalıyıq. Əlbət ki, pandemiya bitdikdən sonra teatrlar əvvəlki repertuarlarında olan tamaşalarla tamaşaçıları cəlb edə bilməyəcəklər. Çünki artıq yeni bir dönəmdir və bu dönəmdə o repertuarla tamaşaçını teatra cəlb etmək çətin məsələ olacaq. Pandemiya bizə Azərbaycan mədəniyyətində yeni islahatların vacibliyini göstərdi. Eyni zamanda yeni bir dönəmin başlanğıcı kimi qiymətləndirildi. Pandemiya dönəmində teatrların fəaliyyətini dayandırması ən ideal vasitə idi. İnsanların qorunması və özünü qoruması üçün kütləvi tədbirlərin təşkil edilməsi qadağan edildi. Bu bütün dünyada belədir. Sentyabrda ara məsafələr qorunmaqla Türkiyədə, Rusiyada və Avropada teatrlar fəaliyyətə başlasa da pandemiyanın ikinci dalğasında da onlar da fəaliyyətini dayandırmağa məcbur oldu. Bir ilə yaxındır ki, dünya və yerli teatrlarımız onlayn şəkildə fəaliyyət göstərirlər. Teatr canlı sənət növüdür, onun onlayn şəkildə fəaliyyəti istənilən halda qəbulolunmazdır. Lakin xarici ölkələrdə tamaşalar peşəkar avadanlıqlar, kamera ilə çəkilib. Tamaşanı izlədikdə elə hesab edirsiniz ki, teatrda oturub, tamaşanı izləyirsiniz. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Telefonla, qeyri - peşəkar şəkildə çəkilmiş tamaşalara aktyorların özləri belə baxmırlar. Bu barədə kifayət qədər deyildi, yazıldı”.

Teatrşünas pandemiya dönəmində Azərbaycan teatrlarında bir çox boşluqların olduğunu ortaya çıxardığını vurğuladı: “Hansı ki, zamanında bu tamaşalar lentə alınmalı, arxivdə saxlanılmalı idi. Bunun üçün peşəkar kadrlar cəlb olunmalı və bu problem zamanda həll edilməli idi. Görünür, dövlət tərəfindən teatrlarımıza ayrılan büdcələr direktorlar tərəfindən qarşısına qeyd qoymaq üçün istifadə edilib və ortada həvəskar şəkildə çəkilən tamaşalardan başqa heç nə yoxdur. Hazırda yeni mədəniyyət naziri təyin edilib və ona ümidimiz böyükdür. Hesab edirik ki, yaxın zaman ərzində bu problemlər öz həllini tapar. Çünki bu şəkildə bir az da davam etsə teatrlarda oynamaq üçün aktyor heyəti tapılmayacaq. Aktyorlar artıq elastikliyini, plastikasını itirirlər. Onları yenidən bərpa etmək bir qədər çətin olacaq. Bir ildir səhnəyə çıxmayan aktyorların psixoloji durumu, yaradıcılıq fəaliyyəti həyəcan təbili çalır”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi karantin günlərində teatrın fəaliyyəti ilə bağlı bildirib: "Son günlərdə yaşadığımız problemlərə görə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi də fəaliyyətini onlayn davam etdirir. Teatrımızın daima aktiv olan "Facebook", “İnstaqram” və “YouTube” hesabları var və müvəqqəti olaraq tamaşaçılarımızla bu sosial şəbəkələrimizdəki hesablarımız vasitəsilə görüşürük".

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı təmsil etdiyi teatrın karantin dövründəki fəaliyyəti haqqında qeyd etdi: "Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Akademik Milli Dram Teatrı tamaşaları onlayn nümayiş etdirdi. Əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da “Facebook” sosial şəbəkəsində, “YouTube”da, və “Azdrama.az” saytında təqdim olunan səhnə əsərlərinə böyük maraq müşahidə etdik. Tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər, Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənildi. Hər ay 20-dən artıq tamaşa nümayiş olunub. Bura teatrın hazırkı repertuarında olan və böyük tamaşaçı marağı qazanmış “Almaz”, “Cəhənnəm sakinləri”, “Sinif yoldaşları”, “Müfəttiş”, “Qətibə İnanc”, “Şah Qacar”, “Bir, iki, bizimki” və s. səhnə əsərləri ilə yanaşı, vaxtilə böyük uğurla nümayiş olunan “Aydın”, “Köhnə ev”, “Özümüzü kəsən qılınc”, “Mənim ərim dəlidir”, “Mesenat”, “Generalın son əmri”, “Uçqun” və başqa tamaşalar daxil edildi. Tamaşalarımız rus və ingilis dillərində subtitrlə təqdim edilib".

Cavid Zeynallı bildirib ki, Akademik Milli Dram Teatrının onlayn fəaliyyəti yenə davam edir: "Artıq yanvar ayı üçün müəyyən edilmiş tamaşalar qeyd etdiyim platformalarda nümayiş etdirilir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Biz mübarizə aparırıq" - "Şərurulu İsfəndiyar"
Bu gün, 11:48
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq
Bu gün, 11:43
Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
Bu gün, 11:40
Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı
Bu gün, 11:36
TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK - Naxçıvanda ictimai nəqliyyat problemi
Bu gün, 11:31
Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:23
ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? - “Eurasia.net”
Bu gün, 11:21
Tehran yola gəldi: - ”Sülh bəyanatının mətnində…”
Bu gün, 11:17
Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır - deputat
Bu gün, 11:16
Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub - “Armlur”
Bu gün, 11:13
Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 11:11
Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
Bu gün, 10:58
Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq - ÇÜNKİ...
Bu gün, 10:45
"Şikayət edəni də işdən çıxarmaqla hədələyirlər" - Ordubad müəllimlərinin MAAŞ PROBLEMİ
Bu gün, 10:39
Saleh Məmmədov təqaüdə göndərilir - yerinə ŞOK namizəd
Bu gün, 10:33
Dondurulmuş münaqişələr dövrünün sonu: Cənubi Qafqazda yeni reallıq - İNCƏLƏMƏ
Bu gün, 10:29
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək" - AÇIQLANDI
Bu gün, 10:19
Paşinyan Yaponiya Baş naziri ilə görüşdü - KİV
Bu gün, 10:08
Hindistandan Azərbaycana “pas”: Bakı üçün fürsət? - Görünəni odur ki...
Bu gün, 10:01
“Birbank”: narazılıqlara davam... - "Sorğu açıblar, amma hələ də icra etmirlər..."
Bu gün, 09:54
Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu
Bu gün, 09:46
Razi Nurullayev yenə də məhkəməni uduzdu - QƏRAR
Bu gün, 09:40
Şirkətin 117 min pulunu mənimsəyən vəzifəli şəxs məhkəmə zalından HƏBS EDİLDİ
Bu gün, 09:19
Amerika "Tramp dəhlizi" layihəsinin icrasına başlayır?.. - İrəvana xüsusi nümayəndələr gəlir...
Bu gün, 09:17
Akif Çovdarovun yaxın adamının oğluna 204 min “atan” şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:14
Bəzi nazirlik və qurumların ləğvinə çağırış: qənaət, yoxsa... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
“Flaminqo” raketi Krım körpüsünü məhv edə bilərmi? - KİV
Bu gün, 08:59
Azərbaycanla Ermənistan arasında “saat əqrəbləri” bu dəfə Çində tutuşduruldu və... - Rusiyaya “sarı kart” göstərildi
Bu gün, 08:49
700 manata tozsoran aldı... O DA BELƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:43
Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? - AKTUAL
Bu gün, 08:38
Modinin anlamsız Qafqaz siyasəti - Bu, əslində cığallıqdır...
Bu gün, 07:40
Bahalaşma xəbərinə AYNA hələ də SUSUR - AXI NİYƏ?..
Bu gün, 07:37
Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib - Bakıda “kitayski” lisey
Bu gün, 07:33
Töhmət almış patrondan daha bir TENDER - TƏFƏRRÜAT
Bu gün, 07:26
“Minsk quldur dəstəsi”nin sonu - BELƏ DƏ OLMALI İDİ...
Bu gün, 07:17
Ehsan qadağasına mane olan BİZNES MARAQLARI - NƏ ETMƏLİ?
Bu gün, 07:15
İlham Əliyev və Vladimir Putin Çində niyə görüşmədilər? - Bir salama dəymədi...
Bu gün, 07:06
Kremlin tələbi: Fiko və Orban təhdidlə üz-üzə - GƏLİŞMƏ
Bu gün, 07:03
MDB bizə lazımdırmı? - AKTUAL
Bu gün, 07:01
Üzr... təzminat... VƏ: Borclu Rusiyanın həyasız tələbi... - HƏLƏ ŞƏRT QOYURLAR...
Bu gün, 06:59
Tural Abbaslının Duqinin sərsəmləmələrinə cavabı - "Dünənki nökər..."
Bu gün, 06:54
"Üzümün cizgilərini qətiyyən dəyişə bilmərəm" - ETİRAZ
Bu gün, 06:51
“Paşinyanı devirib ərazi iddialarını bərpa etmək istəyirlər” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:49
Deputatın milyona yaxın borcu olsa da... - TENDER UDUR...
Bu gün, 06:47
40 ildir birinci qrup əlillik pensiyası alırdı - KƏSDİLƏR...
Bu gün, 06:41
Ağ Ev görüşü dönüş nöqtəsi oldu - BUNDAN SONRA...
Bu gün, 06:36
Qalmaqallı direktorun QİSASI - BU NƏDİ BELƏ?
Bu gün, 06:33
Regionu gözləyən fəlakət: türk liderdən anons – 5 ölkə birləşə bilər
Bu gün, 06:28
“Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur
Dünən, 23:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru